Məhkəmə qərarları › İş №2(107)-585/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-585/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-585/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi»tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: cihazın geri qaytarılması, ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın qaytarılması tələbinə dair ilk, «borcun ödənilməsi»tələbinə dair qarşılıqlı iddia ərizəsi qüvvə) X8 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi»tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 11 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-i ilə İddiaçı arasında alq-satqı müqaviləsi bağlanmış və Cavabdeh MMC-i tərəfindən İddiaçı bir ədəd «Laseconn Dual» markalı cihaz 30.000 manata satılmışdır. 000119 kodlu kosmetoloji daşıyıcı taxta, 000128 kodlu 1 ədəd lampa-lupa, 000220 kodlu 3000 kv.lıq stablizator, 000233 kodlu 1 ədəd tibbi yataq (3 qat ağ), 000335 kodlu 3 ədəd sertifikat, 000336 kodlu 1 ədəd cihazın pasportu, 000344 kodlu 1 ədəd kosmetoloji oturacaq (Belli ağ), 001190 kodlu 1 ədəd «Laseconn Dual» markalı 30000 manat dəyərində cihaz və 001225 kodlu 6 ədəd Biogel Yeni lizinq daxili kreditlə şirkətin nümayəndəsi Rauf Əkbərov tərəfindən alıcı İddiaçı təhvil-təslim aktı ilə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı «pul» tələbinə dair ilkin iddia ərizəsi ilə müraciət edərək iki illik zəmanət əsasında təqdim olunmuş «Laserconn Dual» adlı lazer cihazını satan tərəfin öz servis xidmətləri tərəfindən qüsurlar aradan qaldırılmadığı üçün lazer cihazının cavabdehə qaytarılması, ilkin müqavilə qaydasında ödənilmiş 16.000 manat və kredit olaraq alınaraq cavabdehə ödənilmiş 13.000 manat, cəmi 29.000 manat əsas məbləğ və 24 iyul 2023-cü il tarixdə tərəfindən cavabdehə ödənilmiş 16.000 manat üçün ədən çıxmış fayda, zərər üçün illik beş faiz hesabı ilə 800 manat, 08 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə verdiyi 13.000 manata görə illik beş faiz hesabı ilə 650 manat olmaqla, cəmi 30.450 manatın cavabdehdən alınaraq özünə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 6.400 manat, cərimə olaraq isə 1.122.03 manat, cəmi 7.522.03 manat pul vəsaitini, 100 manat dövlət rüsumu və 320 manat vəkil xərcinin tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, alıcı olaraq 11 avqust 2023-cü il tarixdə "xxxx" MMC-in Bakı şəhərində, Tbilisi prospekti 49B ünvanda yerləşən filialında müəssisənin direktoru M.A.Xəlilov ilə görüşərək gələcəkdə iş qurmaq məqsədilə "xxxx" aparatı almaq niyyətini bildirmişdir. MMC-in əməkdaşlarına və şəxsən M.A.Xəlilova bildirmişdir ki, götürmək istədiyi lazer aparatının keyfiyyətli olmasını istəyir. Eyni zamanda bildirmişdir ki, «X7 U» adda lazer aparatının daha keyfiyyətli olduğunu eşitdiyi üçün, həmin aparatdan almaq niyətini bildirmişdir. Bu təklifindən sonra cavabdeh tərəfindən onu əminliklə inandıraraq bildirdilər ki, çox dözümlü və keyfiyyətli lazer aparatı olaraq «Laserconn Dual»-ı təklif etdilər. Eyni zamanda Bakı şəhəri ərazisində aparatdan istifadə edəcəksə, ona yüksək səviyyədə servis xidməti göstərməklə, zəmanət əsasında aparatı ona satacağı təklif etdilər. Alacağı aparata görə 16.000 manat nağd şəklində ödəniş etmək imkanına malik olduğunu onlara bildirmişdir. Cavabdeh təşkilatın əməkdaşları və şəxsən M.A.Xəlilov bildirdi ki, aparatın qiyməti 30.000 manat həcmində olacaq, bu səbəbdən alacağı aparatın dəyərini tam ödəmək məqsədilə onu «Bank» təşkilatına yönəldəcəklərini bildirərək qeyd etdilər ki, alacağı malın dəyərini tam ödəmək məqsədilə «kredit» götürməyi və götürəcəyi avadanlığı Bokt "xxxx" QSC-in Yasamal filialında onunla «girov müqaviləsini» bağlamaqla hərtərəfli xidmət göstərəcəklərini bildirdilər. Beləliklə cavabdeh tərəfin təşkilatçılığı ilə 08 avqust 2023-cü il tarixdə onunla «girov qoyan» tərəfilə «girov saxlayan» tərəf olan Azərbaycan Respublikasının Mərkəzi Bankın verdiyi BKT-10 saylı lisenziya əsasında fəaliyyət göstərən Bank olmayan kredit təşkilatı "xxxx" QSC-ı arasında girov müqaviləsi rəsmiləşdirilmişdir. Ona təqdim olunmuş «girov müqaviləsi» 574-MEA-0904/23 sənəddən məlum olur ki, 08 avqust 2023-cü il tarixdə QSC-in Yasamal filialının müdiri B.A.Əliyev 16 yanvar 2024-cü il tarixli, 0043/24 №li etibarnamə əsasında onunla müqavilə rəsmiləşdirililib. Onun sənədləşmələrdən anlayışı olmadığı səbəbindən, cavabdeh tərəfin təşkilatçılığı ilə bank olmayan kredit təşkilatı guya onunla 08 avqust 2023-cü il tarixdə girov müqaviləsi bağlamışdır. Ancaq müqavilə bağlamaq üçün səlahiyyətverici sənəd olan etibarnamənin verilmə tarixi 16 yanvar 2024cü il etibarnamənin nömrəsi 0043/2024 göstərilir. Məhkəmə bu tarixlərə diqqət yetirməklə yanaşı, nəzərə almalıdır ki, girov müqaviləsinin bağlandığı 08 avqust 2023-cü il tarixdə o hələ girov qoyduğu lazer aparatını müqavilə üzrə satın almamışdır. Çünki «Alqı-satqı müqaviləsi» onunla cavabdeh arasında 11 avqust 2023-cü il tarixdə rəsmiləşdirilib. Girov müqaviləsində qeyd olunur ki, (bax. bənd 1.1, 1.2, 2.1 və s.) Bank olmayan kredit təşkilatı "xxxx" QSC-i 08 avqust 2023-cü il tarixli 574-MEA-0904- 23 saylı kredit müqaviləsinə əsasən, ona 12 ay müddətinə 13.000 manat kredit vermişdir. Cavabdeh malı, yəni lazer aparatını ona təqdim etməzdən əvvəl yüksək təşkilatçılıq nəticəsində onunla malı ona təqdim etməzdən əvvəl 08 avuqst 2023-cü il tarixdə həm girov müqaviləsini, həm də əlaqəli kredit müqaviləsini rəsmiləşdirməyə nail olmuşdur. Cavabdehin təşkilatçılığı ilə rəsmiləşdirilmiş girov müqaviləsinin surəti ona verilməsinə baxmayaraq, «əlaqəli kredit müqaviləsi»in surəti ona təqdim edilməmişdir. Beləliklə cavabdehin təşkilatçılığı ilə lazer aparatı ona təqdim edilməmişdən (yəni satılmamışdan əvvəl) əvvəl guya onun tərəfindən girov qoyulub, girov qoyduğuna görə "xxxx" QSC (VÖEN **********) tərəfindən ona 08 avqust 2023-cü il tarixdə qeyd olunan müqavilələr bağlanmaqla, ona ayrılmış 13.000 manat kredit məbləği ilə əlaqədar ödəniş qaydaları barədə 08 avqust 2023-cü il tarixdə «ödəniş sistemləri» və s. barədə sənəd təqdim edilmişdir. Müqavilənin 1-ci maddəsində-müqavilə predmeti olaraq aşağıdakılar qeyd olunur: Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri satılan malın texniki pasportunda göstərilmişdir. Müqavilənin 2-ci maddəsində cavabdeh qeyd etmişdir ki, müqavilənin qiyməti, ödəmə şərtləri «Qiymət razılaşma protokolunda» öz əksini tapdığını qeyd etməsinə baxmayaraq, ona bu adda sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən onunla 24 iyul 2023-cü il tarixdə «ilkin razılaşma protokolu» rəsmiləşdirilmişdir. Bu razılaşma protokoluna əsasən «Laserconn Dual» avadanlığını o sifariş etmiş olmuş və bu protokola əsasən tərəfindən satıcıya (cavabdehə) 24 iyul 2023-cü il tarixdə, 004847 №li «mədaxil xəzinə orderi» əsasında 16.000 manat ödəniş icra olunmuşdur. Pul vəsaitini mədaxil orderi əsasında cavabdeh tərəfin əməkdaşı Jalə adında əməkdaş nağd qəbul etmişdir. Beləliklə ilkin ödəniş qaydasında cavabdehə 16.000 manat 24 iyul 2023-cü il tarixdə icra edilmiş və cavabdehin təşkilatçılığı nəticəsində onun adına 13.000 manat kredit rəsmiləşdirilərək cavabdehə verilmişdir. O, alıcı olaraq nağd qaydada 16.000 manat və 13.000 manat kredit qaydasında cavabdehə, cəmi 29.000 manat pul verərək saz və istismara yararlı lazer aparatı almağı razılaşdırmasına baxmayaraq, cavabdeh 11 avqust 2023-cü il tarixdə «Təhvil-təslim aktı» rəsmiləşdirilərək ona təhvil verilmişdir. Cavabdeh 11 avqust 2023-cü il tarixdə «təhvil-təslim aktı»nı rəsmiləşdirməklə yanaşı, ona təqdim etdikləri «Laserconn Dual» cihazına dair zəmanət talonunu təqdim etdilər. Zəmanət talonu əsasında razılaşmalarına uyğun olaraq 12 avqust 2023-cü il tarixdən 12 avqust 2025-ci il tarixə qədər olmaqla, ona aşağıdakı məzmunda zəmanət vermiş oldular. Cavabdeh tərəfindən ona təqdim olunmuş lazer avadanlığını aparıb müvafiq qaydada işlətməsi üçün, onu təlimə cəlb etdilər, o və gələcəkdə digər birgə işləyəcəyi əməkdaş Fazilə Məmmədova 1-11 avqust 2023-cü il tarixlərdə təlimlərə cəlb edilməklə onlara sertifikat təqdim olundu. Bütün bu hərəkətlərə rəhbərlik etmiş cavabdeh təşkilatın direktoru və digərləri bildirmişdilər ki, avadanlıq bütün standartlara uyğundur. Qeyd edilənlərə baxmayaraq, lazer aparatını götürdüyü gündən (müəyyən şəxslərdən) heç bir ödəniş almayıb, avadanlığı sınaqdan çıxarmaq məqsədilə ondan istifadə etməyə başlamışdır. Avadanlıq qüsurlu olduğundan, cəlb etdiyi müştərilərin boyun hissələrində müxtəlif «səpgilər» və «sızanaqlar» yaratmışdır. Cəlb etdiyi müştərilər öz narazılıq və etirazlarını bildirmişlər. Avadanlığın müştərilərin boyun hissələrində yaratdığı qızartı, yara və digər halların nəyə görə yaranmasını dəqiqləşdirmək məqsədilə, «Mesa Service» müraciət etmişdir. Avadanlığa gəlib yerində baxış keçirdilər. Sonda avadanlığı servisə aparıb qüsurları aradan qaldırmağı vəd etdilər. Cavabdeh tərəfindən ona bilərəkdən qüsurlu aparat təqdim edilməsinə avadanlığın servis tərəfindən ona təkrar qaytarıldıqdan sonra, tam əmin olmuşdur. Cavabdehin servis xidməti 24 dekabr 2023-cü il tarixdə avadanlığı servisə qəbul etmiş və 26 dekabr 2023-cü il tarixdə avadanlığı ona qaytarmışlar. Servis qeyd etdi ki, guya qüsurları aradan qaldırıblar. Belə demələrinə baxmayaraq, avadanlıq yenədə əvvəlki kimi istismara yararsız vəziyyətdə olmaqla cəlb etdiyi müştərilərin dərilərini cızır, yara və digər xəsarət izləri yaratmaqda olduğundan avadanlıqdan istifadə etmək mümkün olmadı. Cavabdehin hərəkətləri nəticəsində o planlaşdırdığı işi görə bilməmişdir. Ona böyük həcmdə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən ona yararsız vəziyyətdə olan lazer aparatı satıldığı üçün, onun bank qarşısında öhdəlikləri yaranmışdır. Yararsız vəziyyətdə olan lazer aparatını ona bilərəkdən satmış cavabdeh, avadanlıq ona təqdim edilməmişdən əvvəl bank olmayan təşkilat ilə razılaşaraq onunla həm kredit müqaviləsi, həm girov müqaviləsi bağlamağa nail olmaqla, əslində ona cavabdeh tərəfindən bilə-bilə maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh qeyd olunan avadanlığı ona təklif edib, sonra da müqavilə əsasında ondan pul alıb avadanlığı ona satmamışdan əvvəl bilmişdir ki, qeyd olunan «Laserconn Dual» cihazı yararsız vəziyyətdə olduğunu cavabdeh tərəf bilmişdir. Cavabdeh bilə-bilə ona yararsız vəziyyətdə olan avadanlığı satmaqla ona ziyan vurmuşdur. Cavabdeh hətta avadanlığı ona ilkin müqavilə əsasında təqdim edərkən ondan 16.000 manat pul vəsaitini nağd qaydada qəbul etməsi və digər hərəkətləri onu deməyə əsas verir ki, cavabdehin niyəti onu aldadıb, keyfiyyətsiz avadanlığı ona satıb, zərər vurmaq niyəti olmuşdur. Tərəfimdən dəfələrlə müraciətlər etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbəri M.A.Xəlilov avadanlığın bərpa edilməsinə, yaxud onun digər yararlı bir avadanlıqla əvəzləşdirilməsinə dair çoxsaylı müraciətinə cavab verilmədi. Cavabdeh təşkilata sosial şəbəkə vasitəsilə müraciət edərək yararsız vəziyyətə olan avadanlığın təmir edilməsi, yaxud əvəzləşdirilməsini xahiş etməsinə baxmayaraq cavabdeh təşkilat ona qarşı şantaj metodunu seçərək, hətta ona qarşı xüsusi ittiham qaydasında məhkəməyə əsassız ərizələr təqdim etmişlər. Cavabdehin hərəkətlərinin qanun və digər normativ aktlara uyğun olmaması barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunda aşağıdakı normalar müəyyən olunur: Maddə 1. Uyğunluq sertifikatı (sertifikat)sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd; Zəmanət müddəti-müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət. Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir. Malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh ondan aldığı 16.000 manat pul vəsaitini, kredit qaydasında götürdüyü 13.000 manat pul vəsaitini və bu məbləğə hesablanmış bank faiz məbləğini ona qaytarmalıdır. Cavabdeh ona verdiyi 29.000 manat pul vəsaiti müqabilində ona yararlı avadanlıq təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh illik minimal 5 faiz olmaqla, əldən çıxmış fayda, yəni vurulmuş ziyan məbləğini ona ödəməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-i İddiaçı 08 avqust 2023-cü il tarixli lizinq müqaviləsi əsasında «EPİRAY LASERCONN DUAL» markalı, insan bədənində olan tüklərin təmizlənməsi üçün istifadə olunan lazer cihazını satmışdır. İddiaçı cihazı dörd ay istifadə etdikdən sonra cihazdan istifadə edə bilməməsi, cihazın tükü yandırmaması ilə bağlı 24 dekabr 2023-cü il tarixində şirkətin servis xidmətinə müraciət etmişdir. Şirkətin servis xidməti cavabdeh İddiaçı müraciəti əsasında 26 dekabr 2023-cü il tarixində cavabdehin iştirakı ilə cihaza baxış keçirmişdir. Cihazada hər hansı bir qüsur aşkarlanmamış və cihazın işlək vəziyyətdə olması barədə servis aktı tərtib edilmiş, İddiaçı özü şəxsən aktı imzalamış və cihazda hər hansı qüsur olmadığını təsdiq etmişdir. Şirkət tərəfindən ikinci dəfə 11 yanvar 2024-cü il tarixində cavabdeh İddiaçı əyani olaraq cihazdan istifadə qaydaları izah edilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, İddiaçı hər hansı bir bəhanə ilə cihazı geri qaytarmaq istəyir, buna görə də müxtəlif bəhanələr gətirir. Əsil niyəti aldığı cihazı geri qaytarmaqdır. Cihazın qaytarılması ilə bağlı şirkətə müraciət edəndə şirkətin əməkdaşları ona cihazı geri qaytara bilməyəcəyini, geri qaytardığı təqdirdə isə cihazın amartizasiya xərcləri, vergi xərcləri, servis xərcləri və təlim xərcləri çıxılacağı bildirilmişdir. Əslində isə şirkət cihazı geri qaytamayacağını bildirmişdir. Çünki, cihazda hər hansı problem olmadığı cavabdehin öz imzası ilə təsdiq edilmişdir. Daha sonra İddiaçı aylıq ödənişi etməmiş dir. Lizinq təşkilatı öz növbəsində həmin borcu Cavabdeh MMC-dən almışdır. Lizinq təşkilatı əsas borc olaraq 6.400 manat, cərimə olaraq isə 1.122.03 manat, cəmi 7.522.03 manat pul vəsaitini Cavabdeh MMC-dən tutmuşdir. Buna səbəb lizinq təşkilatı ilə Cavabdeh MMC-i arasında bağlanmış əməkdaşlıq və zaminlik müqaviləsinin şərtidir. Yəni, həmin müqavilənin şərtinə əsasən Cavabdeh MMC-i alıcılara zamin durur. Göstərdiklərini nəzərə alaraq lizinq təşkilatı qalıq borcu Cavabdeh MMC-dən tutmuşdur. Göstərdiklərini nəzərə alaraq cavabdeh İddiaçı 6.400, cərimə olaraq isə 1.122.03 manat, cəmi 7.522.03 manat pul vəsaitini, 100 manat dövlət rusumun və 320 manat vəkil xərcinin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 11 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-i ilə İddiaçı arasında alq-satqı müqaviləsi bağlanmış və Cavabdeh MMC-i tərəfindən İddiaçı bir ədəd «Laseconn Dual» markalı cihaz 30.000 manata satılmışdır. 000119 kodlu kosmetoloji daşıyıcı taxta, 000128 kodlu 1 ədəd lampa-lupa, 000220 kodlu 3000 kv.lıq stablizator, 000233 kodlu 1 ədəd tibbi yataq (3 qat ağ), 000335 kodlu 3 ədəd sertifikat, 000336 kodlu 1 ədəd cihazın pasportu, 000344 kodlu 1 ədəd kosmetoloji oturacaq (Belli ağ), 001190 kodlu 1 ədəd «Laseconn Dual» markalı 30000 manat dəyərində cihaz və 001225 kodlu 6 ədəd Biogel Yeni lizinq daxili kreditlə şirkətin nümayəndəsi Rauf Əkbərov tərəfindən alıcı İddiaçı təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçı laer cihazının alınması üçün ilkin ödəniş olaraq şirkətə 16.000 manat pul ödəmişdir. 08 avqust 2023-cü il tarixdə BOKT "xxxx" kredit təşkilatı QSC-i İddiaçı 574-MEA-0904-23 №li əlaqəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə 13.000 manat məbləğində kredit vermişdir. İddiaçı BOKT "xxxx" kredit təşkilatı QSC-i 08 avqust 2023-cü il tarixli 574-MEA-0904-23 №li əlaqəli kredit müqaviləsi və həmin müqaviləyə əlavələr ilə əlaqədar olaraq «Borcverən» qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək kreditin ona hesablanmış faizlərin, həmçinin kredit müqaviləsinini lazımi qaydada yerinə yetirilməməməsi nəticəsində Borcverənə vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq bazar dəyəri 13.000 manat qiymətləndirilən girovun predmetini təşkil edən bir ədəd Gözəllik və sağlamlıq üçün texnika «Laseconn Dual» cihazını girov qoymuşdur. Eyni zamanda «Laserconn» Dual (20) markalı cihazın avadanlığı müvafiq testlərdən keçmiş, heç bir nasazlıq aşkar edilməmiş və satış üçün yararlı olmuşdur. Cavabdeh MMC-i tərəfindən «Laseconn Dual» markalı cihaza talonda qeyd olunanlarla bağlı 12 avqust 2023-cü il tarixdən 12 avqust 2025-ci il tarixədək zəmanət verilmişdir. İddiaçı Cavabdeh MMC-in direktoru M.A.Xəlilova 27 fevral 2024-cü il tarixdə ərizə ünvanlayaraq lazer cihazının yararsız vəziyyətdə olması və işləmədiyini əsas gətirərək lazer cihazının təmir bərpası ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq avadanlıq işlək vəziyyətdə olmadığı üçün geri götürərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin Cavabdeh MMC-i tərəfindən cihazın qaytarılmasından imtina edilmişdir. Bu səbəbdən də iddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda BOKT "xxxx" QSC və "xxxx" MMC-i arasında 03 may 2023-cü il tarixli «Əməkdaşlıq Haqqında» müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC-i avadanlıqların satışı zamanı kreditorla borclana arasında bağlanmış kredit müqaviləsi üzrə hər ay sonuna 60 manat gündən gecikməsi olan müştərilərin borcunu tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı kredit ödənişini həyata keçirmədiyi üçün BOKT "xxxx" QSC-i ilə S.C,Bəkirzadə arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 574-MEA-0904-23 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.400 manat faiz və 1.122.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7.522.03 manat kredit borcu 03 may 2021ci il tarixli əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq 06 noyabr 2024-cü il tarixdə Cavabdeh MMC-i tərəfindən kredit təşkilatına ödənilmişdir. Ona görə də, Cavabdeh MMC-i qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın qaytarılması tələbinə dair ilk iddia təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 6.400 manat, ödənilmiş 600 manat cərimə, cəmi 7.000 manat pul vəsaiti alınıb Cavabdeh MMC-nə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 182 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqının onun özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat 80 qəpik pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manat hissəsinin də İddiaçı alınıb Cavabdeh MMC-yə verilməsi, qalan ödənilmiş dövlət rüsumunun isə Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 448, 465, 466 və 467-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş 574-MEA-0904-23 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-dən götürdüyü 13.000 manat kredit məbləğinin aylıq ödənişi hər ay 1.083 manat, sonuncu ay hissə 1.087 manat təşkil etmişdir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli Cavabdeh MMC-i ilə İddiaçı arasında bağlanmış alq-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC-i tərəfindən İddiaçı bir ədəd «Laseconn Dual» markalı cihaz 30.000 manata satılmış və tərəflər müqavilənin şərtlərini qəbul edərək imza etmişlər. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 000119 kodlu kosmetoloji daşıyıcı taxta, 000128 kodlu 1 ədəd lampa-lupa, 000220 kodlu 3000 kv.lıq stablizator, 000233 kodlu 1 ədəd tibbi yataq (3 qat ağ), 000335 kodlu 3 ədəd sertifikat, 000336 kodlu 1 ədəd cihazın pasportu, 000344 kodlu 1 ədəd kosmetoloji oturacaq (Belli ağ), 001190 kodlu 1 ədəd «Laseconn Dual» markalı 30.000 manat dəyərində cihaz və 001225 kodlu 6 ədəd Biogel Yeni lizinq daxili kreditlə şiarkətin nümayəndəsi Rauf Əkbərov tərəfindən alıcı İddiaçı təhvil verilmiş və İddiaçı həmin avadanlıqları alması barədə həmin akta imza etmişdir. Cavabdeh MMC-nə məxsus 27 iyul 2023-cü il tarixli mədaxil xəzinə orderindən görünür ki, İddiaçı lazer cihazının alınması üçün ilkin ödəniş olaraq şirkətə 16.000 manat pul ödəmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli avadanlıqların satışdan öncəki test pasportundan görünür ki, «Laserconn» Dual (20) markalı cihazın avadanlığın daxilində elektrik axınının qaydasında olması, su dövriyyəsinin normalara uyğun olması, soyutma sisteminin avadanlğı normal tempraturda saxlaması, cihazın başlıqlarına çıxış güclərinini standartlara uyğun olması ilə əlaqədar testlərdən keçmiş, heç bir nasazlıq aşkar edilməmiş və satış üçün yararlıdır. İş materiallarında olan Cavabdeh MMC-in X2 təqdim etdiyi zəmanət talonundan görünür ki, «Laseconn Dual» markalı cihaza talonda qeyd olunanlarla bağlı 12 avqust 2023-cü il tarixdən 12 avqust 2025-ci il tarixədək zəmanət verilmişdir Cavabdeh MMC-i tərəfindən Nurlan Nəzərova verilmiş Sertifikatdan görünür ki, o 1-11 avqust tarixlərində «Lazerconn Dual» çoxfunksiyalı lazer epillyasiya cihazının tam nəzəri və praktiki təlimini uğurla keçərək «İstifadəçi Sertifikatını» əladə etmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli «Girov» müqaviləsindən görünür ki, B.O.K.T "xxxx" kredit təşkilatı QSC-i ilə İddiaçı 08 avqust 2023-cü il tarixli 574-MEA-0904- 23 saylı əlaqəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə 13.000 manat məbləğində kredit vermiş, İddiaçı "xxxx" kredit təşkilatı QSC-i ilə 08 avqust 2023-cü il tarixli 574-MEA-0904-23 №li əlaqəli kredit müqaviləsi və həmin müqaviləyə əlavələr ilə əlaqədar olaraq «Borcverən» qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək kreditin ona hesablanmış faizlərin, həmçinin kredit müqaviləsinini lazımi qaydada yerinə yetirilməməməsi nəticəsində borcverənə vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq bazar dəyəri 13.000 manat qiymətləndirilən girovun predmetini təşkil edən 1 ədəd Gözəllik və sağlamlıq üçün texnika «Laseconn Dual» cihazını girov qoymuş, tərəflər müqavilənin şərtlərini qəbul edərək imzalamışlar. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nin direktoru Məftun Xəlilova 27 fevral 2024-cü il tarixdə ünvanlandığı ərizədən görünür ki, 11 avqust 2023-cü il tarixdə 004371 nömrəli alqı-satqı əsasında şirkətdən aldığı aparat yararsılz vəziyyətdədir və işləmir. Təyinatı üzrə istifadəsi mümkünsüzdür. 12 avqust 2025-ci il tarixədək zəmanət verilməsinə baxmayaraq lazer cihazının təmir bərpası ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq avadanlıq işlək vəziyyətdə olmadığı üçün geri götürərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan «Mesa Service» tərəfindən verilmiş servis çekindən görünür ki, İddiaçı 24 dekabr 2023-cü il tarixli müraciəti əsasında 26 dekabr 2023-cü il tarixdə «Lazerconn Epiray» markalı cihaza baxış keçirilmiş, cihazın işləməsində və tükü yandırmasında heç bir problem yoxdur. Cihaz tam işlək vəziyyətdədir. İddiaçı imza edərək çekdə yazılanları oxuduğunu və razı olduğunu göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina barədə xx.xx.2024-cü il tarixli ekspertin məlumatında göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş suallar məhkəməəmtəəşünaslıq (iqtisad) ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. Buna görə də ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan BOKT-ı "xxxx" QSC və "xxxx" MMC-i arasında bağlanılmış və tərəflərin imzaladığı «Faizsiz kredit» kampaniyasının keçirilməsi barədə 16 may 2022-ci il tarixli № xx/xx-2022 nömrəli razılaşmadan görünür ki, hər iki 17 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarix də daxil olmaqla müştəriyə münasibətdə 0% dərəcəsi müəyyən edilməklə «Faizsiz kredit» kampaniyası həyata keçirmişdir. BOKT "xxxx" QSC-i və "xxxx" MMC-i arasında 03 may 2023-cü il tarixli «Əməkdaşlıq Haqqında» müqavilənin predmetindən bəhs edən 1-ci bəndində qeyd edilmişdir ki, satıcı bir və ya bir-neçə avadanlığı kreditlər əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir və kreditor həmin müştərinin kredit ödəmə qabiliyyətini qiymətləndirərək təsdiq etdikdən sonra bu müqavilədə və qanunverciliklə nəzərdə tutulmuş müvafiq kredit qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür. Həmin müavilənin təfələrin vəzifə və öhdəliklərindən bəhs edən 2.1.6-cı bəndində qeyd edilmişdir ki, satıcı avadanlıqların satışı zamanı kreditorla borclana arasında bağlanmış kredit müqaviləsi üzrə hər ay sonuna 60 manat gündən gecikməsi olan müştərilərin borcunu tam olaraq öz üzərinə götürür. Həmin müqavilənin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, kreditor tərəfindən verilmiş kredit təyinatı üzrə istifadə edilmədiyi hallarda və avadnalıqda yaranmış qüsura görə müştəri dönişdən imtina edərsə kreditorun hüququ vardır ki, borc məbləğlərini ödənilməmiş belə borcların (əsas, faiz, cərimə) yarandığı tarixdən sonra kreditlə avadanlıqların satışına görə satıcıya ödəyəcəyi məbləğlərdən tutsun. Bu bəndin şərtləri o halda tətbiq oluna bilər ki, kreditorun satıcının etdiyi pozuntuları təsdiq edən bəlli məlumatları olsun. Zəruri hallarda satıcı pozunutunun olmadığını əsaslandırna texniki rəyi kreditora təqdim etməlidir. Həmin rəy kreditor üçün kifayət olmalıdır. Müqavilənin şərtləri tərəflər arasında razılaşdırılaraq imzalanmışdır. İş materiallarında olan malların (işlərin, xidmətlərin), uyğunluğunun qiymətləndirilməsi barədə "xxxx" MMC-in malların, işlərin, xidmətlərin və təhlükə potensialı obyektlərindən istehsal və istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması orqanı tərəfindən verilmiş uyğunluq sertifikatından görünür ki, «Laserconn» markalı lazer epillyasiya cihazına 22 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək sertifikat verilmişdir İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli, N MA-0039081-24 nömrəli maliyyə Arayışından görünür ki, BOKT "xxxx" QSC-ı ilə İddiaçı arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 574-MEA-0904-23 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.522.03 manat əsas borc, 6.400 manat faiz və 1.122,03 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7522.03 manat kredit borcu 03 may 2021-ci il tarixli əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq 06 noyabr 2024-cü il tarixdə Cavabdeh MMC-i tərəfindən "xxxx" QSC-nə ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC məhkəmədə iddia qaldırmaq üçün «100» manat dövlət rüsumu və 0.80 komissiya haqqı ödəmişdir.

9. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Qax Rayon məhkəməsinin e-2(024)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilk iddia tələbi üzrə İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın qaytarılması tələbinə dair ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı«borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Cavabdehndən «Laserconn Dual» adlı lazer cihaz satın almışdır. Həmin cihaz üçün cavabdeh tərəf 12 avqust 2023-cü il tarixdən 12 avqust 2025-ci il tarixə qədər olmaqla zəmanət talonu vermişdir. Avadanlıqda baş vermiş qüsurlar üçün «Mesa Service» servis xidməti göstərməyi öhdəsinə götürmüşdür. Həmin avadanlıq istismara yararsız olması səbəbindən «Mesa Service» müraciət edilmişdir. İlkin olaraq cavabdehin servis xidməti 24 dekabr 2023-cü il tarixdə avadanlığı servisə qəbul edərək qüsurları aradan qaldırdıqlarını bildirərək 26 dekabr 2023-cü il tarixdə avadanlığı geri qaytarmışdır. Lakin təkrar yoxlama zamanı qüsurların aradan qalxmadığı müəyyənləşmişdir. Beləliklə istehlakçı olan İddiaçı qanunla qorunan hüquqları pozulmuşdur. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müqavilə şərtlərinə əsasən malın dəyərini satıcı Cavabdehnə ödənilmişdir. AR Mülki Məcəlləsinin tələblərinə əsasən satıcı Cavabdeh alıcı İddiaçı keyfiyyətli mal verməyə borclu olmuşdur. Lakin iş materiallarından göründüyü kimi satın alınmış «Laserconn Dual» adlı lazer cihazı istismara yararsız olmuşdur. İşdə olan sənədlərdən göründüyü kimi, satın alınmış “Laserconn Dual” adlı lazer cihazı üçün Qarantiya yəni Zəmanət talonu da verilmişdir. AR Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. «İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununtələblərinə əsasən satıcı zəmanət müddəti ərzində qüsurları aradan qaldırmalı, yeni malla əvəz etməli və ya alıcının tələbi ilə müqaviləni ləğv edərək çəkdiyi zərərə ödəməlidir. Cavabdeh “Mesa Group» Məhdud Məsuliyyətli Cəmiyyətiverdiyi qarşılıqlı iddia tələbində satdığı “Laserconn Dual» adlı lazer cihazının servisə aparıldığını və baxış edildiyini göstərməklə dolayı yolla “Laserconn Dual» adlı lazer cihazda qüsur olmasını qəbul etmişdir. Bundan başqa cavab deh “Mesa Group» Məhdud Məsuliyyətli Cəmiyyəti bildirmişdir ki, zəmanət müddəti ərzində ödənişlərdə gecikmə olduğu üçün satılmış mal zəmanətdən çıxarılmışdır. Lakin qanunda belə bir norma yoxdur. Ödənişin gecişməsi heç bir əsas olmadan zəmanətdən çıxarılma üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iş üzrə satın alınmış Laserconn Dual” adlı lazer cihazı istehsalçı qüsurlarının mövcud olub-olmamasını, keyfiyyət sertfikatında əks olunan standartlara uyğun olubolmamasını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq (iqtisad) ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina barədə 02 oktyabr 2024-cü il tarixli məlumat göndərilmişdir. Bu məlumatla razılşamır. Belə ki, ölkəmizə idxal olunan bütün tibbi və digər avadanlıqlar yoxlamadan keçirilir və müvafiq olaraq setfikatlaşdırılır. Bu cihazların qüsurlu olması insanların sağlamlığının itirilməsi ilə nəticələnə bilər. Məhz buna görə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün müvafiq ekspertiza təyin edilməli və müvafiq rəy əldə edilməklə qərar verilməlidir. Ölkəmizdə kifayət qədər özəl və dövlət tibb müəssisləri mövcuddur. Bu müəssilərdə olan avadanlıqlara servis xidmətlərinin, texniki xidmətlərin göstərilməsi üçün kifayət qədər müəssisələr və onların tərkibində təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Buna görə də satın alınmış cihazın keyfiyyət sertfikatı, istehsalçının zəmanəti və s. araşdırılmalıdır.

11. Ona görə də, Qax Rayon məhkəməsinin e-2(024)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilk iddia tələbi üzrə İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmişpul vəsaitinin və vurulmuşziyanın qaytarılması tələbinə dair ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı«borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Qax Rayon məhkəməsinin e-2(024)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilk iddia tələbi üzrə İddiaçı Cavabdehnə qarşı zəmanət qaydasında aldığı «Laserconn Dual» cihazın geri qaytarılması, ödənilmişpul vəsaitinin və vurulmuşziyanın qaytarılması tələbinə dair ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı«borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-cü maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cü maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7-cü maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8-cü maddəsinə əsasən borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3-cü maddəsinə əsasən əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Həmin Məcəllənin 466.3-cü maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı «Laserconn Dual» markalı cihazın texniki cəhətdən nasaz olması, həmin nasazlığın istehsalçının və yaxud satıcının səhvi ucbatından baş verməsi, cihazın iş keyfiyyətinin aşağı səviyyədə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli servis aktı ilə müəyyən edilmişdir ki, cihazda hər hansı bir qüsur aşkarlanmamış, cihazın işlək vəziyyətdədir, tükləri yandırır və İddiaçı özü şəxsən aktı oxuduğunu bildirmiş, cihazda hər hansı qüsur olmadığını təsdiq etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı ilkin iddianın predmeti olan mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin mübahisənin tam və hərtərəfli həlli məqsədi ilə Qax Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(024)341/2024 saylı qərardadı ilə də iş üzrə məhkəmə iqtisad ekspertizası təyin edilmiş, cihazın qüsurlu olub-olmaması və iş keyfiyyəti barədə ekspert qarşısında suallar qoyulmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina barədə 02 oktyabr 2024-cü il tarixli məlumatda göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş suallar məhkəmə-əmtəəşünaslıq (iqtisad) ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. Buna görə də ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə ilkin iddiaçı məhkəməyə sözügedən lazer cihazının texniki cəhətdən qüsurlu olması və nasazlığın cavabdehlə və istehsalçı ilə əlaqəli olub-olmaması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. İlk iddia tələbinin «ilkin müqavilə qaydasında ödənilmiş 16.000 manat və kredit olaraq alınaraq cavabdehə ödənilmiş 13.000 manat, cəmi 29.000 manat əsas məbləğ və 24 iyul 2023-cü il tarixdə tərəfindən cavabdehə ödənilmiş 16.000 manat üçün ədən çıxmış fayda, zərər üçün illik beş faiz hesabı ilə 800 manat, 08 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə verdiyi 13.000 manata görə illik beş faiz hesabı ilə 650 manat olmaqla, cəmi 30.450 manatın cavabdehdən alınaraq özünə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsinə dair hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin tələblər birinci tələbdən, yəni «iki illik zəmanət əsasında təqdim olunmuş «Laserconn Dual» adlı lazer cihazını satan tərəfin öz servis xidmətləri tərəfindən qüsurlar aradan qaldırılmadığı üçün lazer cihazının cavabdehə qaytarılması tələbindən törəmə tələb olduğuna və birinci tələb sübuta yetirilmədiyinə görə həmin hissələrdə də ilk iddia rədd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tam olaraq sübuta yetirilməmişdir. İddiaçı tərəfindən kifayət qədər məhkəməyə sübut təqdim olunmamışdır. Təqdim olunmuş sübutlar isə işə baxıb iddianı təmin etmək üçün kifayət etmir. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı tərəfindən "xxxx" QSC-nə olan 6.400 manat kredit borcu ödənilmədiyi üçün "xxxx" MMC-i tərəfindən ödənilmiş 1.122.03 manat cəriməyə görə ödənilmiş pulun əvəzinin tələbi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-i "xxxx" QSC-nə cərimənin ödənilməsi iş materiallarına əlavə olunmuş Maliyyə Arayışı ilə öz təsdiqini tapmışdır. İddiaçı kredit təşkilatına kredit ödənişini həyata keçirmədiyi üçün gecikməsi yaranmış, bu səbəbdən kredit təşkilatı ona faiz hesablamışdır. Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Burada öhdəliyin tamamilə icra edilməməsi yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlara yol verilməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi aiddir. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" QSC-i ilə "xxxx" MMC-in müqavilənin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, kreditor tərəfindən verilmiş kredit təyinatı üzrə istifadə edilmədiyi hallarda və avadanlıqda yaranmış qüsura görə müştəri ödənişdən imtina edərsə kreditorun borc məbləğlərini ödənilməmiş belə borcların (əsas, faiz, cərimə) yarandığı tarixdən sonra kreditlə avadanlıqların satışına görə satıcıya ödəyəcəyi məbləğlərdən tutulması barədə hüquqlarının olması, bu bəndin şərtlərinin kreditorun satıcının etdiyi pozuntuları təsdiq edən bəlli məlumatları olması halında tətbiq oluna biləcəyi qeyd olunmuşdur. Qeyd olunan müqavilədən bəlli olur ki, "xxxx" MMC-i kredit borclu tərəfindən ödənişinin gecikdirildiyi halda cərimə faizlərinin hesablanacağı barədə əvvəlcədən məlumatlı olmuşdur. Ona görə də, "xxxx" MMC-i kredit təşkilatına ödədiyi cərimə faizini İddiaçı tələb etməkdə haqlı olmuşdur. Lakin cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-i həmin hansı məbləğdə zərər çəkməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və həmin məbləği tam şəkildə İddiaçı tələb etməsi əsassızdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

27. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı rədd qarşılıqlı iddianı isə qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(024)-25/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar