Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-510/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mərrəhəm oğlu, Cavabdeh2 və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Mərrəhəm oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mərrəhəm oğlu, Cavabdeh2 və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)-46/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 Mərrəhəm oğluna məxsus olmuşdur. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh2 bağışlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 qarşı "nikahın pozulmasına dair" iddia tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 65/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh2 ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Birgə nikah dövründə birgə mülkiyyət hüququ ilə əldə etdikləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakların aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakların aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi bağışlama müqaviləsi ilə Cavabdeh2 tərəfindən əldə edildiyi əsas gətirilərək rədd edilmişdir. O cavabdehlə Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin sonunda daha öncə tanımadıqları Cavabdeh1 45000 (qırx beş min) manata almışlar. Həmin evi aldıqdan sonra əsaslı təmir işləri aparılmış, suvaqları, tavan və döşəmələri, qapı və pəncərələri yenilənmiş, daxili bəzək işləri görülmüşdür. Təmir tikinti işlərinin aparılmasına 100000 (yüz min) manata yaxın vəsait xərclənmişdir. Təmir tikinti işləri yekunlaşdıqdan sonra da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyini məhkəmə qətnaməsindən və iş materiallarından əldə etdiyi xx.xx.2014cü il tarixli bağışlama müqaviləsindən öyrənmişdir. Çünki onlar həmin evi əvvəllər tanımadıqları Cavabdeh1 pul verib satın almışlar. Cavabdeh1 vergi ödəməməsi üçün və daha az məbləğdə dövlət dövlət rüsumu ödəməsi üçün Cavabdeh2 ilə razılaşıb alqı-satqı müqaviləsini bağışlama müqaviləsi kimi rəsmiləşdirmişlər. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu (hazırda vəzifəsi Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu) X7 da bu yalan əqdi təsdiq etmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Cavabdeh2 ilə aralarında nə qohumluq, nə də onunla arasında hər hansı mənəvi bir münasibət vardır. Həmin evin alqı-satqısına qədər onu tanımamışlar. Evin alqı-satqısından sonra onunla tanışlıqları başlıyıb və indi də davam edir. O Cavabdeh1 ev alanda görmüşdür. Cavabdeh1 Bakı şəhərində yaşayırdı, həmin fərdi yaşayış evi onun ata evi idi və həmin evdə bacısı yaşayırdı. Cavabdeh1 böyük məbləğdə borcları olduğu üçün bacısını o evdən çıxardaraq evi onlara satmışdır. Yəni Cavabdeh1 yaxın qohumu, ümumiyyətlə qohumu olmayan Cavabdeh2 dəyəri 45000 (qırx beş min) manat olan 3 otaqlı 159,4 kv.m.-lik fərdi yaşayış evini bağışlaması absurddur. Hüquq elmində və hüquqi praktikada formalaşmış mövqeyə görə bağışlama müqaviləsi mənəvi dəyərlərə söykənən müqavilədir, çünki hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, bağışlamanın əsasında mənəvi dəyərlər dayanır. Bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 arasında mənəvi dəyərlərə əsaslanan münasibət olmayıb. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi tərəflər arasında alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqddir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 ilə birgə vəsaitləri hesabına alqı-satqı ilə almışlar.
4. Cavabdeh1 mərrəhəṀ oğlu etiraz ərizəsi ilə müraciət edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətanmə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, onlar cavabdehlə Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin sonunda daha öncə tanıdıqları Cavabdeh1 45000 (qırx beş min) manata almışlar. Həmin evi aldıqdan sonra əsaslı təmir işləri aparılmış, suvaqları, tavan və döşəmələri, qapı və pəncərələri yenilənmiş, daxili bəzək işləri görülmüşdür. Təmir tikinti işlərinin aparılmasına 100000 (yüz min) manata yaxın vəsait xərclənmişdir. Təmir tikinti işləri yekunlaşdıqdan sonra da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyini məhkəmə qətnaməsindən və iş materiallarından əldə etdiyi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsindən öyrənmişdir. Çünki onlar həmin evi əvvəllər tanımadıqları Cavabdeh1 pul verib satın almışlar. Cavabdeh1 vergi ödəməməsi üçün və daha az məbləğdə dövlət rüsumu ödəməsi üçün Cavabdeh2 ilə razılaşıb alqı-satqı müqaviləsini bağışlama müqaviləsi kimi rəsmiləşdirmişlər. Eyni zamanda Mirzəyev X2 Akif Sayad oğluna onun banka olan borclarının ödənilməsi üçün baş etibarnamə də verilmişdir. Hətta həmin sənədlərdə olan Cavabdeh1 arvadına məxsus ərizədə göstərilir ki, evi satmağa heç bir etirazı yoxdur. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu (hazırda vəzifəsi Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu) X7 da bu yalan əqdi təsdiq etmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Cavabdeh2 ilə aralarında nə qohumluq, nə də onunla arasında hər hansı mənəvi bir münasibət vardır. Həmin evin alqı-satqısına qədər onu tanımamışlar. Evin alqı-satqısından sonra onunla tanışlıqları başlıyıb və indi də davam edir. O, Cavabdeh1 ev alanda görmüşdür. Cavabdeh1 Bakı şəhərində yaşayırdı, həmin fərdi yaşayış evi onun ata evi idi və həmin evdə bacısı yaşayırdı. Cavabdeh1 böyük məbləğdə borcları olduğu üçün bacısını o evdən çıxardaraq evi onlara satmışdır. Yəni Cavabdeh1 yaxın qohumu, ümumiyyətlə qohumu olmayan Cavabdeh2 dəyəri 45000 (qırx beş min) manat olan 3 otaqlı 159,4 kv.m.-lik fərdi yaşayış evini bağışlaması absurddur. Hüquq elmində və hüquqi praktikada formalaşmış mövqeyə görə bağışlama müqaviləsi mənəvi dəyərlərə söykənən müqavilədir, çünki hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, bağışlamanın əsasında mənəvi dəyərlər dayanır. Bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 ilə arasında mənəvi dəyərlərə əsaslanan münasibət olmayıb. Cavabdeh1 ilə aralarında olan telefon danışığı zamanı o ona həmin evi bağışlanma yox, alqı-satqı olduğunu bildirsədə o, bununla bağlı heç bir etiraz etməmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, o iddia tələbini qəbul etmir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 ona xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında vermişdir. Onların aralarında heç bir pul söhbəti və ya hər hansı bir ödəniş edilməsi üçün razılıq olmamışdır. Ev tam olaraq əvəzsiz şəkildə Cavabdeh1 tərəfindən ona bağışlanmışdır. Bununla bağlı o dövrdə heç bir məhdudiyyət olmamışdır. Həmin Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 onun anası tərəfindən bağışlanılmışdır. Cavabdeh1 Bakı şəhərində yaşayır və böyük iş adamıdır. Cavabdeh1 ilə uzun zamandır ki, dostluq edir. O daima ona böyük oğlu kimi baxmışdır. Hətta o Zaqatalada olan işlərinin görülməsi üçün ona baş etibarnamə də vermişdir. Həmin sözügedən ev ona bağışlandıqdan sonra, Bakı şəhərində nikahdan öncə 2002-ci il tarixdən özünə məxsus olan fərdi yaşayış evinin 42500 manata satışından əldə olunan gəlir əsasında təmir işləri görülmüşdür. Həmin 42500 manatın 37500 manat hissəsi notarial, geridə qalanı isə 5000 manatı əlbəəl almışdır. Bununla bağlı notariusa sorğu verilməsinə etiraz etmir. Lakin həmin təmir işləri iddia ərizəsində göstərilən məbləğdə olmamışdır. Təmir işləri üçün çox az miqdarda xərclər çəkilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 mərrəhəṀ oğlu izahat verərək göstərmişdir ki, o iddia tələbini qəbul etmir. Cavabdeh2 ilə aralarında qohumluq münasibəti olmamışdır. Lakin Cavabdeh2 ona çox doğma insandır. O, Cavabdeh2 2009cu ildən tanıyır. Hətta ona baş etibarnamə belə vermişdir ki, özü burda olmayan zaman onun işlərini Cavabdeh2 həll etsin. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2014- cü il tarixli bağışlama müqaviləsi əsasında ona pay vermişdir. Bununla bağlı heç bir ödəniş və ya hər hansı razılıq olmamışdır. O, evi Cavabdeh2 əvəzsiz olaraq bağışlamışdır. Sadəcə Akif ona oğlu kimi yaxındır. İndi belə istəyir ki, onun ailəsi dağılmasın və yenidən bir ailə olaraq davam etsinlər. İddiaçı bildirir ki, o əvvəlcədən onu tanımamışdır, lakin o Səyalı xanımın atasının yasında belə iştirak etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
9. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X7 izahat verərək göstərmişdir ki, əvvəlki illərdə bağışlanma ilə heç bir məhdudiyyət yox idi, hər kim istəsə əmlakı digər bir şəxsə hədiyyə edə bilərdi. Bu müqavilə də bağlanarkən, o tərəflərə alqı-satqı kimi rəsmiləşdirilməsini bildirsə də, onlar buna etiraz edərək, aralarında heç bir pul söhbəti olmadığını, evin bağışlanıldığını və bu müqavilənin rəsmiləşdirilməsi üçün qanunla heç bir qadağanın olmadığını bildirmişlər. Baxmayaraq ki, həmin illərdə evin alqı-satqısı zamanı vergi tutulmurdu. Ev Cavabdeh1 anasından bağışlandığı üçün arvadından razılığa ehtiyac yox idi. Bunun üçün də bağışlanma müqaviləsi tam rəsmi şəkildə bağlanmışdır. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən daşınmaz əmlakla bağlı faktiki olaraq alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olduğunu, həmin əmlak əldə edilərkən qarşılığında 01 iyun 2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək nikahda olduğu Cavabdeh2 Cavabdeh1 45000 pul ödəndiyini, lakin müqavilə rəsmiləşdirilərkən bağışlama müqaviləsi kimi rəsmiləşdirildiyini əsas gətirərək yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazla müraciət edərək edərək iddiaçının iddiasının rədd olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, Cavabdeh2 ilə 2009-cu ildən yaxın münasibətdə olduğunu və onu oğlu kimi gördüyündən mülkiyyətində olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışladığını bildirmişdir. Əmlakın bağışlanması müqabilində o Cavabdeh2 ödəniş almadığını qeyd etmişdir. Cavabdeh X7 da əvvəlki illərdə bağışlanma ilə heç bir məhdudiyyət olmadığını və istənilən şəxsə əmlakın hədiyyə edə biləcəyini, mübahisə edilən müqavilə bağlanan zaman da müqavilə üzrə tərəflərə müqavilənin alqısatqı kimi rəsmiləşdirilməsi təklif olunsa da onlar aralarında pul söhbətinin olmadığını bildirərək evin mülkiyyətçisi evin bağışlama müqaviləsi əsasında hədiyyə vermək niyyətində olduğunu bildirdiyini göstərmişdir. Qanunvericilikdə hədiyyənin bağışlandığı subyektlərin dairəsi ilə bağlı hər hansı məhdudiyyət olmadığından bağışlanma müqaviləsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən illərdə alqı-satqı müqaviləsi bağlandığı zamanda vergi tutulmadığını qeyd etmişdir. O qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv. m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 bağışlama müqaviləsi əsasında hədiyyə olaraq verildiyindən həmin əmlak onun mülkiyyətində olmuş və həmin əmlak ər-arvadın ümumi mülkiyyəti ilə məhdudlaşdırılmamışdır. Cavabdeh1 həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və o fəaliyyət qabiliyyətli şəxs olduğundan onun tam pay olaraq mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv. m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi barəsində müqavilə bağlandığı 08 dekabr 2014-cü il tarixdə sərəncam vermək hüququ olmuşdur.
13. İşin faktiki hallarından da aydın olur ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və bağışlanma müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında da Cavabdeh1 öz əmlakını Cavabdeh2 bağışlamasını öz iradəsi ilə etdiyini bildirmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, bağışlanma müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir.
14. Məhkəmə tərəfindən müəyyən edildi ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir.
15. Məhkəmə eyni zamanda işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi yalan əqd və ya Mülki Məcəllənin tələblərinin pozulması nəticəsində bağlanmış əqd hesab edilə bilməz. İşdə əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına əsas verən hallar da mövcud deyildir
16. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu da əsas götürmüşdür ki, bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 arasında mənəvi dəyərlərə əsalanan münasibət olmayıb və Cavabdeh2 həmin evi 45000 manat ödəməklə almışdır. O öz mövqeyinin sübutu kimi onu qeyd etmişdir ki, Cavabdeh1 banklara olan borcunu ödəməsi üçün o Cavabdeh2 etibarnamə vermiş və bağışlama müqaviləsinin predmeti olan fərdi yaşayış evinin Cavabdeh2 bağışlanması müqabilində sonuncu Cavabdeh1 banka olan borclarını ödəmişdir.
17. Məhkəmə tərəfindən 2008-2014-cü illər ərzində Cavabdeh1 banklar qarşısında olan öhdəlikləri və həmin öhdəliklərin kim tərəfindən icra edilməsi araşdırılmış və Cavabdeh1 Access Bank QSC və ASC Xalq Bank qarşısında kredit müqavilələri üzrə öhdəliklərinin olduğu müəyyən edilmiş, lakin həmin öhdəliklərin icrasının məhz Cavabdeh2 tərəfindən təmin edilməsi müəyyən edilməmiş və buna dair hər hansı sübut iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir.
18. Eyni zamanda məhkəmə tərəfindən Cavabdeh1 Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini özgəninkiləşdirməsi nəticəsində maddi nemət əldə etməsi və Cavabdeh2 tərəfindən hədiyyə verən Cavabdeh1 heç bir cavab xidmətin göstərilməsi müəyyən edilməmişdir.
19. İddiaçı tərəf daha sonra qeyd edir ki, X8 tərəfindən Notariat kontoruna xx.xx.2014-cü il tarixli ərizə ünvanlanlayaraq Zaqatala rayonu Mina Nəzirova küçəsində yerləşən 13 nömrəli evin satılmasına etirazı olmadığını bildirmişdir.
20. Bununla bağlı qeyd olunmalıdır ki, X10 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 09 noyabr 2006-cı il tarixli reyestrdə 4Ə-332 nömrə ilə qeyd edilmiş və Zaqatala 1 saylı dövlət notariat kontorunu dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş müqaviləyə əsasən Cavabdeh1 bağışlamışdır. Həmin müqavilə əsasında reyestr nömrəsi **********56-10301 olan Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 65,7 kv.m yaşayış 93,7 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 da mülkiyyətində olan həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Zaqatala rayon 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş 08 dekabr 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır.
21. Məhkəmənin qənaətinə görə Cavabdeh1 həmin fərdi yaşayış evi bağışlanıldığından ümumiyyətlə onun arvadı olan X5 həmin fərdi yaşayış evi barəsində Cavabdeh1 hər hansı əqdi bağlamasına razılıq verməsinə ehtiyac yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin bu dəlilini də əsaslı hesab etmir.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 08 dekabr 2014-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə alqı-satqı müqaviləsinin elementlərinin mövcud olması qənaətinə gəlmək mümkün deyildir.
23. Əksinə məhkəmə qənaətinə görə, Cavabdeh1 məhz özünə məxsus əmlakı Cavabdeh2 hədiyyə etmək niyyəti ilə iddianın predmeti olan müqaviləni bağlamış və xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirir və bağlanmış həmin müqavilə əsasında hədiyyə edən Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini əvəzsiz olaraq Cavabdeh2 mülkiyyətinə vermiş və xx.xx.2014- cü il tarixdə tərəflər arasında bağlanmış müqavilə tərəflərin hər ikisi üçün bağışlama müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər xx.xx.2014-cü il tarixli əqdi bağlayarkən həmin əqddə nəzərdə tutulanlardan əlavə hər hansı mənfəət əldə etməmişdir.
24. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsində qeyd edilənlər və mülki iş materiallarında mövcud olan sübutlar Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil və Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanmasına dair müqavilə yalan əqd hesab edilə bilməz.
25. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir.
26. Belə ki, nikaha girənədək ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir.
27. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən hədiyyə kimi alındığından həmin əmlak cavabdehin mülkiyyətidir və qeyd edilən əmlak ərlə arvadın nikah dövründə qazandıqları əmlak hesab edilmir
28. Məhkəmə daha sonra onu da qeyd etməyi zəruri hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, “Məhkəmə ilk iddia tələbinin İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri – ünvan 6 ünvanda yerləşən daşınmaz əmlaka ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınması hissəsinə münasibət bildirərək hesab edir ki, ilk iddia bu hissədə təmin edilməməlidir. Belə ki, həmin Zaqatala şəhəri M.Nəzirova küçəsində 0,0352 ha həyətyanı torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə edilməmiş, 08 dekabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmışdır.
29. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən ünvan 6 ünvanda yerləşən daşınmaz əmlaka ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasını da əvvəlki iş üzrə də tələb etmişdir. Hazırda da həmin əmlak üzərində mülkiyyət hüququnun tanınmasını xahiş edir.
30. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki iş üzrə onunla cavabdeh arasında birgə nikah dövründə alınmış əmlak hesab etdiyindən həmin iddia tələbini irəli sürmüşdür. Hazırda isə o, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, daha sonra həmin əmlakın ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasını xahiş edir. Göründüyü kimi, hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da eyni əsaslar üzrə mübahisə deyildir.
31. Məhkəmə daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dvd diskin dinlənilməsi zamanı səsləndirilən ifadələrə də öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, həmin disk dinlənilən zaman müəyyən olundu ki, iki şəxs, yəni Cavabdeh1 və İddiaçı telefon vasitəsi ilə bir-biri ilə danışır. İddiaçı həmin fərdi yaşayış evinin onlara satıldığını dəfələrlə Cavabdeh1 bildirir. Cavabdeh1 isə konkret olaraq həmin fərdi yaşayış evinin bağışlanılmadığını və ya satıldığını ifadə etmir. Ancaq İddiaçı ona evin satılması ilə bağlı suallar verdikdə Cavabdeh1 bunu da hər hansı şəkildə inkar etmir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, diskdə qeydə alınmış səs yazıları həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola bilməz.
32. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası təmin olunarsa, ünvan 6 ünvanda yerləşən daşınmaz əmlak Cavabdeh1 Mərrəhəm oğlunun mülkiyyətinə qayıtmış olur. Bu zaman isə İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı hansı hüquqi nəticələrə sahib olacağı da sual altında qalır. Belə ki, Cavabdeh1 Mərrəhəm oğlunun öz mülkiyyətində olan daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
33. Odur ki, İddiaçı iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsi, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsi və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınması hissəsi ümumiyyətlə əsassızdır və təmin oluna bilməz.
34. Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)-46/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 Mərrəhəm oğlu, Cavabdeh2 və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməsi, 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir.
35. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8, 139, 140, 146, 152, 225, 324, 337, 339, 340, 390, 405 və 421-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
36. Reyestrdə 4Ə-332 nömrə ilə qeyd edilmiş Zaqatala 1 saylı dövlət notariat kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş 09 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X11 xx.xx.2006-cı il tarixli MH0001185 nömrəli çıxarışda göstərilən **********56-10301 reyestr nömrəli Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 1953-60-cı illərdə tikilmiş, yaşayış sahəsi 65,7 kv.m, köməkçi sahəsi 93,7 kv.m, ümumi sahəsi 159,4 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. 37.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65,7 kv.m. yaşayış sahəsi, 93,7 kv.m. köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mərrəhəṀ oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.
38. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 08 dekabr 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mərrəhəṀ oğlu DƏDRX çıxarış seriya MH ******* nömrəli, reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi ********* olan, xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış, ona məxsus olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 159,4 kv.m, 65,7 kv.m. yaşayış sahəsi, 93,7 kv.m. köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.
39. Leninski rayon VVAQ Şöbəsi tərəfindən 10 iyul 1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X9 10 iyul 1985-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə “Mirzəyev”, arvada “Mirzəyeva” familiyası verilmişdir.
40. X8 tərəfindən Notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Zaqatala rayonu Mina Nəzirova küçəsində yerləşən 13 nömrəli evin satılmasına etirazı yoxdur.
41. Zaqatala rayonu İcra Hakimiyyəti Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixli 3735 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında sorğu əsasında tərtib edilmiş 6 saylı ev təsərrüfatının uçotu kitabının 88-ci səhifəsində yalnız Cavabdeh1 özü təsərrüfat üzvü kimi qeydə alınmışdır.
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 78,40 kv.m. yaşayış sahəsindən və 139,50 kv.m. yardımçı sahəsindən ibarət olmaqla ümumi sahəsi 217,90 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********56-10301 olan fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə inventar nömrəsi 2448 olan texniki pasport tərtib edilmişdir
43. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin əməliyyat sistemində Cavabdeh1 mərrəhəṀ oğluna dair heç bir məlumat aşkar edilməmişdir.
44. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx"ASC-nin əməliyyat sistemində X14 oyluna məxsus bank hesabları və bank qarşısında olan öhdəliyinə dair heç bir məlumat aşkar edilməmişdir.
45. Turan Bank ASC tərəfindən 03 oktyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh1 mərrəhəṀ oğlunun xx.xx.2014-cü il tarixdə Turan Bank ASC qarşısında heç bir öhdəliyi olmamışdır.
46. Turan Bank ASC tərəfindən 15 noyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh1 mərrəhəṀ oğluna Turan Bank ASC-də xx.xx.2022-ci il tarixinədək heç bir bank hesabı açılmamışdır.
47. Bank Respublika ASC tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh1 mərrəhəṀ oğlu adında "xxxx" ASC-də müştəri aşkar olmamışdır.
48. Bank Respublika ASC tərəfindən 14 noyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh1 adında "xxxx" ASC-də müştəri aşkar olunmamışdır.
49. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 mərrəhəṀ oğlunun xx.xx.2014-cü il tarixdə Bank qarşısında heç bir öhdəliyi olmamışdır
50. ASC "xxxx"ının Zaqatala filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 ASC "Xalq” Bankının Zaqatala filialından xx.xx.2009-cu il tarixində 24 (iyirmi dörd) ay müddətinə, illik 25 (iyirmi beş) % dərəcəsi ilə 20 000 (iyirmi min) ABŞ dolları məbləğində kredit almışdır. Kassa mədaxil orderlərindən görünür ki, müştəri qismində Cavabdeh1 adına olan kredit müqaviləsi üzrə Bayramov Ramiz və Məhərrəmov Ramiz adlı şəxslər tərəfindən ödənişlər həyata keçirilmişdir.
51. Access Bank QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 034180 nömrəli məktubdan görünür ki, 2008-2014-cü illər ərzində X6 ”AccessBank” QSC qarşısında öhdəlikləri aşağıdakı kimidir: Mingəçevir filialı tərəfindən xx.xx.2010-cu il tarixdə 36 ay müddətinə 50000 ABŞ dolları kredit verilmiş, kreditin bağlanma tarixi xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixdə 36 ay müddətinə 35 000 ABŞ dolları kredit verilmiş və kreditin bağlanma tarixi xx.xx.2013-cü il, xx.xx.2013-cü il tarixdə 37 ay müddətinə 73000 ABŞ dolları kredit verilmiş və kreditin bağlanma tarixi xx.xx.2014- cü ildir. 2008-2014-cü il tarixləri əhatə edən kassa mədaxil qəbzləri. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2013-cü il 30 iyul 16 3N-1İ qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimatda və Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilmək üçün ayrılması barədə AKT-a əsasən məhv edilmişdir. Bu səbəbdən ödənişlərə dair qəbzlərin təqdim edilməsi mümkün deyildir.
52. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
53. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə araşdırması zamanı əldə edilmiş evin bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 2014-cü ilin dekabr ayının 8-də 3 otaqdan ibarət ümumi hissə 159,4 kv.m-dən ibarət olan yaşayış evini bağışlama müqaviləsi adı altında satmışdır. Ev alındıqdan sonra bağışlama müqaviləsi əsasında DƏDR-də Cavabdeh2 adına qeydiyyata alınmadan öncə evin yenidən qurulması, evin əsaslı təmiri üçün Zaqatala rayon İcra Hakimiyyəti yanında Memarlıq Şöbəsinin baş memarı Fərman Əhmədova müraciət olunmuşdur ki, yenidən qurulacaq evin yeni sxematik planı hazırlanaraq rayonun baş memarı tərəfindən təsdiqlənsin. Bu sənədlər ona görə lazım idi ki, bağışlanmış 3 otaqlı ev reyestrə 5 otaqlı kimi yenidən qurma əsaslı təmirdən sonra rayonun baş memarı tərəfindən təsdiq olunmamış, sxematik plan olmadan qeydiyyata alınması mümkün olmayacaqdır. Buna görə də həmin fərdi yaşayış evi yenidən qurularaq yaşayış sahəsinin artırılması üçün rayonun baş memarına müraciət olunmuş və rayonun baş memarının təsdiq etdiyi sxematik plana uyğun evdə yenidən qurma və əsaslı təmir işləri aparılaraq evin həm dəyəri əhəmiyyətli dərəcədə artırılmış, həm də evin ümumi və yaşayış sahəsi artırılmışdır. Bu fakt işə əlavə edilmiş Zaqatala RİH-nin xx.xx.2015-ci il tarixli DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə ünvanladığı məktubdan bir daha görünür. Həmin məktubda qeyd olunmuşdur ki, “Cavabdeh2 müraciətinə əsasən şəhərin M.Nəzirova küçəsi 13 saylı ünvanda tikintisi başa çatdırılmış fərdi yaşayış evinə yerində baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Fərdi yaşayış evində tikinti quraşdırılma işləri başa çatdırılmış, daxili və xarici suvaq işləri tamamlanmış, tavanı, döşəməsi, qapı və pəncərə blokları quraşdırılmış, daxili bəzək işləri aparılmışdır, yaşayış evi istismara qəbul edilməsi üçün hazırdır. Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun tikildiyini nəzərə alaraq Memarlıq və Tikinti şöbəsinin qeydiyyata alınmasına etiraz etmir”. Bu məktubda qeyd olunanlar məktuba əlavə edilmiş yaşayış evinin yenidən tikilməsinə dair sxematik planı, fərdi yaşayış evinin əvvəlki vəziyyətinə dair, yəni Çingiz Məhərrəmovun adına olan texniki pasportda göstərilən evin otaqlarının sayının yaşayış və qeyri-yaşayış sahələrinin və ümumi sahənin həcmi ilə yenidən qurulmuş və yenidən tikilmiş Cavabdeh2 adına hazırlanmış texniki pasportda göstərilən evin yaşayış otaqlarının sayının, yaşayış sahəsinin, köməkçi sahənin və ümumi sahənin kvadratlarında olan fərqlərindən açıq-aydın görünür. Belə ki, Çingiz Məhərrəmovun adına hazırlanmış xx.xx.2007-ci il tarixli evin texniki pasportundan görünür ki, evin tikildiyi il 1953-cü ildir, yaşayış otaqlarının sayı 3 otaqdır. Ümumi sahə 120 kv.m-dir, yaşayış sahəsi 65 kv.m-dir, köməkçi sahəsi 30 kv.mdən ibarətdir. Cavabdeh2 adına hazırlanmış xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, yaşayış evinin tikildiyi il 2015-ci ildir, yaşayış otaqlarının sayı 5-dir, ümumi sahə 217,9 , yaşayış sahəsi 78,4, köməkçi sahə 139,5 kv.m-dir. Buradan görünür ki, həmin ev 2015-ci ildə yenidən tikilmiş, otaqlarının sayı 3-dən 5-ə artırılmış, ümumi sahə 100 kv.m artırılmış, köməkçi sahə yenə 100 kv.m artırılmış, eyni zamanda yaşayış sahəsi əhəmiyyətli dərəcədə artırılmışdır. Bütün bu tikintilər evin yenidən qurulması fərdi yaşayış evinin dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu faktlar məhkəmə iclası zamanı müəyyən edilməsinə baxmayaraq, yəni mübahisəli evin həqiqətən də Çingiz Məhərrəmovdan alındıqdan sonra Cavabdeh2 və Sayalı Balaməmmədovanın nikah dövründə əldə etdikləri vəsait hesabına həmin evin dəyərinin əhəmiyyətli dərəcədə artırılması müəyyən olunsa da məhkəmə qətnaməsində işin bu faktına dair heç bir hüquqi qiymət verməmişdir.
54. Məhkəmə qətnamədə yazmışdır ki, Cavabdeh1 fərdi yaşayış evi bağışlanıldığından ümumiyyətlə onun arvadı olan Tamara Mirzəyevanın həmin evi Cavabdeh1 tərəfindən hər hansı bir əqdi bağışlamasına razılıq verməsinə ehtiyac yoxdur, ona görə də məhkəmə iddia tələbinin bu dəlilini əsaslı hesab etmir. Məhkəməyə təqdim olunmuş X8 tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Zaqatala şəhəri, M.Nəzirova küçəsində yerləşən 13 nömrəli evin satılmasına etirazı yoxdur. Belə bir sənəd notariusa təqdim olunur və bundan sonra notarius evin alqı-satqısına dair deyil, heç bir qohumluq əlaqəsi olmayan şəxslər arasında bağışlama müqaviləsi tərtib və təsdiq edir. Məhkəmə isə bu fakta düzgün qiymət vermir. Cavabdeh1 Cavabdeh2 satdığı evin bağışlamasına dair notariat işində Mirzəyeva Tamaranın imzaladığı evin satılmasına razılığına dair ərizənin hansı səbəbdən işə əlavə edilməsinə dair vəkilin notariusa verdiyi suala məhkəmə iclasında notarius belə bir cavab verir: Tamara Mirzəyevanın həmin razılıq ərizəsinin hazırki müqavilənin bağlanmasına heç bir ehtiyac olmadığına baxmayaraq evi alan şəxs Cavabdeh2 təkidlə notariusdan xahiş etmişdir ki, Tamara Mirzəyevanın razılıq ərizəsi notariat işinə tikilsin və notariat işində saxlanılsın. Həmin ərizə də notarius tərəfindən notariat işinin içərisində məhkəməyə təqdim edilmişdir. Bağışlanılmış evin notariat işinə ehtiyacı olmayan razılıq ərizəsinin Cavabdeh2 tərəfindən təkidlə əlavə edilməsinin səbəbini isə məhkəmə aydınlaşdırmadı ona görə ki, iddianın təmin olunmasına xidmət göstərə bilərdi.
55. Bundan başqa məhkəmə qətnamədə yazır ki, məhkəmə iclası zamanı dinlənilən diskdən müəyyən olundu ki, Cavabdeh1 və Sayalı Balaməmmədova bir-biri ilə telefon vasitəsi ilə danışırlar və Cavabdeh1 həmin fərdi yaşayış evinin bağışlanılmadığını və ya satıldığını ifadə etmir. Balaməmmədova Sayalı evin satılması ilə bağlı suallar verdikdə Cavabdeh1 bunu da inkar etmir. Məhkəmə dinlənilən diskə düzgün qiymət vermir ona görə ki, Cavabdeh1 telefon danışığında Sayalı Balaməmmədovaya bildirir ki, həmin evi Cavabdeh2 borcları ilə başabaş olduğundan satmışdır. Borclar bağlandığına görə alqısatqı yox, bağışlanma müqaviləsi bağlanmışdır.
56. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)- 46/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
58. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
59. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Mərrəhəm oğlu və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)-46/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
60. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 666.1-ci maddəsinin tələblərinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
62. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)- 46/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 10-33-cü bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
66. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 53-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə evə çəkilmiş xərclərin yarısının tələb olunması ilə bağlı iddia mövcud deyildir. İddiaçının həmin dəlilləri başqa məhkəmə icraatının predmeti ola və mahiyyəti üzrə baxılaraq araşdırıla bilər, lakin hazırki iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi barədə olduğundan həmin daşınmaz əmlaka çəkilmiş xərclər və edilmiş yaxşılaşdırmalarla bağlı məsələ hazırki iddia tələbinin predmeti deyildir.
67. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 54-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, bağışlanılmış evin notariat işinə ehtiyacı olmayan razılıq ərizəsinin Cavabdeh2 tərəfindən təkidlə əlavə edilməsinin səbəbinin hazırki iş üzrə iddia tələbinin təmin edilməsinə hansı səbəbdən və hansı şəkildə təsirinin ola biləcəyi əsaslandırılmamışdır. Hazırki işin hallarından həmin faktın araşdırılmasının hazırki iddia tələbinin təmin və ya rədd edilməsinə hər hansı təsiri aşkar edilmir.
68. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 55-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki işin hallarından Cavabdeh1 Mərrəhəm oğlu və Cavabdeh2 arasında hər hansı maddi tranzaksiyanın (mübadilənin) həyata keçirilməsi halı aşkar edilmir. Eyni zamanda, bu qətnamənin 17-ci bəndindən göründüyü kimi Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin olduğu müəyyən edilmiş, lakin həmin öhdəliklərin icrasının məhz Cavabdeh2 tərəfindən təmin edilməsi halı da müəyyən edilməmişdir.
69. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
70. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)-46/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)-46/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev