Məhkəmə qərarları › İş №2(107)-559/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-559/2020

05.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-559/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və Maraqlı şəxs4 qarşı “ümumi paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 1337/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və Maraqlı şəxs4 qarşı “ümumi paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X3 xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-442A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.17 ha, JN-442B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.12 ha və JN-442C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə 0.08 ha torpaq sahəsi və Dövlət Aktına əsasən isə 1.94 ha torpaq sahələrindən payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçıiddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 cavabdeh qismində cəlb edilməsini, Qəbələ rayon X3 xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-442A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.17 ha, JN-442B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.12 ha, JN-442C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə 0.08 ha və Dövlət Aktına əsasən isə 1.94 ha mərhum anası X4 torpaq sahələrindən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia təmin edilmiş, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-585 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən X4 payı 1/6 hissə (0,323 ha); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-442A nömrəli (kod: 40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən X4 payı 1/6 hissə (0,028 ha); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN- 442B nömrəli (kod: 40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən X4 payı 1/6 hissə (0,02 ha); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-442C nömrəli (kod: 40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən X4 payı 1/6 hissədə (0,013 ha) müəyyən olunması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 аpelyаsiyа şikаyəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Qəbələ rayonu, Vəndam qəsəbəsində ata torpaqları var və Qəbələ Rayon X3 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən JN-442A, JN-442B və JN-442C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və JN-585 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən anası X6, torpaq sahəsi verilmişdir. Yəni anasından miras qalmışdır. Lakin bir məsələni aydınlaşdırmaq istəyir ki, Aqrar İslahat keçirilən vaxtı anası X9 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Qardaşı ilə bir məhlədə qalırlar və həmin torpaqlardan sərbəst istifadə edə bilmir. Bundan başqa JN-442A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.17 ha, JN-442B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.12 ha və JN-442C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə 0.08 ha torpaq sahəsi və Dövlət Aktına əsasən isə 1.94 ha torpaq sahəsi verilmişdir ki, bu da tam qanunsuzdur. Hazırda həmin bölgünü könüllü olaraq həyata keçirdə bilmirlər. Ona görə ki, Cavabdeh1 çətinlik yaratdığı üçün vərəsəlik işini aça bilmirlər, ona görə də vərəsəlik payının müəyyən olunması üçün məhkəməyə müraciət etməli oldu. Bundan başqa onlar ikisidə həmin həyətdə yaşayırlar və qardaşı Cavabdeh1 və onun oğlu ona və ailəsinə problemlər yaradır. Ona görə də bu iddianı verir ki, payı ayrılıb verilsin gələcəkdə onun üçün problem yaranmasın. Miras qoyanlar öldükdən sonra vərəsələrdən heç biri mirası qəbul etmək niyyəti barədə notariat kontoruna ərizə verməmişlər. Miras əmlaka dair miras qoyanlar vəsiyyətnamə qoymamışlar. Bu qayda ilə vərəsələrin tərkibindən Ağamir miras əmlakı faktik qəbul edib birgə istifadə etmişdir. Daha sonra anası Şüşə 2015-ci ildə vəfat etmiş və əmlakı o, istifadə etmişdir. Hal-hazırkı vaxtda da miras əmlak onun istifadəsindədir. X14 vəfat edənədək onlarla birgə yaşamışdır, onlara baxmış və öldükdə onları el adəti üzrə dəfn etmişdir. Qanunla müəyyən olunmuş vaxt ərzində digər vərəsələr mirası qəbul etmədiklərinə görə mirası faktiki təkbaşına qəbul etmiş və idarə edir. Bir qayda olaraq, miras torpaq sahəsinin vərəsə tərəfindən idarə edilməsi və faktiki qəbul edilməsi haqqında qəbul edilə bilən sübutlar qismində vərəsənin miras qoyanla birgə yaşaması faktı, torpaq vergilərinin ödəməsi sənədləri, torpaqdan faktiki istifadə barədə arayışlar və şahid ifadələri ola bilər. Beləliklə, qeyd etdikləri ona dəlalət edir ki, mübahisəli miras torpaq sahəsini ancaq o, mən qəbul etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Qəbələ Rayon Məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, iddiaçınn iddiasının təmin edilməsi barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəməyə xx xxxxxx 1993-cü il tarixli və xx xxxx 1996-cı il tarixli həyətyanı torpaq sahəsinin ayrılması barədə aktların müvafiq qaydada təsdiq olunmuş surətlərini təqdim etsələr də qətnamə qəbul edilən zaman bunlar nəzərə alınmamışdır. Qeyd edilən aktların məzmunundan da göründüyü kimi JN-442B və JN-442C saylı Şəhadətnamələrdə göstərilən 0.20 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 verilmişdir. X1 adının həmin Şəhadətnamələrdə qeyd edilməsinin səbəbi isə mərhumənin Cavabdeh1 və onun ailə üzvləri, ilə bir təsərrüfatda yaşaması olmuşdur. Eyni zamanda məhkəmə qeyd edilən Şəhadətnamələrdə iddiaçının adının yazılmadığına hüquqi qiymət verməmiş və iddiaçının özünün mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin Şəhadətnaməsində X1 adının qeyd edilib-edilmədiyini araşdırmamışdır. İddianın təmin olunması barədə hazırda şikayət etdikləri qətnaməni qəbul edən zaman Qəbələ Rayon Məhkəməsi yalnız iddiaçının əsassız, yalan dəlillərinə və mülahizələrinə əsaslanmışdır. İddiaçı mirası faktiki qəbul etdiyi barədə yalan ifadələrini əsaslandıra bilməmiş, əvvəllər həmin həyətdə yaşamışdırsa hansı səbəbdən Şəhadətnamələrdə onun adının qeyd edilmədiyinə aydınlıq gətirməmişdir. JN- 442A saylı Şəhadətnaməyə gəldikdə isə Qəbələ Rayon Dövlət Arxivindən verilmiş və tərəflərindən məhkəməyə təqdim olunmuş 1878 nömrəli şəxsi hesabdan çıxarışın surətindən görünür ki, təsərrüfat başına uçot kitabında mərhumə X9 bütün dövrlərdə onlarla bir təsərrüfatda qeyd olunmuşdur. İddiaçı isə son dövrlərdə gəlib onlarla birlikdə yaşadığı üçün onun adı heç bir sənəddə qeyd edilməmişdir. Hazırki iş üzrə cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında 0.17 ha həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmədiyini desə də məhkəmə qətnamədə həmin ifadəni bütün torpaq sahələrinə aid etmişdir. Məhkəmə xx xxxxxx 2019-cu il tarixli 2(025)-1337/2019 nömrəli qətnamədə iddiaçının və onun ailə üzvlərinin adına pay torpağının olub-olmamasına, əgər verilməyibsə hansı səbəbdən verilmədiyinə də aydınlıq gətirmir. Qəbələ Rayon Məhkəməsi Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(025)-1742/2018 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-1420/2019 nömrəli qətnamələrini, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(025)-1025/2019 nömrəli və xx xxxx 2019cu il tarixli 2(025)- 1040/2019 nömrəli qərardadlarını, Qəbələ Rayon Polis Şöbəsinin xx xxxxx 2019-cu il tarixli qərarını nəzərə almadan hazırki şikayət etdikləri qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, o da nənəsi Şüşə Kərimovaya məxsus payın müəyyən edilməsinə etiraz etmir. Lakin iddiaçı onlara həmin həyətdə yaşamağa imkan vermir, hər dəfə onlara qarşı müxtəlif hədəqorxu gəlir. İddiaçı imkan vermir ki, iş tam icra olunsun. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh özü apelyasiya şikayəti verməklə işin icrasına maneçilik törədir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 1337/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər və maraqlı şəxslər məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyəçatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; JN-442A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində həyətyanı torpaq sahələrindən 0.17 ha torpaq sahəsi verilmişdir. JN-442B, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində həyətyanı torpaq sahələrindən 0.12 ha torpaq sahəsi verilmişdir. JN-442C, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində həyətyanı torpaq sahələrindən 0.08 ha torpaq sahəsi verilmişdir. JN-585, kod 40600048 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nin surətindən görünür ki, Qəbələ rayon X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində həyətyanı torpaq sahələrindən 1.94 ha kənd təsərrüfatı məhsulların ınistehsalı üçün torpaq sahəsi verilmişdir. Qəbələ rayon İ.H.B. Vəndam qəsəbə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İ 765205 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X9 xx xxxxxx 2015-ci il tarixdə “ürək çatmamazlığı»ndan vəfat etmişdir. Qutqaşen rayonun Vəndam kənd soveti tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İİ- İE № 090743 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Qutqaşen rayonu Vəndam kəndində anadan olmuş, atası X7, anası X8r. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində JN-442A, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,17 ha, JN- 442B saylı şəhadətnamə ilə 0,12 ha, JN-442C saylı şəhadətnamə ilə 0.08 ha həyətyanı, JN-585 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 1,94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri verilmişdir. Paylı mülkiyyətə dair şəhadətnamədə və dövlət aktında mülkiyyətçi olaraq adı göstərilən X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi paylı mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətçilərin paylarını müəyyən edərkən mülkiyyətə dair sənədlərdə adları qeyd olunmuş, vəfat etmiş payçının da payını bərabər müəyyən olunmasına dair iddiaçının tələbini nəzərə almaqla bütün mülkiyyətçilərin payına düşən hissənin (6 nəfər mülkiyyətçi olmaqla hər birinin payı 1/6 hissə ilə) müəyyən edilməsini zəruri hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, iddiaçı digər mülkiyyətçilərlə bərarbər hüquqlu olmaqla birgə mülkiyyət əsasında anasına məxsus olan payın müəyyən edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən də göründüyü kimi iddiaçı məhz cavabdehlərin maneəsi ilə rastlaşdığından və tərəflər qarşılıqlı razılıq əsasında payın bölünməsi ilə bağlı razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1337/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar