Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-579/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi, maddi zərər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 oğlunun və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)- 149/2023 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 oğlu və Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 oğlundan ona məxsus 13 baş iribuynuzlu malın (inək), mövcud olmadıqda onların naturada dəyəri olaraq 15000 (on beş min) manat pulun və ödənilmiş 135 (yüz otuz beş) AZN məbləğindəki dövlət rüsumunun alınaraq ona verilməsi barədə müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 2020-ci ildə 15 baş iribuynuzlu malları (inək) var idi. Həmin malları X1 dağda yaylaq ərazidə olan binəsində saxlamışdır. X3 həmin mallarına artıq baxa bilmədiyini bildirdikdə başqa adam tapıb ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra cavabdeh Elxan və qardaşı yanına gələrək malları satın ala biləcəklərini demişdirlər. Onlar yaylaqdan düşdükləri üçün üstlərində pul olmadıqlarını və iki il ərzində pulu verə biləcəklərini demişdirlər. O da onlara notarial müqavilə bağlamağı təklif etsə də, onlar bir həftəyə yenidən gəlib müqavilə rəsimləşdirəcəklərini bildirmişdirlər. O həmin 15 baş maldan 2 başını özünə saxlamış, geri qalan 13 baş malı (inəyi) isə cavabdehlərə 12000 (on iki min) manata satmağa razılaşmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Bundan bir neçə gün sonra Ceyhun Yusifzadə zəng edərək ona bildirmişdir ki, Elxan və qardaşı malları götürməyə gəlmişlər. O da ver demişdir. Onlarla danışmışdır. Düşünmüşdür ki, yəqin götürüb sonra müqavilə bağlamağa gələcəklər. Çünki onların da bildirdiyi kimi malları Ceyhunun olduğu yaylağa yaxın yerdə yerləşirdirmiş. Müxtəlif vaxtlarda zəng edib pulu verməyi və ya müqavilə bağlamağı təklif etsə də, hər dəfə müxtəlif bəhanələrlə yayınmışdırlar. Cavabdehlər uzun müddət pulunu vermədiyi üçün polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Polis şöbəsinə yalnız Cavabdeh1 dəvət edilmiş və onun izahatı alınmışdır. Bundan sonra Qax Rayon Polis Şöbəsinin müstəntiqi Zöhrab Abdullazadə tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarında işin mülki xarakterli olması və buna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və Cavabdeh1 polis şöbəsində verdiyi izahatdan göründüyü kimi, cavabdeh ondan 13 baş inək aldığını etiraf etmişdir. Amma o, izahatında yalan danışaraq malların qiymətinin 8000 (səkkiz min) manat olmasını və 6000 (altı min) manat ona verdiyini demişdir. Cavabdehin yalan danışması iş üzrə sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, işə əlavə etdiyi arayışdan göründüyü kimi, 2020-ci ilin yay aylarında bir inəyin qiyməti təxminən 1300-1500 manat arasında dəyişirdi. Həmin ildə mal ətinin bir kiloqramı 9,50-10,5 manat arasında olmuşdur. Onun inəklərinin ət çəkisi 120 kq-dan çox olmuşdur. İnək malının bazarda satışı zamanı onun ət qiyməti ilə yanaşı bala verməsi kimi əsaslar da nəzərə alınır. Yəni 100 kq əti olan inəyin bazar qiyməti 1200-1300 manat təşkil edir. Belə olan halda onun 12 baş inək üçün cavabdehlə 8000 manata razılaşmağı mümkünsüz idi. Hətta Elxana malları verdikdən sonra həmin mallardan 6 bala götürmüşdür. O malları verərkən 6-sı boğaz idi. Boğaz malların qiyməti isə daha yüksək olur. Cavabdeh bu günə kimi malların pulunu və ya apardığı malları qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 oğlundan 12 baş iribuynuzlu mal (inək), mövcud olmadıqda isə onların dəyəri olan 15000 (on beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1 oğlundan 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı 2020-ci ildə Cavabdeh1 oğluna 12 baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh isə həmin heyvanları qəbul edərək onların dəyərini daha sonra ödəməyi vəd etmişdir. Cavabdeh1 oğlu iddiaçıya məxsus 12 baş iribuynuzlu heyvanları yaylaqdan Ceyhun Yusifzadədən götürərək aparmışdır. İddiaçı 13 baş iribuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olmuşdur ki, İddiaçı 2020-ci ildə Cavabdeh1 oğluna 12 baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh isə həmin heyvanları qəbul edərək onların dəyərini daha sonra ödəməyi vəd etmişdir. Cavabdeh1 oğlu iddiaçıya məxsus 12 baş iribuynuzlu heyvanları yaylaqdan Ceyhun Yusifzadədən götürərək aparmışdır. İddiaçı 13 baş iribuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsini tələb etmişdir. Cavabdeh1 oğlu iddia tələbini qismən qəbul edərək iddiaçı ilə aralarında olan razılığa əsasən 12 baş iribuynuzlu heyvanları iddiaçıdan 8000 manata aldığını, həmin heyvanların dəyərinin 6000 manat hissəsini ona ödədiyini və iddiaçıya 2000 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh2 oğlu iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 oğlunun iddiaçı qarşısında 12 baş iribuynuzlu heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyü sübuta yetirildiyindən iddia tələbi 12 ədəd iribuynuzlu heyvanların, mövcud olmadıqda isə dəyərinin ödənilməli hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarından göründüyü kimi, İddiaçı 2020-ci ilin iyul ayında şifahi nisyə alqı-satqı müqaviləsi əsasında özünə məxsus 12 baş iribuynuzlu heyvanı Cavabdeh1 oğluna satmış və cavabdeh həmin 12 baş iribuynuzlu heyvanı yaylaqdan Ceyhun Yusifzadədən təhvil almışdır. Lakin Cavabdeh1 oğlu şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü heyvanların dəyərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmiş və onun iddiaçı qarşısında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iş materialında olan sübutlar iddia tələbinin bu hissədə təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 oğlunun İddiaçı 12 ədəd iribuynuzlu heyvan olan malı götürməsi və həmin heyvanların dəyərini iddiaçıya verməməsi öz təsdiqini tapdığından iddiaçı həmin heyvanların və ya onların dəyərinin Cavabdeh1 oğlundan alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla o da müəyyən olunmuşdur ki, Cavabdeh1 oğlunun iddiaçıdan cəmi 12 baş iribuynuzlu mal-qara alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsini bağlamaqla iddiaçı ilə razılığa gəlmişdir. Lakin Cavabdeh1 razılıq əsasında müəyyən edilmiş 8000 manat puldan 6000 manatını iddiaçıya verdiyini və pulun ödənildiyi zaman ancaq ikisinin olduğunu bildirmişdir. İddiaçı isə cavabdehin ona hər hansı məbləğdə pul ödəmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi əsasında əldə olunmuş mal-qaranın dəyərini həqiqətən iddiaçıya ödəməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iribuynuzlu heyvanların dəyəri Cavabdeh1 oğlu tərəfindən mübahisələndirilsə də, onun tərəfindən heyvanların dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş iribuynuzlu heyvanların dəyərini iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilən iribuynuzlu malın dəyərinin aşağı həddinə uyğun və iddia tələbi həcmində müəyyən edilməsini əsaslı hesab etmişdir. Ona görə ki, iddiaçıya qaytarılmalı olan 12 baş mal-qaranın dəyəri məhkəmə iclasında tədqiq olunmuş arayışa əsasən 12x1300=15600 manat təşkil etmişdir. Lakin iddiaçı tərəf iddiasında cavabdehdən 15000 manat tələb etmişdir. Məhkəmə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından hesab etmişdiri ki, iddia tələbi malqaranın dəyərinə münasibətdə iddiada göstərilən həcmdə təmin