Məhkəmə qərarları › İş №2(107)-527/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-527/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-527/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X14 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(019)-23/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 2/4 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən və fərdi yaşayış evinin ona ayrılmış hissəsindən cavabdehin çıxarılması, payına verilmiş əmlaklara sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianın həçminin azaldılması barədə məhkəməyə ərizə verərək reyestr nömrəsi **********22-10301 qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 2i ünvanında yaşayır. X5, atası X2r. Onlar 01 noyabr 1995-ci ildə rəsmi nikahla evlənmişlər. Birgə nikahlarından xx.xx.2000-ci ildə İddiaçı adında bir övladları olmuşdur. Eyni zamanda hazırki mübahisələndirilən ərazi olan ünvan 3 ünvanında yerləşən 0.22 ha torpaq sahəsinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X17 və X11 adına torpaq sahəsi verilmiş və 0.22 ha torpaq sahəsinə JN 1018A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mərhum nənəsi X24 hələ öz sağlığında 0.22 ha torpaq sahəsini və fərdi yaşayış evini bölüşdürmüşdür. Belə ki, X24 xx.xx.2019-cu ildə ünvan 2 İnzibati Ərazi Dairəsində vəsiyyətnamə tərtib edərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən 0.10 ha həyətyanı torpaq sahəsini və həmin sahədə yerləşən fındıq bağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Cavabdeh onun əmisinin arvadıdır. X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür. 2021-ci ilin sentyabr ayının 30-da onun vərəsələri olan arvadı Cavabdeh və yetkinlik yaşına çatmayan qızı X23 xx.xx.2012-ci il tarixdə ölmüş X7 və xx.xx.2021-ci ildə ölmüş X16 miras qalmış əmlaklara vərəsəlik açdırmış və 2V-681 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci ildə ölmüş X7 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/2 hissəsinə hər biri bərabər irs almış, eyni zamanda 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci ildə ölmüş X16 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/2 hissəsinə xx.xx.2012-ci ildə vəfat etmiş oğlunun vərəsələri kimi hər biri bərabər irs almışdır. Bundan sonra xx.xx.2021-ci ildə mərhum Eldar Əzizovun vərəsələri miras əmlaka 1/4 və 3/4 hissə olmaqla öz adlarına reyestr nömrəsi **********22-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra o və X5 məhkəmədə iddia qaldıraraq mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2021-ci il tarixli 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 12 noyabr 2021-ci il tarixdə Cavabdeh və X15 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********22-10301 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum X16 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhum X20 düşən hissəsindən vəsiyyət üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq vəsiyyət üzrə və məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin e-2(019)-82/2023 saylı xx.xx.2023 saylı qətnaməsinə əsasən Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, xx.xx.2021-ci il tarixli 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********22-10301 olan xx.xx.2021ci il tarixli Çıxarış qismən, Balakən şəhəri H.Əliyev prospektiev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin X15 adına qeydə alınmış 3/4 hissəsində və bu hissədə X15 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmiş, mərhum X16 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X16 miras qalmış ünvan 7 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və tam icra edilmişdir. xx.xx.2023-cü ildə ünvan 7 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 2/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə X15 adına reyestr nömrəsi **********22- 10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda cavabdehlə aralarında mübahisə olduğuna görə həmin əmlakların bölüşdürülməsi mümkün deyildir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-23/2025 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov), İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməsi, 100 manat dövləti rüsumu xərci İddiaçı özünə aid edilməsi, 50 manat ekspertiza xərcinin İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən şəhəri. H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 4/2 hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi X15 mülkiyyətindədir. Tərəflər arasında mübahisə olduğundan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyinə əsasən mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatilı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə işin hallarını, mübahisə predmeti olan Balakən şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin İddiaçı, ¼ hissəsinin Cavabdeh, ¼ hissəsinin isə X15 mülkiyyətində olmasını, ekspert rəyinə əsasən mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını, iddiaçının payının ayrılmasına dair Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutulan digər prosedurları tələb etməməsini, iddiaçının payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasını, payına verilmiş əmlaklara sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasını tələb etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

9. Balakən şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsindən İddiaçı 2/4 hissə payının naturada ayrılmasının mümkün olması barədə mütəxəssis rəyinin olması, ekspert rəyinin işin faktiki hallarına uyğun olmaması barədə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

10. Göründüyü kimi mülki prosessual qanunvericilik mütəxəssis rəyini sübut kimi qəbul etmir.

11. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi 12 fevral 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-479/2024 nömrəli mütəxəssis rəyində Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra torpaq sahəsindən İddiaçı 2/4 hissə payının naturada ayrılması məsələsinə baxıla bilməsini göstərdiyi halda, heç bir əsaslandırma olmadan 26 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3841/2024 nömrəli mütəxəssis rəyində 0.22 ha torpaq sahəsindən iddiaçının 2/4 hissə payının naturada ayrılmasının mümkün olmasını qeyd etmişdir.

12. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyində isə aydın surətdə göstərilmişdir ki, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatilı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Bu ekspert rəyi əsaslı olmaqla işin faktiki hallarına uyğun olduğundan məhkəmə həmin ekspert rəyini sübut kimi qəbul etmişdir.

13. İddia təmin edilmədiyindən 100 manat dövləti rüsumu xərci İddiaçı özünə aid edilməlidir.

14. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab etmişdir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

15. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 213.1, 220.1, 220.2, 220.3, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işin obyektiv araşdırılması, mübahisənin düzgün həll edilməsi, ümumi paylı mülkiyyətdə olan ünvan 7 ünvanında yerləşən 0.22 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evindən iddiaçının 2/4 hissə payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühəndistexniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzindən e-2(019)-62/2024 nömrəli mülki iş üzrə 25 dekabr 2024-cü il tarixli, 10/3435 №-li məhkəmə ekspertizasının rəyi məhkəməyə dаxil оlmuş, ekspert rəyinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evininin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini, həmçinin tərkibində olan kommunal xidmətləri sahələrin (mətbəx,dəhliz, hamam,ayaqyolu və s.) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuş, eyni zamanda mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililərin mövcud olduğunu, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğunu və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturadaayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

19. Bundan sonra İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianın həçminin azaldılması barədə məhkəməyə ərizə verərək reyestr nömrəsi **********22-10301 qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bundan sonra mülki işin obyektiv araşdırılması, mübahisənin düzgün həll edilməsi, ümumi paylı mülkiyyətdə olan Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan ,fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasının mümkünlüyü müəyyən edilməsi məqsədi ilə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə “məhkəmə mühəndis-texniki” ekspertizasının təyin edilməsini xahiş etmiş, Balakən rayon məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2(019)-23/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə sözügedən qərardadı onunla əsaslandırmışdır ki, hazırda (təkrar, əlavə) ekspertizanın təyin edilməsini zəruri edən qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Bundan başqa ekspertizanın təyin edilməsini xahiş edən İddiaçı nümayəndəsi vəkili Nümayəndə1 ekspertizanın təyin edilməsinə zərurətin, yəni ekspert rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən halların mövcud olmasını lazımi qaydada əsaslandırmamışdır. Beləliklə məhkəmə ekspertiza tədqiqatının keçirilməsinə zərurət olmadığını nəzərə alaraq hazırki vəsatətin rədd edilməsi qənaətinə gəlmişdir.

21. İş üçün əhəmiyyətli olduğundan qeyd edir ki, iddia ərizəsinin məzmununa və tərəflərin izahatlarına görə həyətyanı torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsindədir. İddia tələbi reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı paylı mülkiyyətdə olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasından ibarətdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. İddiaçı da iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verməklə mütəxəssis rəyində göstərilən ölçülərlə torpaq sahəsinin naturada ayrılmasını xahiş etmişdir. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun Balakən şəhəri H.Əliyev prospektiev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək CavabdehRamazan qızının və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasının mümkünlüyü barədə ekspertiza keçirə və həmin qaydada bölgü aparılmasını nəzərdən keçirə bilər. Belə olan halda isə 0.22 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsasların qanuni və əsaslı olması aydınlaşdırılmaqla mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Göstərilən qaydada məhkəmə bölgü aparılmasını nəzərdən keçirməklə bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirməklə işin həlli üçün qanuni və əsaslı hüquqi nəticəyə gələ bilər.

22. Məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı iclasında məhkəməyə vəsatət göndərərək mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin işə baxan hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamış, MPM-in 101.7, 103.1, 217.3, 218.1-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evininin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini, həmçinin, tərkibində olan kommunal xidmətləri sahələrin (mətbəx,dəhliz, hamam,ayaqyolu və s.) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur, eyni zamanda mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililərin mövcud olduğunu, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğunu və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Lakin iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Həmin rəydə ayrılan paylara ayrıca giriş-çıxışın olduğu qeyd edilmişdir. Hazırki iddia tələbi də ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılması ilə bağlı olduğundan mütəxəssis rəyində göstərilənlər işin həqiqi hallarına uyğundur. Lakin birinci instansiya məhkəməsi mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyətləri düzgün qiymətləndirməyərək, mütəxəssis rəyinin sübut növü olmaması kimi qiymətləndirərək, ona münasibətdə hüquqi dəyərləndirmə aparılması ilə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuşdur.

23. İş üzrə mütəxəssis rəyi ilə ekspert rəyləri arasında uyğunsuzluğun konkret olaraq nədən ibarət olması, bu halın mübahisəli torpaq sahəsinin naturada ayrılmasının məhkəmə tikinti X10 metodlarında göstərilənlərə uyğun olub-olmadığı, bölgünü mümkünsüz edən halların tərəflərin, mütəxəssis və ya ekspertin dinlənilməsi ilə lazımi qaydada araşdırılmamış, zəruri olduqda əlavə və ya təkrar ekspertizanın keçirilməklə iş üzrə əhəmiyyətli halların aydınlaşdırılması təmin edilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir.

24. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

25. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cımaddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

26. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır. Lakin hazırki işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar araşdırmamış, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı halda, ekspert rəyini və mütəxəssis rəyini MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə digər sübutlarla yanaşı qiymətləndirməmişdir.

27. Belə ki, hazırki mübahisə torpaq sahəsinin ayrılması ilə bağlıdır. İddiaçı torpaq sahəsinin naturada ayrılmasını tələb edir, cavabdehlər torpaq sahələrinin naturada ayrılmasının mümkünsüzlüyünü bildirirlər. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun fərdi yaşayış evi və onun altının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,22 ha torpaq sahəsindən iddiaçının 2/4 hissə payının, yəni 0.11 ha torpaq sahəsinin ayrılması hazırda işə əlavə edilmiş mütəxəssis rəyinə əsasən texniki cəhətdən mümkün olub-olmaması, həmin qaydada bölgü aparılmasını nəzərdən keçirməmiş, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirməmiş, iddiaçının bu haqda olan vəsatətlərini də əsassız olaraq rədd etmişdir. Nəticədə mübahisə də həll olunmamış qalmışdır. Ekspert rəyi tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün müəyyən etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olubolmadığını müəyyən etmək üçün məhkəmənin istinad etdiyi sübut vasitələrindən biridir. MPM-nin101.7-ca maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də işin hərtərəfli, tam vəobyektiv tədqiqinə nail olmaq üçün iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(019)-23/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümyəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-23/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. “X12rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyator Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 23/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********22-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 4/2 hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi X15 mülkiyyətindədir. Tərəflər paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər və ekspertiza tədqiqatı ilə iddiaçının payının paylı mülkiyyətdən ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ümumi paylı mülkiyyətdə olan Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılmasının mümkünlüyü müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunması barədə tərəfindən verilmiş vəsatətin işə baxan hakim tərəfindən rədd edilməsi, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyətləri düzgün qiymətləndirilməməsi, mütəxəssis rəyinin sübut növü olmaması kimi qiymətləndirərək, ona münasibətdə hüquqi dəyərləndirmə aparılması ilə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbinin pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-479/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı, Cavabdeh və X15 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin yeri hüquqmüəyyənedici sənədlərə əsasən naturada müəyyən edilmişdir. İddiaçı, Cavabdeh və X15 ümumi paylı mülkiyyətində olan, ünvan 11 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra torpaq sahəsinin 2/4 hissə payının naturada ayrılması məsələsinə baxıla bilər.

46. Eyni zamanda işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3841/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı, Cavabdeh və X15 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsindən iddiaçının 2/4 hissə payının naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin 2/4 hissə payının naturada ayrılmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

47. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mübahisəli fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini həmçinin, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və.s) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Həmçinin mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində isə müxtəlif təyinatlı tikililərin mövcud olduğunu, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğunu və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

48. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyində anlaşılmazlıq olduğundan (qeyd olunan rəyin əsaslandırıcı və nəticə hissəsində mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini həmçinin, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və.s) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmaığı müəyyən olunur, kimi qeyd olunmuşdur), həmin anlaşılmazlığın aradan qaldırılması üçün məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-527/2025 nömrəli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli 10/4394 nömrəli ekspert rəyindən görünür ki, ünvan 12 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.0189*un 1.1, 2.2. 2.4., bəndlərində və Məhkəmə Tikinti-X10 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

49. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

53. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli 10/3435 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 25 dekabr 2024-cü il tarixli 10/3435 ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

55. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suala ekspert aydın şəkildə cavab verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mübahisəli fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini həmçinin, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və.s) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Həmçinin mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində isə müxtəlif təyinatlı tikililərin mövcud olduğunu, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğunu və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

56. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

57. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-23/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-23/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar