Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-606/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-750/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 və Ələsgərov X6 şəhər məhkəməsinə müraciət edərək Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilinə onların köçürülməsini, mənzilin çöl qapısının açarlarının onlara verilməsi, Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı məınzilin iddiaçıların hər birinin 1/8 hissədə, 6/8 hissədə cavabdehin miras payı müəyyənləşdirilmişdir. İddiaçıların mülkiyyət hüquqları qeydə aldırıb çıxarış almışlar. İddiaçılar mənzildə olan paylarının əvəzinin ödənilməsi üçün könüllü razılığa gəlmək isəsələrdə razılşa bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Nə qədər ki, Cavabdeh yaşadığı Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilin 2/8 hissəsi onlara məxsusdur, iddiaçılar həmin mənzil paylarından istifadə etmək istəyirlər. Həmin mənzilə köçürülmələri və mənzilin çöl qapısının açarlarının onlara verilməsi hüququ vardır. Ona görə də ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsasladırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil paylı mülkiyyətdə olmaqla, 1/8 hissədə İddiaçı2, 1/8 hissədə İddiaçı1 və 6/8 hissədə isə Cavabdeh mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 75,20 kv.m olmaqla, 3(üç) otaqdan ibarətdir. Mənzilə dair mülkiyyət hüquqlarının müvafiq vərəsəlik qaydasında təsdiqindən sonra, göstərilən paylara dair mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Haqqında danışılan mənzil ilk əvvəl Raisənin mərhum həyat yoldaşı X1 miras əmlak olaraq qalmışdır. Onun dünyasını dəyişdiyi, yəni xx.xx.2017-ci il tarixə kimi cavabdehlərlə bağlı heç bir əlaqələri olmamış mənzildə ümumiyyətlə heç vaxt olmamışlar və həmin şəxslər mərhum yoldaşının birinci ailəsindən dünyaya gəlmiş övladlarıdır. Cavabdehlər AR-da da yaşanmırlar, onların daimi yaşayış yeri həmişədən olduğu kimi Rusiya Federasiyasıdır. Mülkiyyət hüquqlarının əldə olunmasından dərhal sonra, ilkin iddia üzrə iddiaçılar Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, haqqında danışılan mənzilə köçürülmələri, qapısının açarlarının onlara verilməsi və mənzilin naturada bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. İlkin iddia tələbi ilə iddiaçıların mübahisəli mənzilə köçürülmələri absurddur, ona görə ki, onların ARnın vətəndaşları olması belə müəyyən olunmalı və yalnız bundan sonra qeyd edilən mübahisə üzrə məhkəmə araşdırması aparılmalıdır. Çünki qarşıqlılı iddia üzrə cavabdehlərin vətəndaşlığı Rusiya Federasiyası olarsa bu onu bildirir ki, onların daimi yaşayış yerləri də həmin Respublikayadır. İkinci bir tərəfdən, bu günə qədər heç bir zaman həmin mənzildə olmayan, mənzilin şəraiti ilə maraqlanmayan şəxslərin mənzilə köçürülmələrinin hüquqi əsasları da yoxdur. Eləcə də, mənzilin ümumi sahəsi 75,20 kv.m olmaqla ümumilikdə 3 (üç) otaqlıdır. Həmin mənzildə Raisə, qızı X5 və onun ailəsi (həyat yoldaşı və övladı ilə) bir yerdə yaşayırlar. Bu isə onu bildirir ki, ilkin iddia üzrə iddiaçıların mənzilə köçürülmə tələbləri əsassız və həqiqəti özündə əks etdirməyən bir haldır. Ona görə də ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş. İlkin iddianın heç bir hüquqi əsası olmadığı üçün rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tаrixli, 2(051)-750/2021 saylı qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi tələbinə dair ilkin iddiasının, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzilə paylı mülkiyyət hüququ ilə məxsus olan payçıların payının dəyərinin kompensasiya ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Mingəçevir şəhərinin Müslüm Maqomayev prospekti ev 12 saylı evin, 24 saylı mənzili 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1 və 6/8 hissəsi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikintitexniki ekspertizasının 13 iyul 2021-cı il tarixli, 10/2826 saylı rəyinə əsasən Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzili 3 hissəyə yəni 1/8, 1/8 və 6/8 paylara uyğun naturada təcrid olunmuş mənzillər şəklində bölünməsi inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki X2 tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə iddiaçı X3 6/18 hissə payının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən iddiaçı X4 məxsus 6/18 hissəsi məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılmalı, həmin 0.2479 ha torpaq sahəsinin iddiaçı X3 payına düşən sahəsindən cavabdehlər X13 və X14 çıxarılmalıdırlar. Həmçinin cavabdehlər X13 və X8 10 manat dövlət rüsumu alınaraq, iddiaçı X4 və 50 manat ekspertiza xərc alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4, 220.6, 221-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamənin surətini 29 dekabr 2021-ci il tarixdə alıb tanış olmuşlar. İşin halları bundan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri, Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilin iddiaçıların hər birinin 1/8 hissədə, 6/8 hissədə cavabdehin miras payı müəyyənləşdirilmişdir. Onlar mülkiyyət hüquqlarını qeydə aldırıb Çıxarış almışlar. Onlar mənzildə olan payların əvəzinin ödənilməsi üçün könüllü razılığa gəlmək istəsələr də razılaşa gəlməmişlər. AR Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Nə qədər ki, Cavabdeh yaşadığı Mingəçevir şəhəri, Maqomayev küçəsi, 12 saylı, 24 saylı mənzilin 2/8 hissəsi onlara məxsusdur, onlar həmin mənzil paylarından istifadə etmək istəyirlər. Bu səbəbdən də hazırki iddianı qaldırmışlar. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3, 220.6, 221-ci maddələrinə istinad edərək göstərmişdir ki, iş materiallarında və tərəflərin izahatlarından müəyyən olundu ki, İddiaçı1 və İddiaçı2 Rusiya Federasiyası vətəndaşlarıdırlar və daimi olaraq Rusiya Federasiyasında yaşayırlar. Hal-hazırda da Rusiya Federasiyasında yaşamaqdadırlar. Belə olan halda məhkəmə hesab etmişdir ki, onların mübahisəli mənzilə köçürülməsi mümkünsüzdür, mənzilin açarlarının onlara təqdim edilməsi mümkün deyildir. Digər şəxslərə (nümayəndəyə və ya vəkilə) mənzilin açarının verilməsi digər mülkiyyətçinin mənzil hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 750/2021 saylı qətnaməsinin mənzilə köçürülmə, mənzilin çöl qapısının açarlarının verilməsi hissəsində ləğv edilib, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin qanunun 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, mənzilə köçürülmə, mənzilin çöl qapısının açarlarının verilməsi hissəsində ləğv edilib, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni mənzilə köçürülmə, mənzilin çöl qapısının açarlarının verilməsi hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissəyə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı mübahisələndirilən hissədə düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Mingəçevir şəhərinin Müslüm Maqomayev prospekti ev 12 saylı evin, 24 saylı mənzili 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1 və 6/8 hissəsi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İddiaçılar apellyasiya şikayətinin dəlillərində bildirmişlər ki, Cavabdeh yaşadığı Mingəçevir şəhəri, Maqomayev küçəsi, 12 saylı, 24 saylı mənzilin 2/8 hissəsi onlara məxsusdur, onlar həmin mənzil paylarından istifadə etmək istəyirlər. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. “Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Birinci instransiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Rusiya Fedrasiyanın vətəndaşı olduqları və daimi olaraq Rusiya Federasiyasında yaşadıqlarını qeyd edərək, hesab etmişdir ki, onların mübahisəli mənzilə köçürülməsi və mənzilin açarlarının onlara təqdim edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hüquqi dəyərləndirməsini düzgün hesab etmir və qeyd edir ki, iş materiallarında olan çıxarışdan görünür ki, iddiaçıların mübahisəli mənzilə mükiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də onların mənzilə köçürülmə tələblərinin təmin edilməməsi, iddiaçıların konstitusyon hüquqlarının pozulmasına səbəb olur. Qeyd edilməlidir ki, paylı mülkiyyətə tabe olan əşya bir bütün olaraq tək bir mülkiyyət haqqının mövzusudur. Əşyanın hər bir zərrəsində pay sahiblərinin öz payları nisbətində mülkiyyət haqları var. Başqa sözlə, paylı mülkiyyət halında bölünən paylı mülkiyyət halında olan əşyanın özü deyil, bu əşya üzərindəki mülkiyyət haqqıdır. Əgər əşyanın özü də paylara mütənasib olaraq bölünərək bir neçə şəxsin sərəncamına təxsis edilmiş olsaydı, hər kəs özünə aid əşya üzərində haqq (hüquq) sahibi olardı və belə olan halda “paylı mülkiyyət” deyil, “tam mülkiyyət”, yəni artıq ümumi mülkiyyət halı deyil, fərdi mülkiyyət halını zəruri olaraq qəbul etmək lazım gələrdi. Halbuki, əşyanın mülkiyyətçisi onun tərkib hissələrinin mülkiyyətçisi olduğuna görə (MM 135.10;152.9) əşya nə qədər ki, bölünərək müxtəlif əşyalar şəklində müstəqil hissələrə ayrılmayıb, onda, bu vahid əşya üzərindəki mülkiyyətə olan pay da, məntiqi zərurət olararaq, bu əşyanın hər bir zərrəsinə aid olur. Başqa sözlə, paylı mülkiyyət halında “pay” sözü əşyanın müəyyən bir hissəsini deyil, əşya üzərində bir dənə olan mülkiyyət haqqının (hüququnun) bir hissəsini ifadə edir. Ona görə kollegiya hesab edir ki, iddiaçıların bu mülkiyyət haqları qorunmalıdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçıların Rusiya Federasiyasında yaşamaları, onların mülkiyyət hüquqlarını həyata keçirmələri üçün heç bir maneə törətmir. Apellyasiya şikayətinin mənzilin açarının iddiaçılara təqdim edilməsi hissəsi üzrə də kollegiya qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə də əsaslıdır. Belə ki, iş üzrə tərəflərin izahatlarından aydın olur ki, iddiaçılar Rusiya Federasiyasında yaşayırlar. Bu halı cavabdeh də təsdiq edir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, əgər iddiaçıların mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilirsə, mənzilin açarının iddiaçılara təqdim edilməsi hissəsində də təmin edilməlidir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçılar Rusiya Federasiyasında yaşadıqları və mülkiyyət hüquqlarını həyata keçirə bilməmələri bunu sübut edir ki, mənzilin açarı onlarda yoxdur. Bu hal isə iddiaçılara öz mülkiyyət hüquqlarını yerinə yetirməkdə maneə yaradır. Ona görə də iddia həmin hissədə də təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilkin iddiaya münasibətdə mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı mübahisələndirilən hissədə düzgün olmayaraq təmin etməmişdir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tаrixli, 2(051)-750/2021 saylı qətnaməsi ilkin iddiaya münasibətdə mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və ilkin iddia ərizəsi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və Ələsgərov X6 şəhəri, Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilinə köçürülməli, mənzilin çöl qapısının açarları cavabdeh tərəfindən onlara təqdim edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-750/2021 saylı, 03 dekabr 2021-ci il tаrixli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia ərizəsi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və Ələsgərov X6 şəhəri, Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilinə köçürülsünlər. Mənzilin çöl qapısının açarları cavabdeh tərəfindən onlara təqdim edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.