Məhkəmə qərarları › İş №2(107)-556/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-556/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-556/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 Təchizatı və Satışı X1rşı “evinə yeni elektrik sayğacının quraşdırılması və həmin evin elektrik enerjisi ilə təmin edilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə yeni elektrik sayğacının quraşdırılması və həmin evin elektrik enerjisi ilə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən özünə məxsus fərdi yaşayış evinə yeni elektrik sayğacının quraşdırılması üçün X3 rəsmi qaydada müraciət etmişdir. Sayğacın dövlət rüsumunu ödəməklə texniki şərt də almışdır. Habelə, elektrik xəttinin çəkilməsi üçün dayaqların da alınmasına ödəniş etmişdir. Bütün ödənişlər olunsa da, hələ o zamandan bu günə qədər yeni sayğacın quraşdırılması üçün aidiyyəti rəhbərlik tərəfindən heç bir tədbir görülməmişdir. 6 il keçməsinə baxmayaraq, naməlum səbəblərdən elektrik enerjisinin verilməməsi nəticəsində yaşayış evinə köçüb yaşaya bilmirlər. Hələ də qəzalı evlərində yaşamaq məcburiyyətində qalmışlar. O, bu barədə X3 dəfələrlə müraciət etmişdir. Lakin onun evinə elektrik xətti çəkməkdən və sayğac quraşdırmaqdan imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X4 Təchizatı və Satışı X1rşı “evinə yeni elektrik sayğacının quraşdırılması və həmin evin elektrik enerjisi ilə təmin edilməsi tələbinə dair” mülki iş üzrə icraata məhkəmə aidiyyəti ilə bağlı xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mülki işə baxılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət üzrə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası həm mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, həm də iş məhkəməyə aid olduqda onun mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) qaydasında baxılmalı olmasını ehtiva edir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Belə ki, həmin Qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 14-cü bəndində isə göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə görə elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə, istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir... Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və ötürülməsi “xxxx” ASC tərəfindən həyata keçirilir. Bu təşkilat Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1996-cı il tarixli Fərmanına əsasən yaradılmış, onun səhmləri bütövlükdə dövlətə məxsusdur və o, elektroenergetika sahəsində təbii inhisar subyekti qismində fəaliyyət göstərir. Konstitusiya Məhkəməsinin istinad edilən Qərardakı hüquqi mövqeyinə görə, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. İş materiallarından və işə əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1367/2020 nömrəli qərardadından görünür ki, İddiaçı həmin Məhkəmədə cavabdeh X4 Təchizatı və Satışı X1rşı “Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə yeni elektrik sayğacının quraşdırılması və həmin evin elektrik enerjisi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia qaldırmışdır. X7 Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(116)-1367/2020 nömrəli qərardadı ilə iddianı mümkün saymamışdır. Qərardadda iddia tələbi üzrə məhkəmə aidiyyətinin mübahisəli olduğu vurğulansa da, lakin iddianın mümkün sayılmamasının əsas səbəbi kimi iddiaçının müraciətini təmin etməkdən cavabdeh qurumun imtina etməsinin müəyyən olunmaması göstərilmişdir. Belə ki, X4 Təchizatı və X5 Elektrik Şəbəkəsinin rəisi Ş.İ.Məmmədov tərəfindən imzalanmış və iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 22/206 nömrəli məktubdan görünür ki, ona yeni elektrik şəbəkəsinə qoşulması və sayğac quraşdırılması üçün “ASAN” Xidmət Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur... Məhkəmə haqlı olaraq hesab etmişdir ki, bu məktub (müraciətə cavab) cavabdeh qurumun iddiaçının müraciətindən imtinası kimi qiymətləndirilə və qəbul oluna bilməz. İddiaçı əvvəlcə tələbini bilavasitə həll etməli olan quruma (orqana) müraciət etməlidir, həmin qurumun (orqanın) onun müraciətinə baxıb həll etməkdən bu və ya digər formada imtina etməsinə əmin olandan sonra isə məhkəmədə iddia qaldıra bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1367/2020 nömrəli qərardadında həmçinin qeyd olunmuşdur ki, iddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia tələbidir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir... Qərardadla iddiaçıya izah olunmuşdur ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)- 1367/2020 nömrəli qərardadında iddiaçının tələbinə mülki qaydada ümumi məhkəmə tərəfindən baxılmalı olması göstərilməmiş, əksinə, tələbin inzibati xarakterli (öhdəliyin icrası haqqında) olması qeyd edilməklə iddiaçıya iddianın mümkünlük şərtlərinə əməl edəndən sonra yenidən inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. İddiaçı isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1367/2020 nömrəli qərardadına uyğun hərəkət etmək əvəzinə, eyni tələblə mülki qaydada Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, bununla məhkəmə aidiyyəti qaydalarına riayət etməmişdir. Məhkəmə kollegiyаsı şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə dair mülki iş üzrə icraata həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməkdə və iddiaçıya onun tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməkdə düzgün nəticəyə gəlmişdir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-1016/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar