Məhkəmə qərarları › İş №2(107)-566/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-566/2025

29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-566/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı, apellyasiya şikayəti vermiş Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 15 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi” tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2525 ha həyətyanı, 0,1924 ha və 0,3090 ha (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0,3096 ha olduğu qeyd olunmuşdur) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıya məxsus ¾ hissə payının naturada ayrılması (bölünməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1ində yaşayır və cavabdeh onun həmkəndlisidir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə mərhum X5 və İddiaçı 0,2525 ha həyətyanı və 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0,50 ha torpaq sahəsi iki kontur daxilində 0,1924 və 0,3090 ha torpaq sahələrindən ibarət verilmişdir. X7 29 iyul 2008-ci il tarixdə ölmüş və onun ölümündən sonra iddiaçı ona məxsus torpaq sahəsini də öz adına keçirərək, həmin torpaq sahələrinin bir hissəsini digər şəxsə satmışdır. Lakin, Cavabdeh2 mərhum X2 ona məxsus torpaq sahəsinə dair vəsiyyətnamə tərtib edilməsi əsası ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin, çıxarışların ləğv edilməsi və mirasın bölüşdürülməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 20 iyun 2014-cü ildə Bаlаkən rаyоn Dövlət Nоtаriаt Kоntоrundа cаvаbdeh Аbdullаyev Şаmil Heybullаh оğlu ilə cаvаbdeh Аbdullаyev Telmаn Sаbir оğlunun аrаsındа bаğlаnmış АN-1№ 0438554, АN- 1№ ******* və АN-1№ ******* sаylı аlqı-sаtqı müqаvilələri və həmin tоrpаq sаhəsinə 05 аvqust 2014-cü ildə cаvаbdeh Аbdullаyev Telmаn Sаbir оğlunun аdınа Аzərbаycаn Respublikаsı ƏMDK-nin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriyа RX №0442600, seriyа RX №0442601 və seriyа RX № ******* saylı hüquqlаrın dövlət qeydiyаtındаn çıxаrışlаr etibаrsız hesаb edilməsi, torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, İddiaçı torpaq sahələrinə görə aldığı 11000 manat pul alınıb Аbdullаyev Telmаn Sаbir оğluna verilməsi, mərhum X1 miras qalan ünvan 1ində yerləşən 2525,73 kv/m həyətyanı torpaq sahəsi və 0,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid hissəsinin ½ hissəsinə iddiaçı Аbdullаyev Məhəmməd Nurullаhоviçin vəsiyyətnаmə üzrə vərəsəlik hüququ tаnınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, mərhum X1 miras qalmış əmlaklar isə hər birinə 1/2 hissə olmaqla İddiaçı və cavabdeh Аbdullаyev Məhəmməd Nurullаhоviç arasında bölüşdürülmüşdür. Hazırda iddiaçı ilə cavabdeh arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə arasında mübahisə olduğuna görə daşınmaz əmlakdan iddiaçı özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmasını istəyir. Bunа görə də mübаhisənin qаnuni yоllа həll edilməsi üçün Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət etmək məcburiyyətində qаlmışdır. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 17 fevral 2025-ci il tarixli, e- 2(019)-37/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə Qətnaməsində qət olunmuşdur ki: -“İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0.2525 ha həyətyanı torpaq sahəsi, 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünsün; ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh2 alınıb iddiaçı X3 verilsin. 50 manat ekspertiza xərci Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün.” Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli və reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən ünvan 1ində yerləşən 0,2525 ha həyətyanı torpaq sahəsinin, 0,3096 ha və 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə X4, ¼ hissəsinə Cavabdeh2 və 2/4 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Torpaq sahələrinin mərhum X6 aid ¼ hissəsi vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda sözügedən torpaq sahələrinin ¾ hissəsi İddiaçı ¼ hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. Paylı mülkiyyətçilər arasında narazılıq olduğundan İddiaçı sözügedən torpaq sahələrindən öz payının naturada bölünməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrinin İddiaçı ilə Cavabdeh2 aralarında paylarına naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 1720-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Qərardadın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, mübahisəli torpaq sahəsinin tərəflərin paylı mülkiyyətlərində olmasını, torpaq sahələrinin mərhum atası X6 aid ¼ hissəsi də vərəsəlik qaydasında mülkiyyətinə keçdikdən sonra torpaq sahələrinin ¾ hissəsinin İddiaçı,¼ hissəsinin Cavabdeh2 mülkiyyətində olmasını, torpaq sahələrindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olmasını, iddiaçının ¾ hissə payının naturada ayrılmasını tələb etməsini, ekspert rəyinə əsasən torpaq sahələrindən iddiaçının ¾ hissə payının naturada ayrılmasının mümkün olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1i ünvanında yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0,2525 ha həyətyanı torpaq sahəsindən, 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci Cavabdeh2 tutulub İddiaçı verilməlidir. Həmçinin 50 manat ekspertiza xərci Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (apellyasiya şikayətini nümayəndə (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 imzalamışdır). Cavabdeh2 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2525 ha həyətyanı, 0,1924 ha və 0,3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməsini qət etsə də, faktik olaraq qeyd olunan rəydə torpaq sahələrinin bölünmədən sonra istifadəsinin mümkün olmayacağını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyində qeyd olunan torpaq sahələrinin bölünməsi variantı ilə bağlı cizgilərə əsasən Cavabdeh2 həmin torpaq sahələrindən istifadəsi mümkünsüz olacaqdır ki, bu da sonuncunun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələncəkdir. Hesab edir ki, qeyd olunan səbəblərdən təkrar (və yaxud əlavə) ekspertiza təyin edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyindəki çatışmamazlıqlar aradan qaldırılmalıdır. Hansı ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Balakən Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Balakən Rayon Məhkəməsi İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2525 ha həyətyanı, 0,1924 ha və 0,3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməsini qət etsə də, faktik olaraq qeyd olunan rəydə torpaq sahələrinin bölünmədən sonra istifadəsinin mümkün olmayacağını nəzərə almamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyində qeyd olunan torpaq sahələrinin bölünməsi variantı ilə bağlı cizgilərə əsasən Cavabdeh2 həmin torpaq sahələrindən istifadəsi mümkünsüz olacaqdır ki, bu da sonuncunun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələncəkdir. Göründüyü kimi, Balakən Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyini əsassız olaraq mötəbər sübut kimi qəbul etmişdir (Bundan sonra apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin məzmunu qeyd olunmuşdur). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır (Bundan sonra apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1 və 217.3-cü maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarına istinad olunmuşdur).

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367-ci maddəsi ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə2 və İddiaçı gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)- 37/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı “ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi” barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və eyni zamanda, suallara cavab olaraq bildirdi ki, o, ekspertizanın bölgü sxemi əsasında mübahisəli torpaq sahəsinin bölünməsinə razıdır, onun cavabdehin hissəsinə düşən sənədsiz tikili ilə əlaqədar cavabdeh tərəfə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də həmin tikili ilə əlaqədar iddiası olmayacaqdır. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2025-ci il tаrixli, 2(107)-566/2025 nömrəli qərаrdаdına əsasən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə tərəflər arasında mübahisə predmeti olan ünvan 1ində yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0,2525 ha yaşayış məntəqələrinin torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78), 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********79) və 0,3096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********77) müvafiq normativ aktların tələbləri, həmin torpaq sahələrində yerləşən tikililər, torpaq sahələrinin quruluşu və texniki şərtləri, şəraiti və hər bir tərəfin özünə aid torpaq sahələrindən bərabər qaydada istifadəsi imkanları nəzərə alınmaqla, hər bir torpaq sahəsi üzrə İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılmasının mümkünlüyünün və əgər mümkündürsə, hansı qaydada (sxem iş materiallarına əlavə edilməklə) ayrılmasının mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyində göstərilir ki, Tədqiqtın nəticəsi: ünvan 1ində yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********79) və 0,3096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********77) dörd tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, yola birbaşa çıxışı olmadığını nəzərə alaraq, həmin torpaq sahələrinin İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən olundu. 0,2525 ha yaşayış məntəqələrinin torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) isə İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən olundu. Bölgünün mümkün variantına dair sxem əlavə olunur:

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, işin konkret hallarını, iddia tələbini və cavabdeh tərəfin mövqeyini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)- 37/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilib, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan və ünvan 1ində yerləşən 0,2525 ha torpaq sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməli və qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən və torpaq sahəsinin kateqoriyası - “Yaşayış məntəqələrinin torpaqları”na aid olan 0,2525 ha (Daşınmaz əmlakın reyestr nömrəsi – **********78) torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, ¾ hissəsi isə İddiaçı aiddir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən və torpaq sahəsinin kateqoriyası - “Kənd təsərrüfatı təyinatlı torpaqları”na aid olan 0,1924 ha (Daşınmaz əmlakın reyestr nömrəsi – **********79) torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, ¾ hissəsi isə İddiaçı aiddir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən və torpaq sahəsinin kateqoriyası - “Kənd təsərrüfatı təyinatlı torpaqları”na aid olan 0,3096 ha (Daşınmaz əmlakın reyestr nömrəsi – **********77) torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, ¾ hissəsi isə cavabdeh İddiaçı aiddir. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi” tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2525 ha həyətyanı, 0,1924 ha və 0,3090 ha (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0,3096 ha olduğu qeyd olunmuşdur) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıya məxsus ¾ hissə payının naturada ayrılması (bölünməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1i ünvanında yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0,2525 ha həyətyanı torpaq sahəsi, 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməsi qət edilmişdir. Lakin, Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-37/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə qəbul edilən Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2025-ci il tаrixli, 2(107)-566/2025 nömrəli qərаrdаdına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********79) və 0,3096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********77) dörd tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, yola birbaşa çıxışı olmadığını nəzərə alaraq, həmin torpaq sahələrinin İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən olundu. 0,2525 ha yaşayış məntəqələrinin torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) isə İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən olundu. Bölgünün mümkün variantına dair sxem əlavə olunur:

İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ - “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Göründüyü kimi, iddiaçı iddia tələbində cavabdehlə paylı mülkiyyətində olan torpaq sahələrinin naturada bölünməsini (ayrılmasını) tələb etmiş və apellyasiya icraatında aparılan araşdırma zamanı keçirilmiş ekspertizanın yuxarıda qeyd olunan məlum rəyi ilə müəyyən edilmişdir ki, dörd tərəfdən qonşu sahələrlə əhatə olunduğu və yola birbaşa çıxışı olmadığı üçün onların ümumi paylı mülkiyyətində olan 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0,3096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun naturada ayrılması mümkün deyildir. Lakin, 0,2525 ha yaşayış məntəqələrinin torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) isə İddiaçı ¾ hissəsi və Cavabdeh2 ¼ hissəsi paylarına uyğun ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi (ayrılması) mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və digər konkret hallarına əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddia tələbi qismən təmin edilərək, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan və ünvan 1ində yerləşən 0,2525 ha torpaq sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilməlidir. Eyni zamanda, iş üzrə məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manat hissəsi İddiaçı və 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-37/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan və ünvan 1ində yerləşən 0,2525 ha torpaq sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi - **********78) İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 10/4354 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünsün: İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manat hissəsi İddiaçı və 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar