Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-546/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqda payın müəyyən olunması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-121/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X5 ümumi birgə mülkiyyətində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından və JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən onun payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, yəni İddiaçı, cavabdeh X6 va mərhum anası X3 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Huquqi Şəxsinin xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nomrəli, **********32 reyestr nömrəli «Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqları, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrufatı tayinatli torpaqları verilmişdir. Eyni zamanda JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 nömrəli qararına əsasən onun, yəni İddiaçı, cavabdeh X7 va mərhum anası X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,42 ha hayatyanı torpaq sahasi verilmişdir. O, digər mülkiyyətçi ilə, yəni cavabdeh X11 ila payın bölünməsində ümumi razılığa gəlməmələri ucundan məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının ayrılmasnı istəyir, çünki öz paylarının üzərində sərbəst şəkildə mülkiyyət hüququnu həyata keçirmək onun hüququdur. Bu barədə, yəni torpaq sahələrindən payların müəyyən edilmasi üçün cavabdehlə razılığa gələ bilmir, məsələni mübahisəsiz məhkəmədan kənar həll edilmasi üçün təşəbbüs göstərmişlər. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabi almışdır. O, öz payına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək va onun üzərinda sərəncam vermək hüququ əldə etmək istəyir. Bundan əlavə məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-314F, kod 40604018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli və xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»larda gösterilən pay sahiblərindən X9 vəfat etmişdir və onun mərhum anası Gülarə Quliyevanın payına qarşi hal-hazırda iddiası yoxdur. O öz payının ayırılıb verilməsini istəyir. Bu halın nəzərə alınmasını xahiş edir. Eyni zamanda bildirir ki, o, xx.xx.2005-ci il tarixdə X8 ilə nikaha daxil olaraq “Rzabəyova” soyadını gotürmüşdür. Bu səbəbdən çıxarışlarda va şəhadətnamədə əvvəlki, yəni qızlıq soyadı Əliyeva göstərilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, belə ki, iddiaçının iddia tələbinin dəqiq və konkret olmadığını göstərmişdir. İddia ərizəsinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx.xx.2024-cü il tarixli, 2(025)- 121/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X5, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023cü il; reyestr nömrəsi – **********31) X5, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payının 1/3 hissədə müəyyən olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq X5, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh ilə payların real bölgüsünün aparılmasında razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən onun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”-da, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”-da və JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi olaraq 1/3 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.5, 220.1, 220.2, 223.2, 223.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 14.2, 77.1, 78.1, 80, 81, 217.1-217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işə birtərəfli və səhti yanaşmışdır. Əslində iddiaçının iddia ərizəsində konkret olaraq ondan nə tələb etməsi dəqiq göstərilməmişdir. Halbuki, iddia tələbi dəqiq və konkret olmalıdır.
12. Məhkəmə mülki qanunvericliyinin tələblərinə istinad etməklə ədalətli, qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səhti və birtərəfli qəbul edilmişdir, əsaslandırılmamışdır. Əsaslandırmaq vəzifəsi qanunla müəyyən olunmuş qayda olmaqla yanaşı, ədalət mühakiməsinin hüquqi dövlətə xas elementar prinsipidir . Bu, öncə mübahisənin tərəflərinə və xüsusilə uduzan tərəfə xidmət edir. Tərəflər əslində bilməlidirlər ki, nə üçün məhkəmə işi başqa cür deyil, məhz qətnamənin nəticə hissəsində göstərildiyi kimi həll edib.
13. Yaxşı əsaslandırılmış qərar həm də ictimaiyyət arasında ədalət mühakiməsinin nüfuzunun artırılmasına xidmət etməlidir. Bu nüfuzun gücləndirilməklə dərk edilməlidir ki, qətnamə tərtib olunarkən Azərbaycan Respublikası Konsitusiyasının 129-cu maddəsinə əsasən Azərbaycan Respublikasının adından çıxarılır.
14. İş üzrə qətnamə qəbul edilərkən sübutlar əldə edilməmiş, habelə iş materiallarında olan sənədlərə istinadən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. İşin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya başqa sübutları və məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ aktlar göstərilməlidir.
15. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi teleqramında xəstəliyi nəzərə alınaraq iştirakı olmadan Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etsə də, iddiaçının nümayəndəsi və cavabdeh gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-121/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Kollegiyanın iclasında müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq X5, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən X10 09 avqust 2005-ci il tarixdə vəfat etmişdir. İddiaçı ümumibirgə mülkiyyətlərində olan torpaq sahələrində Cavabdeh ilə payların müəyyən edilməsində razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.
27. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia ərizəsində konkret olaraq ondan nə tələb etməsinin dəqiq göstərilməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi və mülki iş materiallarında olan iddia tələbinə etirazından və apellyasiya şikayətindən də göründüyü kimi o, birgə mülkiyyətdə olan əşyada iddiaçının payının müəyyən edilməsinə dair iddiaçının iddia tələbinin rədd edilməsini xahiş edir. Yəni Cavabdeh İddiaçı ona qarşı qaldırdığı torpaq sahələrində payın müəyyən edilməsinə dair iddia tələbi ilə razı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsində isə aydın şəkildə birgə mülkiyyət iştirakçıları arasında razılaşma əldə edilmədikdə ümumi əşyaya paylı mülkiyyətin məhkəmə qərarına əsasən müəyyənləşdirilməli olması nəzərdə tutulmuşdur. Hansı ki, İddiaçı da iddia ərizəsində açıq-aydın şəkildə ümumibirgə mülkiyyətdə olan daşınmaz əmlaklar üzərində onun payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə qətnamə qəbul edilərkən sübutların əldə edilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir.
29. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaq X5, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir.
30. İş materiallarına əlavə edilmiş JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq X5, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına əsasən «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
33. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 121/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-121/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir