Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-580/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qıznın Cavabdeh və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, “X20” MMC-nə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin) dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qız və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, ünvan 1 mənzil 24 ünvanında yerləşən, ümumi sahəsi 82,15 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh pay tam olmaqla mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın mərhum X6 payı olan 1/10 hissədə etibarsız hesab edilməsi, əmlakın həmin hissədə mülkiyyətə verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 3500 manatın özünə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Zaqatala rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh və üçüncü şəxs “X20” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Sülh küçəsi, 3 nömrəli evin ümumi sahəsi 100.86 kv.m, yaşayış sahəsi 60.2 kv.m-dən, 4 yaşayış otağından, mətbəxdən, hamamdan və ayaqyolundan ibarət 24 saylı mənzilinin açıq hərracdan satılmasına dair “X20” MMC-nin “Hərracın yekunları barədə” xx xxxxxx 2018-ci il tarixli Protokolunun (hərraca dair bağlanmış müqavilənin), Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyatın, xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi Şaban Məmmədov iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin ümumi sahəsi 100.86 kv.m, yaşayış sahəsi 60.2 kv.m-dən, 4 yaşayış otağından, mətbəxdən, hamamdan və ayaqyolundan ibarət 24 saylı mənzili icarədarı xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum qaynanası (ata nənəsi) X24 olmuşdur.Zaqatala rayon XDS İK-nin müvafiq sərəncamına əsasən Zaqatala şəhəri, Sülh küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 100.86 kv.m, yaşayış sahəsi 60.02 kv.m olan 24-cü mənzilinə dair X15 adına 5 nəfərdən ibarət ailə üzvləri olmaqla xx.xx.1978-ci il tarixli 61 nömrəli order verilmişdir. Zaqatala şəhəri Sülh küçəsi, ev 3, mənzil 24-də mərhum X24 və X13, eyni zamanda İddiaçı1, X16, İddiaçı2, İddiaçı4, İddiaçı5, X21 və Cavabdeh Feyzulla qızı daimi qeydiyyatda olmuşlar.Balakən rayonlararası X3 xx.xx.1996-cı il tarixli 05 saylı Sərəncamına əsasən Zaqatala şəhəri Sülh küçəsində yerləşən 3 saylı evin 24-cü mənzili X15 şəxsi mülkiyyətinə verilmişdir. xx xxxxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22 yanvar 2011-ci ildə vəfat etmiş X15 vərəsələri qızı Cavabdeh, oğlu X13, oğlu X17, oğlu X14, qızı X4 miras əmlakın ½ hissəsinə bərabər irs almalıdırlar. xx xxxxxxxx 2011-ci il tarixli 3410 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* MA seriyalı çıxarışın surətindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 6/10 hissə Cavabdeh Feyzulla qızının, 1/10 hissə mərhum X6, 1/10 hissə X8, 1/10 hissə X7, 1/10 hissə X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.Cavabdeh deməsinə görə Zaqatala rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil hərraca çıxarılmış, mənzil hərracda ona satılmış, o, da xx.xx.2019-cu il tarixdə ümumilikdə bütün mülkə dair adına daşınmaz əmlakın dövlət reyestrində dövlət reyestrindən “Çıxarış” almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X31 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Çıxarış”ına əsasən Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin yaşayış sahəsi 58,0 kv.m olan 24 saylı mənzili Cavabdeh adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilinin açıq hərracdan Cavabdeh satılmasından və onun adına dövlət reyestrində qeydiyyata alınmasından, həmçinin adına “Çıxarış” verilməsindən xx.xx.2019-cu il tarixdə onun iddiaçılara qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsinin surətini Zaqatala rayon Məhkəməsindən aldıqdan sonra məlumatları olmuşdur. Cavabdeh mübahisəli mənzili açıq hərracdan satın almaqla və həmin mənzilə dair hüquqların qeydiyyata alınması haqqında Dövlət reyestrindən “Çıxarış’ almaqla mülkiyyət və vərəsəliyə dair Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərini kobud formada pozmuşdur. Belə ki, Cavabdeh 1983-cü il tarixdən etibarən Zaqatala şəhəri, Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilində yaşamır, həmin mənzilin qeydiyyatına formal cəhətdən alınmış, həmin mənzildə yalnız iddiaçılar yaşamış və yaşayırlar. Hazırda onlara məlum olmuşdur ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 saylı icra vərəqəsinə əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilinin açıq hərracdan satılması qət edilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2018-ci il tarixə, saat 11:00-a Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5 D-ə (4-cü mərtəbə) ’’X20” MMC-i tərəfindən təyin edilmişdir.”X20” MMC-nin direktoru Y.N.Əliyev tərəfindən mərhum əri (atası) X6 adına olan bildirişi sonuncunun və onların qeydiyyatda olduqları və faktiki yaşadıqları Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilinə deyil, Cavabdeh ilə əlaqəli olan X8 və X7 qeydiyyatda olmaqla yaşadıqları Zaqatala şəhəri Nizami küçəsi, 23 saylı evin 15-ci mənzilinə göndərilmiş, həmin şəxslər hərracın keçirilməsi, yeri və vaxtı barədə onlara məlumat verməmişlər.Bundan başqa, mərhum X6 xx.xx.2014-cü il tarixdə vəfat etməsinə və bunun məhkəməyə, Zaqatala rayon İcra və Probasiya şöbəsinə, ’’X20” MMC-ə, həmçinin Cavabdeh və qeyrilərinə məlum olmasına baxmayaraq həmin hüquqi və fiziki şəxslər bildirişləri yalnız mərhumun adına, lakin başqa ünvana göndərmiş, onları Azərbaycan Respublikası MPMnin 58-ci maddəsinə əsasən hüquqi varis kimi tanımamış, işə cəlb etməmiş, beləliklə keçirilən hərracı və hərracın nəticələrini onlardan gizlətmişlər.Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilinin açıq hərracdan satılmasından, hərracın keçirilməsindən, mənzilin hərracda satılmadığına görə alınmasının Cavabdeh qızma təklif edilməsindən və ona satılmasından, mənzilə dair onun adına “Çıxarış” verilməsindən, mənzilin qiymətləndirilməsindən hazıradək məlumatları olmamış, məhkəmələr tərəfindən qərarların surəti və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə bizə bildiriş göndərilməmiş, məlumat verilməmişdir. Hazırda, yəni 2019-cu il iyul ayının 26-da iddiaçılara məlum olmuşdur ki, Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzilə dair hərrac xx.xx.2018-ci il tarixdə keçirilmiş, orada yalnız Cavabdeh iştirakı təmin edilmiş, onun iştirakı təmin edilməmiş, mənzil 35.000 manata qiymətləndirilərək həmin məbləğdə ona satılmış, sonuncu digər mülkiyyətçilərin hər birinin adına “Kapital Bank”ın Zaqatala filialına 3500,0 manat məbləğində pul keçirmişdir. Həmin pulun keçirilməsindən və kim tərəfindən alınmasından məlumatları olmamışdır. Onu da qeyd etmək lazımdır ki, Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzili Zaqatala şəhərinin mərkəzində, həmin rayon İcra Hakimiyyətinin, Heydər Əliyev adınaa parkın, İdman kompleksinin yanında yerləşməklə hazırkı bazar dəyəri ən azı 50.000-60.000 manat təşkil edir. Zaqatala şəhəri Sülh küçəsi, 3 nömrəli evin 24 saylı mənzili həqiqi dəyərindən 15.000-25.000 manat aşağı məbləğdə qiymətləndirildirildiyi üçün, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud formada pozulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və onun nümayəndəsi X22 və İddiaçı3 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsinin İcra Məmuru Elmin Kərimov mübahisəyə baxılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh Feyzulah qızı məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs “X20” MMC-i məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi digər iddiaçıların, digər cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 apelyasiya şikayətini dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, həmin qətnamədən qismən narazıdırlar. Belə ki, məhkəmə onların əsas tələblərindən biri olan mübahisəli mənzilin “X20” MMC-nin “Hərracın yekunları barədə” xx xxxxxx 2018-ci il tarixli Protokolunun (hərraca dair bağlanmış müqavilənin), X5 adına dövlət reyestrində alınmış Qeydiyyatın, xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi haqqında tələbilərini təmin etməmişdir. Ona görə də, qətnamənin həmin hissəsinin ləğv dedilməsini xahiş edirlər. Bundan başqa, məhkəmə cavabdehlərin məhkəmədə iştirakini təmin etməmiş, iş üzrə müvafiq ekspertizanın təyin edilməsini təmin etməmişdir. Əgər qeyd olunanlara əməl olunsaydı iddiaları obyektiv araşdırılar və ədalətli qətnamə çıxarılardı. Məhkəmə isə bütün qeyd olunanlara əməl etməmişdir. Ona görə də, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsini qismən ləğv edib iddialarının tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qeyd edilmiş qətnaməsi ilə razı deyil və hesab edir ki, həmin qətnamə tamamilə əsassız və qanunsuz hesab edilməklə ləğv edilməlidir. Məhkəmə iddiaçıların iddia tələblərinin təmin edilməsi haqda qətnamə çıxararkən cavabdeh İcra, Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsinə təklif verilən zaman və sonrakı prosedurlar həyata keçirilərkən icra sənədi üzrə borclu X6 ölməsi nəzərə alınmadığını, bununla bağlı İcra Haqqında Qanunun 31-ci maddəsinin tələblərinə əməl edilməli olduğu halda, riayət olunmadığını, nəticədə iş üzrə iddiaçının qanunla qorunan hüquqları pozulmaqla əmlakın tələbkara verildiyini, həmin pay üzərində tam olaraq mülkiyyət hüquqlarının mübahisə edilən çıxarışla rəsmiləşdirildiyini əsas olaraq götürmüşdür. Məhkəmənin istinad edilmiş nəticəsi işin həqiqi halları və maddi hüquq normaları ilə tam təkzib olunur. Mülki işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ******* qeydiyyat nömrəli reyestrdən çıxarışla mübahisənin predmeti olan Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı, 4 otaqlı, 82,15 kv.m ümumi sahəli mənzilin 6/10 hissəsinə onun, 1/10 hissəsinə X6, 1/10 hissəsi X8, 1/10 hissəsi X7 və 1/10 hissəsi isə X1 paylı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış olsa da,həmin mənzildən mülkün yalnız 1/10 hissəsinin sahibi X13 ailə üzvüləri həyat yoldaşı İddiaçı1 və övladları İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ilə birlikdə istifadə etdiklərindən və mülkün çox hissəsinin sahibi olaraq mənzilə buraxılmamağı səbəbi ilə o, paylı mülkiyyətimə 9 ildir ki, yaxın gədə bilmir. Bu əsasla da paylı mülkiyyətçilər arasındakı məhkəmə mübahisələri davam etmiş, mülkün əsas hissəsinin sahibi olaraq o, iş üzrə digər paylı mülkiyyətçilərə qarşı mənzilin paylara uyğun naturada bölünməsi, bölgüsü münkün olmadığı halda mənzilin hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylı mülkiyyətçilərin arasında paylara uyğun bölünməsinə dair Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Zaqatala rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməsə də, həmin qətnamədən verdiyi apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, mübahisə ilə bağlı çıxarılmış Zaqatala rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun X9, X11, X10 və X2 qarşı qaldırdığı mənzilin paylara uyğun naturada bölünməsi, bölgüsü mümkün olmadığı halda mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylı mülkiyyətçilərin arasında paylara uyğun bölünməsinə dair tələbi təmin edilmişdir. Həmin mübahisə ilə bağlı qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra sənədi üzrə icra işinin başlanması haqda qərar qəbul edildikdən sonra paylı mülkiyyətçilərdən biri olan X13 xx.xx.2014-cü ildə vəfat etdiyindən İcra Haqqında Qanunun 31-ci maddəsinin tələblərinə əsasən onun ailə üzvüləri həyat yoldaşı İddiaçı1 və övladları İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 iş üzrə onun hüquqi varisləri olaraq tanınmış və mənzilin ilkin dəyəri barədə onlara məlumat verilmiş, daha sonra isə mənzil açıq hərracdan satılması üçün hərraca çıxarılması və hərracın keçirilməsi haqda axırıncıların yaşadıqları Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzilə onun adına, digər paylı mülkiyyətçi-qardaşı T.Zitayevə məxsus Zaqatala şəhəri, Nizami küçəsi, ev 23, 15 saylı mənzilə isə X13, X17, X14 və X1 adına bildiriş məktubları göndərilmişdir. Onun adına göndərilmiş məktub onlar tərəfindən qəbul edildiyindən hesab edir ki, X6 hüquqi varislərinin bu haqda məlumatları olmamalarını birdirmələri həqiqətə uyğun deyildir. Lakin mənzil hərracdan satılmamış və icra sənədi icra edilmədən geri qaytarıldıqdan sonra mənzil ona təklif edilmiş və o, paylı mülkiyyətçilərin hər birinin payına çatan hissəsinin dəyərini bank depozit hesabına qoyduqdan sonra mənzildəki payların ona təhvil verilməsinə dair akt tərtib edilmiş və o vaxtdan da mənzilin tam olaraq mülkiyyətinə keçməsinə dair adına xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Paylı mülkiyyətçilərin hər biri mənzilin öz payına düşən hissəsinin dəyərini qəbul etmiş, sadəcə olaraq X6 hüquqi varisləri ona qarşı qərəzli mövqədə olduqlarından nə rəsmi olaraq vərəsəliyi qəbul etməmişlər nə də ki, faktiki olaraq mirasqoyanın payına düşən hissəsini dəyərini qəbul etməkdən imtina etmələri birbaşa onun mülkiyyət sahiblik hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğu halda, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hala düzgün hüquqi qiymət vermədən reyestr xidməti idarəsi tərəfindən adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi birbaşa AR Konstirusiyasının 13 və 29-cu, AR MM-nin 152.1-ci maddələri ilə qorunan mülkiyyət hüquqlarının pozulması kimi qəbul edilməlidir. Odur ki, mülkiyyət və sahiblik hüquqlarının pozulması ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, iddiaçıların iddia tələblərinin təmin edilməməsi haqqında da yeni qətnamə çıxarılmalıdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 955/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ona, Zakatala rayonu İcravə Probasiya Şöbəsinə və üçüncü şəxs "X20" MMC-yə qarşı qaldırdığı hərracın yekunları barədə Protokolun (hərracda bağlanmış müqavilənin) dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinin, “X20” MMC-nin nümayəndələri, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş- “Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyatın və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, “X20” MMCnə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin), dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın 9/10 hissəsinin də etibarsız hesab edilməli hissəsi də təmin edilməli, Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarlı hesab edilmiş 9/10 hissəsi də etibarsız hesab edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki Çıxarışdan görünür ki, Zaqatala şəhəri, Sülh küçəsi, 3 saylı evin 24 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İşdə olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 670 saylı arayışdan görünür ki, mübahisə predmeti olan ünvan 1 mənzil 24-də iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 yaşayırlar. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1427/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı verilmiş həmin icra rəyində mübahisələndirilən mənzilin açıq hərracda satılaraq paylar mütənasib bölüşdürülməlidir. İşdə olan xx xxxx 2018-ci il tarixli № 26-1 saylı bildiriş və xx xxxxxxx 2018-ci il tarixli 1026-1-2-3 nömrəli bildirişlərdən görünür ki, mübahisələndirilən əmlakın açıq hərracda satılması ilə bağlı 06 avqust və xx xxxxxxxx 2018-ci il tarixlərdə açıq hərracların keçirilməsi, bununla bağlı tərəflərin hüquqları izah edilmişdir. İşdə olan “X20” MMC tərəfindən verilmiş 1942 saylı xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, əmlak hərracda satılmadığından müəyyən edilmiş qiymətlər göstərilməklə geri qaytarılmışdır. İşdə olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 353078 saylı məktubdan görünür ki, icra sənədinin icrası ilə bağlı mənzil hərracda satılmadığından, həmin məktubla tələbkara təkrarən təklif edilmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, digərlərinə pulunu ödəməklə əmakı qəbul etmək istəmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin aktla mübahisə predmeti olan yaşayış evi Cavabdeh təhvil verilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən Kapital banka 14.000 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 415.4, 415.5 və 416.1-ci maddələrinə, İcra haqqında Azərbaycan Respublikası Qanununun 31, 53.2 və 53.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə və s.) məhkəmə icraçısı qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçılardan İddiaçı1 Cavabdeh mərhum qardaşı X6 həyat yoldaşı, digər iddiaçılar isə mərhum X6 övladlarıdırlar. İddiaçılar hal-hazıradək mübahisələndirilən, Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzilində yaşayırlar. Mübahisə predmeti olan, həmin mənzillə bağlı vərəsəlik hüququ əsasında paylar müəyyən olunmaqla xx.xx.2011-ci il tarixli Seriya MA № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hansı ki, həmin Çıxarış əsasında mübahisə predmeti olan Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzili üzrə 6/10 hissə iş üzrə Cavabdeh, qalan 4/10 hissəsinin isə 1/10 hissəsi iş üzrə iddiaçıların mərhum ataları Qurban Zitayevin, 1/10 hissəsi mərhum X19 Zitayevin, 1/10 hissəsi digər oğlu Teyyub Zitayevin, 1/10 hissəsi isə mərhum qızı Güldənə Hacıəliyevanın paylı mülkiyyətinə verilmişdir. Bundan sonra mübahisə predmeti olan yaşayış evi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib bölüşdürülməsinə dair Cavabdeh iddiası təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə sözügedən mənzilin hərracda satışı ilə bağlı “X20” MMC-ni məktubla müraciət edilmişdir. Bundan sonra sonuncu tərəfindən mübahisələndirilən mənzilin hərracda satılması ilə bağlı xx xxxx 2018-ci il tarixdə sifarişçi kimi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə, tələbkar kimi Cavabdeh və borclular olmaqla Qurban Zitayev (hansı ki, vəfat etmişdir), Saleh Zitayev, Teyyub Zitayev və Güldənə Zitayevaya bildiriş göndərilmişdir. Həmin bildiriş iş üzrə iddiaçıların yaşadıqları Sülh küçəsi 3, mənzil 24-ə deyil, Nizami küçəsi ev 23, mənzil 15 ünvanına göndərilmişdir. Məhkəmədə mübahisəyə baxılarkən sözügedən bildirişin iddiaçılar tərəfindən almasını təsdiq edən sənədin və mübahisəli mənzilin hərracda satılması ilə bağlı verilmiş elanın məhkəməyə təqdim olunması satıcı “X20” MMC-dən məhkəmə tərəfindən tələb edilmiş, sonuncu isə cəlb olmalarını istəmiş, bununla bağlı iddia ərizəsinin surətləri satıcıya göndərilmiş, məhkəmənin hazırki iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə dair xəbərnaməyə imza edilərək məhkəməyə qaytarılmış, lakin, satıcı tərəf tələb olunan sübutları məhkəməyə göndərməmiş və məhkəmə iclasına üzürlü səbəb göstərmədən gəlməmişdir. Beləliklə, hərracın iki dəfə xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxxxx 2018-ci il tarixində keçirilməsinə dair bildirişlər göndərilmiş, həmin bildirişlərin hər ikisi mərhum Qurban Zitayev də daxil olmaqla ünvan 3 ünvanına göndərilmişdir. İş materiallarında olan “X20” MMC-nin direktoru tərəfindən sifarişçi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubdan və əlavə edilmiş qrafikdən göründüyü kimi birinci hərracda əmlakın qiyməti 20%, ikinci hərracda isə 10% aşağı salınmış, lakin, satılmadığından geri qaytarılmışdır. Bundan sonra isə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə hərraca çıxarılmış daşınmaz əmlak olan yaşayış evi hərracda satılmadığından tələbkara yenidən təklif olunur. Bundan sonra isə tələbkar Cavabdeh ümumi paylı mülkiyyətdə olan evin dəyəri üzrə digər payçıların ödəməli olduğu məbləği ödəyəcəyi barədə xx.xx.2019-cu il tarixdə iş üzrə cavabdeh İcra və Probasiya Şöbəsinə müraciət edir və 14.000 manat məbləği digər tərəflərin hesabına Kapital bank vasitəsi ilə ödəyəcək xx.xx.2019-cu il tarixli aktla mənzili təhvil alır. Bundan sonra isə mübahisələndirilən mənzil tələbkar Cavabdeh mülkiyyətinə verilir və bu iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla rəsmiləşdirilir. Bundan sonra Cavabdeh məhkəməyə hazırki iş üzrə iddiaçıların mübahisə prdemeti olan ünvan 1 mənzil 24-dən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçılar isə məhkəməyə müraciət edərək onların hal-hazıradək həmin evdə yaşadığı halda, hərrac keçirilərək hərracda iştirak hüququ olan, yəni bilavasitə mülkiyyətçi olduğu vaxtlar Qurban Zitayevin öldüyü, onların varisi kimi nəzərə alınmamasını keçirilən hərracla bağlı bu və digər formada hər hansı məlumatlarının olmamasını bildirərək hərracın nəticələrinin və Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişlər. Hüquq normalarının məzmunundan göründüyü kimi açıq hərraclar qanunla müəyyən edilmiş prosedur qaydalarına əməl olunmaqla keçirilməlidir. Hansı ki, hazırki mübahisə ilə bağlı ümumi mülkiyyətin mülkiyyətçisi olan X13 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. İş üzrə iddiaçıların üçü isə mərhumun varisləridir. Sifarişçi kimi iş üzrə cavabdeh Zaqatala rayon İcra Şöbəsi buna münasibət bildirməmiş, artıq həyatda olmayan şəxsin hərracda iştirak etməsi üçün bildirişlər göndərilmişdir. Eyni zamanda hərracın keçirilməsi, daşınmaz əmlakın tələbkara təklif edilməsi ilə bağlı bildirişlər iş üzrə mübahisələndirilən evdə iddiaçıların yaşamaları və onların məhz mərhum Qurban Zitayevin həyat yoldaşı və övladları olmaqla birinci növbəli vərəsələri olması nəzərə alınmamış keçirilən hərrac və digər əməliyyatlardan iddiaçıların xəbəri olmamışdır. Hansı ki, bunun əksini təsdiq edən sübutları cavabdeh Probasiya Şöbəsi, üçüncü şəxs X20 məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar hərracın nəticələrinə dair protokolun və müqavilənin etibarsız hesab edilməsini tələb etsələr də, əslində açıq hərrac baş tutmamış, yekun protokol tərtib olunmamış və müqavilə imzalanmamışdır. Odur ki, məhkəmə tələbin həmin hissəsi ilə razılaşmır. Lakin, açıq hərracda əmlak satılmadıqdan sonra icra məmuru İcra Haqqında Azərbaycan Respublikası Qanunu tələbini əsas götürərək, bundan sonra əmlakı tələbkara təklif etmiş, sonuncu isə əmlakı qəbul etmişdir. Lakin, cavabdeh İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsinə təklif verilən zaman və sonrakı prosedurlar həyata keçirilərkən icra sənədi üzrə borclu X6 ölməsi nəzərə alınmamış, bununla bağlı İcra Haqqında Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə əməl edilməli olduğu halda, riayət olunmamış, nəticədə iş üzrə iddiaçıların qanunla qorunan hüquqları pozulmaqla əmlak tələbkara verilmiş, tələbkar Cavabdeh Feyzulla qızı isə əmlak üzərində tam olaraq mülkiyyət hüququnu mübahisələndirilən Çıxarışla rəsmiləşdirilmişdir. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi tələbin mübahisələndirilən Çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə qismən razılaşır. Belə ki, iddiaçılar sözügedən Çıxarışın ümumilikdə deyil, ancaq hərraca çıxarılmış fərdi yaşayış evi üzrə mərhum Qurban Zitayevə düşən 1/10 hissə payına mübahisələndirə bilərlər. Yəni tələb ancaq bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsi ilə bağlı gəldiyi nəticənin bir hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hal-hazıradək mübahisələndirilən, Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzilində yaşayırlar. Mübahisə predmeti olan, həmin mənzillə bağlı vərəsəlik hüququ əsasında paylar müəyyən olunmaqla xx.xx.2011-ci il tarixli Seriya MA № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hansı ki, həmin Çıxarış əsasında mübahisə predmeti olan Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzili üzrə 6/10 hissə iş üzrə Cavabdeh, qalan 4/10 hissəsinin isə 1/10 hissəsi iş üzrə iddiaçıların mərhum ataları Qurban Zitayevin, 1/10 hissəsi mərhum X19 Zitayevin, 1/10 hissəsi digər oğlu Teyyub Zitayevin, 1/10 hissəsi isə mərhum qızı Güldənə Hacıəliyevanın paylı mülkiyyətinə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib bölüşdürülməsinə dair Cavabdeh iddiası təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə sözügedən mənzilin hərracda satışı ilə bağlı “X20” MMC-ni məktubla müraciət edilmişdir. Bundan sonra sonuncu tərəfindən mübahisələndirilən mənzilin hərracda satılması ilə bağlı xx xxxx 2018-ci il tarixdə sifarişçi kimi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə, tələbkar kimi Cavabdeh və borclular olmaqla Qurban Zitayev, Saleh Zitayev, Teyyub Zitayev və Güldənə Zitayevaya bildiriş göndərilmişdir. İki dəfə-yəni xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxxxx 2018-ci il tarixdə hərraclar keçirilmiş, həmin hərracların keçirilməsi ilə bağlı bildirişlər Qurban Zitayev də daxil olmaqla ünvan 3 ünvanına göndərilmişdir. Birinci hərracda əmlakın qiyməti 20%, ikinci hərracda isə 10% aşağı salınmış, lakin, əmlak satılmadığından geri qaytarılmışdır. Əmlak geri qaytarıldıqdan sonra Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə tərəflərə yenidən təklif olunmuşdur. Bundan sonra isə tələbkar Cavabdeh ümumi paylı mülkiyyətdə olan mənzilin dəyəri üzrə digər payçıların ödəməli olduğu məbləği ödəyəcəyi barədə xx.xx.2019-cu il tarixdə iş üzrə cavabdeh İcra və Probasiya Şöbəsinə müraciət etmiş və aralarında razılıq əldə edildiyindən dörd nəfər payçılara çatacaq 14.000 manat məbləği onların hesabına Kapital bank vasitəsi ilə ödəyərək xx.xx.2019-cu il tarixli aktla mənzili təhvil almışdır. Bundan sonra isə mübahisələndirilən mənzil tələbkar Cavabdeh mülkiyyətinə verilmiş və ona qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Bundan sonra Cavabdeh məhkəməyə hazırki iş üzrə iddiaçıların mübahisə prdemeti olan ünvan 1 mənzil 24-dən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçılar isə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların hüquqi varisləri olduqları mübahisəli mənzilin 1/10 hissəsinin mülkiyyətçisi olan X13 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. Bütün yuxarıda göstərilənlər barədə X6 varisləri olan hazırki iş üzrə iddiaçılara heç bir məlumat verilməmiş, mərhum X6 özünün adına göndərilmiş məktublar isə onun vərəsələrinin yaşdığı hazırki iş üzrə mübahisəli olan ünvan 5 mənzil 24 ünvanına deyil, onlara aidiyyatı olmayan ünvan 3 ünvanına göndərilmişdir. Onların məlumatlandırılmamaları hərrac keçirilənədək olan hərəkətlər zamanı, hərraclar keçirilən zaman, hərrac baş tutmadıqdan sonra həyata keçirilən proseslər zamanı da mövcud olmuşdur. Həmin hallar edilmiş bütün hərəkətlərin özlərinə münasibətdə etibarsızlığına dəlalət edir. Azərbаycаn Respublikаsının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X33 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Birinci instansiya məhkəməsi işin hallarını araşdırıb ünvan 1 mənzil 24 ünvanında yerləşən, ümumi sahəsi 82,15 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh payı tam olmaqla mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın mərhum X6 payı olan 1/10 hissədə etibarsız hesab edərkən nəzərə almamışdır ki, həmin mənzil tamdır və onun 1/10 hissəsinin ayrılaraq hərracda satılması mümkün deyildir. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan çıxarış qanuni əsaslar olmadan həyata keçirilmiş qeydiyyat əsasında verildiyindən həmin qeydiyyat özü də etibarlı sayıla bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdəiştirakedənşəxslərinişüçünəhəmiyyətliolanvəonlaraməlumolanfaktlarbarədəizahatlarıiş üzrətoplanmışdigərsübutlarlayanaşıyoxlanılmalıvəqiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından da, müəyyən edilir ki, etibarsız hesab edilməsi tələb edilən qeydiyyat və onun əsasında verilmiş çıxarış tam həcmdə etibarsız hesab edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 337.5-ci mаddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh digər tərəflərin hesabına Kapital bank vasitəsi ilə 14.000 manat ödəmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə qeyd olunan pulun 3500 manatının Cavabdeh özünə qaytarılması qət edilmişdir. Mübahisələndirilən qeydiyyat və çıxarış etibarsız hesab edildiyindən Cavabdeh tərəfindən ödənilmiş 14000 manatın geri qaytarılmayan 10500 manatı da ona qaytarılmalıdır. İddiaçıların apelyasiya şikayətinin iddia tələbinin təmin edilməyən “X20” MMC-nin “Hərracın yekunları barədə” xx xxxxxx 2018-ci il tarixli Protokolunun (hərraca dair bağlanmış müqavilənin) etibarsız hesab edilməsi ilə bağlı hissəsi təmin edilə bilməz. Çünki, həmin məsələyə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Hərrac baş tutmadığından “Hərracın yekunları barədə” nə xx xxxxxx 2018-ci il tarixli, nə də başqa tarixli protokol tərtib edilməmişdir. Cavabdehin apelyasiya şikayəti də təmin edilə bilməz, ona görə ki, onun apelyasiya şikayətində təmin edilməməsini tələb etdiyi iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında iddiaçıların apelyasiya şikayətində qoyulmuş əsaslarla həmin apelyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən-iddianın təmin edilməmiş hissəsinin bir hissəsində ləğv olunmasına əsas ola biləcək və həmin hissədə iddia təmin edilə biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən ümumilikdə düzgün nəticəyə gəlmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən-iddia tələbinin təmin edilməmiş hissəsinin bir hissəsində ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, həmçinin məhkəmənin qətnamədə göstərdiyi dəlillərinin işin hallarına uyğun olmaması səbəbindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş-“Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyatın və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, “X20” MMC-nə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin), dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın 9/10 hissəsinin də etibarsız hesab edilməli hissəsi də təmin edilməli, Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarlı hesab edilmiş 9/10 hissəsi də etibarsız hesab edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş-“Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyatın və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, “X20” MMC-nə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin), dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın 9/10 hissəsinin də etibarsız hesab edilməli hissəsi də təmin edilsin. Cavabdeh adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarlı hesab edilmiş 9/10 hissəsi də etibarsız hesab edilsin. Əmlakın mülkiyyətə verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 14000 manatın qaytarılmamış 10500 manatı özünə qaytarılsın. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-580/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-580/2020
13.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver