Məhkəmə qərarları › İş №2(107)-58/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-58/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-58/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “mülkiyyətə müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(039)-155/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hаkim Ruslan Əlizadə) 15 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Hüseynov Emin Kamil oğluna qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. işin hаllаrı: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin, varisi olduğu Azərbaycan Respublikası DƏDRX-i Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilən 12 iyun 2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********80-12301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan və həmin çıxarış üzrə 8543 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi ümumi sahəsi 203.61 kv.m. olan əmlak kompleksi (yanacaq və maye-qaz doldurma məntəqəsi) tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qevdiyatına alınmışdır. Həmin yanacaq doldurma məntəqəsi altındakı torpaq sahəsi ilə birlikdə İddiaçı MMC-nin tam mülkiyyətindədir. Hazırda İddiaçı MMC-yə məxsus Yevlax şəhəri Bakı prospekti 27 ünvanda yerləşən yanacaq doldurma məntəqəsi Rusiyanın “Lukoil” neft şirkətinə icarəyə verilmişdir. Şirkət yanacaq doldurma məntəqəsində uğurla fəaliyyət göstərir. Son vaxtlar ünvan 2 ünvanında yaşayan Yevlax şəhər sakini iş üzrə Cavabdeh adlı şəxs əlində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən onun adna verilən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 29 sentyabr 2015-ci tarixli ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış və həmin torpaq sahəsinə dair 29 sentyabr 2015-ci il tarixli A seriyalı 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə peyda olaraq İddiaçı MMC-yə məxsus “Lukoil” neft şirkətinin istifadəsində olan yanacaq doldurma məntəqəsinin ərazisinə daxil olub məntəqənin işlək ərazisinin 0,03 ha sahəsinin ona məxsus olduğunu bildirərək söyüş və təhqiredici ifadələr işlədib məntəqənin tərk edilməsini tələb edir. O, 30 avqust 2019-cu il tarixndə bir neçə adamlarla yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olaraq yenə də söyüş və təhqiramiz ifadələrlə məntəqənin işlək ərazisini zəbt edib, qazıntı işləri apararaq dəmir borudan ibarət dirəklər basdırıb, ərazinin müəyyən hissəsini hasarlayıb, qazıntı işləri aparmağa cəhd edərək tiknti işləri aparmağa çalışır. Ona məxsus çıxarışdan görünür ki, ona Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin verdiyi torpaq sahəsi Bəyimsarov kənd ərazisinə aid torpaq sahəsinə, İddiaçı MMC-yə aid torpaq sahəsi isə Yevlax şəhər ərazisinə aid torpaq sahəsidir. İdarənin mütəxəssisləri mübahisəli qeydiyyatı əraziyə baxış keçirmədən Tərtər ərazisi adı ilə Yevlax şəhər ərazisində qeydiyyat aparıldığını etiraf edirlər. Cavabdehə aid Torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları ərazinin koordinatlarına uyğun olmaması da bu halı sübut edir. İdarənin mütəxəssisləri heç əraziyə getmədən də hər bir mütəxəssisin iş stolunun üstündə olan kompyuter vasitəsi ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil olub, rəqəmsal kadastr xəritəsini açıb ərazinin Tərtər rayonunun yox, Yevlax şəhərinin ərazisi olduğunu müəyyənləşdirə bilərdilər. İddia ərizəsinə əlavə olunan Yevlax şəhərinin İddiaçı MMC-nin mülkiyyətində olan **********283 reyestr nömrəli torpaq sahəsi də daxil olan cənub-qərb ərazisinin rəqəmsal kadastr xəritəsindən aydın görünür ki, Yevlax şəhərində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınan bütün torpaq sahələrinin reyestr nömrələri 901 rəqəmi ilə başlayır. 3-cü şəxsə aid torpaq sahəsinin reyester nömrəsi 611 rəqəmi ilə başlayır. Göründüyü kimi ərazinin rəqəmsal kadastr xəritəsi ilə də 3-cü şəxsə aid torpaq sahəsinin Yevlax şəhər ərazisində yerləşmədiyi sübut olunur. Əvvəllər ərazi Tərtər rayonunun ərazisi olub. Yevlax rayonunun ərazisi də Tərtər şəhərinə yaxın olub. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2006-cı il tarixli 96-İİİ Q saylı Fərmanı vəAzərbaycan Respublikası Mili Məclisinin müvafiq qərarı ilə təsdiqlənən Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun İ hissəsinə əsasən Yevlax şəhərinə yaxın Tərtər rayonunun ərazisi, Tərtər şəhərinə yaxın Yevlax rayonunun ərazisi ilə dəyişdirilib. Bu dəyişdirmədən sonra həmin ərazidən 16,27 ha torpaq sahəsi Yevlax Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 116 saylı qərarı ilə İddiaçı MMC-yə satılıb. Yevlax şəhər İcra Hakimiyyətinin 19 dekabr 2006cı il tarixli 230 saylı Sərəncamı ilə “xxxx” MMC-yə satın aldığı həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilib. 2006-2008-ci illərdə torpaq sahəsində tikinti işləri aparılıb. 2007-2008-ci illərdə tiklilər başa çatıb və DƏDR-də qeydə alınıb. Ərazi hətta TərTər rayonun ərazisi olmuş olsaydı belə 2015-ci ildə ərazidə 0.03 ha torpaq sahəsi cavabdehin adına qeydə alınanda DƏDRX-nin mühəndisi əraziyə gəlib cavabdehin adına qeydə alınan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə alanda ərazidə İddiaçı MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin mövcudluğunu və fəaliyyət göstərdiyini görməli və cavabdehin adna qeydə alınan 0.03 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə almayıb İdarənin rəhbərliyinə məlumat verməli, idarə də cavabdehin adına həmin 0.03 ha torpaq sahəsinin DƏDR-də hüquqların dövlət qeydiyyatına almaqdan imtina etməli idi. Torpaq sahəsini DƏDR-də qeydə alan ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəsisləri etiraf edirlər ki, qeydiyyatı əraziyə heç baxış keçirmədən və cavabdehə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə almadan sahəni cavabdehin adına hüquqların dövlət qeydiyyatına alıblar. Hətta cavabdehin adına 0.03 ha torpaq sahəsi tam qanuni əsaslarla cavabdehin adına qeydə alınmış olsaydı belə cavabdeh yanacaqdoldurma məntəqəsinə müdaxilə etməyib, maneçilik törətməyib məntəqənin ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib qanuni qüvvəyə minmiş qətnamə əldə edib, qətnamə əsasında icra idarəsinin vasitəsi ilə qətnamənin icrasına nail olmalı idi. Ancaq cavabdeh özbaşınalıqla məntəqəyə müdaxilə edərək ərazisinə daxil olub məntəqənin işçilərini söyüb təhqir edir. Qazıntı işləri apararaq dəmir dirəklər basdırıb məntəqənin işlək ərazisini hasarlayıb zəbt edib, məntəqənin ərazisinə daxil olan maşınlardan pul tələb edir və məntəqənin fəaliyyətinə acıq-aşkar maneçilik törədir. Onun bu müdaxiləsi birbaşa iddiaçını mülkiyyət hüququnu pozur. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun torpaq sahəsi yanaşadır. İddiaçının torpağını zəbt etməmişdir. Özünə məxsus torpaq sahəsində avtomobillər üçün dayanacaq və təmir sexləri düzəltmək istəyir. Lakin iddiçının əməkdaşları onun torpaq sahəsini özgənləşdirmək istəyirlər. İddiaçının mülkiyyətinə heç vaxt müdaxilə etməmişdir. Bu barədə aralarında məhkəmə mübahisələri çox olmuşdur və yekunda qərar onun xeyrinə çıxmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri: Qətnamədən narazı qalan İddiaçı MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, apelyasiya şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* saylı 12 iyun 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Bakı prospekti 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq səhəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX 072322 saylı 29 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Tərtər rayonu, Bəyimsarov kəndində Cavabdeh məxsus 0.03 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2311 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilən 12 iyun 2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********80-12301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarış ilə Azərbaycan Respublikası DƏDRX-nin Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilən 29 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən ərazilər şimal-qərb tərəfindən üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni iddiaçı X3 münаsibətdə düzgün həll etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehin iddiaçının mülkiyyətinə müdaxilə etməsinə və məntəqənin fəaliyyətinə maneçilik törətməsinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin mülkiyyətə müdaxilə nədən ibarət olduğunu və cavabdehin iddiaçıya məxsus məntəqənin fəaliyyətinə hansı formada maneəçilik törətməsinə dari məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X2 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2311 nömrəli rəyindən də görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilən 12 iyun 2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********80- 12301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarış ilə Azərbaycan Respublikası DƏDRX-nin Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilən 29 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən ərazilər şimal-qərb tərəfindən üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının, həm də cavabdehin mübahisə predmeti olan ərazi ilə bağlı Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları vardır. Hazırda baxılan iddia tələbi üzrə həmin çıxarışlar mübahisələndirilib-mübahisələndirilməməsi, o cümlədən həmin çıxarışların qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməsi iş materialları ilə müəyyən edilmir, həmçinin proses iştirakçıları bununla bağlı heç sübut məhkəmə kollegiyasına təqdim etməmişlər. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə, qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçıya, həm cavabdehə məxsus torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmış və həmin qeyd qüvvədədir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin İddiaçı MMC-yə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(039)-155/2020 nömrəli qətnaməsi İddiaçı MMC-yə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE**********0002088501;Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar