Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-569/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edimiş, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, İddiaçı xx xxxxx 1972-ci ildə ölmüş atası X3 atası Ağasəlim Cavadovdan və bacısı X1 miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X11 tərəfindən qəbul edilmiş ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X32 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1 onun əmisidir. Atasıgil ailədə beş övlad olmuşlar. Onlar 1900-cu ildə inşa edilmiş Basqal qəsəbəsində yerləşən babası Ağasəlim Cavadova məxsus evdə yaşamışlar. Nənəsi və babası vəfat etdikdən sonra ailə başçısı kolxozçu həyətinin növbəti üzvü kimi bibisi X8 olmuşdur. X24 1948-ci ildə vəfat etmişdir. Digər iki bibisi ailə quraraq başqa evdə yaşamışlar. Atası və birinci cavabdeh olan əmisi miras qalmış evdə yaşamaqla faktiki qəbul edərək idarə etmişlər. 1960-cı ildə atası Bakı şəhərinə, əmisi isə Sumqayıt şəhərinə köçmüş və sonra hər ikisi evlənərək şəhərdə yaşamağa başlamışlar. Atası və əmisi Basqal qəsəbəsindəki miras qalmış evi şifahi razılığa əsasən öz aralarında bölmüşlər. İki mərtəbəli, dörd otaqlı evin alt və üst mərtəbələr olmaqla iki otağı atasının, digər iki otağı isə əmisinin istifadəsinə keçmişdir. Atası vəfat etdikdən sonra miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Miras ev istifadəyə yararsız olduğundan təmir etmiş, dəmir qapı qoymuş və həyəti təmizləyərək səliqəyə salmışdır. O, həmçinin evin işıq xəttini təzələyərək işıq sayğacı qoydurmuşdur. Bunlara ümumilikdə 8000 manata yaxın xərc çəkmişdir. Hazırda Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında Basqal qəbəsinə gələrək ailəsi ilə birlikdə həmin evdə qalır. Evdə yaşayış üçün zəruri əşyalar var. Bu illər ərzində birinci cavabdehlə aralarında heç bir narazılıq olmamış, evin ümumi qapısının açarı hər ikisində olmuş və evdən hər ikisi istifadə etmişdir. 2019-cu ildə bilmişdir ki, birinci cavabdeh ona məlumat vermədən Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə özünün tək yaşaması ilə bağlı həqiqəti əks etdirməyən arayışlar əldə edərək həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi Çıxarış almışdır. O, babasından atasına, atasından isə ona miras qalmış əmlaka cavabdehin öz şəxsi əmlakı kimi mülkiyyət sənədi almasını qanunsuz hesab edir. Ona görə də İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsini və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsini tələb edir. Bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 da iddia tələbini müdafiə etdiyini bildirmiş və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı onun qardaşı oğludur. O, evin sonuncu uşağı olmaqla 1960-cı ilə qədər Basqal qəsəbəsində atası Ağasəlim Cavadovdan miras qalmış evdə yaşamışdır. Həmin ildən işləmək üçün Sumqayıt şəhərinə getmişdir. Evləndikdən sonra da Sumqayıt şəhərində yaşamışdır. Sumqayıt şəhərində yaşamağına baxmayaraq hər il yay aylarında ailəsi ilə birlikdə ata yurduna gəlmiş və orda təmir-bərpa işləri ilə məşğul olmuşdur. Evin damını dəyişmiş, darvaza qoymuş, uçuq barını yeni barı ilə əvəz etmişdir. Təxminən 2011-2012-ci illərdə iddiaçı qapının kilidini sındıraraq həyətə daxil olmuş və evin birinci mərtəbəsində olan balaca otaqda qalaraq istirahət etmişdir. O, kəndə gələndə qapının kilidinin sındırılaraq başqa kilidlə əvəz olunduğunu görmüşdür. Qapının kilidini təzə kilidlə əvəz edib açarı Cavidə vermişdir. Daha sonra Cavid ondan icazə almadan qədim qapıları sındırıb dəmir qapı qoymuş, həyətə çirkab su axıdaraq həyəti bərbad vəziyyətə salmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavidin bunları etməkdə məqsədi onun mülkiyyətinin yarısını mənimsəməkdir. O, 2019-cu ilin mart ayında həyətyanı torpaq sahəsinə və orda yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən Çıxarış almışdır. İddiaçı evə səkkiz min manat xərc çəkdiyini bildirsə də, amma həmin məbləğdə xərc çəkməmiş, orda yaşamamış, yayda istirahət etmək üçün müvəqqəti qalmışdır. O, birinci növbəli vərəsədir. Miras qalmış həyətyanı torpaq sahəsi və ev hazırda onun mülkiyyətindədir. İddiaçının onun mülkiyyətinə müdaxilə etməyə heç bir hüququ yoxdur. İddiaçıya qanun üzrə vərəsəlik əsasında miras əmlakın ¾ hissəsindən pay çatmasına etiraz etmir. Qeyd etdiyi səbəblərə görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini əsassız hesab etdiyini bildirmiş və birinci cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X9 izahat verərək göstərmişdir ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İsmayıllı rayon şöbəsində qeydiyyatçı işləyir. Mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə Cavabdeh1 adına çıxarışın verilməsinə əsas arxiv arayışı olmuşdur. Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən 2013-2018-ci illər üzrə 06 nömrəli təsərrüfatbaşına kitabda 1900-cü ildə inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evi və 0,023 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Basqal bələdiyyəsinin sədri və Basqal qəsəbə sakinlərinin iştirakı ilə tərtib olunmuş aktlarda mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh1 məxsus olub, yay mövsümündə ailə üzvləri ilə birlikdə orada yaşaması qeyd edilmişdir. Nümayəndəsi olduğu təşkilat tərəfindən həmin hüquq müəyyənedici sənədlər əsasında Cavabdeh1 çıxarış verilmişdir. Cavabdeh1 adına verilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh İsmayıllı Rayon Notariat Ofisinə birinci instansiya məhkəməsi iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh İsmayıllı Rayon Notariat Ofisinin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X28 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İddiaçı və Cavabdeh1 onun həmkəndliləridir. Onların hər ikisi yay aylarında İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən miras qalmış evə gələrək orada qalırlar. Cavabdeh1 nümayəndəliyə müraciəti ilə əvvəlki illərin təsərrüfatbaşına kitablarına əsasən onun adı 2013-2018-ci illərin təsərrüfatbaşına kitabına işlənmişdir. Daha sonra tərəfindən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə arayış verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X20 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonu Basqal bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı və Cavabdeh1 onun həmkəndliləridir. Onların hər ikisi yay aylarında İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən miras qalmış evə gələrək orada qalırlar. O, İsmayıllı rayonu Basqal qəsəbəsində Cavabdeh1 məxsus 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə arayış vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, Cavid onun qardaşıdır. Onlar hər il Basqal qəsəbəsində yerləşən miras qalmış evə gəlirlər. Mübahisəli həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi onlara atasından miras qalmışdır. Cavid evdə təmir işləri aparmış və həyəti təmizləmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərmişdir ki, Cavid onun qardaşıdır. Mübahisəli həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi onlara atasından miras qalmışdır. Əmisi Cavabdeh1 qardaşına miras evdə qalmağa icazə vermir. Qardaşı evdə əsaslı təmir işləri aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 ifadə verərək göstərmişdir ki, Cavid onun bacısı oğludur. O, Basqal qəsəbəsində yaşayır. Cavabdeh1 və qardaşı mərhum X31 qəsəbəsindəki miras evi öz aralarında bölmüşlər. Atası vəfat etdikdən sonra Cavid miras əmlakdan atasına çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamış və həmin evdə təmir işləri aparmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, qətnamə qəbul edilərkən nəticəyə gəlmək üçün məhkəmə maddi hüquq normaları kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1 159.1, 1159.1.3. 1243.1, 1243.2, 1252-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinn 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsində iddiaçı onun mərhum atasından miras qalmış İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin qəbul olunması faktının müəyyən olunmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının mərhum atası X3 xx.xx.1972-ci ildə rəhmətə getməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə əsassız olaraq hazırda qüvvədə olan Mülki Məcəlləyə istinad etməklə Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərini pozmuşdur. İşin faktiki hallar ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X10 xx.xx.1972-ci ildə rəhmətə getmişdir. Bundan 6 ay ərzində iddiaçının İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini faktiki qəbul etməsi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. İddiaçı 2011-2012-ci illərdən sonra İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə gəlib arada orada yaşaması, müəyyən təmir işləri görməsi onun 1972-ci ildən mirası faktiki qəbul etməsi hesab oluna bilməz. İddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə olan halda iddia rədd olunmalı idi. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclаsında Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsinin ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclаsında iddiаçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 812/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cаvаbdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə həmin cаvаbdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Hüquqi məsələlər Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə оlаn xx xxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və 407- 0016/457 nömrəli Texniki Pasportun surətindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İşdə оlаn İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 191 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu 85 nömrəli Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında 1920-ci il təvəllüdlü X12 ailə başçısı olmaqla ailə tərkibi kimi bacısı - 1926-cı il təvəllüdlü X13, bacısı - 1928-ci il təvəllüdlü X14, qardaşı - 1930-cu il təvəllüdlü X11 və qardaşı - 1932-ci il təvəllüdlü Cavabdeh1 qeyd olunmuşlar. İşdə оlаn İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 66 nömrəli məktubdan görünür ki, İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında X4 ailə başçısı olduğu təsərrüfatda ayrı təsərrüfat kimi qeyd olunanların adı 1951-2012-ci illərdə aşkar edilməmişdir. İşin faktiki hallarına görə İsmayıllı rayonunun Basqal qəsəbə sakini Ağasəlim Cavadov 1900-cü ildə 0.023 ha torpaq sahəsində 2-mərtəbəli 4-otaqlı ev inşa etmişdir. Onun ailəsində beş övladı olmuşdur: 1920-ci il təvəllüdlü X12, 1926-cı il təvəllüdlü X13, 1928-ci il təvəllüdlü X14, 1930-cu il təvəllüdlü X11 və 1932-ci il təvəllüdlü Cavabdeh1. Ağasəlim Cavadovun vəfatından sonra təsərrüfatbaşına kitablarda ailə başçısı onun böyük qızı Qərənfil Cavadova göstərilmişdir. 1960-cı illərdə qeyd edilən evdə 1930-cu il təvəllüdlü X11 və 1932-ci il təvəllüdlü Cavabdeh1 yaşamağı davam etdirmişlər (bacıları ailə qurub evdən köçmüşlər). İddiaçının atası Ağacavad Cavadov 1972-ci ildə vəfat etmişdir. İddiaçının əmisi Cavabdeh1 özünü mərhum atasından qalmış mirası qəbul edən yeganə birinci növbəli vərəsə hesab edərək 2019-cu ildə evi və 0,023 ha həyətyanı torpaq sahəsini öz mülkiyyətinə sənədləşdirmişdir. İddiaçı isə hesab edir ki, atasının həmin əmlakın ½ hissəsində mülkiyyət payı olmuş və atasının vəfatından sonra bu payı vərəsə kimi o qəbul etmişdir. Əmisi olan cavabdeh əmlakı tək öz mülkiyyətinə keçirməklə onu miras paydan məhrum etmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh1 adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsini və İsmayıllı rayonu Basqal qəsəbəsində 0.023 hektar həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən miras kimi qəbul olunması faktının müəyyən edilməsini qət etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş, qəbul olunan yeni qətnamə ilə yenə də iddia tələbi eyni həcmdə təmin edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarına əsasən isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının müəyyən edilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə hazırda qüvvədə olan maddi hüquq normalarını tətbiq edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş (xx xxxx 1965-ci ildən qüvvədə olan) Mülki Məcəllənin müddəalarını tətbiq edərək, iddianı təmin etmişdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, İsmayıllı rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cü il tarixli arayışına əsasən Arxiv fondunda saxlanılan İsmayıllı RİHB-nin Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin (XDS-nin) 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında X2 ailə başçısı olmaqla, 5 nəfərdən ibarət ailə tərkibinin istifadəsində olan həyətyanı torpaq sahəsi və ev barədə qeydlər müəyyən olunmuşdur. X8 xx xxxxxxxx 1948-ci ildə ölmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının da atası daxil olmaqla, mübahisələndirilən daşınmaz əmlaka X8 və ailə üzvlərinin mövcud hüquqları aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirası qəbul etməsi faktı araşdırılmamışdır. Həmçinin iş materialları ilə mübahisələndirilən əmlaka üçüncü şəxslərin də vərəsəlik hüquqlarının mövcud olması ehtimal olunduğu halda, məhkəmə tərəfindən X2, X5 və X6 vərəsələrinin mövcud olub-olmamaları və onların mübahisələndirilən əmlaka hüquqlarının olmaması halları araşdırılmamış və hazırkı işdə iştirak edən şəxslərin paylarının düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda, həmin şəxslər işə cəlb olunmamışlar... Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçının atası xx xxxxx 1972-ci ildə ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı atasından miras qalmış torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi əvvəlcə anası Humayin ilə birlikdə, daha sonra isə anasının ölümü nəticəsində bilavasitə faktiki qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qardaşı X16, bacısı X15, habelə dayısı X23 ifadələrində iddiaçının atasından torpaq sahəsinin və evin miras qalmasını göstərsələr də, Cavabdeh1 iddiaçıya miras evdə qalmağa icazə verməsi və bundan sonra iddiaçının evi təmir etməsini göstərmişlər. İddiaçı özü də iddia ərizəsində mübahisəli əmlakı son 20 il ərzində idarə etdiyini bildirmişdir... Bundan əlavə, iş materiallarında X7 notariat qaydasında təsdiq olunmuş xx xxxxx 2011-ci il tarixli ərizələrinin kserosurətləri mövcuddur ki, sonuncu Basqal kəndində 230 kv.m torpaq sahəsi və 1900-cu ildə tikilmiş yaşayış evinin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının xx xxxxxx 1927-ci il tarixdən qüvvədə olmuş Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən, vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslər, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. Azərbaycan Respublikasının xx xxxx 1965-ci ildən (xx xxxxxxxx 2000-ci ilədək) qüvvədə olmuş Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə müvafiq olaraq X8, X13 və X6 vərəsələrinin mövcud olubolmamaları və onların mübahisələndirilən əmlaka hüquqlarının olub-olmaması hallarının araşdırılmasına səy göstərilsə də, lakin bu mümkün olmamışdır. Xüsusən də ona görə ki, adları çəkilən şəxslərin vərəsələrinin mübahisəli miras əmlaka uzun illərdən bəri heç bir maraq göstərməməsi onların dairəsini və şəxsiyyətlərini müəyyən edib hazırkı məhkəmə icraatına cəlb etməyi lüzumsuz etmişdir. İşdən görünür ki, miras qoyan Ağasəlim Cavadovun hazırda yeganə sağ qalan birinci növbəli vərəsəsi onun 1932-ci il təvəllüdlü oğlu (cavabdeh) Cavabdeh1dur. İddiaçı atası Ağacavad Cavadov 1972-ci ildə vəfat edəndə isə onun 7 yaşı olmuş (1965-ci il təvəllüdlüdür) və ailəlikcə Bakı şəhərində yaşamışlar. İddiaçının anası Humayin Cavadova 1993-cü ildə vəfat etmişdir. İşdə olan sənədlərdən həmçinin görünür ki, 1984-1992-ci illərdə “Əmlakın dövlət icbari sığortası üzrə şəhadətnamə”lərə əsasən mübahisəli evin icbari sığorta haqları Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu isə həmin dövrdə cavabdehin sözügedən evin mülkiyyətçi hesab olunduğuna, ev təsərrüfatının onun tərəfindən idarə edildiyinə dəlalət edir. Bundan başqa, yerli icra və bələdiyyə orqanlarının arayışlarından məlum olur ki, mübahisəli evə Cavabdeh1 sahiblik etmiş, həyətyanı torpaq sahəsinin vergisini ödəmişdir. 2013-2017-ci illər üzrə təsərrüfatbaşına kitabda İsmayıllı rayonu Basqal kənd sakini Cavabdeh1 sahiblik və istifadəsində 2-mərtəbəli yaşayış evi və 0,023 ha həyətyanı torpaq sahəsinin (mübahisəli mülk nəzərdə tutulur) olduğu göstərilmişdir. Qeyd olunan faktiki hallardan göründüyü kimi, Cavabdeh1 mərhum atasından qalmış mübahisəli ev və torpaq sahəsindən ibarət miras əmlakı qəbul edərək həmin əmlaka sahib çıxmış və miras təsərrüfatı idarə etmişdir. Cavabdehin bacıları və qardaşı (iddiaçının atası) isə sağ olduqları dövrdə atadan qalmış mirası müvafiq qaydada qəbul etməmiş, həmin mirasdan pay almamışlar. Qanunvericilik mirasın qəbul edilməsinin qaydasını və müddətini müəyyən etmişdir. Həmin qayda və müddət hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir. Yəni mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddət keçəndən sonra mirası vaxtında qəbul etməmiş vərəsələr həmin mirasa iddia edə və özlərinin həmin mirasa vərəsəlik hüquqlarını mübahisələndirə bilməzlər. Konkret halda iddiaçının son 20 il ərzində istirahət məqsədilə yay aylarında baba yurduna gedib orada müəyyən müddət qalması, hətta sözügedən evdə və həyətdə bəzi abadlıq işləri aparması onun mirası qəbul və idarə etməsinin göstəricisi kimi qiymətləndirilə bilməz. Həm də mübahisəli mülk cavabdeh tərəfindən miras kimi qəbul ediləndən sonra “miras” statusunu artıq itirmişdir və bundan sonra həmin əmlakın və ya onun bir hissəsinin başqa vərəsə tərəfindən yenidən miras kimi qəbul edilməsi istisna olunur. Ona görə də iddiaçının baba yurdundan mərhum atasına çatası pay kimi mübahisəli evin və həyətyanı torpaq sahəsinin yarısını tələb etməsi əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsi “X29rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından fiziki mallarla yanaşı, əmlak xarakterli bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir. Bu baxımdan qeyd edilməlidir ki, cavabdeh mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu 2019-cu ildə qeydiyyata aldırsa da, lakin o, işdə olan sənədlərə görə azı 1980-ci illərdən həmin əmlakın faktiki və şəriksiz mülkiyyətçisidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnаmə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnаmə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gundən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdə qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-569/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-569/2021
07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver