Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-580/2025 03.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5100 manat borc üçün verdiyi pulun və ödənilmiş 72 manat məbləğində dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh borc üçün verdiyi 4080 manat, 600 dollar və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, (iddiaçı) Göyçay rayonu, Bığır kəndində anadan olmuş və orada yaşayır. Məhkəməyə müraciət etməsinin səbəbi onunla qonşuluqda yaşayan doğma xalasıoğlu Cavabdeh onun etibarından sui-istifadə edərək dəfələrlə ondan borc pul alıb qaytarmamasıdır. 2019-cu ilin yay aylarında cavabdeh onlara gələrək uşağının müalicəsi üçün 500 dollar lazım olduğunu demiş və o, da onun xalası oğlu olduğu üçün tərəddüd etmədən bu məbləği cavabdehə vermişdir. Cavabdeh bir ay müddətində pulu qaytaracağını bildirmişdir. Bundan iki gün keçmiş yenə onlara gəlib 200 manat pul lazım olduğunu bildirmiş və iki gün sonra həyətində olan dananı kəsib pulunu qaytaracağını demişdir. Yenə tərəddüd etmədən pulu cavabdehə vermiş, çünki xalasıoğlu olduğu üçün cavabdehə inanmış və onlara gəlib- gedən olmuşdur. Cavabdeh üç gündən sonra yenə gəlmiş, toya gedəcəyini 200 manat pul lazım olduğunu bildirmişdir. O da, cavabdehi əliboş qaytarmamışdır. Lakin hər dəfə cavabdehə pul verəndə dəftərində qeyd etdirmişdir. Az müddət keçdikdən sonra cavabdeh onlara gələrək bildirdi ki, təcili 1300 manat pul lazımdır, əvəzində atasına, anasına və özünə məxsus pensiya kartını ona verir, o da hər ayın sonu pensiya kartlarında olan 50,100,150 manat pulu 1300 manat əvəzinə götürəcəkdir. Cavabdeh növbəti dəfə onun yaşlı olmasından və ona inanmasından istifadə edib aldatmışdır. O, hər dəfə cavabdehə pul verəndə dəftərində borc verdiyi pulun məbləğini qeyd etmiş və cavabdehə imza etdirmişdir. Ayın sonunda Beynəlxalq Banka məxsus terminala yaxınlaşıb cavabdehin dediyi pulları götürmək istəyəndə məlum oldu ki, 150 manat dediyi karta pul yoxdur, o, yalnız 50 və 100 manat pul götürə bilmişdir. Dərhal cavabdehə zəng vurmuş və 150 manat dediyi kartda pul olmadığını bildirdikdə, o da ona “ola bilməz” deyərək dəstəyi asmışdır. Ondan sonraki gün o cavabdehin yaşadığı evə gedərək məsələni aydınlaşdırmaq istədikdə ona Göyçay rayonunda fəaliyyət göstərən Beynəlxalq Banka gedib aydınlaşdırmağı təklif etmiş və o, razılaşmışdır. Banka gəlib bu barədə bank işçisinə yaxınlaşmış, bu məsələni aydınlaşdırmağı xahiş etmişdir. Bank işçisi kartı yoxladıqda onlara bildirdi ki, kartda həqiqətən pul yoxdur. O onda başa düşdü ki, cavabdeh yalan danışır, kartda əvvəldən pul olmamışdır. Yalnız növbəti aydan pulu götürə bilmişdir. 8 ay ərzində 1274 manatı cavabdehin ona verdiyi kartdan götürə bilmişdir. 10 gün keçdikdən sonra cavabdeh yenə onlara gələrək oğlunun xəstəliyi ilə əlaqədar əlillik almaq üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Cavabdehə pulunun olmadığını bildirdikdə cavabdeh ona 1 ədəd qızıl üzük göstərərək onun 1500 manat dəyərində olduğunu və onu pulun əvəzində girov qoymaq istədiyini bildirimişdir. Bu söhbət gedərkən qardaşı X2 da onun yanında idi. Qardaşı ona inanaraq yeganə pulu olan 1500 manatı cavabdehə vermiş və cavabdeh üzüyü onlara verib getmişdir. Bundan sonra onlar nə qədər çalışsa da cavabdehi tapa bilmədilər. Artıq o və qardaşı aldandıqlarını hiss etmişdilər. Onlar məcbur olub Göyçay rayon Polis şöbəsinə müraciət etmişlər və onları polis şöbəsinə dəvət etdilər. Göyçay rayon Polis şöbəsində polis işçisinin otağında həmin şəxs tərəfindən izahatları alınan zaman polis işçilərinin gözü qarşısında cavabdeh qəflətən onun üz nahiyyəsinə zərbə endirdi. Polis işçiləri dərhal müdaxilə etdilər və onu Göyçay rayon mərkəzi xəstəxanasına apardılar. Bəzi müayinələr keçdikdən sonra onu evə buraxdılar və bildirdilər ki, müayinənin nəticəsi barədə arayışı polis şöbəsinə təqdim edəcəklər. Cavabdehi həmin gün polis şöbəsində saxladılar. Ertəsi gün onun barəsində araşdırma başlanıldı. Elə həmin gün məlum oldu ki, cavabdeh artıq azadlıqdadır və indiyə qədər araşdırmanın nəticəsi barədə məlumatları yoxdur. Buna əsasən iddia ilə məhkəməyə müraciət etmişdir. 4.Cavabdeh məhkəməyə iddia müddətinin tədbiqi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, 2016-cı ildə İddiaçı 3 dəfə olmaqla 1300 manat faizə pul almışdır. Sonuncu dəfə borc alarkən, bir ədəd nişan üzüyünü verərək 200 manat pul almışdır. Həmin pulu üstünün faizini ödəmək şərti ilə 2018-ci ildə əlil övladları Ülvinin, İlkinin və pensiya alan anasının pensiya kartları hesabına ödəmişdir. İddiaçının ona guya ondan 2019-cu ildən borca pul almağa başlamağı barədə göstərdikləri, onun iddia müddətinin axımının süni şəkildə uzadılmasına çalışmasıdır. İddiaçıdan 2016-cı ildə faizə aldığı 1300 manat pulu 2017-ci ildə üstünün faizini ödəməklə qaytarmışdır. Sadəcə iddiaçıya həmin pulu qaytararkən heç bir yerə imza etdirməmişdir. 2016-cı ildə iddiaçıdan borca pul almağı və həmin pulu 2017-ci ildə tam qaytarmasını nəzərə alsa 3 illik iddia müddəti keçmişdir. Bundan başqa onun iddaçıdan guya 2019-cu ildə pul alması barədə göstərdikləri yenə də iddia müddətinin keçməsi ilə nəticələnir. Belə ki, 3 illik iddia müddəti əsas götürələrsə onun cavabdeh qarşısında öhdəliyi 2019-ci ildən başlamışdır (onunla arasında pulu hansı müddətə ödəməsi barədə aralarında razılıq iddiaçının məhkəməyə təqdim etdiyi kağızda göstərilmir.) İddiaçı isə xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən İddiaçı ona qarşı 5100 manat borc pulun və 72 manat dövlət rüsumun tutulması müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdilər, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, o, İddiaçı 1300 manat borca pul almıdır. Həmin pulun əvəzinə cavabdehə 01 ədəd qızıl üzük vermişdir. Həmçinin iddiaçıya anasına məxsus 01 ədəd kartı, oğlanlarına məxsus kartı iddiaçıya vermiş. İddiaçı həmin kartlardan pul çıxarmışdır. İddiaçıya borcu qalmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 7.Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) Cavabdeh 2580 (iki min beş yüz səksən) manat və 600 (altı yüz) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pulun alınaraq İddiaçı verilməsi və 72 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.İşin faktiki halları ondan ibarətdir ki,iddiaçı tərəfindən cavabdehə borca pul verilməklə aralarında mülki-hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh tərəfindən borcun olduğunu təsdiq edən qəbz imzalanmışdır. Həmin qəbzi iş üzrə tərəflər imzalasa da, məhkəmə iclası zamanı müəyyən olundu ki, sözügedən borcdan 1500 manat İddiaçı deyil, onun qardaşı Əliağa adında şəxs tərəfindən cavabdehə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh o hissədə borc məbləğinin tələb edilməsi əsassızdır.
9. Sözügedən qəbzə münasibətdə Cavabdeh borcunu tam olaraq qaytardığını, həmçinin borc məbləğinin iddiaçı tərəfindən artıq hesablandığını bildirmiş, lakin bunları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
10. Həmçinin, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh borcu 2016-cı ildə alaraq 2017-ci ildə tam qaytarmasını göstərsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, öhdəliyin icrası müddəti müəyyən edilmədiyindən müqavilə üzrə iddia müddətinin axımı iddiaçı borcverənin öhdəliyi icra etmə tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırki iş üzrə isə Cavabdeh borc müqaviləsi üzrə öhdəliyin icrası müddəti barədə hər hansı bir sübutu təqdim etmədiyindən, məhkəmə hesab edir ki, icra müddəti müəyyənləşdirilməmiş öhdəlik üzrə Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə iddiaçının öhdəliyin dərhal icrasını tələb etdiyi andan hesablandığından iddia müddəti keçmədiyindən tətbiq edilməməlidir.
11. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, 2022-ci ildə imzalanmış qəbzlə Cavabdeh 600 ABŞ dolları və 4080 manat borcunun olduğu, bundan 1500 manatın iddiaçının qardaşı Əliağadan aldığı, qalan 2580 manatın isə İddiaçı aldığı müəyyən olmuşdur. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh 2580 manat və 600 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. 12.Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 743-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 191.3, 220.5, 107, 119.1 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi yazıda sonuncunun cavabdehə verdiyi borc məbləğini dəqiqləşdirməmiş, həmçinin tərəflərin hər ikisinin etiraf etdiyi kimi iddiaçının tələb etdiyi məbləği alarkən cavabdehin ona qızıl zinət əşyası və plastik bank kartları verdikdən sonra borcun ödənilməsini nəzərə almamışdır.
16. İddiaçının məhkəməyə qəbz adı ilə təqdim etdiyi və məhkəmənin sadə yazılı əqd kimi sübut olaraq nəzərə aldığı yazıda borc müqaviləsinin bağlanma tarixi, borc verən və borc alanın ad, soyad, ata adları göstərilməmiş, yazı cavabdehin borclu olduğu məbləği sübut etmək üçün təqdim edilsə də yazıda cavabdehdən başqa digər adlar da göstərilmişdir. Bu səbəbdən, məhkəməyə təqdim edilən qəbz mötəbər sübut hesab oluna bilməz. Belə ki, Belə ki, həmin qəbzin sonunda tarix kimi 2022-ci il göstərilmişdir. Halbuki iddiaçı tələbində cavabdehə 2019-cu ildə borc pul verməyə başladığını, hər dəfə borc pul verdikcə cavabdehə imza etdirdiyini göstərmişdir.
17. Həmin qəbzdə çoxlu sayda pul məbləğləri göstərilsə də heç bir məbləğin qarşısında verilmə tarixi göstərilməmiş, imza edilməmiş, nə də borc verənin və borc alanın tam ad, soyad, ata adları göstərilməmişdir. Həmçinin yazıda göstərilən məbləğlərin hamısının cavabdeh tərəfindən alınmasına elə yazının mətni şübhə doğurur. Belə ki, yazının mətnində “300 Səhrab oğlu”, “20 oğl al” kimi yarımçıq ifadələr var. Göründüyü kimi qeyd edilən qəbz məhkəmə tərəfindən hərtərəfli və tam araşdırılmamışdır.
18. Məhkəmə yazılı formada tərtib edilmiş 2022-ci ilə aid qəbzi sübut kimi qiymətləndirərək, Cavabdeh cəmi 5100 manat məbləğində pul verildiyini, həmin puldan 1500 manatın Əliağa tərəfindən verildiyini, həmin qəbzin İddiaçı, Cavabdeh tərəfindən imzalandığını göstərmişdir. Halbuki həmin qəbzdə imzaların birinin qarşısında Vahidov soyadı, digərinin qarşısında Yasin sözü yazılmışdır. Bu halların araşdırılması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə prosessual normanın tələblərini pozaraq ekspertiza təyin etməmiş, müəmmalı qəbzi sübut kimi qəbul etmişdir. 19.Qətnamənin təsviri hissəsində iddiaçının izahatında göstərilir:” Az müddət keçdikdən sonra cavabdeh onlara gələrək bildirdi ki, təcili 1300 manat pul lazımdır, əvəzində atasına, anasına və özünə məxsus pensiya kartını ona verir, o da hər ayın sonu pensiya kartlarında olan 50,100,150 manat pulu 1300 manat əvəzinə götürəcəkdir. Cavabdeh növbəti dəfə onun yaşlı olmasından və ona inanmasından istifadə edib aldatmışdır. O, hər dəfə cavabdehə pul verəndə dəftərində borc verdiyi pulun məbləğini qeyd etmiş və cavabdehə imza etdirmişdir. Ayın sonunda Beynəlxalq Banka məxsus terminala yaxınlaşıb cavabdehin dediyi pulları götürmək istəyəndə məlum oldu ki, 150 manat dediyi karta pul yoxdur, o, yalnız 50 və 100 manat pul götürə bilmişdir.” Məhkəmə qeyd edilənləri araşdırmadan əsassız qətnamə qəbul etmişdir.
20. Hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, təqdim edilmiş sənədləri araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçının uzun müddət ərzində cavabdehə hissəhissə borc verməsi, cavabdehin borc məbləğinin əvəzinə iddiaçıya qızıl zinət əşyası və plastik bank kartını verməsi, qeyd edilən vəsaitlərə görə borc məbləğinin ödənilibödənilməməsi hallarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya pul borclu olmağı halları işin həqiqi halları ilə təkzib olunur. Belə ki, iddiaçı özü də cavabdehin ona borcu ödəmək üçün plastik bank kartlarını və qızıl zinət əşyasını təqdim etdiyini etiraf edir.
21. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-132/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-132/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Cavabdehin apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. 33.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc pul vermişdir. İddiaçı cavabdehə borc olaraq 4080 manat və 600 ABŞ dollar məbləğində pul verdiyini göstərsə də cavabdeh iddiaçının ona verdiyi borcun məbləğinin 1300 manat təşkil etdiyini göstərmişdir. İddiaçı cavabdehə verdiyi borcdan cavabdeh tərəfindən 1274 manatının qaytarıldığını, cavabdehin ona 4080 manat və 600 ABŞ dollar məbləğində borcunun qaldığını göstərsə də cavabdeh iddiaçıdan aldığı 1300 manat borcu tam qaytardığını göstərmişdir. İddiaçı tərəfindən cavabdehə 1300 manatdan daha yüksək məbləğin borc verilməsinə dair və cavabdeh tərəfindən iddiaçıdan alıdığı borcu tam şəkildə qaytarmasına dair sübutlar təqdim edilməmişdir.
35. Birinci instansiya məhkəməsi isə iddanı təmin edərkən gəldiyi nəticəni İddiaçı ilə Cavabdeh tərəfindən borcun olduğunu təsdiq edən qəbz imzalanması ilə əsaslandırmışdır.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
37. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
38. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borc verməsini təsdiq edə biləcək yeganə sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuş qəbz olmuşdur. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək iddiaçıdan 1300 manat məbləğində borc pul aldığını, həmin pulun əvəzinə iddiaçıya 01 ədəd qızıl üzük, həmçinin anasına və oğlanlarına məxsus kartları veriyini və iddiaçının həmin kartlardan 1274 manat məbləğində pul çıxatdığını bildirmişdir. İddiaçı isə cavabdehin ona verdiyi pensiya kartlarından 1274 manat məbləğində pul çıxartmasını etiraf etmişdir. Cavabdeh aldığı 1300 manat borcu tam şəkildə iddiaçıya qaytardığını göstərsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin iddiaçı verdiyi borcdan 1274 manatının cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir.
39. Həmçinin məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının qardaşı X2 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1500 manat borc üçün verdiyi pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və sübut qismində hazırkı iş üzrə sübut qismində qəbul edilmiş qəbzi məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin işin məhkəmə hazırlıq iclasında iddiaçının təqdim etdiyi qəbzdə qeyd olunan imzanın ona aid olmadığını bildirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-831/2025-ci il tarixli qərardadı ilə məhkəməyə təqdim olunmuş qəbzdə olan imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025ci il tarixli, 4/788 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatının nəticəsində tədqiq olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
42. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 1300 manatdan daha yüksək məbləğdə borcun verilməsini təsdiq edəcək hər hansı bir sübut təqdim edilmədiyindən, cavabdehin almasını etiraf etdiyi 1300 manat borcdan isə 1274 manatının ona qaytarılmasını iddiaçı təsdiq etdiyindən, iddiaçı cavabdehdən qaytarılmamış 26 manat borcun və həmin məbləğə mütənasib olan 30 manat dövlət rüsumunun alınmasını tələb etməkdə haqlıdır.
44. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın təmin edilmiş 2554 manat və 600 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 42 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsinə aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə Cavabdeh nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(046)-132/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Cavabdeh 2554 manat və 600 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınaraq İddiaçı verilməsi və Cavabdeh 42 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 2554 manat və 600 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınaraq İddiaçı verilməsi və Cavabdeh 42 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində rədd edilsin. Qətnamə Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.