Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-496/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsindən X4 və İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsi ilə X4 və İddiaçı1 Cavabdehnə qarşı “X8 anasının X25 olması, X8 atasının X14 olması, X8 bacısının İddiaçı1 və İddiaçı2 olması faktının müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. İşin halları X4 və İddiaçı1 (bundan sonra iddiaçı və ya Nazilə Saidova və İddiaçı1) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək xx xxxx 1971-ci il təvəllüdlü X8 Dağıstanın Rutul rayonu Borç kəndində anadan olması, X8 anasının X25 olması, X8 atasının X14 olması, X8 bacısının İddiaçı1 və İddiaçı2 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Nazilə Saidova iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, onun atası X14 anası X25 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və bu nikah münasibətlərindən xx xxxxxx 1973-cü il tarixdə o, xx xxxx 1976-cı il tarixdə bacısı İddiaçı1, xx xxxx 1971-ci il tarixdə X6 anadan olmuşdur. Onun qardaşı X5 müharibəsi zamanı xx xxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Tərtər rayonu Qapanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Onun qardaşı X2 Rutul rayonu Borç kəndində anadan olmuşdur. Onlar ailəliklə Şəki rayonu Göybulaq kəndində yaşamışlar və qardaşı kənd məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. X39 və Alı adlı qardaşları olmuşdur. Onların əmisi Alının uşaqları olmamışdır. Onun atası X14 xx xxxxxx 1999-cu il tarixdə, anası X25 isə xx xxxx 1979-cu il tarixdə vəfat etmişlər. X6 əmisinin arvadına uyğunlaşmışdı. Buna görə də atası qardaşı Valehə baxmaqda çətinlik çəkdiyindən onlara Dağıstandan qonaq gəlmiş əmisi geri qayıdarkən qardaşı Valehi də əmisi ilə birlikdə Dağıstana göndərmişdir. Lakin, qardaşı müvəqqəti olaraq əmisinə verilmişdir. Belə ki, qardaşı Dağıstanda cəmi 1 il qalmış, sonradan öz kəndlərinə qayıtmış və kəndlərindən həqiqi hərbi xidmətə yola salınmışdır. Onlar şəhid olmuş qardaşları X9 birdəfəlik yardımın verilməsi üçün müraciət etsələr də, vərəsə olmalarını müəyyən edən X3 doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin, X3 doğum haqqında şəhadətnaməsi olmadığından bununla bağlı Cavabdehnə müraciət etsə də, həmin şöbədə X3 doğum haqqında akt qeydi aşkar edilməmiş və onlara bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. X3 əvvəllər doğum haqqında şəhadətnaməsi olsa da, həmin şəhadətnamə onlarda yoxdur. X20 onların doğma qardaşıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı1 da mahiyyət etibarı ilə Nazilə Saidova ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh nümayəndəsi X15 izahatında göstərmişdir ki, iddiaçıların məhkəməyə təqdim etdikləri sənədlər qohumluq faktının müəyyən edilməsi üçün kifayət edirsə və bununla bağlı müvafiq qətnamə çıxarılarsa, şöbələri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat aparılacaqdır. Ərizənin təmin edilməsinə etiraz etmir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (075)1557/2020 nömrəli qərardadı ilə iddia tələbinin xx xxxx 1971-ci il təvəllüdlü X8 Dağıstanın Rutul rayonu Borç kəndində anadan olması ilə bağlı hissəsinə xitam verilmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Nazilə Saidova və İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhid qardaşları onlarla birlikdə Göybulaq kəndində yaşamış, kənd orta məktəbini oxumuş, onun bütün sənədlərində ata adı X14 qeyd olunmuş, məhz hərbi xidmətə də bu adla, yəni ata adı və soyadı ilə Şəki Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidməti dövründə şəhid olmuşdur. xx xxxx 1992-ci il tarixdə şəhid olmuş qardaşları X21 böyüyüb boya-başa çatdığı Göybulaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Qardaşlarının şəhid olması səbəbli şəhid ailəsi statusu ilə Saidova (Süleymanova) Nazilə Abdurahman qızına müvafiq vəsiqə verilmişdir. Qətnamədə qeyd edilmişdir ki, "İşdə olan DMSSR Rutul kənd xalq deputatları soveti və Rutul rayonu İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxx 1981-ci il tarixli 03 saylı oğulluğa (qızlığa) götürmə haqqında akt qeydindən görünür ki, X26 Süleymanovanın xx xxxx 1971-ci il təvəllüdlü uşaqları X22 X48 Süleymanovanın övladlığına verilmiş və həmin uşağın adı X45 kimi qeyd edilmişdir. Qeyd edirlər ki, anaları X25 xx.xx.1979-cu ildə Şəki şəhəri Göybulaq kəndində vəfat edib və 1981-ci il tarixdə xx xxxx 1971-ci il təvəllüdlü qardaşları X17 X48 Süleymanovun övladlığına verməsi mümkün deyil. Əgər şəhid qardaşları onlarla birlikdə Şəki rayonu Göybulaq kəndində yaşayası idisə, onun Dağıstan Respublikası Rutul rayonunun Borc kəndində yaşayan X48 Süleymanovun övladlığına verilməsinə nə zərurət vardır. Bundan əlavə qardaşlarının adı rəsmən dəyişilmiş idisə, niyə X23 yox, X20 adı, soyadı və ata adı ilə orta məktəbi bitirmişdir. Dağıstan Respublikası Rutul rayonu Borc kənd sakini olaraq X23 idisə, nədən həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Şəki Şəhər Göybulaq kənd sakini X20 olaraq çağırılmış, şəhid olan X21 xx xxxx 1992- ci il tarixdə Göybulaq kənd qəbiristanlığında dəfn olunmuş və qardaşlarının şəhid olması səbəbli onlara şəhid ailəsi statusu ilə müvafiq vəsiqə verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Nazilə Saidova və İddiaçı1 izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 izahatında qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Şəhər İHB-nin Cəfərəbad kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 185 nömrəli arayışdan görünür ki, şəhid X21 xx xxxx 1992-ci il tarixdə vəfat etmiş və Göybulaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh arxivində xx xxxx 1971-ci il tarixdə anadan olmuş X8 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Dağıstan Respublikası Rutul rayonu Bələdiyyə arxivi tərəfindən Dağıstan Respublikası Axtı Rayon Məhkəməsinə verilmiş doğum haqqında məlumatların mövcudluğu haqqında arxiv arayışından görünür ki, Borc kənd zəhmətkeş deputatları sovetinin və onun icraiyyə Komitəsinin arxiv fondunun sənədli materiallarında, xüsusilə DR Rutul rayonu Borc kəndinin 1971-1963-cü illərə aid 10 saylı təsərrüfatbaşına kitabında qeydlər var-xx xxxx 1971-ci il təvəllüdlü X24, Dağıstan Respublikası Rutul rayonu Borc kənd sakinidir. Onun atası 1932-ci il təvəllüdlü X18, anası 1940-cı il təvəllüdlü X12. DMSSR Rutul kənd xalq deputatları soveti və Rutul rayonu İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxx 1981-ci il tarixli 03 saylı oğulluğa (qızlığa) götürmə haqqında akt qeydindən görünür ki, X27 Süleymanovanın xx xxxx 1971-ci il təvəllüdlü uşaqları X23 X48 Süleymanovanın övladlığına verilmiş və həmin uşağın adı X45 kimi qeyd edilmişdir. DMSSR Rutul kənd xalq deputatları soveti və Rutul rayonu İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxx 1971-ci il tarixli 05 saylı doğum haqqında akt qeydindən görünür ki, xx xxxx 1971-ci il təvəllüdlü X13 atası X46, anası isə X28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçıların atası X14 anaları X25 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və bu nikah münasibətlərindən xx xxxxxx 1973-cü il tarixdə Nazilə (Süleymanova) Saidova, xx xxxx 1976-cı il tarixdə İddiaçı1, xx xxxx 1971-ci il tarixdə isə X20 anadan olmuşdur. İddiaçıların qardaşları X7 Federasiyası Dağıstan Respublikasının Rutul rayonunun Borç kəndində anadan olmuşdur. İddiaçıların atası Abdurahmanın Dağıstan Respublikasının Rutul rayonunda yaşayan Qurban və Alı adlı qardaşları olmuşdur. Əmiləri Alının övladı olmamış, iddiaçıların atası X1 Valeh Abdurahman oğlunu qardaşı Alıya övladlığa vermişdir. X20 1-ci Qarabağ müharibəsinin gedişində xx xxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Tərtər rayonu Qapanlı kəndi istiqamətində təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə şəhid olmuşdur. İddiaçılar şəhid X9 birdəfəlik yardımın verilməsi üçün müraciət etsələr də, vərəsə olmalarını təsdiq edən sənəd və X8 doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. X8 doğum haqqında şəhadətnaməsi olmadığından bununla bağlı Cavabdehnə müraciət etsələr də, həmin şöbədə X8 doğum haqqında akt qeydi aşkar edilməmiş və onlara bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 134.1-ci maddəsinə əsasən, övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. 134.2-ci maddəsinə görə, övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Göründüyü kimi, DMSSR Rutul kənd xalq deputatları soveti və Rutul rayonu İcraiyyə Komitəsinin “Rutul rayonu” Bələdiyyə rayonu üzrə VVAQ arxivində xx xxxx 1971-ci il tarixli 05 saylı doğum haqqında aktı qeydi vardır. Həmin akt qeydinə əsasən X23 xx xxxx 1971ci il tarixdə Dağıstan MSSR Rutul rayonu Borc kəndində anadan olmuşdur. Onun valideynləri kimi atası Süleymanov Abdürəhman, anası Süleymanova Zərifə qeyd edilmişdir. xx xxxx 1981-ci il tarixdə övladlığa götürmə haqqında akt tərtib edilmiş və həmin akta əsasən xx xxxx 1971-ci il təvəlüdlü X19 Aliyeviç ata adı verilmiş, valideynləri kimi isə atası Süleymanov Alı, anası Süleymanova Tümen qeyd edilmişdir. DMSSR Rutul kənd xalq deputatları soveti və Rutul rayonu İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxx 1971-ci il tarixli 05 saylı doğum haqqında akt qeydi ilədə xx xxxx 1971-ci il təvəllüdlü X13 atasının X46, anasının isə X31ması müəyyən edilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx xxxx 1971-ci il təvəllüdlü X20 övladlığa verilmiş və onun atasının X46, anasının isə X33ması müəyyən edilir. Bu da onu deməyə əsas verir ki, X20 ilə iddiaçıların valideynləri başqa (fərqli) şəxslərdir. Belə olduğu halda X8 anasının X25 olması, X8 atasının X14 olması, X8 bacılarının İddiaçı1 və İddiaçı2 olması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X49 Məhkəməsi “X29” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X49 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. İddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçıların bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X4 və İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1557/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-496/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-496/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver