Məhkəmə qərarları › İş №2(107)-57/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-57/2022

12.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-57/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tаrixli qətnaməsindən qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) ilk iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat və Cavabdeh dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun xərci onların özlərinə aid edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş 08.07.2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3-də yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binası, yeməkxana, məişət binası, qazanxana binasına və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsi ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə (mağaza) olan istifadə hüququna xitam verilməsi və cavabdehin həmin binalardan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-692/2019 nömrəli 31 iyul 2019-cu il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılacaq qətnamə (qərar) qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-692/2019 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-953/2019 nömrəli 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması və iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması barədə qətnamə qəbul edilməsini, işin dayandırılmasına səbəb olmuş halların aradan qalxmasını nəzərə alaraq məhkəmənin icraatında olan 2(033)-30/2020 nömrəli mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək, mülki işə mahiyyəti üzrə baxılması təyin edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 08 iyul 2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasına (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) yekun məhkəmə qərarı qəbul olunanadək daxil olmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh ünvan 3-də yerləşən qeyri yaşayış binasına (hamam biası, yeməkxana, məişət binası, qazanxana binası) daxil olması qadağan edilmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclədiyi 34688,5 manat məbləğində pulun və həmin hamam binasının istifadəsində olan torpaq sahəsinin alınmasına çəkdiyi 1106 manat pulun, cəmi 35794,50 manat maddi ziyanın və banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 3-də yerləşən faydalı sahəsi 465 kv.m olan hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasını və İ.Şamil küçəsi ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi, 85 kv.m əsas, 414 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini (Mağaza) 10 ildən çoxdur ki, Cavabdeh razılaşmaya əsasən istifadə etmək üçün vermişdir. Həmin binaların onun mülkiyyətində olmasını sübut edən Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 08.07.2005-ci il tarixli, 72 nömrəli Qeydiyyat vəsiqəsi və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardır. Bir müddətdən sonra cavabdeh icarəyə götürdüyü obyektlərin icarəsini ödəməməyə başladı və indiyədək həmin obyektlərdən istifadə edir. O dəfələrlə ona icarə haqqını ödəməyi, əks halda obyektləri boşaltmağı barədə xəbərdarlıq etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək icarə haqqını ödəməkdən və obyektləri boşaltmaqdan boyun qaçırır. Mövcud şəraitdə o nə pulunu ala bilmir, nə özü istifadə edə bilmir, nə də həmin obyektləri başqasına icarəyə verə bilmir. Bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Hal-hazırki iddia tələbi cavabdehin ona məxsus hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasından və əmlak kompleksindən (Mağaza) istifadə hüququna xitam verməklə həmin binalardan çıxarılmasıdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxış iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilərək Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması barədə qətnamə qəbul edilməsini, eyni zamanda qarşılıqlı iddia əsassız olduğundan qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdiş. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddiasında göstərdiyi ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasını onlar öz aralarında olan şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar. Lakin, Nazim Rusiya vətəndaşı olduğuna görə həmin daşınmaz əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmişdir. Qeyd etmək istəyir ki, həmin hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində bir çox təmir-bərpa işləri və yenidən qurma işləri aparmışdır. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək orada yeməkxana, məişət xidməti və pullu ayaqyolu sahələrini inşa etdirmiş və bu məqsədlə 34688,5 manat məbləğində pul xərcləmişdir. Xərclərə dair smeta iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, 2004cü ildə hamam binasının istifadəsində olan 1844 kv.m. torpaq sahəsini həmin dövrdə fəaliyyət göstərən X7 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alıq-satqısına dair akt tərtib etməklə həmin dövrün pulu olan ******* AZM manata almışdır. Həmin torpaq sahəsini də İddiaçı adına rəsmiləşdirmişdir. 2004-cü ildə həmin torpaq sahəsini alarkən ödədiyinə dair ödəniş qəbzi də var. Bundan başqa, bildirir ki, hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr İddiaçı adına aparılsa da, müvafiq inzibati orqanlara təqdim etdiyi ərizələr həmin orqanlarla İddiaçı arasında bağlanmış müqavilələr, alqı-satqı aktları və pul ödəniş sənədlərindəki İddiaçı adının qarşısında olan imzaları o icra etmişdir. Nazim adlı şəxslə aldıqları daşınmaz əmlaklara dair aralarında olan şifahi razılaşmaya əsasən həmin hamam binası və digər binalarda tikinti quraşdırılma işləri onun tərəfindən aparılmalı, həmin obyekti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı sahələrə çevirməli, bundan sonra həmin daşınmaz əmlakı iki hissəyə bölərək onun qoyduğu vəsaitə görə bir hissəsindən sahibkarlıqla məşğul olaraq o istifadə etməli, digər hissələrini isə icarəyə verərək icarədən toplanan pulları Nazim götürməli idi. 2004-cü ildən bugünədək Nazim ilə aralarında apardıqları yuxarıda qeyd etdiyi razılaşma əsasında işləmişlər və hamam binasının bir hissəsindən o istifadə etmişdir, digər hissələrindən isə icarə haqqı İddiaçı tərəfindən yığılaraq Nazimə göndərilmişdir. Hazırda Nazim, İddiaçı vasitəsilə onu qurub yaratdığı daşınmaz əmlakdan çıxarmaq istəyir. Belə olan halda, onun həmin əmlaka qoyduğu vəsait İddiaçı alınaraq ona qaytarılmalıdır. Mübahisə predmeti olan daşınmaz əmlakın alınmasında, onun yararlı vəziyyətə gətirilməsində, onu sahibkarlıq obyektlərinə çevrilməsində onun böyük rolu olmuşdur və əmlakın mülkiyyətçisi olmasa da, əmlak daxilində aparılmış yaxşılaşdırmaya dair işlərin sahibi kimi hüquqları vardır. Ona görə də, 35794,50 manat məbləğində pul İddiaçı alınıb ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə baxış iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclədiyi 34688,5 manat məbləğində pulun və həmin hamam binasının istifadəsində olan torpaq sahəsinin alınmasına çəkdiyi 1106 manat pulun, cəmi 35794,50 manat maddi ziyanın və banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını, eyni zamanda ilk iddia əsassız olduğundan ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxış iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil çıxış edərək ilk iddia əsassız olduğundan ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia isə qanuni və əsaslı olduğundan qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, əvvəllər usta kimi fəaliyyət göstərmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən hamam binasında təmir-bərpa işləri görülməsi üçün həmin obyekdə usta kimi işləmişdir. Onu həmin obyektdə usta kimi Cavabdeh işlətmişdir. Haqqını da Cavabdeh vermişdir. Həmin binanın kimə məxsus olması barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X9 şahid X4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : Qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh аpellyаsiyа şikаyətində göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ona qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair ilk iddia təmin edilərək, qarşılıqlı iddia üzrə onun cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İddiaçı ona qarşı hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasından və əmlak kompleksindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bildirmək istəyir ki, İddiaçı iddiasında göstərdiyi ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m olan hamam binasını biz aralarında olan şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar. X15 vətəndaşı olduğuna görə həmin daşınmaz əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Bu faktı İddiaçı də təsdiq edir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 164 nömrəli Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmişdir. Qeyd etmək istəyir ki, həmin hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində bir çox təmir-bərpa işləri və yenidən qurma işləri aparmış. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək orada yeməkxana, məişət xidməti və pullu ayaq yolu sahələrini inşa etdirmiş və bu məqsədlə 34688,5 manat məbləğində pul xərcləmişdir. Bundan əlavə 2004-cü ildə hamam binasının istifadəsində olan 1844 kvm torpaq sahəsini həmin dövrdə fəaliyyət göstərən X7 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alqı-satqısına dair akt tərtib etməklə həmin dövrün pulu olan AZM ******* manata almışdır. Həmin torpaq sahəsini də İddiaçı adına rəsmiləşdirmişəm. 2004-ci ildə həmin torpaq sahəsini alarkən ödədiyinə dair pul ödəniş qəbzini də iddiaya əlavə edir. 2004-cü ildə ödənilmiş ******* manat hazırki pula indeksasiya edilərkən 1106 manat təşkil edir. Bundan başqa bildirir ki, hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr İddiaçı adına aparılsa da müvafiq inzibati orqanlara təqdim etdiyi ərizələr həmin orqanlarla İddiaçı arasında bağlanmış müqavilələr, alqı-satqı aktları və pul ödəniş sənədlərindəki İddiaçı adının qarşısında olan imzaları o, icra etmişdir. Bu faktı aydınlaşdırmaq üçün aidiyyatı ekspertiza təyin oluna bilər. Nazim adlı şəxslə aldığımız daşınmaz əmlaklara dair aralarında olan şifahi azılaşmaya əsasən həmin hamam binası və digər binalarda tikinti quraşdırılma işləri onun tərəfindən aparılmalı, həmin obyekti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı sahələrə çevirməli, bundan sonra həmin daşınmaz əmlakı iki hissəyə bölərək onun qoyduğu vəsaitə görə bir hissəsindən sahibkarlıqa məşğul olaraq o, istifadə etməli, digər hissələrini isə icarəyə verərək icarədən toplanan pulları Nazim götürməli idi. Qeyd etdiklərini Zaqatala Rayon Məhkəməsi düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, İmran Mustavayevin iddiasında qeyd etdiyi mübahisəli qeyri-yaşayış binasına uzun illər onun tərəfindən qulluq olunması, ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclərə görə ona vurulmuş zərərin ödənilməsi dəlili ilə bağlı bildirir ki, o, şəraitinin yaxşılaşdırılması üçün qeyri-yaşayış binasını təmir edərək istifadə etmiş, illər ərzində qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmiş qeyri-yaşayış binasından gəlir əldə etmişdir. Zaqatala Rayon Məhkəməsi məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia ürə dindirməmiş, onun fikirlərini, qarşılıqlı iddiaya dair münasibətini öyrənməmiş, onun həmin daşınmaz əmlakın şəraitinin yaxşılaşdırılmasına dair apardığı işlərin onun razılığı ilə və yaxud da razılığı olmadan aparıldığını, illər ərzində onun orda işləməyini Hacıömərin razılığı ilə olduğunu aydınlaşdırmadan yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Əksinə məhkəmə iclasında danışmış şahid ifadələri ilə təsdiq edilmişdir ki, həmin binada bütün tikinti quraşdırma işləri onun tərəfindən aparılmış, həmin işlər aparılarkən İddiaçı ümumiyyətlə ora gəlməmiş və iştirak etməmişdir. Həmin binanın özünə deyil Nazimə məxsus olmasını da Hacıomar təsdiq edir. Lakin birinci instansiya məhkəməsi reallıqları əks etdirən sübutlara düzgün qiymət vermədən iddiaçının həqiqi tələbinin nədən ibarət olmasını aydınlaşdırmadan iddiaçı Hacıomar Mustafayevin hüquqlarını müdafiə edərək, onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hesab edir ki, apellyasiya məhkəməsi işdə olan faktları tam araşdıraraq ədalətli qətnamə qəbul edəcəkdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddiamın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasını onlar öz aralarında olan şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar. Lakin, Nazim Rusiya vətəndaşı olduğuna görə həmin daşınmaz əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmişdir. Qeyd etmək istəyir ki, həmin hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində bir çox təmirbərpa işləri və yenidən qurma işləri aparmışdır. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək orada yeməkxana, məişət xidməti və pullu ayaqyolu sahələrini inşa etdirmiş və bu məqsədlə 34688,5 manat məbləğində pul xərcləmişdir. Xərclərə dair smeta iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, 2004cü ildə hamam binasının istifadəsində olan 1844 kv.m. torpaq sahəsini həmin dövrdə fəaliyyət göstərən X7 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alıq-satqısına dair akt tərtib etməklə həmin dövrün pulu olan ******* AZM manata almışdır. Həmin torpaq sahəsini də İddiaçı adına rəsmiləşdirmişdir. 2004-cü ildə həmin torpaq sahəsini alarkən ödədiyinə dair ödəniş qəbzi də var. Bundan başqa, bildirir ki, hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr İddiaçı adına aparılsa da, müvafiq inzibati orqanlara təqdim etdiyi ərizələr həmin orqanlarla İddiaçı arasında bağlanmış müqavilələr, alqı-satqı aktları və pul ödəniş sənədlərindəki İddiaçı adının qarşısında olan imzaları o icra etmişdir. O, binanı icarəyə götürəndə o binada divarlardan başqa heç nə yox idi. İddiaçı ona dedi ki, onda vəsait yoxdur, işləri öz vəsaitinlə həll et. O, bütün lazım olan materialları nisiyə götürdü və bütün işləri gördürdü. 2 il müddətinə binanın işlərini bitirdi. İddiaçılə 2018-ci ilə kimi normal qaydada işlədik. O, ona demişdir ki, onun oğlunun 18 yaşı bitəndə ona düşən payı hədiyyə olaraq oğlunun adına keçirərik. Birdən-birə İddiaçı ona dedi ki, obyekti səninlə bölüşə bilmərəm. Oranı idarə etmək üçün İddiaçı ona etibarnamə vermişdi. İstəsə adına keçirə bilərdi lakin vicdanı buna imkan vermədiyi üçün öbyekti öz adına keçirmədi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddiamın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Şahid1 izahat verərək bildirdi ki, O, Zaqatala Rayon Məhkəməsinə getsə də şahid kimi dindirilmədi. O, İmranın qonşusudur. Obyektə bağlı bütün işləri İmran görüb. O, orada usta kimi işləmiş pulunu, yeməyini İmran verib. Orada hasar tikmiş, suvaq vurmuş, qum boşaltmışdır. 56 ildir o, həmin küçədə yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak Şahid2 izahat verərək bildirdi ki, O, Zaqatala Rayon Məhkəməsinə getsə də şahid kimi dindirilmədi. O, plastik qapı, pəncərə düzəldir. İmran Musatafayev ona qapı, pəncərə bağlamağı üçün sifariş verdi, o da həmin binanın bütün qapı və pəncərələrini bağladı. Pulunu İmran ödədi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat və Cavabdeh dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun xərci onların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyаsiyа şikаyəti verərək Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə tələbi təmin etməklə düzgün nəticəyə gəlmiş, lakin qarşılıqlı iddianı təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia edir ki, ünvan 1-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası İddiaçı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 08 iyul 2005-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh isə iddia edir ki, həmin qeyri-yaşayış binası ilə bağlı Nazim adlı şəxslə aralarında razılaşma olmuş, Nazim adlı şəxs onun həmin qeyri-yaşayış binasından istifadəsinə razılıq vermiş, eyni zamanda o da, buna görə həmin qeyri-yaşayış binasında təmir bərpa işləri və yenidən qurma işləri görmüşdür. Birinci instansiya məhkəməsi Cavabdeh iddiasında qeyd etdiyi “mübahisəli qeyriyaşayış binasına uzun illər onun tərəfindən qulluq olunması, ünvan 3 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclələrə görə ona vurulmuş zərərin ödənilməsi” dəlili ilə bağlı bildirmişdir ki, o, şəraitinin yaxşılaşdırılması üçün qeyri-yaşayış binasını təmir edərək istifadə etmiş, illər ərzində qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmiş qeyri-yaşayış binasından gəlir əldə etmişdir. Tərəflər arasında qeyri-yaşayış binasının istifadəyə verilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də, qarşılıqlı iddia üzrə cavabdeh hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Odur ki, birinci instansiya məhkəmsi ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasının mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasından Cavabdeh çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1 -ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər vicdanlılığın tələb etdiyi tərzdə aralarında bağlanmış şifahi Mülki Məcəlləyə zidd olmayan müqaviləsindən irəli gələn hüquqlarını və vəzifələrini icra etməlidirlər. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin İddiaçı ilə qarşııqlı iddiaçı Cavabdeh arasında onun mülkiyyətində olmaqla ünvan 4 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət hamam binası, yeməkxana, məişət binası və qazanxanasının icarəyə verilməsinə dair razılaşma olmuşdur. Ona görə də ilki İddiaçı qeyri-yaşayış binasında qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən təmir-bərpa işlərin aparılmasına razılıq vermişdir. Odur ki, qarşılıqlı iddiaçı həmin qeyri-yaşayış binasında təmir-bərpa işləri apararaq tam istifadəyə yararlı vəziyətinə gətirmişdir. Bu fakt birinci instansiya məhkəməsində həm tərəflərin, həm də şahidlər X6 və X8 izahatları, habelə apellayasiya məhkəməsinin iclasında Şahid1 və Şahid2 izahatları ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilə əqdin icarə müqaviləsi olduğu barədə qənaətə gəlmək üçün əsas verir. Belə ki, bu məsələ ilə bağlı tərəflər arasında oturuşmuş işgüzar adətlər yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında icarə hüquq münasibətinin yarandığı, qarşılıqlı iddiaçının mübahisəli obyekt üzərində icarə hüququnun mövcud olduğu müəyyən edilir. Məhkəmə kollegiyası 19 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin etmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4657 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, 08.07.2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsi 3-də yerləşən, faydalı sahəsi 465 kv.netr olan hamam binası, yeməkxana, məişət binası, qazanxana binası üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri təqribən 41382,7 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən sözügüdən qeyri-yaşayış binasının təmir-bərpa işlərinin aparılması öz təsdiqini tapır. Lakin iddiaçı Cavabdeh öz iddia ərizəsində torpaq sahəsinin alınması üçün xərclədiyi 1106 (bir min yüz altı) manat, təmir-bərpa işlərinə çəkilmiş xərc olan 34688,5 manat pulu və 30 manat dövlət rüsümunu tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasında torpaq üçün 1106 manat pul xərçlənməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz. Lakin onun yuxarda qeyd etdiyi qeyri-yaşayış binasına çəkdiyi 34688,5 manat həçmində təmir-bərpa işlərinin aparması və 30 manat dövlət rüsumunu ödənilməsi şahid izahatları və işdə olan sənədlərlə təsdiq edilir. Odur ki, qarşılıqlı iddia tələbi həmin həcmdə təmin edilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Qarışılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi qismən-yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunu əvəzi İddiaçı tutularaq qarışılıqlı iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə ilkin İddiaçı 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi və qarşılıqlı iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması eyni vaxta icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiаçı İddiaçı tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************;Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar