Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-512/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“hərracın nəticələrinin etibarsız hesab edilməsi və resyestrdən çıxarışın ləğv olunması”na dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnаməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilmiş, ünvan 1 ünvanına dair “X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın və həmin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“hərracın nəticələrinin etibarsız hesab edilməsi və resyestrdən çıxarışın ləğv olunması” barədə iddia ərizəsi ilə Yevlax şəhər Məhkəməsinə müraciət edərək, “X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli, 2(039)-882/2017 saylı qətnaməsi ilə iddiaçıCavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Əhmədova Əntiqə Möhlət qızından, Əhmədov Rövşən Qərib oğlundan, X11, X7, X12 və X10 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Əhmədova Əntiqə Möhlət qızı ilə bank arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, YF1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X25nin xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən,paylı mülkiyyətçilər İddiaçı yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə, Əhmədova Əntiqə Möhlət qızma torpaq sahəsinin ümumi birgə, Əhmədov Rövşən Qərib oğluna torpaq sahəsinin ümumi birgə, X14 torpaq sahəsinin ümumi birgə, X15 torpaq sahəsinin ümumi birgə və X20ma torpaq sahəsinin ümumi birgə paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, S.Əsgərova küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı , 77,02 kv.m yaşayış, 78,8 kv.m köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəaitinin yuxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçıCavabdeh3ASCyəödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Cavabdeh2nə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual tədbirlər görülərək, icra hərəkətləri aparılaraq fərdi yaşayış evinin vəümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satılması ilə bağlı hərrac təşkil olunmuşdur, lakin onun ipoteka qoyan kimi hərracın keçirilməsindən xəbəri olmamışdır, bu barədə məlumatlı olmamış, sonradan başqa şəxslərdən bilmişdir ki ona məxsus olan ev satışa qoyulub, ev Cavabdeh3 ASC tərəfindən alınıb və bunu bilib məcburiyyət qarşısında qalaraq öz hüquqlarının müdafiəsindən ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instanisya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər “X3 Mərkəzi” MMC, Cavabdeh2 və 3-cü şəxs DƏDRX-in 17 saylı X25 müvafiq olaraq nümayəndələrinin birinci instanisya məhkəməsinin iclasında iştirakını təmin etmədiyindən, birinci instanisya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Birinci instanisya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X13 izahat verərək keçirilmiş hərrac nəticəsində Yevlax rayonu, S.Əsgərova küçəsi, 74 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında Cavabdeh3 ASC-yə məxsus olduğunu bildirərək və məhkəməyəərizə təqdim edərək mübahisəli işüzrə borclu Əhmədova Əntiqə Möhlət qızının borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin həllinə dair” Fərmanının təsiri altına düşdüyünü bildirmiş, iddianı etiraf edərək təmin edilməsini xahiş etmiş və nəticələrinin ona aydın olduğunu bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 аpellyаsiyа şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1777/2019 saylı qətnaməsi əsassızdır. Belə ki, “Cavabdeh3 ASC”-nin cavabdehlər İddiaçı, Əhmədova Əntiqə Möhlət qızına və Əhmədov Rövşən Qərib oğluna qarşı “kredit məbləğinin, ona hesablanmış faiz borcunun və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işi üzrə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə isə artıq icra olunaraq ipoteka girovu ilə yüklü edilən, Yevlax şəhəri, S.Əsgərova küçəsi ev 74 üzərində “AtaBannk ASC”-nin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən cavabdehlərin banka olan qalıq borcları restrukturizasiya edilməlidir. Bununla əlaqədar olaraq cavabdehlərə izah olunmuşdur ki, Cavabdeh2 depozit hesabına ödənilmiş qətnamə üzrə borc məbləğinin 7 faiz icra ödənişi məbləği (603.54 (altı yüz üç manat əlli dörd qəpik) AZN) və “X3 Mərkəzin”-nin büdcə hesabına ödənilmiş alqı-satqı qiymətinin 5 faiz dəyərində məbləğ (637.50 (altı yüz otuz yeddi manat əlli qəpik) AZN) pul vəsaitlərinin ona geri ödəniləcək (4066 (dörd min altmış altı manat) AZN) fərqdən çıxılacaqdır. Lakin cavabdehlər banka geri ödəniləcək pul vəsaitlərinin geri ödənilməsinə narazılıq etmişlər. Birinci intansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2018-ci il tarixli Qərarında göstərilmiş tələbləri pozmuşdur. Belə ki, həmin Qərarda göstərilmişdir: “Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;- faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;- faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə” Göründüyü kimi Yevlax Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin sözü gedən göstərişlərini nəzərə almamışdır. Məhkəmə yalnız Cavabdeh3 ASC”-nin nümayəndəsinin ərizəsini əsas tutaraq, iş üzrə digər halları araşdırmamışdır və nəticədə Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinin tələblərini pozmuşdur. Yexlax Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş göstərişləri də nəzərə almamışdır. Ona gğrə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1777/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı iddia tələbinin rədd edilməsini xahiş edir Tərəflərin İzahatları Cavabdehlər “X3 Mərkəzi” X8, Cavabdeh2 və “xxxxxxxx” X16 nümayəndələri, İddiaçı, 3-cü şəxslər Əhmədov Rövşən Qərib oğlu və Əhmədova Əntiqə Möhlət qızı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X13 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əhmədov Rövşən Qərib oğlu və Əhmədova Əntiqə Möhlət qızı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin olunmamasını, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-882/2019 saylı iş üzrə çıxartdığı xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Əhmədova Əntiqə Möhlət qızından, Əhmədov Rövşən Qərib oğlundan, X11, X7, X12 və X10 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Əhmədova Əntiqə Möhlət qızı ilə bank arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, YF-1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X25nin xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən,paylı mülkiyyətçilər İddiaçı yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə, Əhmədova Əntiqə Möhlət qızma torpaq sahəsinin ümumi birgə, Əhmədov Rövşən Qərib oğluna torpaq sahəsinin ümumi birgə, X14 torpaq sahəsinin ümumi birgə, X15 torpaq sahəsinin ümumi birgə və X20ma torpaq sahəsinin ümum birgə paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, S.Əsgərova küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı , 77,02 kv.m yaşayış, 78,8 kv.m köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək,həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəaitinin yuxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh3ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Yevlax rayonu, S.Əsgərova küçəsi, 74 tam mülkiyyət hüququ ilə Cavabdeh3 ASC-nin adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh3 ASC-nin xx.xx.2019-cu il tarixli AB-İH-0600283 saylı məktubundan görünür ki, borclu Əhmədova Əntiqə Möhlət qızı ilə danışıqlar aparılaraq razılığa gəlinmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin həllinə dair” fərmanının qaydalarına uyğun olaraq borclunun kreditinin restrukturizasiya edilməsi üçün müvafiq prosedurlara başlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən 317.1, 317.2 414.2, 414.3, 415.2, 415.5 və 416-cı maddələrinə, “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 41.2, 42.1, 43.5 və 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinəən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuşşəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericiliyin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, Maddə 44). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlışəxsin iddiasıüzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 416.1) . “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etməüsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinəən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh3 ASC-nin nümayəndəsi X13 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılıərizə verməklə iddianı tam etiraf etmişdir. Birinci instansiya məhkəməsihesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-882/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Əhmədova Əntiqə Möhlət qızından, Əhmədov Rövşən Qərib oğlundan, X11, X7, X12 və X10 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Əhmədova Əntiqə Möhlət qızı ilə bank arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, YF-1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X25nin xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən,paylı mülkiyyətçilər İddiaçı yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə, Əhmədova Əntiqə Möhlət qızma torpaq sahəsinin ümumi birgə, Əhmədov Rövşən Qərib oğluna torpaq sahəsinin ümumi birgə, X14 torpaq sahəsinin ümumi birgə, X15 torpaq sahəsinin ümumi birgə və X20ma torpaq sahəsinin ümum birgə paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, S.Əsgərova küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı , 77,02 kv.m yaşayış, 78,8 kv.m köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək,həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəaitinin yuxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh3ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“hərracın nəticələrinin etibarsız hesab edilməsi və resyestrdən çıxarışın ləğv olunması” barədə iddia ərizəsi ilə Yevlax şəhər Məhkəməsinə müraciət edərək, “X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X13 iddianı etiraf edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə hazırki iş üzrə Cavabdeh3 ASC-dən əlavə digər iki cavabdehin olmasını nəzərə almadan, yalnız Cavabdeh3 ASC-nin nümayəndəsi X5 etirafını əsas götürməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Ona görə məhkəmə kollegiyası cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətində göstərdiklərini əsaslı və inandırıcı hesab edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar layanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası şəkildə müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi cavabdehlərdən birinin iddianı etirad etməsini əsas götürməklə iddianı təmin etməkdə haqlı olmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “X3 Mərkəzi” X4, Cavabdeh2nə, “xxxxxxxx” X18 və 3-cü şəxs DƏDRX-in 17 saylı X17rşı“X3 Mərkəzi” X8 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-512/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-512/2020
24.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver