Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-570/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, vəkili X6,Cavabdeh nümayəndəsi X2, vəkili X19 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 saylı ünvanda yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)- 261/2019 saylı qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hаkim Ə.Hüseynov) xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 saylı ünvanda yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi barədə iddiаsı təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, İddiaçı və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında sərhəddin naturada müəyyən edilməsi, sərhədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 31481 saylı rəydə göstərildiyi qaydada müəyyən edilməsi qət оlunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın rədd оlunmаsını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan Cavabdehkassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2033/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli tarixli, 2(107)-2033/2019 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı iddiа ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə mürаciət edərək, ünvan 3 saylı ünvanında yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxxxx 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Aytən, xx.xx.2010-cu il təvəllüdlü Mədinə adlı 3 yaşlı övladları var. Aralarında olan nikah xx xxxx 2018-ci il tarixdə pozulmuş və ayrı yaşayırlar. Cavabdehlə birgə nikahda olduqları zaman 2015-ci ilin aprel ayında, qardaşı X20 ilə birlikdə ikisinin vəsaiti hesabına 5500 manata ünvan 2 ünvanında 0.07 ha torpaqa sahəsi alıblar ki, həmin torpaq sahəsində iki qardaş qonşu kimi yaşasınlar. Ruslan Əşrəfov ünvanlı sosial yardım aldığına görə razılığa gəliblərki torpaq sahəsini bütövlükdə Cavabdeh adına sənədləşdirsinlər və Dövlət Reyestrindən Çıxarılışı onun adına alsınlar. Sosial yardımın müddəti bittikdən sonra isə torpaq sahəsini hərə özünə ev tikdiyi ərazi nəzərə alınmaqla notariat qaydada bağışlama müqaviləsi əsasında ½ hissədə bölsünlər və hər ikisinin adına ayrı ayrılıqda Dövlət Reyestrindən Çıxarış alsınlar. Torpaq sahəsini aldıqdan sonra iddiaçının qardaşı Ruslan öz puluna bir tərəfdə 2017-ci ilin yanvarında ev tikməyə başladı və hazırda ev yarımçıq tikili kimi qalmaqdadır, yəni hörgü pəncərə başınadək hörülmüşdür, tikinti icazəlidir,evin eskiz lahiyəsi cavabdehin qardaşı Ruslan Əşrəfov tərəfindən sifariş edilmiş və Mingəçevir şəhərinin baş memarı Etibar Abdullayev tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iddiaçının qardaşı Ruslan cavabdehin adına RF-nın Tümen şəhərindən göndərdiyi pulla ona da həmin həyətdə digər tərəfdə ev tikməyə başlayıb və həmin tikilinin hazırda yalnız bünövrəsi var. X1 ünvanlı sosial yardımı qurtardıqdan sonra iddiaçının Ruslana pul borcunun olduğuna görə, Ruslan iddiaçının “Expressbank”-a və başqa bir şəxsə sələmə olan borclarını ödədiyinə görə həmin pulun əvəzində iddiaçı öz payına düşən torpaq sahəsini həmin borcla əvəzləşdiriblər. 0.07 ha torpaq sahəsini bütövlükdə Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda Ruslanın adına notarial qaydada sənədləşdiriblər. xx.xx.2017-ci il tarixli 4Ə-279 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında torpaq sahəsi X9 adına özgəninkiləşdirilərək və onun torpaq üzərində tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyesterində qeydə alınmışdır. Cavabdehlə ailə münasibətləri pisləşdikdən və faktiki olaraq ayrıldıqdan sonra cavabdeh Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 0.07 ha torpaq sahəsinin onun razılığı olmadan bütövlükdə iddiaçının qardaşı Ruslanın adına bağışlandığına görə bağışlanma müqaviləsinin etibarsiz sayılması, çıxarışın ləğv edilməsi və payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin torpaq sahəsinin aralarında bərabər bölünməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(051)-4557/2018 saylı qətnaməsi ilə hər iki iddia tələbləri təmin edilərək Boz dağ küçəsi 52№-li ünvanda yerləşən 0.07ha torpaq sahəsinin ½ hissəsi uzərində onun, ½ hissəsi üzərində Cavabdeh payı müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin həmin qətnaməsi əsasında 0.07 ha torpaq sahəsi üzərində ½ hissə ilə paylı mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 14 №-li reyestr kitabının 55№-li vərəqində qeydiyyata alınaraq iddiaçının adına RX seriyalı ******* №-li düvlət reyestrindən çıxarış verilmişdir. Aralarında olan nikah pozulduqdan sonra paylı mülkiyyətlərində olan torpaq sahəsində ev tikib yaşamaqları mümkün deyil, tez-tez cavabdehin və onların valideynləri arasında olan əsassız mübahisələri davamlı olaraq baş alıb gedir və onlar tez tez polis şöbəsində izahatlar verirlər və bu gələcəkdə bədbəxt hadisə ilə nəticələnə bilər. On görə də torpağın paylara uyğun bərabər şəkildə naturada bölünməsi və bölündükdən sonra sərhəd yerlərindən hündür hasar çəkilməsi və ayrı-ayrı istiqamətlərdən həyətlərə giriş darvazalarının qoyulması labüddür. Torpaq sahəsindəki mövcud yarımçıq ev tikilisi onun yuxarda qeyd ettiyi kimi qardaşı Ruslan Əşrəfov tərəfindən öz maliyyə vəsaiti hesabına tikildiyinə görə naturada bölgü zamanı həmin hissənin 0.035 ha ölçüdə iddiaçida, iddiaçının vəsaiti hesabına qoyulan ev bünövrəsi yerləşən hissənin 0.035 ha ölçüdə cavabdehə ayrılmasında israrlıdır. Ona görə də ünvan 3 saylı ünvanında yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh аpellyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. O, аpellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən onun 3 azyaşlı övladı ilə həmin evdə yaşadığını və onların başqa yaşayış yerlərinin olmamasını nəzərə almamışdır. Bundan başqa mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Məhkəmə işə baxarkən onu lazımi qaydada məhkəmə iclasına dəvət etməmiş, onun, məhkəmə prosesindən təsadüfən xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili X27 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisə predmeti olan əmlak İddiaçı və Cavabdeh tərəfindən birgə nigah dövründə əldə edilmişdir. Aralarında olan Nigah münasibətlərinə xitam verildikdən sonra Cavabdeh 3 qız övladı ilə birgə mübahisəli evdə yaşayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, işin qanuni və ədalətli həlli üçün məhkəmə işdə olan bütün sübutlara, o cümlədən ayrılması nəzərdə tutulan torpaq sahəsinin və onun üzərində inşa edilən tikililərin kimin sahibliyində və ya istifadəsində olmasını və işin həlli üçün əhəmiyyətli olan digər halları nəzərə alınmalıdır. Qarşı tərəf tərəfindən təqdim edilmiş 4 saylı Mənzil İstismar İdarəsinin də iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilən aktda Cavabdeh 3 qız övladı ilə qeyd edilən tikilidə yaşamadıqları göstərilmişdir. Həmin vaxt cavabdehin nənəsi rəhmətə getdiyindən müvəqqəti olaraq orada yaşamamışdır. Tərəflərindən alınan və 4 saylı Mənzil İstismar İdarəsinin iştirkı ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki Cavabdeh 3 qız övladı ilə Bozdağ küçəsi, fərdi ev 52-də yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X11 izahat verərək bildirdi ki, əmlak iddiaçı və cavabdeh arasında ½ payla məhkəmə qətnaməsi ilə müvafiq olaraq bölünmüşdür. Bununla bağlı tərəflər arasında hər hansı münahisə olmamışdır. İddiaçı məhkməyə müraciət edərək ona düşən 0.035 ha tikili olan hissəsinin qardaşına verilməsi tələbini irəli sürmüşdür. Mübahisə predmeti olan torpaqda iki bünövrə olmuşdur. 2018-ci ildə ekpsert rəy vermişdir ki, əmlakın naturada bölünməsi mümkündür. Mübahisə predmeti olan torpaqda iki bünövrə olmuşdur. Bunlardan biri Ruslanın digəri isə Xəyyama aid olmuşdur. Onlar bu ərazini iki qardaş bir yerdə almışlar. Xəyyam sosial yardım almaq istədiyi üçün torpaq onun adına rəsmiləşdirilmişdir. Həmin yarım tikilidə yaşayış olmamışdır. Yalnız, cavabdeh 2019-cu ilin mart ayından taxta qapı və digər ləvazimatlar gətirərək evə daxil olmuşlar. Lakin onların əsas məqsədi orada yaşayırmışlar kimi təsəvvür yaratmaq olmuşdur. Onlar qonşudan işıq almışlar. Hər axşam ora gələrək işığı yandırıb getmişlər ki, ətrafdakılar onların orada yaşadıqlarını güman etsinlər. Qarşı tərəf 4 saylı Mənzil İstismar İdarəsinin də iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilən aktda Cavabdeh 3 qız övladı ilə qeyd edilən tikilidə yaşamadıqlarının göstərildiyini qeyd etdi. Lakin, orada yaşamadıqlarını deyil, tikilidə heç bir kommunal şəraitin olmadığı göstərilmiş, yəni yaşamağın mümükünsüzlüyü qeyd edilmişdir. Bundan əlavə olaraq qeyd edir ki, onlar 2018-ci ildə boşansalar da evin bünövrəsi 2017-ci ildə tikilib. Cavabdeh hazırda həmin evdə deyil, anasının yanında qalır. Bundan əlavə olaraq onun tərəfindən yazılan 06 saylı xx xxxxxx 2020-ci il tarixli məktuba Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatı cavab olaraq bildirmişdir ki, Hənifəyeva (Əşrəfova) X10 şəhəri Naxçıvan küçəsi 31 mənzil 119-da hal-hazıradək qeydiyyatdadır, həmin mənzilin yaşayışçısıdır, mənzildə ona məxsus əşyalar var və halhazırda həmin mənzildə yaşamır. İşdə olan foto şəkillərə gəldikdə isə , mübahisəli evdə yaşamaq üçün yaradılan şərait məhkəmə prosessləri dövründə yaradılmış və görüntü xarakteri daşımışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X20 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7332/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli tarixli, 2(107)- 2033/2019 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7332/2019 saylı qərarında göstərilmişdir ki, hazırki tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 213 və 220-ci maddələri təşkil edir. Belə ki, MM-in 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (MM-in 220.1., 220.2 və 220.3. maddələri). Hazırda iddiaçının bölünməsini tələb etdiyi torpaq sahəsi iddiaçı və cavabdehin ½ hissədə paylı mülkiyyətindədir. Tərəflər arasında paylı mülkiyyətin naturada ayrılması barədə razılıq olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ekspert rəyinə istinad etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinuin xx xxxxxx 2019-cu il tarixli, 31481 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkündür. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgüsü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Rəyə əlavə olunmuş sxemdən görünür ki, mübahisəli torpaq sahəsinin yuxarı hissəsinin İddiaçı, aşağı hissəsinin isə iddiaçı Cavabdeh bölgüsü nəzərdə tutulmuşdur. Ekspertiza rəyindən görünür ki, ekspert mübahisəli torpaq sahəsinin yuxarı hissəsinin iddiaçı və aşağı hissəsinin cavabdehə ayrılması barədə sxem tərtib etmiş, lakin torpaq sahəsinin hansı səbəbdən bu qaydada bölünməsini rəyində əsaslandırmamışdır. İşə baxan məhkəmələr heç bir əsaslandırma və araşdırma aparmadan iddia tələbini təmin edərək torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş bölgü sxemə uyğun olaraq bölünməsi barədə qətnamə qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə məhkəmə mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü ekspert rəyi ilə müəyyən edilə bilər. Torpaq sahəsinin hansı hissəsinin kimə ayrılması isə məhkəmə araşdırmasının predmetidir. İşə baxan məhkəmələr isə bu barədə heç bir araşdırma aparmamış, əsaslandırılmayan ekpert rəyin istinad edərək torpaq sahəsinin naturada bölgüsü barədə qətnamə qəbul etmişlər. Ekspertin səlahiyyətinə aid olmayan məsələni həll etməsini məhkəmələr nəzərə almamışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim оlunmuş DƏDRX Yevlаx Rаyоn Ərаzi İdаrəsi tərəfindən verilmiş RX seriyalı, ******* sаylı çıxаrışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə X12 adına xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 31481 saylı rəydə göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkredt ölçüləri və bölgüsü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli 219 nömrəli kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 31, mənzil 119-da müvəqqəti yaşamaq üçün X13 ilə MKTK-nın direktor əvəzi X14 arasında kirayə müqaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən verilmiş və iddiaçının vəkili tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 31, mənzil 119-da qeydiyyatdadır, həmin mənzildə ona məxsus əşyalar var, lakin hal-hazırda həmin mənzildə yaşamır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, 4 saylı MİS-in rəisi və qonşuların iştirakı ilə Boz dağ küçəsi ev 52 ünvanına baxış keçirilmiş, həmin mənzildə kommunal şəraitin pis olduğu və yaşayışın olmadığı müəyyən edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli arayışlardan görünür ki, X13 üç yaşlı uşağı ilə mübahisəli mənzildə qeydiyyatsız yaşayır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, 4 saylı MİS-in rəisi və qonşuların iştirakı ilə yenidən Boz dağ küçəsi ev 52 ünvanına baxış keçirilmiş, X13 üç yaşlı uşağı ilə həmin mənzildə qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. İşdə olan AZ-İİ № 056430 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh nənəsi olan X15 xx xxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-261/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, MPM-nin 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Yuxarıda şərh olunanlardan bəlli olduğu kimi burada mübahisə paylı mülkiyyətdə olan torpağın naturada ayrılması yox, yaşayış üçün uyğunlaşdırılmış yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçıya verilməsi ilə bağlıdır. Bu baxımdan da kollegiyanı ilkin olaraq düşündürən bu sualdır ki, bəs hazırkı işdə mübahisənin həllinə kömək edə biləcək, mübahisə predmeti olan tikilinin iddiaçıda saxlanması ilə bağlı məsələnin həllində tərəflərin sadalanan hüquqlarından da üstün hesab edilən başqa bir mənafe varmı? Düşünürük ki, göstərilən məsələ ilə bağlı əlimizdə olan normativ bazaya istinadən bu suala «bəli, var» cavabını verə bilərik. Bu suala cavab tapmağa kömək edən isə uşaqların qanunvericiliklə öz ata və analarının yuxarıda sadalanan hüquqlarından da artıq qorunan uşaq mənafeyidir. Çünki, işdən görünür ki, tərəflər arasında olan nikah pozulmuş və nikah pozulduqdan sonra az yaşlı üç uşaq cavabdeh ananın himayəsində saxlanılmış və bu uşaqlar da faktiki olaraq mübahisə predmeti olan tikilidə yaşayır, işin müəyyən edilmiş bu halı isə məhkəmə kollegiyasında tədqiq edilmiş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X4 bildirdi ki, Cavabdeh 2018-ci ilin fevral ayında uşaqları ilə həmin evə köçmüşdür. Evin tikintisi yarımçıq idi. O üç uşaqla evin bir otağında odun peçi yandıraraq məskunlaşmışdır. Sonra evin kiçik bir hissəsinin tavanı vurulmuşdur. Onun ən yaxın qonşusu olmuşdur. 2018-ci ilin fevral ayından, yəni boşanan vaxtdan Aygün uşaqları ilə həmin tikilidə yaşayır. Lakin, Cavabdeh nənəsi olan X15 xx xxxxxx 2020-ci il tarixində vəfat etdiyi üçün, bir müddət Aygün yas mərasimini yola vermək üçün nənəsigildə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X17 bildirdi ki, onlar 2018-ci ildə Aygüngilin qonşuluğunda ev tikərək köçmüşlər. Onlar həmin evə köçəndə Aygün artıq orda yaşayırdı. Onun da evi yarımçıq tikildir. Hazırda o həmin evdə yaşayır və Aygünlə qonşudur. Onun suyunu, odununu onlar verirlər. Aygünün həyat şəraiti çox ağırdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X29 bildirdi ki, o, Ruslanı tanıyır. Aygünlə heç bir əlaqəsi yoxdur. Evi Ruslangil tikib. Daha sonra X29 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, cavabdehin və onun uşaqlarının orada yaşamağını deyə bilməz, lakin gəlib getdiklərini görüb. Onlar orada yaşasalarda, o yaşayış deyildir. O cür yaşayış olmur. Peç yandırırlar və digər işlər görürlər. Qonşu onlara işıq verir. Axşam üstü gəlib işığı yandırıb gedirlər. Görüntü yaradırlar. O, onları ora gedib-gələn görmüşdür. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlər X4 və X8 izahatlarından aydın olur ki, Cavabdeh 2018-ci ilin fevral ayında uşaqları ilə həmin evə köçmüş və bu günkü günə kimi uşaqları ilə həmin tikilidə yaşayır. Həmçinin, işdə olan foto şəkillərdən aydın olur ki, mübahisəli evdə yaşamaq üçün kifayət qədər normal şərait yardılmışdır. Digər tərəfdən, işin müəyyən edilmiş bu halı iddiaçı tərəfindən də mübahisələndirilməmiş və bu şəraitin məhkəmə prosessləri dövründə yaradıldığını bildirmişlər. Bundan əlavə işdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 31, mənzil 119-da qeydiyyatda olsada, hal-hazırda həmin mənzildə yaşamır. Eləcədə, işdə olan xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli arayışlardan görünür ki, X13 üç yaşlı uşağı ilə mübahisəli mənzildə qeydiyyatsız yaşayır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, 4 saylı MİS-in rəisi və qonşuların iştirakı ilə yenidən Boz dağ küçəsi ev 52 ünvanına baxış keçirilmiş, X13 üç yaşlı uşağı ilə həmin mənzildə qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. Eyni Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən verilmişxx xxxxxx 2020-ci il tarixli aktda evdə yaşayışın olmadığı qeyd edilsə də, həm izahatlardan həm də işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, həmin vaxtı cavabdehin nənəsi vəfat etmiş və cavabdeh yas mərasimində iştirak etməsi üçün bir müddət həmin evdən gedərək nənəsigildə qalmışdır. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı iddiaçının nümayəndəsinin, onun vəkilinin, onlar tərəfindən dindirilmiş şahid X21 da izahatlarına hüquqi qiymət verərək bu izahatların cavabdehin mübahisəli evdə yaşamaması ilə bağlı hissəsini obyektiv həqiqəti əks etdirməyən qeyri səmimi izahat kimi qəbul edir Belə ki, şahid X29 izahatının əvvəlində mübahisəli yaşayış evinə cavabdehin arasıra gələrək evin işıqlarını yandırdığını gördüyünü, lakin cavabdehin həmin evdən getdiyini görmədiyini bildirsədə, sonradan ona verilən suallara verdiyi cavabında isə cavabdehin həmin evdə yaşamadığını, görüntü xatirinə gəlib-getdiyini bildirməklə ziddiyyətli izahatlar vermişdir. Məhkəmə kollegiyası apardığı araşdırmanın nəticəsi olaraq bu fikirdədir ki, faktiki olaraq iddia paylı mülkiyyətdə olan torpağın ½ hissədə naturada ayrılması deyil, konkret olaraqünvan 1 saylı ünvanda yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi olduğundan, eləcədə kollegiya payların bu şəkildə naturada ayrılması ilə razılaşmadığından uyğun olaraq iddia da rədd edilməlidir. Çünki, MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, iş materiallarının məhkəmə tədqiqatından da bir mənalı aydın olur ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı biri digərini tamamlayan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-261/2019 saylı qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul eədə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-261/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı ünvan 1 saylı ünvanda yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-570/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-570/2020
05.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver