Məhkəmə qərarları › İş №2(107)-582/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-582/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-582/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, xxxxnın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı (açar sözlər: borc pul tələbinə dair) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh – xxxxn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, xxxxnın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı “borc pul tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2017-ci il tarixli, 2(107)-01/2017 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala rayon Məhkəməsinin 08 noyabr 2014-cü il tarixli, 2(033)-1130/2014 saylı qətnaməsi qismən, İddiaçı xx.xx.2009-cu il tarixli, **********09 saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixə olan 17.654 (on yeddi min altı yüz əlli dörd) manat məbləğində vaxtı keçmiş əsas borc, 27185.96 (iyirmi yeddi min yüz səksən beş manat doxsan altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğində hesablanmış 2000 (iki min) manat cərimə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 17721.45 (on yeddi min yeddi yüz iyirmi bir manat 45 qəpik) manat, faiz borcu üzrə 8290.65 (səkkiz min iki yüz doxsan manat 65 qəpik) manat olmaqla, cəmi 26012.10 (iyirmi altı min on iki manat 10 qəpik) manat borcun tutularaq ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2017-ci il tarixli, 2(107)-01/2017 saylı qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2011-ci il tarixli, 2(033)-48/2012 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankının cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, 29 yanvar 2009-cu il tarixli, **********09 nömrəli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 39.967 (otuz doqquz min doqquz yüz altmış yeddi) manat məbləğində əsas krecit borcunun, 2611,86 (iki min altı yüz on bir manat 86 qəpik) manat hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, 10.491,36 (on min dörd yüz doxsan bir manat 36 qəpik) manat əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablançmış faizlərin, 28 noyabr 2011-ci il tarixdən hesablanmaqla, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edildiyi tarixədək əsas borc məbləğinə illik 35 faiz hesabı ilə hesablanar faizlərin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin və iddia ərizəsinin verilməsinə çörə 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı ASC "xxxx" Bankının xeyrinə qaytarılması, tutmanın ipoteka İlə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, 2 saylı bazar ətrafı ərazidə istifadəsində olan 0,0010 ha torpaq sahəsində yerləşən 1 girişli, 8.5 kv m əsas. 8,5 kv m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi və ipoteka predmetinin açıq hərraca çıxarılaraq, realizə edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən məlum olur ki, notarial qaydada təsdiq edilmiş "xxxx" MMC-nin 14 noyabr 2013-cü il tarixli Y-337 nömrəli protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, keçirilmiş hərraclarda Zaqatala şəhəri, 2 saylı bazar ətrafı ərazidə istifadədə olan 0,0010 ha torpaq sahəsində yerləşən 1 girişli, 8,5 kv m əsas, 8,5 kv m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) satılmadığından daşınmaz əmlakın alınması müqaviləyə uyğun olaraq əmlakın satış qiyməti 22.313 (iyirmi iki min üç yüz on üç) manat məbləğində müəyyən edilməklə ipoteka saxlayan iddiaçı ASC "xxxx" Bankına təklif edilmişdir.

4. Həmin qətnamədən görünür ki, notarial qaydada təsdiq edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı 296827 nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri, 2 saylı bazar ətrafı ərazidə istifadədə olan 0,0010 ha torpaq sahəsində yerləşən 1 girişli, 8,5 kv m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza)-tam mülkiyyət hüququ ilə iddiaçı ASC "xxxx" Bankın adına reyestr nömrəsi **********09-06301 olan, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatdadır.

6. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh3 Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 169.02 manat dövlət rüsumu ödəmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh3, Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı”-nın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-cl il tarixli, 2(107)-01/2017 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixi **********09 nömrəli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı əsas borca görə 17721.45 manat, faiz borcu üzrə 8290.65 manat olmaqla, cəmi 26012.10 manat borc tutularaq ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Həmin işin icrası ilə əlaqədar pul onun əmək haqqından tutulur. Bildirmək istəyir ki, Cavabdeh3 ASC “Xalq" Bankının mərkəzi filialında baş ofisdə işləyən zaman ona zəng edərək həmin bankın Zaqatala filialına gedərək bir-neçə sənədə imza etməsini demiş və ona bildirmişdir ki. qalan işlərlə özü məşğul olacaqdır. O da Cavabdeh3 ona dediyi kimi etmiş, ASC “Xalq" Bankının Zaqatala filialında imza ataraq getmişdir. O, bankdan kassadan pul götürməmiş, əli pula dəyməmişdir. Dediklərinin doğru olduğu bankın nəzarət kameralarına baxmaqla sübuta yetirilir. Həmin vaxtdan xeyli vaxt keçmiş, iş icra olunması üçün Cavabdeh1nə göndərilmişdir və kreditə götürülən pul onun əmək haqqından tutulur. Qeyd edir ki. girov əmlak bank tərəfindən mənimsəniləndən sonra bu borc ortaya çıxmışdır. Halbuki, həmin pulu o götürməmiş və istifadə etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-01/2017 saylı məhkəmə qətnaməsində qeyd edilmişdir ki, hazırkı mübahisə predmeti olan kredit məbləği Zaqatala şəhəri 2 saylı bazar ərazisində yerləşən mağaza binası girov qoyulmaqla götürülmüş kredit məbləğidir. Həmin məbləğin qaytarılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-48/2012 saylı qətnaməsi vardır ki, həmin qətnamə əsasında mağaza binası ASC "xxxx" Bankının balansına keçmişdir. Mağaza binası balansa keçməmişdən əvvəl ASC "xxxx" Bankı həmin binanı icarəyə vermiş və icarə haqlarını toplamışdır. Həmin toplanan icarə haqları isə hazırkı borcdan çıxılmamışdır. Adı çəkilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borc olan olan 39000 manatın bir hissəsi, yəni mağazanın dəyəri olan 22000 manat əsas borcdan çıxılmışdır. Lakin mağaza binası ASC "xxxx" Bankının balansına keçdikdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 17000 manat məbləğində əsas borc üzərinə yeni ad qoyularaq, yəni vaxtı keçmiş borc adı altında yenidən iddia qaldırılaraq bir predmet barəsində iki dəfə məhkəmədən qətnamə alınmasına nail olunmuşdur. ASC "xxxx" Bankının hazırda tələb etdiyi məbləğ 2 məhkəmə qətnaməsi ilə tələb olunur. Birincisi xx.xx.2011-ci il tarixli, 2(003)-48/2012 saylı Zaqatala Rayon Məhkəməsinin qətnaməsi və xx.xx.2017-ci il tarixli, 2(107)-01/2017 saylı Şəki Apellyasiya məhkəməsinin qətnaməsi. Məhkəmənin diqqətinə çatdırır ki, həmin qətnamələr ayrı-ayrı işlər üzrə qəbul olunmuş qətnamələrdir. Buradan da açıq-aydın görünür ki, ASC "xxxx" Bankı əsassız olaraq vətəndaşları incitməklə məşğuldur. Tələb olunan kredit məbləğini isə o götürməmiş və istifadə etməmişdir. Ona görə də, Cavabdeh3 kredit müqaviləsinə əsasən götürdüyü və onun əmək haqqından tutulan kredit pulunu tələb edir. Beləliklə Cavabdeh3 ona olan borcu 26207 manat təşkil edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh xxxxnın nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, iddiaçı ərizəsində xxxxndan krediti Cavabdeh3 götürdüyünün qeyd etsə də, əslində iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin və Şəki Apellyaisya Məhkəməsinin qətnamələrin ilə təsdiq olunur ki, ASC "xxxx" Bankından krediti İddiaçı götürmüşdür. Ona görə də iddia tələbini əsassız hesab edir. Cavabdeh3 qeyd olunan bankdan kredit məbləğini götürməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı qətnaməsi ilə iddiası tələbi rədd edilərək iddiaçının ödədiyi 169.02 manat dövlət rüsumu və dövlət rüsumun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı iddiaçının özünə aid edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuşdur. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, qətnamə prosessual hüquq normalarının, eyni zamanda maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə olan halda qətnamə tamamilə ləğv edilməli, iddia təmin edilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxxxn nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

23. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

24. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

43. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh3 ASC “Xalq Bank”ının mərkəzi filialında baş ofisdə işləyən zaman ona zəng edərək həmin bankın Zaqatala filialına gedərək bir-neçə sənədə imza etməsini, qalan işlərlə özünün məşğul olacağını, ASC “Xalq Bankı”nın Zaqatala filialında imza ataraq getməsini, bankdan kassadan pul götürmədiyini və həmin kredit məbləğini Cavabdeh3 götürdüyünü göstərsə də, göstərdiklərini təsdiq edən hər hansı bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. X4 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-01/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, qeyd edilən kredit məbləği İddiaçı tərəfindən götürülmüş və kredit məbləği, ona hesablanan faizlər və məhkəmə xərcləri İddiaçı tutulması qət edilmişdir. Həmin qətnamə isə qanuni qüvvəsini almışdır.

44. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.

45. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM, maddə 82.3).

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

47. Hazırkı qətnamənin 1-2-ci paraqraflarında göstərilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən məlum olur ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh ASC "xxxx" Bankı həmin qətnamələr çıxarılmış mülki işlər üzrə tərəflər olmuşdur. Həmin qətnamələrlə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsinə əsasən ASC "xxxx" Bankından krediti İddiaçı götürmüşdür. Əvvəlki məhkəmə mübahisələrində İddiaçı ümumiyyətlə, bankla bağlamış olduğu xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsini və həmin müqavilədə göstərilən pul vəsaitini götürmədiyini mübahisələndirməmişdir.

48. İddiaçı Cavabdeh3 qeyd olunan bankdan kredit məbləğini götürməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmiş və bununla da cavabdehlər tərəfindən ona hər hansı zərərin vurulmasını sübut edə bilməmişdir.

49. Eyni zamanda iddiaçı Cavabdeh3 ilə öhdəlik üzrə birgə borclu olmalarına dair hər hansı sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir (edə bilməmişdir.)

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

51. Kollegiya qətnamə əsasında ipoteka ilə yüklü edilmiş mağaza binasının ASC "xxxx" Bankı”nın balansına keçməmişdən əvvəl ASC "xxxx" Bankının həmin mağaza binasını başqa şəxsə icarəyə verməsi və icarə haqlarını toplaması və həmin toplanan icarə haqlarının isə hazırki borcdan çıxılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, ipoteka predmeti olan mağaza qanunla müəyyən edilmiş qaydada ASC "xxxx" Bankının balansına keçməmişdən əvvəl sonuncunun həmin əmlakı icarəyə verməsi mümkün deyildir. Ona görə də həmin dəlil əsassızdır.

52. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

53. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir (31-32-ci paraqraflar). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli, 2(024)-53/2024 saylı baxılmış apellyasiya şikayətinə münasibətdə qətnаməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar