Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-549/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əhmədxan qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızına və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin natura qaydada bölünməsi və naturada onun payının ayrılmış hissəsindən cavabdehlərin çıxarılması və həmin hissənin cavabdehlərdən alınıb ona verilməsinin təmin edilməsinə və dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin naturada bölünməsi və naturada onun payının ayrılmış hissəsindən cavabdehlərin çıxarılması və həmin hissənin cavabdehlərdən alınıb ona verilməsinin təmin edilməsi tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Əhmədxan qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızına və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin natura qaydada bölünməsi və naturada onun payının ayrılmış hissəsindən cavabdehlərin çıxarılması və həmin hissənin cavabdehlərdən alınıb ona verilməsinin təmin edilməsinə və dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)-25/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan xx.xx.2024-cü il qeydiyyat tarixli mülkiyyət hüququnu təstiq edən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğu Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin sahənin cavabdehlərdən alınaraq ona verilməsinin təmin edilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Əhmədxan qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan xx.xx.2024-cü il qeydiyyat tarixli mülkiyyət hüququnu təstiq edən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğu Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin sahənin cavabdehlərdən alınaraq ona verilməsinin təmin edilməsinə dair, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan xx.xx.2024-cü il qeydiyyat tarixli mülkiyyət hüququnu təstiq edən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğunu Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin sahənin cavabdehlərdən alınaraq ona verilməsinin və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər bir ailənin üzvüdürlər. Cavabdeh1 onun qardaşı, Cavabdeh2 birincinin həyat yoldaşı olmaqla onun qardaşı arvadı, digər cavabdehlər Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və Cavabdeh3 isə Şirvan və Sədayə Əliyevlərin övladları olmaqla onun qardaşının qızlarıdır. Onun cavabdehlər və qeyriləri ilə ümumi mülkiyyətinə Yevlax rayonu Qaramanlı kəndində 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlərə və digərlərinə münasibətdə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il ona münasibətdə isə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Belə ki, həmin torpaq sahəsinə, yəni 4.5208 ha ölçüdə olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərin, digərlərinin və onun mülkiyyət hüququm aşağıdakı kimidi X10 2/24 hissə, X9 2/24 hissə, Əliyeva Səd ayə Güloğlan qızı- 4/24 hissə, Əlizadə (Allahverdiyeva) Ayişən Şirvan qızı 4/24 hissə, Cavabdeh3 4/24 hissə, X8 2/24 hissə və ona İddiaçı Əhmədxan qızı- 6/24 hissədədir. X11 anasıdır, vəfat etmişdir, ümumi birgə mülkiyyətçisi olduğu, o cümlədən ondan miras qalmış torpaq sahəsindən cavabdehlər istifadə edirlər. X9-atasıdır, vəfat etmişdir, ümumi birgə mülkiyyətçisi olduğu, o cümlədən ondan miras qalmış torpaq sahəsindən cavabdehlər istifadə edirlər. Cavabdeh2, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. Cavabdeh3, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. X8 bacısı oğludur. Mülkiyyətçisi olduğu torpaq sahəsindən cavabdehlər istifadə edir. Cavabdehlərə qarşı iddia tələbi irəli sürmüşdür. Yeddinci mülkiyyətçi onun 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin paylı mülkiyyətçidir. Qeyd edilən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər ailəsi bütövlükdə istifadə edirlər. Onun bacısı oğlu X3 və mərhum atası X5 ümumi paylı mülkiyyətinə Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mərhum atası X5 mülkiyyət hüququ 1.76 ha torpaq sahəsinin 2/4 hissəsi həcmindədir. Bacısı oğlu X3 mülkiyyət hüququ 1.76 ha torpaq sahəsinin 1/4 hissədə olmaqla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il onun mülkiyyət hüququ isə 1.76 ha torpaq sahəsinin 1/76 hissəsi həcmində olmaqla, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Qeyd edilən 1.76 ha torpaq sahəsindən də cavabdehlər ailəsi bütövlükdə istifadə edirlər. Onun iki sənədlərlə (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan və xx.xx.2024-cü il qeydiyyat tarixli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan və xx.xx.2024-cü ildir qeydiyyat tarixli) çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğu torpaq sahələrindən istifadə edə bilmir. Cavabdehlər onun özlərinin və digərlərinin (bacısı oğlu Ceyhunun və mərhum valideynləri) mülkiyyətçisi olan torpaq sahəsindən bütövlükdə istifadə edirlər.
4. Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)-25/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin olunmuş, İddiaçı Əhmədxan qızının paylı mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsi və Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi natura qaydasında ayrılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızının və Cavabdeh3 naturada ayrılmış həmin torpaq sahələrindən çıxarılması, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərcinin və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızından və Cavabdeh3 İddiaçı Əhmədxan qızının xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 2/24 hissəsi X10, 2/24 hissəsi X9, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi X12, 4/24 hissəsi Cavabdeh3, 2/24 hissəsi X8 və 6/24 hissəsi İddiaçı adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 1/4 hissəsi X8, 1/4 hissəsi İddiaçı və 2/4 hissəsi X4 adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndi ərazisində **********47 və **********75 reyestr nömrəli çıxarışlarla ümumi birgə mülkiyyətə verilmiş 4.5208 ha və 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq səhələrindən İddiaçı Əhmədxan qızının payının naturada ayrılması mümkündür. Tərəflərin razılığı əsasında, tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının mülkiyyətində olan 4.5208 və 1.76 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının və digərlərinin paylı mülkiyyətində olan 4.5208 ha və 1.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmiş, qeyd edilən torpaq sahəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və naturada cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsi rəyə əlavə edilmiş sxemdə göstərmişdir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üst-üstə düşür.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh məhkəmədə iştirak etməmişdir. Prosesdən məlumatı olmamışdır. Bu baxımdan da hesab edir ki, ona qarşı qərəzli olmuşdur. Qərəzli ona görə olmuşdur ki, onun birmənalı iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd olunan qərarı qəbul edərkən nəzərə almamışdır ki, onların da oradakı torpaq payları müəyyənləşdirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, İddiaçı Əhmədxan qızının paylı mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsi və Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsi natura qaydasında ayrılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 naturada ayrılmış həmin torpaq sahələrindən çıxarılması qeyd edilir. Torpaq naturada ayrılandan sonra hər bir şəxsin torpaq sahəsinin harada yerləşməsi öncə müəyyənləşdirilməli, sonra isə bunlara aid torpaq sahəsinin yeri müəyyən olunandan sonra bu mübahisəyə baxıla bilər. Məhkəmə həm naturada ayrılmanı müəyyən edib, həm də müəyyən olunmamış hissədən hüquqları tanınmayan hansı yerdən onun çıxarılmasını istəyir. Düşünür ki, bir qərəzdir. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli qaydada araşdırmadı. Natura ilə ayrılmış torpaq sahəsi ayrılmadan sonra yer müəyyənləşdirilmədən onun hansı yerdən çıxarılması qeyd edilmədi. Məhkəmə işin faktiki hallarını araşdırmadan həm çıxarılmanı, həm naturada ayrılmanı öz-özlüyündə əks etdirmişdir. Düşünür ki, torpaq sahəsi əvvəlcədən naturada ayrılmanı, bundan sonra ayrılmış torpaq sahəsini eskiz və plan-ölçü tərtib edilməli, şəxsin bu barədə hüquqmüəyyən edən sənədi əldə edildikdən sonra çıxarılma ilə bağlı mübahisəyə baxıla bilər. Məhkəmə yuxarıda qeyd etdiyi halları lazımi səviyyədə qiymətləndirmədiyindən hazırki əsassız qətnaməni qəbul etməkdə səhv nəticəyə gəlmişdir.
9. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)- 25/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1 maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)-25/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər, iddiaçın paylı mülkiyyətində olan 6/24 ha və 1/4 ha torpaq sahələri hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi haqlıdır və cavabdehlər iddiaçının mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsi, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi natura qaydasında ayrılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 naturada ayrılmış həmin torpaq sahələrindən çıxarılmalıdır.
23. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayətində məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlı olmamasını və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır.
25. Belə ki, iş materialında olan 26 fevral 2024-cü il tarixli məhkəmə bildirişindən görünür ki, tərəflər, o cümlədən Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmışdır.
26. İşdə olan xəbərnamədən görünür ki, Cavabdeh1 ailə üzvü olan arvadı Cavabdeh2 06 mart 2024-cü il tarixində xəbərnaməyə imza edərək bildirişi rəsmi qaydada almışdır.
27. Eyni zamanda iş materialından görünür ki, yekun məhkəmə aktının qəbul edildiyi 17 fevral 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirak etmişdir.
28. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(107)-549/2025 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
29. İşdə olan 03 iyul 2025-ci il tarixli, 10/4187 nömrəli ekspert rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının mülkiyyətində olan 4.5208 ha və 1.76 kejtar kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının və digərlərinin paylı mülkiyyətində olan 4.5208 ha və 176 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyev (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)-25/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(039)-25/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızından və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.