Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-589/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi, iddiacılar İddiaçı2 Suğay oğlu və İddiaçı1, Cavabdeh1 iştirakı ilə İddiacılar İddiaçı2 Suğay oğlunun və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1591/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Surxay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiacılar İddiaçı2 Suğay oğlu və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara vurduğu maddi ziyana görə 10500 manat və mənəvi ziyana görə 7000 manat pulun onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1591/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddiaçılar İddiaçı2 Suğay oğlunun və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara vurduğu maddi ziyana görə 10500 manat və mənəvi ziyana görə 7000 manat pulun onların xeyrinə ödənilməsi tələblərinə dair iddialarının təmin edilməməsi, iddiaçılar İddiaçı2 Suğay oğlunun və İddiaçı1 iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsum məbləği onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 Surxay oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.04 2019-cu il tarixdə İddiaçı1, Cavabdeh2 ilə rəsmi nigaha girmişdir. Ailə qurandan 2 ay sonra cavabdeh olan Cavabdeh1 heç bir əsas olmadan qızı olan cavabdeh Məlahəti aparmaq üçün gələndə onlar bildirmişlər ki, toy etmişlər 10000 (on min) manatdan yuxarı maddi ziyana düşüb xərc çəkmişlər. Lakin cavabdehlər bildirmişlər ki, hədiyyə qızılları istəmirlər, satıb borclarının yarısını ödəsinlər. Hətta bu barədə dillərindən rəsmi iltizamda yazıb və imza etmişlər( qızıl-zinət əşyalarından imtina etdilər) və Cavabdeh2 bətnində olan övladlarını özbaşına hamiləliyi Şəki rayon X2 evində ləğv etmişdir. hətta onları kənd sakinləri arasında nüfuzdan salaraq mənəvi haqlarını tapdalamışdır. əlavə olaraq xx.xx.2019-cu il tarixdə Şəki rayon məhkəməsinin qətnaməsi ilə nigahları pozulmuş, onlar toy edən vaxt xeyli borcları qalmışdır. Həmin qızılların bir qismini satıb borclarından vermişlər. Sonradan cavabdehlər əsassız olaraq onlara qarşı Şəki rayon məhkəməsində qızıl-zinət əşyaları barədə iddia qaldırmışlar və məhkəmə iclasmda öz imzaları ilə imzalanmış yazıdan imtina etmişlər. Onlar ziyanlarına qətnamə qəbul olunmuşdur. Beləliklə də, aralarından böyük qalma-qal olmuşdur və onlara dəyən maddi ziyanı tələb etsələrdə də cavabdehlər onlara məhəl qoymamışlar və onlar Şəki Şəhər “FÜRUZƏ” Şadlıq sarayında edilən toyda düşdükləri ziyanı müəyyənləşdirmək üçün Ekspert rəyi almışlar və orada sadalanan yeyinti məhsulları və başqa çəkilən xərcləri bu günkü bazar qiyməti ilə dəyərləndirib rəyi əlavə etmişlər. Onlar toy edən vaxt 10500 manat borcu qalmışdır. Həmin onlara dəyən ziyanı cavabdehlərdən tələb etmək üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Şəki rayon məhkəməsi əsassız olaraq qətnamə qəbul etmişdir. Hakim qətnamə qəbul edərkən onların təqdim etdiyi sənədləri düzgün qiymətləndirməmişdir. Cavabdeh onların yaşadığı ünvandan gedərkən ,onun atası və hal-hazırda qanuni nümayəndəsi X3 iştirakı ilə getmişdir. Onlar toy edərkən 10000 (on min) manat borcu olmuşdur. Onlar hal-hazırki iş üzrə cavabdehlərlə bildirmişlər ki, Cavabdeh2 ucbatından bu qədər ziyana düşmüşlər. İddiaçılar belə qərara gəlmişlər ki, həmin borcun ödənilməsində, onların toy hədiyyəsi aldıqları qızıl-zinət əşyalarını sataraq borcun bir hissəsini verərlər və beləliklə onlar yazılı şəkildə iltizam verdilər ki, onlara heç bir hədiyyə lazım deyil indi və gələcəkdə, onlar tam razlaşdıqdan sonra qızıl-zinət əşyalarını satıb toydan qalmış 10000 manat borcun bir hissəsini ödəmişlər. Sonradan onlar yazdıqları sübutu adi hal bilib ,Şəki rayon məhkəməsinə iddia qaldırmış, hakim sübutları qiymətləndirməyərək onların əsassız iddiasını təmin etmişdir. Bununlada haqsız qətnamə qəbul edilmişdir. Maddi və Prossesula hüquq normaları pozulduğu üçün apellyasiya şikayət versələr də şikayət təmin edilməmişdir. Kassasiya şikayəti versələr də Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Cavabdehlərin səhvi ucbatından onlar hər iki tərəfdən maddi və mənəvi ziyana düşmüşlər. Şəki Rayon Məhkəməsinə təqdim etdikləri ekspert rəyi qətnamədə qeyd edilməmişdir. Cavabdehlərin səhvi ucbatından onlar xeyli maddi və mənəvi ziyana düşmüşlər. Onlar toy edərkən 10000 manatdan yuxarı maddi ziyana düşmüşlər, əlavə olaraq onu ruhi xəstə adlandırmışlar. Hakim işi araşdırıb qiymət verərkən onların sübutları tam və hərtərəfli araşdırmamışdır. Bu səbəbdən də onlar apellyasiya şikayəti verməyi məqsədəuyğun hesab edirlər. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-1591/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiacı İddiaçı2 Suğay oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəf onun keçmiş qudasıdır. Cavabdeh tərəfin hərəkəti nəticəsində onlara xeyli məbləğdə maddi ziyan dəymişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əksinə iddiaçı tərəf onun qızını bədbəxt edib. Şikayəti qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1591/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2 (075)-1650/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 138 nömrəli nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (075)-2059/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 dəyəri 1200 (min iki yüz) manat olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı, 15 qramlıq qızıl komplekt - sep, bilərzik, dəyəri 700 (yeddi yüz) manat olan Rusiya istehsalı 750 əyarlı 6 qramlıq brilyant qaşlı nişan üzüyü, dəyəri 280 (iki yuz səksən) manat olan Rusiya istehsalı 4 qramlıq 583 əyarı nazik uzük, dəyəri 700 (yeddi yüz) manat olan Rusiya istehsalı 583 əyarlı 12 qramlıq sırğa-üzük dəsti, dəyəri 250 (iki yüz əlli) manat olan Rusiya istehsalı 3 qramlıq 583 əyarlı nazik sep, dəyəri 350 (üç yüz əlli) manat olan kosmetika səbəti, dəyəri 60 (altmış) manat olan toy ayaqqabısı, dəyəri 80 (səksən) manat olan nişan donu, dəyəri 35 (otuz beş) manat olan pirjama dəsti, dəyəri 10 (on) manat olan 2 ədəd duş geli və dəyəri 200 (iki yüz) manat olan ”Samsung Galaxy J2” markalı mobil telefonun, həmin əşyalar olmadıqda isə onların dəyəri olan pul məbləği, 30 manat dövlət rüsumu və müstəqil qiymətləndiriciyə ödənilmiş 55 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (107)- 507/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2059/2019 nömrəli qətnaməsi-“dəyəri 1200 (min iki yüz) manat olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı, 15 qramlıq qızıl komplekt - sep, bilərzik, dəyəri 700 (yeddi yüz) manat olan Rusiya istehsalı 750 əyarlı 6 qramlıq brilyant qaşlı nişan üzüyü, dəyəri 280 (iki yuz səksən) manat olan Rusiya istehsalı 4 qramlıq 583 əyarı nazik uzük, dəyəri 700 (yeddi yüz) manat olan Rusiya istehsalı 583 əyarlı 12 qramlıq sırğa-üzük dəsti, dəyəri 250 (iki yüz əlli) manat olan Rusiya istehsalı 3 qramlıq 583 əyarlı nazik sepin” qiymətləri hissəsində dəyişdirilmiş, 01 ədəd Rusiya istehsalı 583 əyarlı, 15 qramlıq qızıl komplekt - sep, bilərzik-900 manat, Rusiya istehsalı 750 əyarlı 6 qramlıq brilyant qaşlı nişan üzük-480 manat, Rusiya istehsalı 4 qramlıq 583 əyarı nazik uzük-240 manat, Rusiya istehsalı 583 əyarlı 12 qramlıq sırğa-üzük dəsti-720 manat, Rusiya istehsalı 3 qramlıq 583 əyarlı nazik sep-180 manat (ümumilikdə qızıl-zinətin dəyəri 2520 manat) dəyərində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Surxay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1591/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-589/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-589/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver