Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-518/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadından iddiaçı Cavabdeh3 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İlkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı (bundan sonra cavabdehiddiaçı) Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - bibisi İddiaçı tərəfindən mərhum nənəsi X4 adından tərtib edilmiş, ünvan 1-ə dair xx.xx.2001-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində tərtib edilmiş saxta vəsiyyətnamənin və onun əsasında əldə edilmiş çıxarışın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(033)-479/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzildən çıxarılmaları, ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ilkin iddia ərizəsi üzrə İddiaçı Fazil qızının mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair sonrakı iddia ərizəsinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi, ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 sonrakı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 02 fevral 2024-cü il tarixdə apelyasiya şikayəti də əlavə edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)479/2023 saylı qətnaməsindən verilmiş şikayət üzrə buraxılmış prosessual müddətin səbəblərini üzrlü hesab edib müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Zaqatala şəhəri Sülh küçəsi, ev 3, mənzil 24-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-479/2023 saylı qətnaməsi ilə ilkin iddia təmın edilmiş və cavabdehlər mənzildən çıxarılmışlar. Cavabdehlərin mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdeh3 vəsiyyətnamənin və çıxarışın etibarsızlığı tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır və ləğv edilməlidir. Ona görə də tərəfindən məhkəməyə qətnamədən şikayət təqdim edilmişdir. Bu iş üzrə heç bir informasiya elektron sistemə yerləşdirilməmişdir. Yalnız icra məmuru xx.xx.2024-cü il tarixdə qapıya gəldikdən sonra, o bilmişdir ki, artıq məhkəmə qətnaməni tərəflərə yollamışdır. Məhz buna gorə da apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdür. Halbuki, onun iddia tələbi asan imza ilə elektron sistem vasitəsilə məhkəməyə göndərilmişdir və bu işlə bağlı baş verən hər bir şey elektron sistemdə görsənməli idi. Lakin, təəssüflər olsun ki, bu gün belə sözügedən qətnamə elektron sistemdə görsənmir. Onda sual olunur ki, elektron məhkəmə sistemi nəyə lazımdır? Qeyd edir ki, o hüquqi savadı olmayan yaşlı bir qadındır və iddia tələbi də tanışı olan şəxsin köməkliyi ilə asan imza ilə elektron sistem vasitəsilə məhkəməyə göndərilmişdir və o məhkəmənin yekun qərarı barədə məlumat əldə etmək üçün mütəmadi olaraq həmin şəxsə elektron sistemə baxmasını xahiş edib, lakin iddia ərizəsinin göndərildiyi elektron sistemdə məhkəmənin yekun qərarını əks etdirən sözügedən qətnamə bu günədək yerləşdirilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi o, məhkəmənin sözügedən qətnaməsindən yalnız 17 yanvar 2024-cü il tarixində icra məmurunun evə gəlişindən sonra xəbər tutmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 479/2023 saylı qətnaməsinin evə məktubla göndərildiyini də həmin gün öyrənmişdir. Belə ki, hüquqi savadı olmadığı üçün evə gələn məktublar barəsində anlayışı olmur, buna görə də o iddia ərizəsi elektron sistem vasitəsilə göndərən həmin şəxsdən mütəmadi olaraq elektron sistemə nəzarət etməsini xahiş etmişdir. Əgər sözügedən qətnamənin mövcudluğundan xəbəri olsaydı əlbətkı apellyasiya şikayətini daha əvvəl verərdi. Bir nüansı da qeyd edir ki, məhkəmə iclasında iştirak edən vəkili olmuş Vəkil 2023-cü ilin noyabr ayında vəfat etmişdir. Odur ki, hazırda qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə zərurət meydana gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadı ilə ərizə təmin edilməmiş, ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair sonrakı iddia ərizəsi üzrə çıxarılmış Zaqatala rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e2(033)-479/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsi, ərizənin icraata qəbul edilmədən geri qaytarılması, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-479/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun dövlət büdcəsindən ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadının ləğv edilərək apellyasiya şikayətinin icraata götürülməsinin təmin edilməsini, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsini, vəsiyyətnamə və çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru qapıya gəldikdən sonra, onlar bilmişlər ki, birinci instansiya məhkəməsi belə bir qətnamə qəbul edib. Məhz buna görə də apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdir. İcra məmuru onu evdən çıxaran zaman o, qətnamədən xəbər tutmuşdur. Onda sual olunur ki, elektron məhkəmə sistemi nəyə lazımdı. Bu zaman o, icraçıdan möhlət almışdır ki, qətnaməni əldə edib apellyasiya şikayəti versin. Məhkəmə araşdırmamışdır ki, qarşı tərəfin əlindəki vəsiyyətnamə saxtadır. Məhz saxta vəsiyyətnamə əsasında çıxarış alınmışdır. Qarşı tərəf mirası qəbul etmə müddətini də ötürmüşdür. Mirası faktiki onlar qəbul etmişlər. Kommunallar da onların adlarınadır. Məhkəmə bu faktları nəzərə almamışdır. Belə maddi və prosessual pozuntulara yol verməklə formal qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Bu iş üzrə heç bir informasiya elektron məhkəmə sisteminə yerləşdirilməmişdir. Onlar daim elektron məhkəmə sistemini izləyirdilər. Lakin informasiya portala yerləşdirilmirdi. O, yaşlı savadsız qadındır. Evə gələn məktublardan qətnaməni ayır edə bilməmişdir. Odur ki, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə zərurət meydana gəlmişdir. Ona görə Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadının ləğv edilərək apellyasiya şikayətinin icraata götürülməsinin təmin edilməsini, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsini, vəsiyyətnamə və çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadından ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)- 479/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə əcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-479/2022 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə Cavabdeh3 ünvan 2 ünvanına göndərilmiş, qətnamənin əlavə edildiyi poçt zərfi “poçt göndərişinin çatdırılması haqqında” xəbərnamənin etibarnamə ilə qrafasında “Mədətov Elnur” qeydi edilməklə və imzalanmaqla xx.xx.2023-cü il tarixdə təhvil alınmış, eyni zamanda məhkəmə qətnaməsi X2 ünvan 2 ünvanına göndərilmiş, qətnamənin əlavə edildiyi poçt zərfi “poçt göndərişinin çatdırılması haqqında” xəbərnamənin etibarnamə ilə qrafasında “Mədətov Elnur” qeydi edilməklə və imzalanmaqla xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Zitayeva X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-479/2022 saylı qətnaməsindən qətnaməni aldığı gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qətnamənı təhvil aldığı vaxtdan ilk dəfə yalnız 2 ay 6 gündən artıq müddət, apellyasiya şikayəti vermə müddəti bitdikdən sonra isə 1 ay 6 gündən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)479/2023 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(033)- 479/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Daha sonra ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 hazırki ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, lakin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sübutu, sənədi birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti verən şəxsin iştirakı elan edilmiş, ona şikayət vermə müddəti izah edilmiş, həmçinin şəxsin özü də məhkəmə qətnaməsini vaxtında aldığını, lakin səhlənkarlıq üzündən şikayət verə bilmədiyini birinci instansiya məhkəməsinin iclasında bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Eyni zamanda, cavabdehin ərizəsində və birinci instansiya məhkəməsinin iclasında göstərdiyi arqumentlər apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməklə həmin müddətin bərpa edilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki və ya inzibati prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(033)-479/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-518/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-518/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver