Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-547/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Balakən Rayon Məhkəməsinin e-2(019)-365/2023 saylı mülki iş üzrə qəbul etdiyi 13 mart 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 72.000 manat maddi və 28.000 manat mənəvi, cəmi 100.000 manat ziyanın ona ödənilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 8.800 manatın və hüquqi xidmət üçün vəkilə ödənilmiş 200 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Balakən Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Balakən Rayon Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində “qarşılıqlı iddia ərizəsi” deyil “iddia ərizəsi” yazmış, ərizədə iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1 -ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Balakən Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdehin nümayəndəsivəkili isə qərardaddan verdiyi şikayətdə bildirir ki, ərizədə müraciət edən şəxs “e-2(019)- 365/2023 saylı iş üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən” kimi qeyd edilmiş, ərizənin sonunda “qarşılıqlı iddia” qeyd edildiyini nəzərər alaraq “iddia ərizəsi” yazılması texniki yanlışlıqdır. Bundan başqa İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçının, cavabdehin adı, soyadı, ata adı, ünvanı və iddianın ünvanlandığı məhkəmə qeyd edilmiş, iddia ərizəsində iddianın predmeti, qiyməti, iddiaçının tələbi və tələbinin əsası kimi istinad etdiyi hallar əks olunmuşdur. Qarşılıqlı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Formal mülahizələrə görə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması yolverilməzdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İddianın verilməsinin qaydaları isə MPM-nin 149-cu maddəsində müəyyən edilmişdir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Cavabdeh tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış “iddia ərizəsindən” görünür ki, qarşılıqlı iddiaçı kimi Cavabdeh qeyd edilsə də, cavabdeh və onun barəsində məlumatlar qeyd edilməmişdir. Halbuki, MPM-nin yuxarıda qeyd edilən normasının tələbinə görə iddia ərizəsində cavabdeh və onun barəsində məlumatlar qeyd edilməlidir. Bundan başqa nümayəndə-vəkil şikayətində ilkin iddia ərizəsində tərəflər barədə məlumatın qeyd edildiyinə istinad etmişdir. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsində tərəflər barədə məlumatların göstərilməsi iddiaçını qarşılıqlı iddia ərizəsində həmin məlumatları göstərmək vəzifəsindən azad etmir. Beləliklə müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin forma və məzmunu MPM-nin tələblərinə uyğun deyil. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda hesab edilməlidir ki, Balakən Rayon Məhkəməsi “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-547/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-547/2023
25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver