Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-591/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala Rayon İcra və Probasiya Şöbəsi və “X1 Mərkəzi” MMC əmlakın hərraca çıxarılması ilə bağlı cavabdehlərin hərəkətlərinin, ona və üçüncü şəxsə məxsus əmlakın hərraca çıxarılmasının qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizəsi təmin edilməməsi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1416/2019 nömrəli qərdadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın harraca çıxarılması ilə bağlı cavabdehlərin hərəkətlərinin, ona və üçüncü şəxsə məxsus əmlakın hərraca çıxarılmasının qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmini barədə ərizə ilə müraciət edərək “X1 Mərkəzi” MMC-i tərəfindən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 70180/3, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında keçirilən hərracın dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1416/2019 nömrəli qərardadı ilə (hakim Elbrus Məmmədov) İddiaçı cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsi və “X1 Mərkəzi” MMC-nə qarşı əmlakın harraca çıxarılması ilə bağlı cavabdehlərin hərəkətlərinin, ona və üçüncü şəxsə məxsus əmlakın hərraca çıxarılmasının qanunsuz hesab edilməsinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, onun tərəfindən yalnız 7,40 ha bağ sahəsi girov qoyulmuşdur. Girov qoyulmuş əmlak üzərində ipoteka müqaviləsinin iştirakçısı olmayan üçüncü şəxsə məxsus əmlaklar vardır ki, icra məmuru bunları nəzərə almayaraq torpaq sahəsini hərraca çıxarmışdır. Əmlak hərraca çıxarılarkən müvafiq qiymətləndirmə aparılmamış, tələbkara edilən ödənişlər icra məmuru tərəfindən nəzərə alınmamışdır. Onun və üçüncü şəxsin hüquqları icra məmurunun hərəkəti nəticəsində pozulmuşdur. Odur ki, həmin hərəkətlər mahiyyəti üzrə baxılanadək dayandırılmalıdır. Məhz bu səbəbli qərardadın ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1416/2019 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1416/2019 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin və “X1 Mərkəzi” MMC-nin nümayəndələri və İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1416/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə icra sənədini vermiş məhkəmə tərəfindən icra məmurunun təqdimatı əsasında baxılır. İddiaçı ərizəsində işin bu halını göstərdiyi halda mübahisələndirilən hərracla bağlı hərəkətlərin dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfin hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi tələbi üzrə iş məhkəmənin icraatına qəbul edildiyi andan artıq həmin hərəkətlər mübahisələndirildiyindən özlüyündə hərracın keçirilməsi ilə bağlı hərəkətlərin davam etdirilməsi mümkün deyildir. Hazırki vəziyyətdə isə məhkəmə hesab edir ki, iddianın təmininə dair ərizəyə baxılması səlahiyyət və prosessual baxımdan mümkün olmadığından ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(033)-1416/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1416/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-591/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-591/2020
10.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver