Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-506/2025 23.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 26 iyul 2024-cü ildə Cavabdeh qarşı “mənzilin hərracda satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi və 20 sentyabr 2024-cü ildə isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətdə olan Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 saylı evin 27 saylı mənzilinin hərracdan satılması və satışdan əldə edilmiş pulun paylarına uyğun bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Nofəl qızı ilə 02 noyabr 1998-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Lakin sonradan münasibətləri pozulduğundan aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni 08 iyul 2008-ci il tarixdə Mingəçevir şəhəri M.P.Vaqif küçəsində 19 nömrəli binanın birinci mərtəbəsində 3 otaqlı 27 saylı mənzili alqı-satqı yolu ilə almışlar. Mingəçevir Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(051)-115/2023 nömrəli qətnaməsinə əsasən mənzildə hər ikisinin, yəni onunla cavabdehin ½ hissə olmaqla, payları müəyyən edilmişdir. ½ hissədə payına uyğun olaraq İddiaçı 22 may 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin, boşandıqdan sonra həmin mənzildə Cavabdeh Nofəl qızı yaşayır və o, yaşamağa yeri olmadığından kirayədə yaşamaq məcburiyyətindədir. Lakin, maddi vəziyyəti ağır olduğundan kirayə pulunu ödəməkdə çətinlik çəkir. O, mənzilin naturada bölünməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi Nikahın pozulması barədə Şəhadətnamənin surəti, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Mingəçevir Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(051)- 115/2023 nömrəli və 14 dekabr 2023-cü il tarixli 2(051)-1601/2023 nömrəli qətnamələrinin surətləri, İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış “Kompensasiyanın ödənilməsi və ya hərraca çıxarılıb satılma” barədə Təklif və digər sənədlər məhkəməyə təqdim olunmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia təmin edilsin. Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69.76 kv.metrdən ibarət olan mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracdan satışa çıxarılsın. Mənzilin ilkin satış qiyməti icra məmuru tərəfindən müəyyən edilsin. Mənzilin həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın. Satış pulu paylı mülkiyyətçilər olan İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylarına mütənasib surətdə bölüşdürülsün.” Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən mənzil üzərində ½ hissə olmaqla İddiaçı və ½ hissə olmaqla Cavabdeh paylı mülkiyyət hüquqları vardır (Qeydiyyat tarixi xx.xx.2023-cü ildir). İşdə olan AZ-İ seriyalı, 404501 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur (Nikah pozulduqdan sonra qadına Məmmədəliyeva soyadı verilmişdir). İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-115/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0,1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 69,76 kv.m ümumi, 47,1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildən Cavabdeh payı ½ (ikidə bir) hissədə müəyyən edilmiş və İddiaçı həmin mənzilə köçürülməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilmiş, X8 və X4 İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1601/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı “mənzilin paylara uyğun naturada bölünməsi” barədə iddiası rədd edilmiş və İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən üç otaqlı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan, İddiaçı tərəfindən Cavabdeh “kompensasiyanın ödənilməsi və ya hərraca çıxarılıb satılma” barədə təklifdə göstərilir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-115/2023 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan mənzildə Cavabdeh payı ½ hissədə, İddiaçı payı da ½ hissədə müəyyən edilmişdir. Sonradan Aydınov X5 Şəhər Məhkəməsinə müraciət edərək payının naturada bölünməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etsə də, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. İddiaçı hazırda Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək payın dəyərinin ödənilməsi və ya hərraca çıxarılıb satılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin onlar öz aralarında bununla bağlı məhkəmədən kənar qaydada razılığa gələ bilərlər. Buna görə də, o, Cavabdeh təklif edir ki, onun mənzildəki payının dəyərinin ödənilməsi və ya öz razılıqlarıyla mənzilin satılaraq, paylarına uyğun olaraq aralarında bölünməsi barədə razılığa gəlsinlər. Əks halda o, bu məsələnin həlli üçün məhkəməyə müraciət edəcəkdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69.76 kv.metrdən ibarət olan mənzilin paylı mülkiyyətçiləridir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmış və iddiaçı payının naturada bölünməsini tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada bölünməsi mümkün olmamış, sonradan iddiaçı əmlakın hərracdan satılması tələbinə dair iddia qaldırmışdır. İş üzrə keçirilən əvvəlki məhkəmə iclası zamanı Cavabdeh əşya üzərində tam mülkiyyət hüququ əldə etmək istədiyini bildirsə də, sonradan məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzilin digər paylı mülkiyyətçisinin tam mülkiyyət hüququnu əldə etmək niyyəti olduğundan, ilk öncə paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərrac keçirilməli, mənzil həmin hərracda digər mülkiyyətçi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Məhkəmə, müvafiq qanunvericilik normalarının tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin əvvəl yalnız ümumi paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmasını, mənzilin həmin hərracda mülkiyyətçilərdən digəri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh ümumi paylı mülkiyyətçidirlər və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyəti vardır. Ona görə də, iddiaçının tələbi əsaslıdır və mübahisəli mənzil əvvəl qapalı hərracda satışa çıxarılmalı, mənzil - həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Yəni, Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmalı və həmin hərracda mülkiyyətçilərdən hər hansı biri tərəfindən əldə edilmədiyi halda isə keçiriləcək açıq hərracdan mənzil satılmaqla, satışdan əldə edilən vəsaitin ½-nin İddiaçı ödənilməsi, ½-nin isə Cavabdeh ödənilməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Bundan əlavə, məhkəmə, daşınmaz əmlak qiymətlərinin qətnamə icra olunacaq tarixədək kəskin dəyişə bilməsi ehtimalını nəzərə alaraq, hazırki iş üzrə hərracda mənzilə dair ilkin satış qiymətini müəyyən etməyi lüzum bilmir. Məhkəmə, mənzilin hərracda ilkin satış qiymətinin işin icra mərhələsində icra məmuru tərəfindən müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69,76 kv.metrdən ibarət olan mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmalı, mənzilin ilkin satış qiyməti icra məmuru tərəfindən müəyyən edilməli, həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə mənzil açıq hərracdan satılmalıdır. Satış pulu iddiaçıya 1/2 hissədə və cavabdehə 1/2 hissədə olmaqla, yəni onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 29 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 213 və 221-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi ilə mənzilə istifadə hüququ olan şəxslərin mənzildən çıxarılması qət olunmasa da, ancaq mənzilin dəyərinin ½ hissəsinin İddiaçı ödənilməsi ilə bağlı müdəa - gələcəkdə həmin mənzilin onun tərəfindən satın alınmasına maneçilik törədəcəkdir. Çünki, mənzilin dəyərinin ½ hissəsinin iddiaçıya ödənilməsi təqdirində onun hüquqları pozularaq, həmin şəxslərə münasibətdə kompensasiya olmadan çıxarılmaları mümkünsüz olduğu kimi, iddiaçının ona mənzilin dəyərinin ½ hissəsini ödəməyəcəyi təqdirdə övladları ilə onun yaşayış yerinin itirilməsi ilə nəticələnəcəkdir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd olunan müdəa digər şəxslərin olmadığı hallarla bağlıdır. Həmin mənzilin digər şəxslərə satılması da faktiki onun övladlarını evsiz qoyacaqdır. Halbuki, qanuni quvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(051)-115/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsndə yerləşən 69,76 kv.m ümumi, 47,1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildən Cavabdeh payı ½ (ikidə bir) hissədə müəyyən edilmiş və eyni zamanda, İddiaçı həmin mənzilə köçürülməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X4 İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan həmin mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması da qət edilmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Baxmayaraq ki, məhkəmə qətnaməsi ilə mənzilə istifadə hüququ olan şəxslərin mənzildən çıxarılması qət olunmamışdır, ancaq mənzilin dəyərinin ½ hissəsinin İddiaçı ödənilməsi ilə bağlı müdəa - gələcəkdə həmin mənzilin onun tərəfindən satın alınmasına maneçilik törədəcəkdir. Məhkəmə, həmin 3-cü şəxslərin hüquqlarını və mənzilin dəyərinin ½ hissədə bölünməsi qənaətinə gələrkən qapalı hərrac zamanı 3-cü şəxslərin hüquqlarının olmasının mənzilin satış dəyərinə təsirini nəzərə almamışdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 05 iyun 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X7 iştirak edərək, şikayətlə bağlı izahatlarını vermiş və iş üzrə mövqelərini bildirmişlər. Belə ki, həmin məhkəmə iclasında iştirak edən apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi X1 Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)- 77/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsinin ləğv olunması və “mənzilin hərracda satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən İddiaçı isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Lakin, apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş növbəti məhkəmə iclasının, yəni mülki iş üzrə 23 iyul 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh və yaxud, onun səlahiyyətli nümayəndəsi həmin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının keçirilməsini və tərəflərin iştirakı olmadan mülki işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 05 iyun 2025-ci ildə tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə iclasında qəbul edilən Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayəti üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzilinin (Reyestr nömrəsi: **********52-05101-093008) hərracda ilkin satış qiymətinin təyin olunması ilə əlaqədar bazar qiymətinin müəyyən edilməsi üçün Müstəqil Qiymətləndiricinin rəyinin alınmasından ötrü məhkəməəmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin olunmuş və bununla bağlı müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 iyun 2025-ci il tarixli MB18/0674 nömrəli “Qiymətləndirmə Hesabatı” tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış həmin müstəqil qiymətləndirmənin 18 iyun 2025-ci il tarixli MB18/0674 nömrəli Qiymətləndirmə Hesabatında göstərilir ki, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzilin (Reyestr nömrəsi: **********52-05101- 093008) 18 iyun 2025-ci il tarixinə olan bazar dəyəri (bazar qiyməti) 85000 (səksən beş min) manat təşkil edir. Eyni zamanda, həmin Qiymətləndirmə Hesabatından görünür ki, bu qiymətləndirmə tədqiqatının aparılması ilə əlaqədar qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadı (Nəticə hissəsi): - Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. - İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. - Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. - Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddia təmin olunmalıdır: İddiaçı ilə Cavabdeh bərabər hissələrlə paylı mülkiyyətində olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzil (Reyestr nömrəsi: **********52-05101-093008) əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracdan (qapalı hərracdan) satışa çıxarılmalıdır; Mənzil paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracda (qapalı hərracda) mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə olan paylarına mütənasib olaraq bölüşdürülməlidir; Paylı mülkiyyətdə olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzilin hərracda ilkin satış qiyməti (bazar dəyəri) 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikaha 29 sentyabr 2021-ci ildən xitam verilmiş və boşanmadan sonra qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-115/2023 nömrəli qətnaməsi ilə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 69,76 kv.m ümumi, 47,1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildə Cavabdeh payı ½ (ikidə bir) hissədə müəyyən edilmiş və eyni zamanda, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən mənzilə (Reyestr nömrəsi: **********52-05101-093008) payları müvafiq olaraq ½ hissə olmaqla İddiaçı və ½ hissə olmaqla Cavabdeh xüsusi mülkiyyət hüquqları vardır (Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi - xx.xx.2023-cü il). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1601/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı “mənzilin paylara uyğun naturada bölünməsi” barədə iddia tələbi rədd edilmiş və İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən üç otaqlı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra isə İddiaçı “kompensasiyanın ödənilməsi və ya hərraca çıxarılıb satılma” barədə təkliflə Cavabdeh müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 1601/2023 nömrəli qətnaməsi ilə “mənzilin paylara uyğun naturada bölünməsi” barədə iddia tələbi rədd edildiyindən, onun mənzildəki payının dəyərinin ödənilməsini və ya öz razılıqlarıyla mənzilin satılaraq, əldə edilən pulun paylarına uyğun olaraq aralarında bölünməsi barədə razılığa gəlmələrini təklif etmişdir. Lakin, Cavabdeh bu təklifə cavab verməmiş və bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi” tələbi barədə iddia ərizəsi təmin edilərək, Mingəçevir şəhəri, X16 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69,76 kv.metrdən ibarət olan mənzilin əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracdan satışa çıxarılması və mənzilin həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq, satış pulunun paylı mülkiyyətçilər olan İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi və eyni zamanda, həmin mənzilin ilkin satış qiymətinin isə icra məmuru tərəfindən müəyyən edilməsi qət olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi - 28 yanvar 2025-ci il tarixli 2(051)- 77/2025 nömrəli qətnaməsində naturada ayrılması mümkün olmayan mənzilin (bərabər hissələrlə paylı mülkiyyətdə olan) əvvəlcə paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracdan (qapalı hərracdan) satışa çıxarılması və mənzil paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə olan paylarına mütənasib olaraq bölüşdürülməsi qənatətinə gəlsə də, qətnamədə “satış üçün hərraca çıxarılması nəzərdə tutulan həmin mənzilin ilkin satış qiymətinin icra məmuru tərəfindən müəyyən edilməsi” qət olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi “payın ayrılmasından” fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə, əşyanın hərracdan satılmasını qət etməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Eyni zamanda, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini də göstərməlidirlər. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2025-ci il tаrixli qərаrdаdına əsasən mübahisəli mənzilin hərracda ilkin satış qiymətinin təyin olunması ilə əlaqədar bazar qiymətinin (bazar dəyərinin) müəyyən edilməsi üçün Müstəqil Qiymətləndiricinin rəyinin alınmasından ötrü məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin olunmuş və bununla bağlı müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 iyun 2025-ci il tarixli MB18/0674 nömrəli “Qiymətləndirmə Hesabatı” tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Həmin Hesabatla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzilin (Reyestr nömrəsi: **********52-05101-093008) 18 iyun 2025-ci il tarixinə olan bazar dəyəri (bazar qiyməti) 85000 (səksən beş min) manat təşkil edir. Bundan əlavə, Cavabdeh hazırkı iddia tələbinə etirazını və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmamasını “iddiaçı ilə birgə nikahından olan övladlarının da mübahisəli mənzildə yaşamaq və mənzildən istifadə etmək hüquqlarının olması, məlum iddia təmin olunduqda hüquqlarının, o cümlədən də övladlarının hüquqlarının pozulacağı və həmin mənzildə yaşayan övladlarının üçüncü şəxs kimi hazırkı işə cəlb edilmədən qətnamə çıxarılması” kimi dəlillərlə əsaslandırmışdır. Lakin, aşağıda qeyd olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfin bu kimi dəlilləri hazırkı iddianın təmin olunmaması üçün əsas deyildir: Belə ki, işin hallarından görünür ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş mübahisəli mənzildə boşanmadan sonra ½ hissədə payı olan Cavabdeh övladları ilə birlikdə yaşasa da, mənzilin həmin miqdarda payı olan digər mülkiyyətçisi, yəni ½ hissədə payı olan İddiaçı həmin mənzildə yaşamır və hətta, bununla bağlı onun mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasına baxmayaraq, tərəflərin qarşılıqlı münasibətləri səbəbindən sonuncunun həmin mənzilə köçürülərək yaşaması mümkün olmamışdır. İddiaçı mənzilin naturada bölünməsi barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, onun həmin iddiası da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Bu qeyd olunanlarla təsdiq olunur ki, məlum mənzil paylı mülkiyyətçi olaraq Cavabdeh faktiki sahibliyində və istifadəsində olsa da, digər paylı mülkiyyətçi İddiaçı həmin mülkiyyətindən hər hansı bir formada istifadə etmək və faktiki sahiblik etməkdən məhrum olmuşdur ki, bu da onun mülkiyyətçi olaraq hüquqlarının pozulmasına səbəb olmuşdur. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Odur ki, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfin “iddiaçı ilə birgə nikahından olan övladlarının da mübahisəli mənzildə yaşamaq və mənzildən istifadə etmək hüquqlarının olması, məlum iddia təmin olunduqda hüquqlarının, o cümlədən də övladlarının hüquqlarının pozulacağı və həmin mənzildə yaşayan övladlarının üçüncü şəxs kimi hazırkı işə cəlb edilmədən qətnamə çıxarılması” kimi dəlilləri tamamilə əsassızdır və cavabdehin bu mövqeyi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Çünki, mülki hüquqlar - hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunduğu kimi, mənzildə bərabər paylara malik olan tərəflərdən biri, yəni cavabdeh mənzildə yaşamaqla, həmin mənzildən faktiki istifadə və sahiblik imkanlarına malik olduğu halda, digər tərəf olaraq iddiaçı həmin mənzillə əlaqədar bu imkanlara malik deyildir. Ona görə də, iddiaçı naturada bölgüsü mümkün olmayan mənzillə əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, payların öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın digər paylı mülkiyyətçinin adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam olunması, eləcə də iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gələ bilmədikdə və mənzilin naturada fiziki bölünməsi mümkün olmadıqda, onun açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılması ilə əlaqədar məhkəmə mübahisəsində - mənzildə yaşayan digər şəxslərin paylı mülkiyyətçilərin bu hüquqlarına müdaxiləsi və təsiri mümkün deyildir. Bunun əksini iddia etmək isə, bilavasitə mülkiyyətçinin mülkiyyət hüquqlarının əsassız pozulması və ya məhdudlaşdırılması, ya da mülkiyyətçinin faktiki olaraq öz mülkiyyətindən məhrum olması ilə nəticələnməsi deməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ - “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında qərara alınmışdır ki, 1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz və 2). Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və digər konkret hallarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh bərabər hissələrlə paylı mülkiyyətində olan Mingəçevir şəhərinin X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzili (Reyestr nömrəsi: **********52-05101-093008) əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracdan (qapalı hərracdan) satışa çıxarılmalı, mənzil paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracda (qapalı hərracda) mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər olan İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə olan paylarına mütənasib olaraq bölüşdürülməli və mənzilin hərracda ilkin satış qiyməti (bazar dəyəri) 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməlidir. Həmçinin, işin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli və eyni zamanda, iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manat hissəsi İddiaçı və 150 (yüz əlli) manat hissəsi Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(051)-77/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh bərabər hissələrlə paylı mülkiyyətində olan Mingəçevir şəhəri X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzili (Reyestr nömrəsi: **********52-05101-093008) əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracdan (qapalı hərracdan) satışa çıxarılsın. Paylı mülkiyyətin iştirakçıları üçün keçirilən hərracda (qapalı hərracda) mülkiyyətçilərdən biri tərəfindən mənzil əldə edilmədiyi halda, Mingəçevir şəhəri X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzili (Reyestr nömrəsi: **********52-05101-093008) açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə olan paylarına mütənasib olaraq bölüşdürülsün. Paylı mülkiyyətdə olan Mingəçevir şəhəri X16 küçəsindəki 19 nömrəli evin ümumi sahəsi 69,76 kv.metrdən ibarət 27 nömrəli mənzilin (Reyestr nömrəsi: **********52-05101- 093008) hərracda ilkin satış qiyməti (bazar dəyəri) 85000 (səksən beş min) manat məbləğində müəyyən edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manat hissəsi İddiaçı və 150 (yüz əlli) manat hissəsi Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.