edilməlidir. Həmçinin iddiaçının cavabdehə 12 baş deyil, 13 baş iribuynuzlu mal-qaranı verməsi öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə daha sonra iddia tələbi ilə bağlı digər Cavabdeh2 oğluna münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olmadığından təmin edilə bilməz. İddiaçı iddia ərizəsində Cavabdeh1 oğlu ilə birlikdə onun qardaşı olan digər Cavabdeh2 oğlunun da 2020-ci ilin iyul ayında əldə etdikləri razılaşmada (şifahi bağlanmış nisyə alqı-satqı müqaviləsində) iştirak etdiyini və razılaşmanın predmeti olan iribuynuzlu heyvanların Ceyhun Yusifzadədən təhvil alınmasında iştirak etməsini qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışı zamanı əldə edilmiş sübutların tədqiqi nəticəsində Cavabdeh2 oğlunun iddiaçı qarşısında öhdəliyinin yaranması qənaətinə gəlmək mümkün olmamışdır. Ona görə də iddia tələbi Cavabdeh2 oğluna münasibətdə təmin edilə bilməz. İddia tələbi qismən təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 135 manat dövlət rüsumu Cavabdeh1 oğlundan alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 329.2, 329.3, 385.1, 390.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 567, 600.1, 600.4, 608-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsi, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.4, 89.1, 107, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(033)-149/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ondan 12 baş iribuynuzlu mal (inək), mövcud olmadıqda isə onların dəyəri olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ondan 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsi onun etirafını əsas götürərək iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, onun iddiaçı qarşısında 12 baş iribuynuzlu heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyü sübuta yetirildiyindən iddia tələbi 12 ədəd iribuynuzlu heyvanların, mövcud olmadıqda isə dəyərinin ödənilməli hissəsində təmin edilməlidir.” Hansı ki, o, ifadəsində bildirmişdir. İddiaçıya məxsus 12 baş heyvanı 5 baş ana-bala və 2 buzovu götürmüşdür. Razılığa əsasən ana-balanın birlikdə qiyməti 1400 manat və hər buzov üçün 500 manat olmaqla ümumilikdə 8000 manat iddiaçıya ödəməli olmuşdur. Bu qiymətlə bağlı aralarında razılaşma olmuşdur. 2020-ci ilin sentyabrında həmin puldan 6000 manatı iddiaçıya ödəmiş, iddiaçıya 2000 manat borcu qalmışdır. 2000 manatı isə 2023-cü ildə ödəməli olmuşdur. Lakin bütün bunlara baxmayaraq Zaqatala Rayon Məhkəməsi iddiaçıya verdiyi 6000 manat pulu nəzərə almamış, bu da azmış kimi 12 baş heyvanın hər birini yetkin inək kimi 1300 manatdan hesablamışdır. Halbu ki, o, ifadəsində heyvanlarının 7 ədədinin buzov olmasını bildirmiş və iddiaçıda buna etiraz etməmişdir. Göründüyü kimi, qətnamədə nə 12 baş iribuynuzlu malın (inək) yaşı, nə xarici görünüşü, nə çəkisi, nə də cinsi barədə heç bir məlumat qeyd edilməmişdir. Əgər ki, Zaqatala Rayon Məhkəməsi 15 fevral 2023-cü il tarixli, e-2(033)149/2023 saylı qətnaməsi qanuni qüvvəsində qalacağı təqdirdə o, iddiaçıya hansı göstəricilərə uyğun 12 baş iribuynuzlu mal (inək) verməlidir. İddiaçı isə bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Zaqatala Rayon Məhkəməsi nə 12 baş iribuynuzlu malın (inək) yaşı, nə xarici görünüşü, nə çəkisi, nə də cinsini müəyyən etməmiş, o cümlədən, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən heyvanların dəyərinin nə qədər müəyyən edilməsini aydınlaşdırmamışdır. 12 baş iribuynuzlu malın (inək) hansı göstəricələrə əsasən 1 ədədinin dəyərinin 1300-1500 manat arasında olması sübut olunmamış, yalnız fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa istinad olunmuşdur. Həmin arayışın isə hansı göstəricilərə uyğun tərtib olunması qeyri-müəyyən olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhəkəməsin 15 fevral 2023-cü il tarixli, e-2(033)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi heyvanara ona baxmağı həvalə etmişdir. Sonradan iddiaçının heyvanlarına baxa bilmədiyi üçün zənğ edərək heyvanlarını aparmasını bildirmişdir. Bir müddət sonra iddiaçı ona zəng edərək ona məxsus iddia ərizəsində qeyd etdiyi heyvanları Cavabdeh1 oğluna verməsini xahiş etmişdir. Cavabdeh də onun heyvanlarının olduğu yerə gələrək 12 ədəd iribuynuzlu heyvanları aparmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh2 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzə Həmin Məcəllənin rdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu Həmin Qanun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə qətnamənin mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ildə Cavabdeh1 oğluna 12 baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh isə həmin heyvanları qəbul edərək onların dəyərini daha sonra ödəməyi vəd etmişdir. Cavabdeh1 oğlu iddiaçıya məxsus 12 baş iribuynuzlu heyvanları yaylaqdan Ceyhun Yusifzadədən götürərək aparmışdır. Şikayətin ilk dəlili mübahisə predmeti olan heyvanların qiyməti ilə bağlı olmuşdur. Şikayətdə qeyd edilmişdir ki, iddiaçıya məxsus 12 baş heyvanı 5 baş ana-bala və 2 buzovu götürmüşdir. Razılığa əsasən ana-balanın birlikdə qiyməti 1400 manat və hər buzov üçün 500 manat olmaqla ümumilikdə 8000 manat iddiaçıya ödəməli olmuşdur. Bu qiymətlə bağlı aralarında razılaşma olmuşdur. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iri buynuzlu heyvanların dəyəri Cavabdeh1 oğlu tərəfindən mübahisələndirilsə də, onun tərəfindən heyvanların dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş iribuynuzlu heyvanların dəyərini iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilən iribuynuzlu malın dəyərinin aşağı həddinə uyğun və iddia tələbi həcmində müəyyən edilməsini əsaslı hesab etmişdir. Ona görə ki, iddiaçıya qaytarılmalı olan 12 baş mal-qaranın dəyəri məhkəmə iclasında tədqiq olunmuş arayışa əsasən 12x1300=15600 manat təşkil etmişdir. Lakin iddiaçı tərəf iddiasında cavabdehdən 15000 manat tələb etmişdir. Məhkəmə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, iddia tələbi malqaranın dəyərinə münasibətdə iddiada göstərilən həcmdə təmin edilməlidir. Digər tərəfdən kollegiya tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş X3 da kollegiyanın iclasında verdiyi izahatında iddiaçıya məxsus 12 ədəd iribuynuzlu (inəyin) heyvanların cavabdeh tərəfindən apardığını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh tərəf mübahisəli heyvanların qiymətinin daha az olması barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. İddiaçı tərəf isə iddiasını əsaslandıran yazılı sübutu məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, cavabdehin heç bir sübuta əsaslanmayan izahatına inanıb heyvanların onun izahatında qeyd etdiyi qiymətdə müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi, qanunverici sübutların təqdim edilməsini tərəflərin üzərinə qoymuşdur. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, ödəməli olduğu puldan 2020-ci ilin sentyabrında 6000 manatı iddiaçıya ödəmiş, iddiaçıya 2000 manat borcu qalmışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, nisyə alınmış heyvanların pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehə iddiaçıya ödədiyi 6000 manat pula dair sübutlar təqdim edilməsi təklif edilsədə cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-149/2023 saylı qətnaməsi Cavabdeh1 oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.