Məhkəmə qərarları › İş №2(107)-505/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-505/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-505/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əhəmiyyətsiz əqd üzrə pul tələbi, əsassız varlanma, prosessual pozuntu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh1 vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 8500 manat məbləğində pulun, həmçinin vəkilə iddia ərizəsinin tərtib edilməsi üçün ödədiyi 100 manat məbləğində qonorarın və dövlət büdcəsinə ödədiyi 105 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 oktyabr 2022-ci il tarixdə Ucar rayonunda Cavabdeh1 8500 manat pula “Reno Meqan” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq almışdır. Razılaşmalarına əsasən bunun üçün Orxan ona notariusda 3 aylıq etibarnamə vermişdir. Orxan etibarnamənin müddətinin 1 il olduğunu demiş, o da Orxana inanmış, etibarnamədəki müddətə baxmamışdır. Həmin avtomobilin sənədlə sahibi Ağcabədi rayonunun Şahsevən kənd sakini X2 olmuş, sonuncu isə Orxanın deməsinə görə avtomobili faktiki olaraq Orxana satsa da onların arasında da rəsmi alqısatqı olmamış, Çiçək də Orxana etibarnamə vermişdir. 2023-cü ilin fevral ayında Bakı şəhərində yol polisləri adı çəkilən nəqliyyat vasitəsini saxlamış və etibarnamənin müddətinin bitdiyini bildirib, maşını ondan alıb, cərimə meydançasına yerləşdirmişər. Bundan sonra o, Ağcabədi rayonuna getmiş və avtomobilin sənəd üzərindəki sahibi X1 oğlu Cavabdeh2 ilə görüşüb danışmışdır. O, Cavabdeh2 anasının ona etibarnamə verməsi üçün köməklik etməyi xahiş etmişdir. Cavabdeh2 da ona billdirmişdir ki, anası hal-hazırda xəstədir, əlavə olaraq ona söz vermişdir ki, qısa müddət ərzində etibarnamə verəcəkdir. Daha sonra isə Saməddin Bakı şəhərinə gedib qeyd edilən avtomobili götürmüş və gətirib öz həyətlərinə qoymuşdur. Bundan sonra o, avtomobili götürmək üçün Ağcabədi rayonuna getmiş və Saməddinlə görüşmüşdür. Lakin Saməddin ona bildirmişdir ki, avtomobili ona verməyəcəkdir, avtomobil onun anasına məxsusdur və anası həmin avtomobili satmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, o, əvvəlcə qeyd olunan tələbində hər ikisini cavabdeh kimi göstərsə də sonradan həmin tələbi yalnız Cavabdeh1 qarşı yönəltmişdir. Çünki iddia ərizəsindədə göstərildiyi kimi o, 8500 manat pulu şəxsən Cavabdeh1 vermişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə bildirişi həmin ünvandan köçməsi əsasları ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir.

5. Məhkəmə, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsi ilə (hakim H.Xəlilov), iddianın təmin edilməsi, Cavabdeh1 8500 (səkkiz min beş yüz) manat, habelə vəkilin göstərdiyi yardıma görə xərc kimi 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 105 (bir yüz beş) manat, cəmi 8705 (səkkiz min yeddi yüz beş) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili 15 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında 8500 manata almış, 2023-cü ilin fevral ayında avtomobillə hərəkət etdiyi vaxt yol patrul polisi avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğu barədə iddiaçını məlumatlandırmış, avtomobili cərimə meydançasına yerləşdirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən ödənilmiş 8500 manat pul vəsaiti müqabilində Cavabdeh1 tərəfindən etibarnamə əsasında “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməsi, sonradan avtomobilin iddiaçıdan alınması təsdiq ediliyi üçün 8500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Beləliklə müəyyən оlunur ki, tərəflər аrаsındа аvtоmоbilə dаir аlqı-sаtqı əqdi bаğlаnmış, lаkin əqdin fоrmа və məzmununа riаyət оlunmаmışdır, bu isə həmin əqdin əhəmiyyətsiz оlmаsı аnlаmınа gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yаrаtmır, belə əqd bаğlаndığı аndаn etibаrsızdır və оnun etibаrlı hаlа gətirilməsi də mümkün deyildir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 manat məbləğində qonorar məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 337.3, 337.4-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tаrixli Qərаrınа, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları zamanı o, həmin maşını 8500 manata satmağı barədə heç bir izahat verməmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamədə etirafının olduğunu qeyd etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ondan Polis şöbəsinə müraciət etmişdir və orada cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarda şikayət verən şəxsin izahatı ilə tanış olmamışdır və həmin qərarda vermiş olduğu izahatda 8500 manat ödənilmiş pul barədə izahat verməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi mülki qaydada heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Bundan başqa qeyd etmək istəyir ki, məhkəmə qətnaməsinin mövqeydində hazırki mülki mübahisəni “əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir”, lakin mülki qanunvericiliyin normalarına istinad edərkən qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Birinci insansiya məhkəməsi müddətlə bağlı xüsusatları nəzərdən keçirmədən ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir tətəfli mövqe göstərmişdir. Məhkəmə iclasları zamanı iddiaçı tərəf məhkəmə iclasında iştirak etsə də onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir, o, hərbiçidir və istənilən vaxt işdən qala bilmir. Birinci instansiya məhkəməsi bu göstərdiyi xüsusatı da nəzərə almamışdır. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsini nəzərdən keçirərkən birtərəfli mövqe göstərməsinin şahidi olur. Beləliklə birinci instansiya məhkəməsi mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən məhkəmə qətnaməsi qəbul etmişdir.

14. Odur ki, Ucar Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(063)-501/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında cavabdehin Ucar Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında göstərmişdir ki, “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan anası X2 vəfat etmişdir. Həmin avtomaşınla bağlı bütün hərəkətlər sağlığında anası X2 tərəfindən icra edilmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Qərar:

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyator Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 11 oktyabr 2022-ci il tarixli, nəqliyyat vasitəsinə dair 11 yanvar 2023-cü il tarixədək sərəncam vermə hüququ verən etibarnamə əsasında X1 adına qeydiyyata alınmış, “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili buna dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir alqı-satqı müqaviləsi imzalanmadan 8500 manata İddiaçı satmışdır. X2 19 fevral 2023-cü il tarixdə ölmüşdür. İddiaçı 2023-cü ilin fevral ayında “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi vaxt yol patrul xidməti əməkdaşı avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğu barədə iddiaçını məlumatlandırmış, avtomobili cərimə meydançasına yerləşdirmiş, beləliklə Cavabdeh1 tərəfindən 11 oktyabr 2022-ci il tarixli etibarnamə ilə İddiaçı 8500 manata satılmış “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı götürülmüşdür. Üçüncü şəxs Cavabdeh2 isə X1 oğludur.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh1 İddiaçı xeyrinə 8500 manatın tutulmasına dair hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 01 avqust 2023-cü il və 21 avqust 2023-cü il tarixlərdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməməklə, həmçinin cavabdehdən vəkilin göstərdiyi yardıma görə xərc kimi 100 manatın, ödənilmiş dövlət rüsumuna görə 105 manatın tutulmasını qərara almaqla, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

29. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

30. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

31. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

32. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

33. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

34. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

35. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

36. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

37. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 01 avqust 2023-cü il və 21 avqust 2023-cü il tarixlərdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədiyindən Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Bu baxımdan apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin onun məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 01 avqust 2023-cü il və 21 avqust 2023-cü il tarixlərdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə poçt vasitəsi ilə məhkəmə bildirişləri göndərilsə də zərflər cavabdehin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yerini əks etdirən bildirişlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılma imkanlarından tam istifadə etməmişdir. Cavabdeh1 məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasını təsdiq edəcək digər bir sənəd də iş materiallarına əlavə edilməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasları zamanı onun həmin maşını 8500 manata satmağı barədə heç bir izahat verməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində isə etirafının olduğunun qeyd edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, o, birinci instansiya məhkəməsinin lazımi qaydada məlumatlandırılmadığı 01 avqust 2023-cü il və 21 avqust 2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları ilə yanaşı, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı, məhkəmə baxışı iclaslarından daha əvvəl keçirilən məhkəmə iclaslarına da gəlməmiş, iştirak etməməsi səbəbli birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında ümumiyyətlə izahatının alınması mümkün olmamışdır. Lakin iş materiallarında olan Cavabdeh1 Ucar rayon Polis Şöbəsinə verdiyi 24 mart 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında 2022-ci ilin oktyabr ayının 15-də Ucar rayonunda İddiaçı 8500 manat pula “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili satmasını, onun Cəmillə notariusa gedərək, ona etibarnamə verərərək nəqliyyat vasitəsini ona satmasını etiraf etmişdir.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin qərarda vermiş olduğu izahatda 8500 manat ödənilmiş pul barədə izahat verməməsinə dair dəlili özü-özlüyündə əsassızdır. Belə ki, onun İddiaçı 8500 manat pula “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili satmasına dair Ucar rayon Polis Şöbəsinə 24 mart 2023-cü il tarixdə verdiyi izahatı imzası ilə təsdiq edilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci insansiya məhkəməsinin müddətlə bağlı xüsusatları nəzərdən keçirməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

44. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində 22 iyun 2023-cü il və 14 iyul 2023-cü il tarixlərdə keçirilən məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin iclaslarda iştirak etməməklə yanaşı ona qarşı qaldırılmış hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqinə dair də birinci instansiya məhkəməsinə hər hansı bir ərizə göndərməmiş, bundan başqa birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması nəzərə alınaraq, onun tərəfindən apellyasiya şikayətinə də iddia müddətinin tətbiqinə dair ərizə əlavə edilməmişdir. Yəni məhkəmənin iddia müddəti məsələsini nəzərdən keçirə bilməsi üçün cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizə verməsi mütləq şərtdir.

45. Kollegiya iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər əhəmiyyətsiz əqd üzrə yaranmış əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləridir.

46. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

48. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Kollegiya qeyd edir ki, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş etibarlı alqı-satqı münasibətləri mövcud olmamaqla, 11 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı verilmiş etibarnamə alqı-satqı müqaviləsini əvəz etməməklə onların arasında “Renault Megane” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillin alqı-satqısı ilə bağlı bağlanmış əqd əhəmiyyətsiz bir əqddir. Hansı ki, həmin əqd üzrə İddiaçı Cavabdeh1 8500 manat pul vəsaitini ödəməklə əldə etdiyi nəqliyyat vasitəsi İddiaçı sahibliyindən alınmışdır.

52. İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh1 ondan aldığı, lakin qaytarılmamış, əsassız varlandığı 8500 manat pul vəsaitini tələb edir.

53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

55. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

56. Göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası iddia tələbinin 8500 manata aid hissəsində qeyd edir ki, İddiaçı həmin vəsaiti Cavabdeh1 tələb etməkdə haqlıdır.

57. Məhkəmə kollegiyası iddia tələbinin vəkilə iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 manat məbləğində qonorarın ödənilməsi hissəsində hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçının özü tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarına iddiaçının vəkillə bağladığı müqavilə, vəkil orderi əlavə edilməmiş, beləliklə də iddia ərizəsinin tərtibində iddiaçının vəkilin hüquqi yardımından istifadə etməsi halı müəyyən edilməmişdir.

58. Məhkəmə kollegiyası iddia tələbinin dövlət büdcəsinə ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Cavabdeh1 “Vətən müharibəsi iştirakçısı”dır.

59. Azərbaycan Respublikası Dövlət X5 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

60. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı 8500 manat pul vəsaitinin tutulması hissəsində təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verildiyinə görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)- 501/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 8500 manat tutularaq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

61. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 müharibə veteranı olduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(063)-501/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 8500 manat tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar