Məhkəmə qərarları › İş №2(107)-5/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-5/2024

18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-5/2024 18.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxslər Maraqlı şəxs və Zaqatala rayon Əliabad bələdiyyəsinə qarşı dövlət reyestrindən çıxarışların etibarsız və ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, vərəsəlik hüququ, preyudisiallıq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxslər Maraqlı şəxs və Zaqatala rayon Əliabad bələdiyyəsinə qarşı dövlət reyestrindən Çıxarışların etibarsız və ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi (sayılması); iş üzrə Cavabdeh2 tərəfindən verilmiş 09 aprel 2019cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi (sayılması); iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs Maraqlı şəxs adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2414 qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində onun və mərhum əri X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. Bundan sonra 16 yanvar 2019-ci il tarixli 2V-96, 97 və 98 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum əri X2 miras qalmış əmlaklar üzərində hüquqlar ona keçmiş və 22 yanvar 2019-cu il tarixdə onun Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, yuxarıda qeyd olunan əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində adına aparılmış qeydiyyat qüvvədə ola-ola və məhkəmənin qərarı, o cümlədən xəbəri olmadan iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ½ hissəsi üzərində 12 mart 2019-cu il tarixdə 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Maraqlı şəxs iş üzrə Cavabdeh2nə müraciət edərək bacısı - mərhum İddiaçı Əli qızından miras qalmış yuxarıda qeyd olunan əmlaklardakı payını qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyini iddia edərək, həmin paylara dair 09 aprel 2019-cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış və 29 aprel 2019-cu il tarixdə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ½ hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, iş üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh2n qanuna zidd hərəkətləri nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlıdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi onun Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair 22 yanvar 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində onun adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 22 yanvar 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində onun adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 22 yanvar 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində onun adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola cavabdeh tərəfindən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ½ hissəsi üzərində İddiaçı Əli qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Cavabdeh2 isə öz növbəsində hətta İddiaçı Əli qızı mülkiyyətçi olmuş olsa belə, qanunvericiliklə mirasın qəbulu müddətini ötürmüş iş üzrə üçüncü şəxs Maraqlı şəxs, yenə də iş üzrə üçüncü şəxs olan Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 15 fevral 2019-cu il tarixli 99 nömrəli arayışı əsasında 09 aprel 2019-cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 15 fevral 2019-cu il tarixli 99 nömrəli arayışından isə belə başa düşülür ki, sanki İddiaçı Əli qızının 0,34 ha pay torpaq sahəsi olmuş və sonuncunun ölümündən sonra qeyd olunan torpaq sahəsindən də iş üzrə üçüncü şəxs Maraqlı şəxs istifadə etmişdir. Halbuki, nə iş üzrə üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində 0,34 ha torpaq sahəsi olmuş, nə də yuxarıda da qeyd etdiyi kimi hətta İddiaçı Əli qızının payı olmuş olsa belə, həmin miras əmlakı qəbul edən yeganə vərəsə mərhum əri X9 olmuşdur ki, sonuncunun da yeganə vərəsəsi odur. İşin bu halı iddia ərizəsinə əlavə olunmuş Zaqatala Rayon İcra Hakimiyyəti, Əliabad qəsəbə İnzibati Ərazi Dairəsinin 06 noyabr 2019-cu il tarixli, 2904 nömrəli arayışı ilə tam təsdiq olunur. Belə ki, həmin arayışdan da göründüyü kimi, İddiaçı Əli qızının ölümündən sonra ondan miras qalmış bütün əmlakları sonuncunun əri X9, X4 ölümündən sonra isə sonuncudan miras qalmış bütün əmlakları o qəbul edərək idarə etmişdir. Göründüyü kimi, həm iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hərəkətləri, həm də Cavabdeh2 yuxarıda sadalanan hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lar və iş üzrə Cavabdeh2 tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs Maraqlı şəxs adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2414 qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpanq sahəsinə dair 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ların ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə üçüncü şəxs Maraqlı şəxs iş üzrə İddiaçı mərhum əri X3 əvvəlki həyat yoldaşı, mərhum İddiaçı Əli qızının bacısıdır. Mübahisə ilə bağlı işin faktiki halları ondan ibarətdir ki, X1 (iddiaçının əri) mərhum X10 ilə nikahlarını 28 mart 1975-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, X6 soyadını qəbul etmişdir. Bundan sonra onlar 2006-cı ilə kimi ailə münasibətlərində olmuş, birgə nikahlarından övladları olmamışdır. 20 sentyabr 2006-cı il tarixdə İddiaçı Əli qızı ölmüş, onun həyat yoldaşı X7 mirası faktiki olaraq qəbul edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.40 kv metr olan fərdi yaşayış evində yaşamış, mirası idarə etmişdir. X7 21 fevral 2008-ci il tarixdə iş üzrə iddiaçı Məmmədova (Hüseynova) Məryəm Mövlüd qızı ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuş, 2018-ci ilədək ailə münasibətlərində olaraq sözügedən evdə yaşamışlar. Birgə nikah dövründə onların övladları olmamışdır. Qurban Məmmədov 11 noyabr 2018-ci il tarixdə ölmüş, onun vəfatından sonra həyat yoldaşı İddiaçı mirası faktiki qəbul edərək idarə etmiş və hal-hazıradək həmin evdə yaşayır. İşin qeyd olunan faktiki halları iş materiallarında olan nikahın bağlanması haqqında, ölüm haqqında şəhadətnamələr və Əliabad qəsəbə İnzibati Ərazi Dairəsinin 06 noyabr 2019-cu il tarixli, 2804 saylı arayışı ilə təsdiq olunur. İddiaçı ərinin vəfatından sonra hazırda mübahisələndirilən yaşayış evi və torpaq sahələrinə hüquq müəyyənedici sənədlərin verilməsi üçün DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş və hazırki iş üzrə cavabdeh 18 saylı Ərazi İdarəsi tərəfindən müvafiq olaraq 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam, torpaq sahəsinin isə mərhum əri X7 ilə ümumi birgə mülkiyyətdə olmasına dair Seriya RX № ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı ilə mərhum ərinin ümumi birgə mülkiyyətində olmasına dair xx.xx.2018-ci il tarixli Seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yenə iddiaçı ilə mərhum əri Qurban Məmmədovun ümumi birgə mülkiyyətində olmasına dair xx.xx.2018-ci il tarixli Seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verməklə mübahisələndirilən yaşayış evi və torpaq sahələrinin məhz iddiaçının və mərhum ərinin mülkiyyətində olmasını rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı həmin sözügedən Çıxarışlar əsasında mərhum əri Qurban Məmmədovdan miras qalmış hissələrlə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən 16 yanvar 2019-cu il tarixli olmaqla mübahisələndirilən 0.21 ha torpaq sahəsinin ½ hissəsinə reyestrdə 2V-96 nömrə ilə qeydə alınmış, həmin tarixli 95.4 kv metr sahəsi olan fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə reyestrdə 2V-97 nömrə ilə qeydə alınmış və yenə həmin tarixli 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə reyestrdə 2V-98 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında iş üzrə cavabdeh 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının payı tam olmaqla 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair xx.xx.2019-cu il tarixli, Seriya RX № ******* saylı, 0.10 ha torpaq sahəsi və orada yerləşən 95.40 kv metr sahəsi olan yaşayış evinin iddiaçının mülkiyyətinə verilməsinə dair Seriya RX № ******* saylı, xx.xx.2019-cu il tarixli və 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli, Seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilməklə mübahisələndirilən yaşayış evi və torpaq sahələrinin payı tam olmaqla iddiaçının mülkiyyətində olması rəsmiləşdirilmişdir. Məhz bütün bunlardan sonra X13un əvvəlki həyat yoldaşının bacısı (ikinci növbəli vərəsə) Cavabdeh2nə müraciət edərək mərhum bacısı İddiaçı Əli qızından miras qalmış əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş, notarius tərəfindən bu dəfə 0.10 ha torpaq sahəsinin ½ hissəsi ilə bağlı reyestrdə 2V-485 nömrə ilə qeydə alınmış, 0.21 ha torpaq sahəsinin ½ hissəi ilə bağlı reyestrdə 2V- 488 nömrə ilə qeydə alınmış, həmçinin 0.52 ha torpaq sahəsinin ½ hissəsi ilə bağlı reyestrdə 2V-487 nömrə ilə qeydə alınmışkən, 09 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərək mərhum Məryəm Əli qızının birinci növbəli vərəsəsi olmamasına əsaslanmışdır. Notarius həmin şəhadətnamələri verərkən Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 09 saylı arayışını əsas kimi qəbul etmişdir. Hansı ki, həmin arayışda mərhum Məryəm Əli qızına məxsus 0.34 ha torpaq sahəsindən Maraqlı şəxs istifadə etməsi göstərilir ki, mübahisələndirilən torpaq sahələrinin heç biri onu əks etdirmir. Eyni zamanda Əliabad qəsəbə İnzibati Ərazi Dairəsinin verdiyi 394 saylı ayarışda mərhum Məryəm Əli qızının vərəsələri əri Qurban Məmmədov və bacı-qardaşları göstərildiyi halda Notarius tərəfindən sözügedən torpaq sahələrinin X3 mülkiyyətində olması, bununla bağlı artıq iş üzrə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi araşdırılmamış, kobud səhvə yol verilərək, mübahisələndirilən eyni daşınmaz əmlakla bağlı ziddiyyətli şəhadətnamələr verilmişdir. Məhz həmin şəhadətnamələr əsasında iş üzrə üçüncü şəxs iş üzrə cavabdeh 18 saylı Ərazi İdarəsinə müraciət edərək mübahisələndirilən 0.21 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə xx.xx.2019-cu il tarixli **********2 qeydiyyat nömrəli, 0.52 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli və 0.10 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə xx.xx.2019-cu il tarixli **********3 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar almış, bununla da mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, iş üzrə cavabdeh 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli Seriya PX № ******* saylı RX № ******* saylı və RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar olduğu və həmin hüquq müəyyənedici sənədlər əsasında yaşayış evi və torpaq sahələrinin mülkiyyətçiləri X7 və İddiaçı Əli qızı olduğu halda, sonradan eyni daşınmaz əmlaklarla bağlı qüvvədə olan hüquq müəyyənedici sənədlər ləğv edilmədən onlar barəsində yeni Çıxarışlar verməklə qanun pozuntusuna yol verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, qeyd olunan Çıxarışlar ləğv edilmədiyi halda, yəni qanuni qüvvəsində olduğu halda, əsassız olaraq yeni çıxarışlar verilməklə mülkiyyət hüququ itirilməmiş mülkiyyətçilərin hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlməyə əsas verən məqam odur ki, notarius sonradan eyni əmlaklarla bağlı başqasına qanun üzrə vərəsəlik hüququ versə də, hüquqlar qeydiyyata alınarkən bu uyğunsuzluq aşkar edilə bilərdi. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olduğu təqdirdə iş üzrə üçüncü şəxs Maraqlı şəxs mərhum X20 qızından qalmış mirası qəbul etmək hüququ olmamışdır. Belə ki, Məryəm öldüyü vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində Maraqlı şəxs notariusa müraciət etməmiş, mirası faktiki olaraq qəbul etməmişdir. Eyni zamanda o, ikinci növbədən olan vərəsədir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mərhum Məryəm Əi qızından miras qalmış daşınmaz əmlak, onun birinci növbəli vərəsəsi olmuş Qurban Məmmədov və sonuncunun birinci növbəli vərəsəsi olmuş İddiaçı mülkiyyətinə sözügedən hər iki daşınmaz əmlak artıq verildiyindən və mübahisələndirilmədiyindən aparılmış bütün sonrakı əməliyyatlar qanunsuz olmuşdur. Hüquq normalarının məzmunundan göründüyü kimi vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda mirası qəbul etmiş sayılır və mirasın bir hissəsinə sahiblik etməyə faktiki olaraq başladıqda harda olmasından asılı olmayaraq mirası tam qəbul etmiş sayılır. İş materialları ilə təsdiq olunmuşdur ki, İddiaçı Əli qızı öldükdən sonra onun həyat yoldaşı Qurban Məmmədov mirası qəbul edərək ölənədək idarə etmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1160, 1243.2, 1243.3, 1255, 152.1, 157.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, doğma bacısı İddiaçı Əli qızı xx.xx.2006-cı ildə vəfat etmişdir. Onun vəfatınan sonra miras olaraq torpaq sahəsi qalmışdır. Hansı ki, həmin torpaq sahələrinə mülkiyyət hüququnu müəyyən edən sənədlər yalnız xx.xx.2018-ci ildə almaq mümkün olmuşdur. Bacısının vəfatından sonra onun əri 2ci arvad almış, onun da adı Məryəm olmuşdur. Hər iki Məryəmlərin ata adları ilə fərqlənmişdir. Məryəmlərin əri Qurban Məmmədov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı Məryəm Mövlüd qızı DƏDRX-in 18 Ərazi İdarəsinə müraciət edərək özünün və mərhum bacısının adının eyni olmasından istifadə edərək, DƏDRX-in əməkdaşlarını aldadaraq X11 amlakı olan torpaq sahələrini özünün adına qeydiyyata aldıraraq ev və 0.10 ha həyətyani torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ******* saylı çıxarış, 0.52 ha torpağa ******* saylı Çıxarış vǝ 0,21 ha torpağa ******* saylı Çıxarış almışdlr. Beləliklə, iddiaçı Məryəm Mövlud qızı saxta Çıxarışlar əldə etmişdir. Hansı ki, həmin Çıxarışlara dair qeydiyyatın aparılmasında texniki səhvə yol verilmişdir. DƏDRX-in 18 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli **********00 saylı məktubu ilə təsdiq olunmuşdur. Sonra o həmin Çıxarışlar asasında notariusa müraciət edərək Çıxarışda qeyd olunmuş və X13a aid əmlakların hissəsi üzərində vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra həmin vərəsəlik şəhadatnamələri əsasında bütöv əmlakın özünə məxsus olmasına dair Çıxarışlar almışdır. X11 vəfatından sonra ondan miras qalmış əmlak olan torpaq sahələrini əri rəsmiləşdirməmiş, bacısına məxsus torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almamış və bacısının torpaqlarını öz əmlakı kimi qeydiyyata almışdır. X13 bacısı Maryam Əli qızından miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququnu əldə etməsini dövlət qeydiyyatına aldırmalı idi ki, bacısının miras amlakı onun hesab edilsin va bundan sonra həmin əmlaklar Qurban Məmmədovdan miras qalmış əmlak hesab oluna bilərdi. X18 X20 qızına məxsus əmlaklar üzərində vərəsəlik hüququ əldə etməmiş və belə bir hüquqları dövlət qeydiyyatına aldırmamışdır. Qeyd olunanlara əsasən, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)- 232/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi, üçüncü şəxslər Maraqlı şəxs və Zaqatala rayon Əliabad bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 sаylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)- 232/2020 saylı qətnaməsi üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxs Maraqlı şəxs iş üzrə İddiaçı mərhum əri X3 əvvəlki həyat yoldaşı, mərhum İddiaçı Əli qızının bacısıdır. X1 (iddiaçının əri) mərhum X10 ilə nikahlarını 28 mart 1975-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, X6 soyadını qəbul etmişdir. Bundan sonra onlar 2006-cı ilə kimi ailə münasibətlərində olmuş, birgə nikahlarından övladları olmamışdır. 20 sentyabr 2006-cı il tarixdə İddiaçı Əli qızı ölmüş, onun həyat yoldaşı X7 mirası faktiki olaraq qəbul edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.40 kv metr olaт fərdi yaşayış evində yaşamış, mirası idarə etmişdir. X7 bundan sonra 21 fevral 2008-ci il tarixdə iş üzrə iddiaçı Məmmədova (Hüseynova) Məryəm Mövlüd qızı ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuş, 2018-ci ilədək ailə münasibətlərində olaraq sözügedən evdə yaşamışlar. Birgə nikah dövründə onların övladları olmamışdır. Qurban Məmmədov 11 noyabr 2018-ci il tarixdə ölmüş, onun vəfatından sonra həyat yoldaşı İddiaçı mirası faktiki qəbul edərək idarə etmiş və hal-hazıradək həmin evdə yaşayır. İşin qeyd olunan faktiki halları iş materiallarında olan nikahın bağlanması haqqında, ölüm haqqında şəhadətnamələr və Əliabad qəsəbə İnzibati Ərazi D`airəsinin 06 noyabr 2019-cu il tarixli, 2804 saylı arayışı ilə təsdiq olunur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı Məryəm Mövlüd qızı DƏDRX-in 18 Ərazi İdarəsinə müraciət edərək özünün və mərhum bacısının adının eyni olmasından istifadə edərək, DƏDRX-in əməkdaşlarını aldadaraq X11 amlakı olan torpaq sahələrini özünün adına qeydiyyata aldıraraq ev və 0.10 ha həyətyani torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ******* saylı çıxarış, 0.52 ha torpağa ******* saylı Çıxarış vǝ 0,21 ha torpağa ******* saylı Çıxarış almışdlr. Beləliklə, iddiaçı Məryəm Mövlud qızı saxta Çıxarışlar əldə etmişdir. Hansı ki, həmin Çıxarışlara dair qeydiyyatın aparılmasında texniki səhvə yol verilmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(102)-814/2024 saylı qərarından görünür ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1448/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(107)-454/2023 nömrəli qərarı ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(102)-814/2024 saylı qərarı ilə, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2-1(107)-454/2023 saylı qərarı ləğv edilmiş, iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Yəni şikayətin dəlilləri iş materiallarında olan məhkəmə qərarı ilə təkzib edilir. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, bacısı İddiaçı Əli qızının vəfatından sonra ondan miras qalmış əmlak olan torpaq sahələrini əri rəsmiləşdirməmiş, bacısına məxsus torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almamış və bacısının torpaqlarını öz əmlakı kimi qeydiyyata almamışdır. X13 bacısı İddiaçı Əli qızından miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququnu əldə etməsini dövlət qeydiyyatına aldırmalı idi ki, bacısının miras amlakı onun hesab edilsin va bundan sonra həmin əmlaklar Qurban Məmmədovdan miras qalmış amlak hesab oluna bilərdi. X18 bacısı İddiaçı Əli qızına məxsus əmlaklar üzərində vərəsəlik hüququ əldə etməmiş və belə bir hüquqları dövlət qeydiyyatına aldırmamışdır. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiyanın qənaətinə görə İddiaçı Əli qızı 2006-cı ildə öldükdən sonra onun əri Qurban Məmmədov onun birinci növbəli vərəsəsi olmuşdur, hansı ki, mirası qəbul edib ölənədək idarə etmişdir. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə olduğu təqdirdə iş üzrə üçüncü şəxs Maraqlı şəxs mərhum X20 qızından qalmış mirası qəbul etmək hüququ olmamışdır. Yəni İddiaçı Əli qızının ölümündən sonra onun sağ olan əri Qurban Məmmədov onun birinci növbəli vərəsəsi olaraq mirası qəbul etmişdir. Eyni zamanda hüquq normalarının məzmunundan göründüyü kimi, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda mirası qəbul etmiş sayılır və mirasın bir hissəsinə sahiblik etməyə faktiki olaraq başladıqda harda olmasından asılı olmayaraq mirası tam qəbul etmiş sayılır. İş materialları ilə təsdiq olunur ki, İddiaçı Əli qızı öldükdən sonra onun həyat yoldaşı Qurban Məmmədov mirası qəbul edərək ölənədək idarə etmişdir. Beləliklə, kollegiya hesab edir ki, miras qalmış əmlaka dair vərəsəlik hüququnun əldə etməsi üçün onun dövlət qeydiyyatına alınmaması miras əmlaka dair vərəsəlik hüququnun itirilməsi ilə nəticələnmir. Yəni miras əmlakı əldə etmək üçün onu faktiki olaraq idarə edilməsi mirasa dair mülkiyyət hüququnun əldə edilməsi üçün yetərlidir. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üzrə iddiaçı tərəfindən həmin şəhadətnamələrin mübahisələndirilməsi üçün 2 aylıq müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməsini lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Normada müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən, qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılmamışdan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib-itirməməsi müəyyən olunmalıdır. Kollegiyanın qənaətinə görə, məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. İddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki, kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün 2 aylıq müddəti ötürməmişdir. Belə ki, iddiaçı tərəfin 2 aylıq müddəti ötürməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda kollegiyanın iclasında iştirak edən iddiaçının vəkili verilən suala cavabında mübahisələndirilən şəhadətnamənin mövcudluğundan 2019-cu ilin noyabr ayında məlumatlarının olduğunu bildirmişdir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdeh tərəf işin bu halını mübahisələndirməmiş, həmçinin iddiaçının mübahisələndirilən şəhadətnamədən daha əvvəl məlumatlı olmasına dair hər hansı bir fikir bildirməmişdir. Sonda, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəf mübahisələndirilən şəhadətnamələrin mövcud olmasından 2019-cu ilin noyabr ayında məlumatlı olmuş, dekabr ayında isə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün 2 aylıq müddəti ötürməmişdir. Sonda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)- 232/2020 saylı qətnaməsi üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı qətnaməsi üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar