Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-604/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair ( yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, e-2(075)-96/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları 1.Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə 8554,94 ABŞ dolları məbləğində əsas kredit borcu və 3055,77 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11610,71 ABŞ dolları məbləğində borcun X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə verilməsi, X7, X5, Cavabdeh və X9 tutulacaq məbləğin öhdəliyin təminatı kimi iptekaya qoyulmuş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 07R000009137 saylı kredit razılaşması üzrə X7, X5, Cavabdeh və X9 alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməli olan qalan borcun ümumi qаydаdа icra edilməsi, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X7, X8 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iddiаçı "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 12 manatının özünə aid edilməsi, 18 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 21 manat olmaqla, cəmi 31 manatın 12 manatının özünə aid edilməsi, 19 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 150 manatın 60 manatının "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətindən və 90 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZ41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. 2.“X11” MMC-nin 10 avqust 2018-ci il tarixli, 105 saylı “Hərracın yekunları barədə Protokolu”ndan və “Hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilədən görünür ki, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi 15937.50 manata "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə satılmışdır. 3.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinin adına qeydə alınmışdır. 4."xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıcı "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən alıcı İddiaçı satılmışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, bu müqavilənin təsdiq edildiyi tarixdə əmlakda qeydiyyatda heç kim yoxdur. 5.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. 6.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02 avqust 2021ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: X7, Cavabdeh və X8. 7.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 17 noyabr 2021-ci il tarixli, 018-18359-1221 nömrəli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh 08 dekabr 1980-ci il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Elektron qaydada göndərilərək iş materiallarına əlavə edilmiş: 8.Cavabdeh tərəfindən verilmiş 30 avqust 2013-cü il tarixli notarial ərizədən görünür ki, Cavabdeh mərhum atasından qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünə düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməcəyini bildirmişdir. 9.DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh məxsus Şəki şəhəri, 96-cı kvartalda yerləşən 0.96 ha torpaq sahəsi və Şəki şəhəri, M.F.Axundov prospekti 35 ünvanında yerləşən fərdi yaşayış evi digər şəxslərə satılmışdır. 10.X7 tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli notarial ərizədən görünür ki, sonuncu bir ay ərzində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 11.Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11 avqust 2021-ci il tarixdə vəfat etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 71/2018 saylı, 09.02.2018-ci il tarixli qətnaməsinə əsasən X2 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra - əmlak) hərrac vasitəsilə satışa çıxarılmışdır. “X11” MMC-nin hərracın yekunları barədə 10.08.2018-ci il tarixli, 105 nömrəli protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ "xxxx" QSCyə keçmiş və bu hüquq 14.09.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Daha sonra əmlak 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC tərəfindən İddiaçı satılmış və bu hüquq 24.05.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 09.02.2018-ci il tarixli qətnaməsində həmçinin, X2, X3 və X1 əmlakdan çıxardılaraq əmlakın boşaldılması müəyyən edilmişdir. Əmlak "xxxx" QSC-nin mülkiyyətinə keçərkən orada yalnız adları qeyd olunan üç fiziki şəxsin yaşadığı və X2, X3 qeydiyyatda olduğu bilinirdi. Lakin əmlak İddiaçı tərəfindən alındıqdan sonra əmlakda daha bir fiziki şəxsin, Cavabdeh da qeydiyyatda olduğu və yaşadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, ******* nömrəli arayışda arayışın verildiyi tarixdə əmlakda üç fiziki şəxsin - X2, X3 və Cavabdeh qeydiyyatda olduğu bildirilir. Lakin Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndində bu müqavilənin təsdiq edildiyi tarixdə əmlakda qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən faktlar "xxxx" QSC-nin 08.09.2021-ci il tarixli, 21093 nömrəli məktubunda da qeyd edilmişdir. Məktubdan o da aydın olur ki, "xxxx" QSC tərəfindən əmlakdan istidafəyə, eləcə də qeydiyyata düşməyə dair hər hansı şəxsə razılıq, icazə verilməmişdir. Hazırda əmlakdan onun mülkiyyətçisinin iradəsinə zidd istifadə edən yeganə şəxs Cavabdehdur. Əmlakdan istifadəyə son verilkməsi və əmlakı boşaltması ilə bağlı mülkiyyətçi İddiaçı tərəfindən dəfələrlə Cavabdeh bildirilmişdir. Cavabdeh əmlakın mülkiyyətçisinin tələbinə heç bir hüquqi əsas olmadan etiraz edərək, əmlakdan istifadəni davam etdirir
14. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 21 yanvar 2022-ci il tarixli, e- 2(075)-96/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi, 10 manat dövlət rüsumu xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. 15.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı həmin əmlakın mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh İddiaçı məxsus əmlakı könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan əmlak 07 may 2021ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun qalması müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh əmlakda onun da payının olması ilə bağlı fikirlərinə münasibətdə qeyd etdi ki, cavabdeh 30 avqust 2013-cü il tarixdə notarial qaydada ərizə verərək mərhum atasından qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünə düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməcəyini bildirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, cavabdeh əmlakdan çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılmalı və İddiaçı təhvil verilməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü və 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
17.Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsində MM-nin 152.1, 152.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun59.3-cü və 59.3.1-ci maddələrinə istinad etmiş və belə bir nəticəyə gəlmişdir ki, cavabdeh S üleymanov Zərdaş Əyyub oğlunun əmlakda onun da payının olması ilə bağlı fikirlərinə münasibətdə qeyd etdi ki, cavabdeh 30 avqust 2013-cü il tarixdə notarial qaydada ərizə verərək mərhum atasından qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünədüşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməcəyini bildirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, S üleymanov Zərdaş Əyyub oğlunun ünvan 5 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, cavabdeh əmlakdan çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılmalı və İddiaçıSədulla oğluna təhvil verilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və59.3.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tətbiq edilə bilməsini iki şərtlə şərtləndirmişdir. Belə ki, “İpoteka haqqında” AzərbaycanRespublikası Qanununun 59.3-cü maddəsində qeyd edilmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsiniən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Lakin nədənsə birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-cimaddəsinin tələbini nəzərə almamışdır. Belə ki, işin faktiki hallarından dagörünür ki, Cavabdeh yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasından xəbəri olmamış, ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməmişdir. Belə olan halda Şəki şəhəri, Ə.Haqverdiyev küçəsiev 82 ünvanında yerləşən fərdi yaşayış evi ipotekada satılsa da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və 59.3.2-ci maddələrinə istinad edilərək istifadə hüququ mövcud olan fərdi yaşayış evindən çıxarılması qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(075)-96/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, evin Banka girov qoyulmasından, sonradan satılmasından xəbəri olmayıb. Sözügedən ev atasının mülkiyyəti olub. Bir vərəsə kimi onun da həmin evdə payı var. O, heç vaxt payından imtina etməmişdir. Bundan əlavə onun adına heç vaxt əmlak olmayıb. Bütün bunlar qardaşının işləridir. O, daim mübahisəsi gedən evdə yaşamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
21. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 da apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar daim mübahisəli evdə yaşamışlar. Ev əvvəllər qayınatasına məxsus olub. Əri Zərdaş öz payından heç vaxt imtina etməyib. Onların Şəki şəhərində digər ünvanda evi olmayıb. Bütün bunları qaynı Bahəddin edib. Oğlu əsgərləyi də həmin evdən gedib. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də təmin olunmasını xahiş edir.
22. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, sözügedən yaşayış evi Banka ipoteka qoyulmuş, lakin Bankın pulu ödənilmədiyindən onun mülkiyyətinə keçmiş, sonradan Bank da notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirməklə hazırki iddiaçıya satmışdır. Cavabdeh bütün bu proseslərdən xəbərdar olub. Əlavə olaraq bildirir ki, cavabdehin adına ünvan 9 ünvanda yaşayıb. Bunu cavabdehin qardaşı Bahəddin də etiraf edib. Hesab edir ki, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququnu pozur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
25.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. .
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, e-2(075)-96/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, e-2(075)-96/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
29. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X7 "xxxx" QSC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır.
30. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar "xxxx" QSC-yə təklif edilmişdir. "xxxx" QSC də alıcı qismində iştirak etmiş və “X11” MMC tərəfindən 10 avqust 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 105 nömrəli yekun protokola əsasən mübahisəli fərdi yaşayış evi 15937.50 manata "xxxx" QSC-yə satılmışdır. 31."xxxx" QSC mülkiyyətçi kimi çıxarış əldə etdikdən sonra mübahisəli əmlakı 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə digər şəxsə, yəni iş üzrə İddiaçı satmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı adınadır. Bununla bağlı İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
32. İş üzrə cavabdeh mübahisə predmeti olan, ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edildi ki, mübahisəli yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh əvvəlki mülkiyyətçinin qardaşı olmaqla, hazırki mülkiyyətçi ilə (iddiaçı ilə) heç bir qohumluq, yaxınlıq münasibəti yoxdur. Bundan əlavə işin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh uzun müddət ailəsi ilə birlikdə ünvan 10 ünvanda mülkiyyətində olan evdə yaşamış, lakin sonradan həmin evi satmışdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımından qeyd etməyi zəruri hesab edir ki, şəxsin daimi əsaslarla yaşadığı evi tərk etməsinin müəyyənləşdirilməsi zamanı qiymətləndirmə meyarı kimi əsasən həmin şəxsin yaşadığı evi hansı əsaslarla tərk etməsi, tərk edən zaman iradə ifadəsinin nədən ibarət olması, habelə tərk etdikdən sonra evə dair davranışlarının nədən ibarət olmasına diqqət yetirilməlidir.
35. Kollegiya qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. 37.Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. 38.Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: -yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. 39.Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. 40.Kollegiya qeyd edir ki, bu xarakterli mübahisələrə baxılarkən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 41.Kollegiyanın qənaətinə görə cavabdeh üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. 42.Kollegiya qeyd edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurətinin aradan qalxmasının mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və ya digər mənzil sakinlərinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol verir ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. 43.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, e-2(075)-96/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən Ayaz Mahmudov