Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-545/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı X1 vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-58/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı X7 xx.xx.2020-ci il tarixdə Cavabdeh “Zolotaya Korona” vasitəsi ilə 4287 manat pul göndərmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4299.86 manat borc pulun, 310 manat huquqi yardım uçun və 63 manat ödənilmiş dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Şahid1 Rəfael qızının vasitəsi ilə iş üzrə Cavabdeh tanımış, bu münasibətlərin nəticəsində iş üzrə Cavabdeh ondan borc pul istəmiş və onun adına xx.xx.2020-ci il tarixdə “Zolotaya Korona” vasitəsi ilə 4287 manat pul göndərmişdir. Həmin pulu göndərərkən ondan komissiya xərci olaraq 12.86 manat pul əlavə olaraq alınmışdır. Cavabdeh borc verdiyi pulu geri tələb etsə də, həmin pulu geri qaytarmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb iş üzrə Cavabdeh 4299 pulun, 310 manat huquqi yardım uçun və ödənilmiş 63 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması üçün aidıyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə heç əlaqəsi olmamış, aralarında borc müqaviləsi bağlanmamışdır. İddiaçının ona göndərdiyi 4287 manat pul, tanışı Şahid1 ona olan borcudur. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı X7 Cavabdeh xx.xx.2020-ci il tarixdə 4287 manat borc pul verdiyini, həmin pulun cavabdeh tərəfindən qaytarılmadığını iddia edir və həmin pulu geri tələb edir. İddiaçı X7 Cavabdeh Azərbaycan Respublikasının MM-nin borc müqaviləsinin normalarına uyğun olmadan, 4287 manat pul göndərmiş, cavabdeh həmin pulu hec bir hüquqi əsas olmadan qəbul edərək əsassız varlanmışdır. Göründüyü kimi İddiaçı X3 məxsus 4287 manat pul Cavabdeh qanunsuz sahibliyində qalmışdır.
7. Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-58/2023 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddianın təmin olunması, Cavabdeh 4299.86 manat pul, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və 63 manat ödənilmiş dövlət rusumunun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 442, 739 və 1091-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********* nömrəli Zalatoy Korona ödəniş qəbzindən görünür ki, X7 tərəfindən Cavabdeh 4287 manat pul göndərilmiş, 12.86 manat komissiya haqqı tutulmuşdur.
10. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, X7 tərəfindən Şirvan Regional vəkil bürosuna 310 manat xidmət haqqı ödənilmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin faktiki halı belə olmuşdur ki, İddiaçı cavabdeh kimi Şahid1 qurbanına çevrilmiş, yəni iddiaçı, Şahid1 iş qurmaq adı ilə pul vermişdir. İddiaçı ilə Şahid1 münasibətlərinin normal olduğu dönəmdə sonuncunun tapşırığına əsasən iddiaçı cavabdehə, eləcə də digər şəxslərə “Zolotaya Korona” vasitəsi ilə pullar göndərmiş və həmin pullar cavabdehə çatası pullar olmuşdur. İddiaçı Şahid1 ona borclu olduğu pulları ala bilmədiyini görüb, hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehdən pul tələb etmişdir. Bu fakt Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Belə ki, Şahid1 Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında İddiaçı cavabdehə göndərdiyi 4299.86 manat pulun ona məxsus olduğunu, həmin pulu cavabdehə borclu olduğu pulun əvəzi kimi Şəfanə vasitəsi ilə göndərdiyini bildirmişdir. İddiaçı nə iddia ərizəsinə, nə də məhkəmənin hazırlıq iclasında cavabdehə borc verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
13. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)- 58/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd еdilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-58/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)- 58/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 HK-1/2286 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Qərar nəzərdən keçirilərək müəyyən edilmişdir ki: 21 oktyabr 2020-ci il tarixdə Cavabdeh, X13, X9, X10 Bakı şəhər Prokurorluğuna ərizə yazaraq bildirmişdir ki, 2019-2020-ci illərdə tanışı Şahid1 "Viplife" firması ilə bağlı iş birliyi qurmaq adı ilə onları aldatmış, ona "Xalqbank" vasitəsi ilə ümumilikdə 193688 manat, "Millön" vasitəsi ilə ümumilikdə 100 000 manatdan çox pul köçürülmüş və nağd olaraq almış 45 000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişdir. Material üzrə mübahisəsiz hallar olaraq müəyyən edilmişdir ki, Şahid1 Cavabdeh demişdir ki, Bakı şəhərində "Viplife" firmasında işləyir, bu firma Nizami rayonu, Q.Qarayev küçəsində yerləşir və kompaniyalar keçirilir, şərtləri yaxşı və əlverişlidir, o, Rəvanəyə yatırım üçün pul versə yaxşı qazanc əldə edə bilər. O, Rəvanəyə tam etibar etdiyi üçün bununla razılaşmış və ona hissə-hissə olmaqla pul vermişdir. Şahid1 Cavabdeh və digərləri ilə danışığı belə olmuşdur ki, onlar ona verdikləri pullardan o firmadan malları götürüb üzərinə öz faizi olan 12,7 faizi qoyub malları satıb, əldə etdiyi faiz gəlirindən 10 faiz Cavabdeh və onun yaxın ətrafına verməli idi. Onlar təxminən bir il müddətinə qeyd etdiyi qaydada birgə işləmişlər. Rəvanə isə verdiyi vədləri sadəcə bir hissəsini icra etmiş, onların verdiyi pulları, qazanc kimi ödədiyi pulları da hesablamaqla 379138 manatını müxtəlif vaxtlarda geri ödəmiş, lakin 72558 (yetmiş iki min beş yüz əlli səkkiz) manatını geri ödəməmişdir. Cavabdeh bildirmişdir ki, Şahid1 onaödədiyi pulların bir hissəsini ayrı-ayrı şəxslərin, yəni Şahid2, Şəfanə Baxşıyevə, Nərmin Məmmədbağırova, Nail Karimov və adlarını xatırlamadığı digər şəxslərin adından göndərmişdir. O, Rəvanədən nəyə görə digər şəxslərin adından pul göndərdiyini soruşduqda, Rəvanə ona banka və ya digər ödəmə vasitələrinə uzaq olduğunu və ya şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bəhanə edirmiş. Cavabdeh bildirmişdir ki, adıq qeyd edilən digər şəxslər ilə hər-hansı münasibəti olmamışdı, həmin pulları ona həmin şəxslərin adından Rəvanə göndərmişdir. Şahid1 bildirmişdir ki, 22 iyul 2020-ci il tarixdə Şahnaz Musayeva ona pul göndərməli imiş, Şahnaz ona bu pulu göndərcəyi ilə bağlı məlumat verdikdə o, bu dəfə də Şahnaza Cavabdeh anket məlumatlarını verib pulu ona göndərməsini bildirmişdir. Bundan sonra Şahnaz ilə danışıqları zamanı ona məlum olmuşdur ki, Şahnazın işi olduğu üçün gedə bilmədiyindən tanışı X4 4300 manat vermiş o da bu pulu 22 iyul 2022-ci il tarixdə “Rabitəbank" vasitəsi ilə Cavabdeh göndərmişdir. Onlar bu pulu göndərdikdən sonra ona məlumat vermiş, o da Cavabdeh pulu gedib götürməsini bildirmişdir, izahatı alınan zaman ona verilən suallara cavab olaraq bildirmişdir ki, X5 və X2 Gülnar ilə heç bir münasibəti yoxdur, onlara Cavabdeh pul göndərmələrini o, demişdir. Belə ki. onlar ona verməli olduqları pulu verməyi təklif etdikdə o,həmin pulları Cavabdeh göndərmələrini bildirmişdir, çünki onun Cavabdeh borcu var imiş, o, bu pulları Cavabdeh ona olan borcuna görə göndərirmiş. Onların Cavabdeh göndərdikləri yuxarıda qeyd etdiyi məbləğdəki pullar onun Gülnara olan borcu müqabilində göndərilmiş pullardır. O, daha sonra Gülnar ilə danışdıqda Gülnar həmin pulların ona çatdığını bildirmişdir. Mülki işin 57-59-cu vərəqlərində olan yazışmalarda 4287 manatın gəlməsi, ********* nömrəli sənəd və Cavabdeh şəxsiyyət vəsiqəsinin şəklinin olduğu görünür ki, həmin yazışmalar pulu göndərən şəxs X11 olsa da, Şahid1 ilə Cavabdeh arasında baş tutmuşdur. Hazırki qətnamənin 17-ci bəndində olan maddi hüquq normalarının məzmunundan bəlli olur ki, tərəflər arasında 3000 manatdan artıq olan borc müqaviləsi yazılı formada bağlanmalıdır ki, bu da hazırki işdə mövcud deyildir. İddiaçı cavabdehin ondan borc istədiyini və onun da cavabdehə borc olaraq 4287 manat göndərdiyini bildirsə də, cavabdehin iddiaçıdan hansı vaxt, hansı məbləğdə, hansı müddətə və hansı şərtlərlə borc istəməsi barədə və nə üçün cavabdehə borc olaraq məhz 4287 manat pul göndərməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, yuxarıda göstərilən maddələrin tələbi baxımından iddiaçının cavabdehə borc verməsi halı təsdiq edilmir. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxs olan Şahid1 tapşırığı ilə sonuncunun borclu olduğu pulu cavabdehə göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-ci maddəsinə əsasən Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarına əsaslanmaqla, belə nəticəyə gəlir ki, hazırki iş üzrə Cavabdeh X3 hər hansı borcu olduğu müəyyən edilmir. Sonuncunun birinciyə göndərdiyi pullar Şahid1 tapşırığı ilə göndərilmiş Şahid1 Cavabdeh borclu olduğu pullar olduğundan hazırki iş üzrə cavabdehin əsassız varlanması halı da mövcud deyildir. Çünki, əsassız varlanma üçün hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı mövcud olmalı idi. Hazırki halda isə, cavabdehin qeyd olunan pulu əldə etməsinin hüquqi əsası mövcud olmuşdur.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-58/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-58/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Günay Cavadova