Məhkəmə qərarları › İş №2(107)-528/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-528/2025

09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-528/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qaz paylayıcı şəbəkəsinə qoşulmasının təmin edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qazpaylayıcı şəbəkəsinə qoşulma, qaz təchizatı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz paylayıcı şəbəkəsinə qoşulmasının təmin edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)-190/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı fərdi yaşayış evinin qazla təmin edilməsi üçün xx.xx.2024 tarixli ərizə ilə cavabdehə, xx.xx.2024 tarixli ərizə ilə isə Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, lakin fərdi yaşayış evi qazlaşdırılmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı “qazpaylayıcı şəbəkəsinə qoşulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün müvafiq məlumat və sənədlər əlavə olunaraq, xx.xx.2024 tarixli ərizə ilə Cavabdeh İB-nin Zaqatala X8 İdarəsinə müraciət olunmuşdur. Həmin müraciət cavabdehin yerli qurumu olan Zaqatala X8 İdarəsi tərəfindən xx.xx.2024 tarixdə qəbul edilmişdir. Lakin, müraciətin qəbul edildiyi tarixdən bu günədək müraciətin nəticəsi barədə hər-hansı məlumat verilməmişdir. Bununla yanaşı, evin qazpaylayıcı şəbəkəyə qoşulması üçün müvafiq məlumat və sənədlər əlavə olunaraq, xx.xx.2024 tarixli ərizə ilə Balakən Regional “Asan Xidmət” Mərkəzinə (oradakı qaz paylayıcısının nümayəndəsinə) də müraciət olunmuşdur. Balakən Regional “Asan Xidmət” Mərkəzinin “müraciətin aidiyyəti üzrə təqdim edilməsi haqqında” xx.xx.2024 tarixli, 3-45-17/2-D-207- 42-160/2024 nömrəli məktubuna əsasən, müraciət baxılması üçün Cavabdeh İB-nə təqdim edilmişdir. Buna baxmayaraq, bu günədək həmin müraciətin də nəticəsi barədə hər-hansı məlumat verilməmişdir. Bundan əvvəl, evin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün məhkəməyə müraciət olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarı ilə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmuş və həmin Qərara əsasən fərdi yaşayış evi elektrik təchizatı şəbəkəsinə qoşulmuşdur. Daha sonra isə, evin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün yenə məhkəməyə müraciət olunmuş, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə, "xxxx" ASC-nin üzərinə öz hesabına ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyi qoyulmuş və həmin Qərara əsasən fərdi yaşayış evi su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmuşdur. Hazırda, cavabdehin hərəkətsizliyi nəticəsində evin qazpaylayıcı şəbəkəyə qoşulması təmin edilməmiş qaldığından və bu da bir istehlakçı kimi hüquqların pozulmasına gətirib çıxardığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda, cavabdehin hərəkətsizliyi nəticəsində evin qazpaylayıcı şəbəkəyə qoşulması təmin edilməmiş qaldığından və bu da bir istehlakçı kimi hüquqların pozulmasına gətirib çıxardığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində verilmiş anlayışa əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üç ün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 2.3-cü bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan (yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin məbləğlərinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə 1 qoşulma üçün ödənişin məbləği 271 manatdır. Sadalanan hüquqi normalardan görünür ki, cavabdeh qaz paylayıcısı, istehlakçı kimi şəxsi tələbatını (məişət ehtiyacını) ödəmək məqsədi ilə mal (qaz) almaq və ya sifariş vermək niyyəti ilə ona müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq, tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini həyata keçirməklə tikinti obyektinin, yəni evin qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etməli idi. Ancaq, cavabdeh qaz paylayıcısı özünün hərəkətsizliyi ilə bazarda hökmran mövqe tutan, təbii inhisarçı və yeganə qazın satın alma mənbəyi olan müəssisədən qazın alınmasından istehlakçını məhrum etmiş olur. Bu da nəticədə istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 9 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş 14-cü bəndin 3-cü abzasında hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu göstərildiyindən və Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bildiyindən, bu iddia Zaqatala Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, hesab edir ki, onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh İB tərəfindən təmin olunması haqqında Qətnamə çıxarılmalıdır.

4. Cavabdeh nümayəndəsi X7 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2024-cü il tarixli 14-2-2-7/1- D-3xx-xx/2024 saylı ərizə ilə Cavabdeh İB-nin struktur bölməsi olan Zaqatala X8 İdarəsinə müraciət edərək Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təmin olunmasını xahiş etmişdir. X2 istismarı İdarəsi öz növbəsində vətəndaşın müraciətini xx.xx.2024-cü il tarixli 14-2- 2- 7/2-D-5xx-xx/2024 saylı məktubla cavablandıraraq izah etmişdir ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, Cavabdeh İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra Cavabdeh İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3 -dən yuxarı olduqda isə layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, Cavabdeh İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Bundan sonra İddiaçı eyni tələblə Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. Müraciətə isə qazlaşdırılması tələb olunan fərdi yaşayış evinin yerləşdiyi 0.0265 ha torpaq sahəsinin dövlət reyestrindən çıxarış, şəxsiyyət vəsiqəsinin surəti, Zaqatala şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayış təqdim edilmiş, lakin fərdi yaşayış evinin mülkiyyət sənədləri verilməmişdir. Balakən Regional “Asan Xidmət” Mərkəzindən daxil olmuş həmin müraciət Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli 14-2-2/2-D-47xx-xx/2024 saylı məktubla cavablandırılaraq bildiririlmişdir ki, Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədləri tam təqdim edilmədiyi üçün (tikintiyə icazə sənədi və ya məlumatlandırma icraatı) sözügedən fərdi yaşayış evinin qazlaşıdırlması üçün texniki şərtin verilməsi mümkün olmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Həmin Qanunun 12-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Beləliklə, vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında müvafiq sənədlərlə birlikdə “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Əhali sektoru üzrə qazpaylayıcı şəbəkəyə qoşulması üçün tələb olunan sənədlər ərizə, sifarişçinin şəxsiyyət vəsiqəsi, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd, tikintiyə aid çıxarış (texniki pasportla birlikdə), qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə), notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı müqaviləsi, bağışlama (mülkiyyət sənədinin surəti və texniki pasportla birlikdə), daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əvvəlcədən qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, order, icra hakimiyyəti orqanının sərəncamı, torpaq sahəsinin icarə, istifadə hüququna dair dövlət aktı, şəhadətnamə, çıxarış və ya müqavilə təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikilinin (mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəddə tikinti obyekti haqqında məlumat qeyd olunduğu hallar istisna olmaqla) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrində qeydə alındıqda texniki şərtin verilməsi üçün müraciət qəbul oluna bilər. Hazırkı mübahisədə isə İddiaçı fərdi yaşayış evinin qazlaşdırılması üçün Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət edərkən sözügedən mənzilin xüsusi mülkiyyət kimi qeydiyyata alınması ilə bağlı müvafiq sənədlər təqdim etmədiyindən texniki şərtin verilməsi mümkün olmamışdır. Bundan əlavə fərdi yaşayış evinin qazlaşdırılması bir mənalı şəkildə sifarişçinin seçdiyi podratçı təşkilat tərəfindən həyata keçirilməsi tənzimləndiyindən həmin icraatın qaz paylayıcısının üzərinə qoyulması ilə bağlı tələbdə İddiaçı haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə əsasən, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “özünəməxsus fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh tərəfindən təmin edilməsi barədə” iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evinin elektrik enerjisi və su ilə təminatı işləri məhkəmə qərarlarına əsasən icra edilmişdir. İddiaçı fərdi yaşayış evinin qazla təmin edilməsi üçün xx.xx.2024 tarixli ərizə ilə cavabdehə, xx.xx.2024 tarixli ərizə ilə isə Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, lakin fərdi yaşayış evi qazlaşdırılmamışdır. Cavabdeh iddiaçının podratçı ilə müqavilə bağlamalı olması, qazlaşdırılma işlərinin də, müqavilə əsasında onun vəsaiti hesabına podratçı tərəfindən həyata keçirilməli olması, fərdi yaşayış evinin qeydiyyatı olmadığından, onun üzərində aparılan hərəkətlərin qeyri qanuni sayılması əsası ilə iddiaya etiraz etmişdir.

6. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya onun qəbul edilməsindən sonra inşa edilməsinə dair sübut təqdim etmiş, bu hallar təsdiq edilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan olsa da, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.0265 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələsi məhkəmə qərarı əsasında həll edilmişdir. Bu isə fərdi yaşayış evinin inşaat işlərinin qanunvericiliyin tələbinə uyğun icra edildiyini təsdiq edir.

7. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, şəxsin sifarişçi sayılması üçün qazpaylayıcı şəbəkəyə qoşulması və ya qaz alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik etməsi yetərlidir, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.0265 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmaması, qazpaylayıcı şəbəkəyə qoşmadan imtina üçün əsas ola bilməz. İddiaçı tərəfindən qoşulma xidmətinə görə ödəniş edilməklə qazpaylayıcı şəbəkəyə qoşulmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işlərinin istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən də həyata keçirilməsi qanunla nəzərdə tutulur. Beləliklə, cavabdehin iddiaçının müraciətindən imtinası qanunsuz olmuşdur.

8. Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)-190/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2017-ci il tarixdə verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh tərəfindən təmin edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2017-ci il tarixdə verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarış Zaqatala şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli 1216 saylı arayış Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2-1(107)-696/2019 saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(102)-951/2020 saylı qərar İddiaçı Cavabdeh Zaqatala X8 İdarəsinə ünvanladığı 15 avqust 2024-cü il tarixli ərizəsi Cavabdeh tərəfindən İddiaçı 24 avqust 2024- cü il tarixdə ünvanlanmış müraciətin nəticəsi haqqında məlumat Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 Regional "Asan Xidmət" Mərkəzi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış 05 sentyabr 2024- cü il tarixli müraciətin aidiyyəti üzrə təqdim edilməsi haqqında məktub

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin ortaya qoyduğu mövqe heç bir maddi hüquq norması ilə əsaslandırılmamaqdadır, çünki qanunverici hazırkı mübahisədə olan icazəsiz inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasını birbaşa olaraq qadağan edir. Hazırkı mübahisədə isə İddiaçı fərdi yaşayış evinin qazlaşdırılması üçün Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət edərkən sözügedən mənzilin xüsusi mülkiyyət kimi qeydiyyata alınması ilə bağlı müvafiq sənədlər təqdim etmədiyindən texniki şərtin verilməsi mümkün olmamışdır. Bundan əlavə, fərdi yaşyış evinin qazlaşdırılması birmənalı şəkildə sifarişçinin seçdiyi podratçı təşkilat tərəfindən həyata keçirilməsi tənzimləndiyindən həmin icraatın qaz paylayıcısının üzərinə qoyulması ilə bağlı tələbdə İddiaçı haqlı olmamışdır. İddiaçı tərəf qazlaşıdırılması nəzərdə tutulan fərdi yaşayış evinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair sübutları təqdim etməmiş və ya həmin tikilinin lazımı icazə sənədləri əsasında inşa etməsini sübut etməmişdir. Hazırkı situasiyada da sübutetmə yükü məhz iddiaçının üzərinə düşməkdədir

12. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)- 190/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025ci il tarixli, 2(033)-190/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanun: 1-ci maddəsində verilmiş anlayışa əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

17. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 10-1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 13-cü maddəsinin 12-ci bəndinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 13-cü maddəsinin 12-1-ci bəndinə əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 13-cü maddəsinin 12-2-ci bəndinə əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”: 1.2.2-ci bəndinə əsasən sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 1.6-cı bəndinə əsasən bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 2.3-cü bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. 2.15-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir.

19. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)- 190/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, 2023-cü il oktyabrın 1-dən etibarən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan olsa da, iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarları, həmçinin həmin qərarların apellyasiya və kassasiya qaydasında yoxlanılması barədə müvafiq məhkəmələrin qərarları ilə müəyyən edilir ki, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.0265 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi hələ 2019-cu ildə artıq mövcud idi və hal-hazırda qüvvədə olan məhkəmə qərarları ilə həmin evin su və işıq ilə təchiz olunması təsdiq edilmişdir.

25. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)-190/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(033)-190/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar