Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-565/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçının mülkiyyətində Zaqatala rayonu, İmam Şamil küçəsində əmlak kompleksi vardır. Həmin əmlak üzərində hüquqları 31 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan həmin əmlak kompleksini zəbt etmiş və onun həmin əmlakdan istifadəsini məhdudlaşdırmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavablehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində Zaqatala rayonu, İmam Şamil küçəsində əmlak kompleksi vardır. Həmin əmlak üzərində hüquqları 31 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan həmin əmlak kompleksini zəbt etmiş və onun həmin əmlakdan istifadəsini məhdudlaşdırmışdırlar. Cavabdehlərin ailə üzvü Nümayəndə da həmin daşınmaz əmlakı zəbt etdiyi üçün tərəfindən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)- 661/2021 iş nömrəli qərardadı ilə Nümayəndə mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmasına qadağa qoyulmuş, həmçinin məhkəmənin 01 oktyabr 2021-ci il tarixli, 2(033)-661/2021 iş nömrəli qətnaməsi ilə Nümayəndə mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksindən çıxarılması qət edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)-661/2021 iş nömrəli qərardadı və məhkəmənin 01 oktyabr 2021-ci il tarixli, 2(033)- 661/2021 iş nömrəli qətnaməsində adları qeyd olunmadığı üçün mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksindən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərə mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksindən çıxmalarını xahiş etməsinə baxmayaraq, sonuncular bundan qərəzli olaraq imtina edir ki, bu da onun Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cu maddələri ilə təsbit olunmuş hüquqlarını kobud şəkildə pozur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir və bu fakt qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)- 661/2023 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ. Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə cavabdeh Nümayəndə ailə üzvləri olan hazırki iş üzrə cavabdehlər İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən istifadə edir və iddiaçını mülkiyyətində olan əmlakdan istifadə etməyinə və sahiblik etməyinə maneələr yaradırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan mülkiyyətində olan əmlak kompleksindən çıxarılmalarını və cavabdehlərin əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasını tələb edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir.
5. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən çıxarılmaları, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağına mane olmaqla müşayiət olunan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157.2 və 157.4cü maddələrinə və N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********00- 12301 olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 499 kv.m olan əmlak kompleksi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh Nümayəndə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 210/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh2 atası Nümayəndə 08 sentyabr 2003-cü il tarixdə Zaqatala rayon Kooperativ Cəmiyyəti İdarə heyyətinin qərarına əsasən RKC-nin balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan vəsait və inventarları ilə birlikdə 10.500000 manata almışdır. Həmin tarixdən bugünki tarixə qədər həmin mağaza binasında cavabdehlər yaşamışlar. Mağaza binası cavabdehlərin istifadəsində olmaqla, torpaq vergiləri, bütün komunal xidmətlər (su, qaz və işiq) onun tərəfindən ödənilmişdir. Həmin mağaza binasının Nümayəndə tərəfindən alınması və pulunun Nümayəndə tərəfindən ödənilməsi Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-230/2020 saylı qərarı ilə təsdiq olunur. Sözügedən məhkəmə prosesində mülki iş üzrə dindirilmiş cavabdeh İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, onun özünün əmisi oğlu Nazim Mustafayev ilə münasibətləri olduqca yaxşı olmuşdur. Onun sözügedən əmlakın satılması ilə bağlı heç nədən məlumatı olmamışdır. Ancaq sənədlər hazır olduqdan sonra onun əmisi oğlu Nazimin göstərişi ilə Notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanılaraq əmlak İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlakın kooperativ cəmiyyətindən alınmasında ümumiyyətlə özü iştirak etməmiş, bununla əlaqədar aparılan əməliyyatlardan məlumatı olmamışdır. Mülki iş üzrə dindirilmiş digər şahidlər Nəzir Muradov, Gülgəz Səfərova və Fikrət Mustafayev mağaza binasının mənə satıldığını və ümumiyyətlə sənədləşmədə İddiaçı görmədiklərini, onun iştirak etmədiyini bildirmişlər. Mülki iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunur ki, ödəniş qəbzlərində və təhvil təslim aktındakı imzalar ona məxsusdur. Hazırda mübahisələndirilən Zaqatala şəhəri, İmam Şamil küçəsi 20 saylı mağaza binası Cavabdeh2 valideynlərinin şəxsi vəsaiti hesabına alınması Zaqatala rayon məhkəməsinin qərarları ilə öz təsdiqini tapmışdır. İddiaçı əsassız varlanmış şəxsdir. Bunun üçün Zaqatala şəhəri, İmam Şamil küçəsi 20 saylı mağaza binasının real bazar dəyəri olaraq hesablanmış 150000 manat məbləğin, binanın təmir tikinti və bərpa xərclərinə çəkmiş olduğum 70000 (yetmiş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş ümumi 510 (440+70) manat məbləğində dövlət rüsumunun alınaraq Nümayəndə ödənilməsi təmin olunduqdan sonra mağaza binasının boşaldılması təmin olunmalı idi. Yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsassızdır və təmin olunmalı deyildir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı verilmiş apellyasiya şikayətinə etiraz verərək Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh2 nümayəndəsi və vəkili İsayev X4 Rayon Məhkəməsinin 26 iyul 2023cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əaslandırmışdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.
25. Göründüyü kimi, İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin əmlak kompleksindən istifadə edirlər. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 çıxmamaları, əmlak kompleksini boşaltmamaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan əmlak kompleksindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin qeyri yaşayış binasından çıxarılmalıdır.
26. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən əmlak kompleksi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etmələri, iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd etdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
28. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
29. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.