Məhkəmə qərarları › İş №2(107)-610/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-610/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-610/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlakın çıxarılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Şəki rayonu, Qoxmux kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun mülkiyyətində Şəki rayonu Qoxmuq kəndində fərdi yaşayış evi mövcuddur. Bu barədə ona RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun oğlu X1 Esmira Sabir qızı ilə 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Lakin aralarındakı münasibət pozulduqdan sonra Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları məhkəmə qaydasında pozulduqdan sonra oğlu X10 ilə X11 barışmışlar və X11 uşaqları ilə birlikdə 12 fevral 2021-ci il tarixdən onun mülkiyyətində olan evə gəlmişlər. Beləliklə 12 fevral 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək X11 faktiki olaraq oğlu X10 ilə birlikdə ailə münasibətlərində yaşamışlar. Lakin münasibətləri pozulduğundan 07 dekabr 2021 -ci il tarixdə X11 atası evinə getmişdir. Hazırda da X11 atasına məxsus Şəki rayonu Qoxmux kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq X11 özünün cehiz əşyalarını onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarmır. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində mövcud cehiz əşyaları ütü stolu - 1 ədəd, ütü - 1 ədəd, gül qabi (4 ədəd güllə birlikdə ) - 1 ədəd, çörək qabi (böyük) - 1 ədəd, vanna - 1 ədəd, çörək qabi (setkali) - 2 ədəd, yaşil rəngdə kapron tava və qaşiq - 2 ədəd, 3 dəst (12 ədəd olmaqla) - böyük boşqab, 2 dəst (12 ədəd olmaqla) kiçik boşqab, 30 ədəd - böyük kasa, stəkan- 12 ədəd, böyük rumka - 6 ədəd, orta rumka - 17 ədəd, kiçik rumka - 12 ədəd, qazança dəsti (uşaq üçün), balaca boşqab - 12 ədəd, servis dəsti (12 ədəd böyük boşqab, 12 ədəd orta boşqab, 12 ədəd kiçik boşqab, böyük dörə - 1 ədəd, kişik dörə - 2 ədəd), meyvə qabi (vaz) - ədəd, konfet qabi - 2 ədəd, gül qabi (xrustal) - 2 ədəd, dəm çayniki ( böyük) - 1 ədəd, dəm çayniki ( kiçik) - 1 ədəd, göyərti doğrayan - 1 ədəd, paltar yiğan səbət - 1 ədəd, çaşka dəsti ( çaşka-6 ədəd; su qabi - 1 ədəd, armudu stəkan - 6 ədəd, armudu stəkanin nəlbəkisi - 6 ədəd, abdərcən - 2 ədəd, paltar asan ip - 1 ədəd, qrafinka - 1 ədəd, kasa ( böyük - 1 ədəd; kiçik -6 ədəd), kiçik kasa - 6 ədəd, kiçik boşqab - 12 ədəd, alüminium çaynik - 1 ədəd, 5 qrafinka - 1 ədəd, kiçik süzgəc - 1 ədəd, kiçik kapron tava - 2ədəd, aliüminium qazança - 1 ədəd, dəm çaynik - 1 ədəd, çaşka - 12 ədəd, konfet qabi - 1 ədəd, səbət şəkiili qənddan - 2 ədəd, su qabi - 2 ədəd, nəlbəki - 12 ədəd, razetka - 10 ədəd, qənddan - 6 ədəd, razetka (4x6) - 24 ədəd, vaz - 1 ədəd, yemək dəsti (qazança; 6 ədəd kasa; 6 ədəd nəlbəki; 6 ədəd çaşka; 1 ədəd çaynik ; 12 ədəd nəlbəki), qazança dəsti - 3 ədəd, dörə (tort üçün) və boşqabi - 6 ədəd, potnus dəsti - 3 ədəd, qənddan - 2 ədəd, stəkan 3 dəst - 18 ədəd ( 3x6), armudu stəkan - 12 ədəd, vaz - 1 ədəd, boşqab - 6 ədəd, dörə - 1 ədəd, kül qabi - 2 ədəd, abdərcən - 6 ədəd, şirli vedrə - 2 ədəd, çaynik (böyük və kiçik) - 2 ədəd, çəngəl - 24 ədəd, kiçik qaşiq - 17 ədəd, böyük qaşiq - 24 ədəd, böyük qaşiq - 6 ədəd, biçaq - 6 ədəd, arşin - 1 ədəd, xəçəndaz - 1 ədəd, servis dəsti, balaca kasa - 30 ədəd, sari meyvə qabi şüşə - 2 ədəd, meyvə qabi - 6 boşqab, 1 vaz, dörə - 4 ədəd ( 2 böyük; 2 kiçik), sinovar - 1ədəd, dəmir dörə - 2 ədəd, kapron aftafa - 1 ədəd, boşqab 3 dəst (12x3) - 36 ədəd, salat qabi (göy) - 6 ədəd, salat qabi (sari) - 6 ədəd, duz qabi - 2 ədəd, gül qabi - 2 ədəd, meyvə qabi - 4 ədəd, ayna dörə - 2 ədəd, ət çəkən - 1 ədəd, dörə - 2 ədəd, çini qazança - 1 ədəd, çini boşqab - 3 ədəd, su stəkani - 6 ədəd, böyük qənddan - 4 ədəd, su qabi ( şüşə) - 1 ədəd, razetka - 6 ədəd, kül qabi - 1 ədəd, şam rumka - 2 ədəd, ləpə qabi - 2 ədəd, konfet qabi - 2 ədəd, böyük meyvə vazi - 1ədəd, balaca vaz - 1 ədəd, qənddan - 5 ədəd, göyərçin və qu quşu formasinda suvener - 2 ədəd, manej, kolyaska, uşaq qoyan səbət, badyə (çöygə), 3 litrlik balon - 20 ədəd, uşaq vannasi - 1ədəd, uşaq vedrəsi - 1 ədəd, su qabi - 1 ədəd, tavasar - 1 ədəd, zibil vedrəsi - 1 ədəd, ev silən vedrə, kabab şişi - 6 ədəd, balon sixan -1 ədəd, qənddan - 4 ədəd, paltar yiğan vannan ~ 1 ədəd, satil - 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, taxt çarpayi - 1 ədəd, süyürməli tumpa - 2 ədəd, paltar şkafi - 1 ədəd, palto - 1 ədəd; kurtka -4 ədəd; kostyum - 1 ədəd; şalvar - 1 ədəd, kurtka - 1 ədəd, don - 4 ədəd, uşaq yorğani - 2 ədəd, adyal - 2 ədəd, yastiq - 3 ədəd, döşşək - 3 ədəd, böyük döşşək - 3 ədəd, yorğan - 6 ədəd, baduşka - 4 ədəd, tülü pərdə və karniz - 1 ədəd, zontik - 1 ədəd, prastina - 3 ədəd və çuxol - 3 ədəd, baduşka üzü - 5 ədəd, dəsmal - 6 ədəd, bufet - 1 ədəd, trilyaj - 1ədəd, uşaq çarpayisi - 2 ədəd, uşaq döşşəyi - 2 ədəd, uşaq balinci - 2 ədəd, sandiq (içi dolu) - 1 ədəd, divan - 1 ədəd, divan üzü - 3 ədəd kreslo - 2 ədəd, xalça - 3 ədəd + kiçik ayaqalti - 2 ədəd, televizor və altliği - 1 ədəd, paltaryuyan, gecə işiği - 1 ədəd, lüstur - 2 ədəd, əl sumkası -4 ədəd ( 2 kiçik+ 2 böyük), tozsoran - 1 ədəd, fen - 1 ədəd, saç düzəldən - 1 ədəd, dabansiz ayaqqabi - 2 ədəd, dikdaban ayaqqabi - 2 ədəd, səbət, oyuncaq ayi - 4 ədəd, lampa - 1 ədəd və 1 ədəd oyuncaq atdan ibarətdir. Ona görə də o, hazırda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, cavabdeh X11 08 dekabr 2021- ci il tarixdə evdən gedərkən özü ilə bəzi əşyalarını və daha hələ məlum olmayan əşyaları qablaşdırdığı boxçalarda apardığı sonradan ona və ailə üzvlərinə məlum olmuşdur. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində mövcud cehiz əşyaları ütü stolu - 1 ədəd, ütü - 1 ədəd, gül qabı (4 ədəd güllə birlikdə ) - 1 ədəd, çörək qabi (böyük) - 1 ədəd, vanna - 1 ədəd, çörək qabi (setkali) - 2 ədəd, yaşil rəngdə kapron tava və qaşiq - 2 ədəd, 3 dəst (12 ədəd olmaqla) - böyük boşqab, 2 dəst (12 ədəd olmaqla) - kiçik boşqab, 30 ədəd - böyük kasa, stəkan- 12 ədəd, böyük rumka - 6 ədəd, orta rumka - 17 ədəd, kiçik rumka - 12 ədəd, qazança dəsti (uşaq üçün), balaca boşqab - 12 ədəd, servis dəsti (12 ədəd böyük boşqab, 12 ədəd orta boşqab, 12 ədəd kiçik boşqab, böyük dörə - 1 ədəd, kişik dörə - 2 ədəd), meyvə qabi (vaz) - ədəd, konfet qabi - 2 ədəd, gül qabi (xrustal) - 2 ədəd, dəm çayniki ( böyük) - 1 ədəd, dəm çayniki ( kiçik) - 1 ədəd, göyərti doğrayan - 1 ədəd, paltar yiğan səbət - 1 ədəd, çaşka dəsti ( çaşka- 6 ədəd; su qabi - 1 ədəd, armudu stəkan - 6 ədəd, armudu stəkanin nəlbəkisi - 6 ədəd, abdərcən - 2 ədəd, paltar asan ip - 1 ədəd, qrafinka - 1 ədəd, kasa ( böyük - 1 ədəd; kiçik - 6 ədəd), kiçik kasa - 6 ədəd, kiçik boşqab - 12 ədəd, alüminium çaynik - 1 ədəd, 5 qrafinka - 1 ədəd, kiçik süzgəc - 1 ədəd, kiçik kapron tava - 2ədəd, aliüminium qazança - 1 ədəd, dəm çaynik - 1 ədəd, çaşka - 12 ədəd, konfet qabi - 1 ədəd, səbət şəkiili qənddan - 2 ədəd, su qabi - 2 ədəd, nəlbəki - 12 ədəd, razetka - 10 ədəd, qənddan - 6 ədəd, razetka (4x6) - 24 ədəd, vaz - 1 ədəd, yemək dəsti (qazança; 6 ədəd kasa; 6 ədəd nəlbəki; 6 ədəd çaşka; 1 ədəd çaynik ; 12 ədəd nəlbəki), qazança dəsti - 3 ədəd, dörə (tort üçün) və boşqabi - 6 ədəd, potnus dəsti - 3 ədəd, qənddan - 2 ədəd, stəkan 3 dəst - 18 ədəd ( 3x6), armudu stəkan - 12 ədəd, vaz - 1 ədəd, boşqab - 6 ədəd, dörə - 1 ədəd, kül qabi - 2 ədəd, abdərcən - 6 ədəd, şirli vedrə - 2 ədəd, çaynik (böyük və kiçik) - 2 ədəd, çəngəl - 24 ədəd, kiçik qaşiq - 17 ədəd, böyük qaşiq - 24 ədəd, böyük qaşiq - 6 ədəd, biçaq - 6 ədəd, arşin - 1 ədəd, xəçəndaz - 1 ədəd, servis dəsti, balaca kasa - 30 ədəd, sari meyvə qabi şüşə - 2 ədəd, meyvə qabi - 6 boşqab, 1 vaz, dörə - 4 ədəd ( 2 böyük; 2 kiçik), sinovar - 1ədəd, dəmir dörə - 2 ədəd, kapron aftafa - 1 ədəd, boşqab 3 dəst (12x3) - 36 ədəd, salat qabi (göy) - 6 ədəd, salat qabi (sari) - 6 ədəd, duz qabi - 2 ədəd, gül qabi - 2 ədəd, meyvə qabi - 4 ədəd, ayna dörə - 2 ədəd, ət çəkən - 1 ədəd, dörə - 2 ədəd, çini qazança - 1 ədəd, çini boşqab - 3 ədəd, su stəkani - 6 ədəd, böyük qənddan - 4 ədəd, su qabi ( şüşə) - 1 ədəd, razetka - 6 ədəd, kül qabi - 1 ədəd, şam rumka - 2 ədəd, ləpə qabi - 2 ədəd, konfet qabi - 2 ədəd, böyük meyvə vazi - 1ədəd, balaca vaz - 1 ədəd, qənddan - 5 ədəd, göyərçin və qu quşu formasinda suvener - 2 ədəd, manej, kolyaska, uşaq qoyan səbət, badyə (çöygə), 3 litrlik balon - 20 ədəd, uşaq vannasi - 1ədəd, uşaq vedrəsi - 1 ədəd, su qabi - 1 ədəd, tavasar - 1 ədəd, zibil vedrəsi - 1 ədəd, ev silən vedrə, kabab şişi - 6 ədəd, balon sixan -1 ədəd, qənddan - 4 ədəd, paltar yiğan vannan ~ 1 ədəd, satil - 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, taxt çarpayi - 1 ədəd, süyürməli tumpa - 2 ədəd, paltar şkafi - 1 ədəd, palto - 1 ədəd; kurtka -4 ədəd; kostyum - 1 ədəd; şalvar - 1 ədəd, kurtka - 1 ədəd, don - 4 ədəd, uşaq yorğani - 2 ədəd, adyal - 2 ədəd, yastiq - 3 ədəd, döşşək - 3 ədəd, böyük döşşək - 3 ədəd, yorğan - 6 ədəd, baduşka - 4 ədəd, tülü pərdə və karniz - 1 ədəd, zontik - 1 ədəd, prastina - 3 ədəd və çuxol - 3 ədəd, baduşka üzü - 5 ədəd, dəsmal - 6 ədəd, bufet - 1 ədəd, trilyaj - 1ədəd, uşaq çarpayisi - 2 ədəd, uşaq döşşəyi - 2 ədəd, uşaq balinci - 2 ədəd, sandiq (içi dolu) - 1 ədəd, divan - 1 ədəd, divan üzü - 3 ədəd kreslo - 2 ədəd, xalça - 3 ədəd + kiçik ayaqalti - 2 ədəd, televizor və altliği - 1 ədəd, paltaryuyan, gecə işiği - 1 ədəd, lüstur - 2 ədəd, tozsoran - 1 ədəd, fen - 1 ədəd, saç düzəldən - 1 ədəd, səbət, oyuncaq ayi - 4 ədəd, lampa - 1 ədəd və 1 ədəd oyuncaq atdan ibarətdir.

4. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı nümayəndəsi X10 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, əgər cehiz əşyaları tam və yararlı halda ona təqdim edilərsə, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir.

7. Cavabdehin nümayəndəsi X12 da birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, qeyd edilən cehiz əşyalarına baxış keçirilərək hamısının yerində olması araşdırılmalıdır. Çünki cehiz əşyalarından divan yağış sularının altında qalmışdır. Bəlkə də yararsız hala düşmüşdür. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın təmin edilməsi, İddiaçı məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus ütü stolu - 1 ədəd, ütü - 1 ədəd, gül qabi (4 ədəd güllə birlikdə ) - 1 ədəd, çörək qabi (böyük) - 1 ədəd, vanna - 1 ədəd, çörək qabi (setkali) - 2 ədəd, yaşil rəngdə kapron tava və qaşiq - 2 ədəd, 3 dəst (12 ədəd olmaqla) - böyük boşqab, 2 dəst (12 ədəd olmaqla) - kiçik boşqab, 30 ədəd böyük kasa, stəkan- 12 ədəd, böyük rumka - 6 ədəd, orta rumka - 17 ədəd, kiçik rumka - 12 ədəd, qazança dəsti (uşaq üçün), balaca boşqab - 12 ədəd, servis dəsti (12 ədəd böyük boşqab, 12 ədəd orta boşqab, 12 ədəd kiçik boşqab, böyük dörə - 1 ədəd, kişik dörə - 2 ədəd), meyvə qabi (vaz) - ədəd, konfet qabi - 2 ədəd, gül qabi (xrustal) - 2 ədəd, dəm çayniki ( böyük) - 1 ədəd, dəm çayniki ( kiçik) - 1 ədəd, göyərti doğrayan - 1 ədəd, paltar yiğan səbət - 1 ədəd, çaşka dəsti ( çaşka-6 ədəd; su qabi - 1 ədəd, armudu stəkan - 6 ədəd, armudu stəkanin nəlbəkisi - 6 ədəd, abdərcən - 2 ədəd, paltar asan ip - 1 ədəd, qrafinka - 1 ədəd, kasa ( böyük - 1 ədəd; kiçik -6 ədəd), kiçik kasa - 6 ədəd, kiçik boşqab - 12 ədəd, alüminium çaynik - 1 ədəd, 5 qrafinka - 1 ədəd, kiçik süzgəc - 1 ədəd, kiçik kapron tava - 2ədəd, aliüminium qazança - 1 ədəd, dəm çaynik - 1 ədəd, çaşka - 12 ədəd, konfet qabi - 1 ədəd, səbət şəkiili qənddan - 2 ədəd, su qabi - 2 ədəd, nəlbəki - 12 ədəd, razetka - 10 ədəd, qənddan - 6 ədəd, razetka (4x6) - 24 ədəd, vaz - 1 ədəd, yemək dəsti (qazança; 6 ədəd kasa; 6 ədəd nəlbəki; 6 ədəd çaşka; 1 ədəd çaynik ; 12 ədəd nəlbəki), qazança dəsti - 3 ədəd, dörə (tort üçün) və boşqabi - 6 ədəd, potnus dəsti - 3 ədəd, qənddan - 2 ədəd, stəkan 3 dəst - 18 ədəd ( 3x6), armudu stəkan - 12 ədəd, vaz - 1 ədəd, boşqab - 6 ədəd, dörə - 1 ədəd, kül qabi - 2 ədəd, abdərcən - 6 ədəd, şirli vedrə - 2 ədəd, çaynik (böyük və kiçik) - 2 ədəd, çəngəl - 24 ədəd, kiçik qaşiq - 17 ədəd, böyük qaşiq - 24 ədəd, böyük qaşiq - 6 ədəd, biçaq - 6 ədəd, arşin - 1 ədəd, xəçəndaz - 1 ədəd, servis dəsti, balaca kasa - 30 ədəd, sari meyvə qabi şüşə - 2 ədəd, meyvə qabi - 6 boşqab, 1 vaz, dörə - 4 ədəd ( 2 böyük; 2 kiçik), sinovar - 1ədəd, dəmir dörə - 2 ədəd, kapron aftafa - 1 ədəd, boşqab 3 dəst (12x3) - 36 ədəd, salat qabi (göy) - 6 ədəd, salat qabi (sari) - 6 ədəd, duz qabi - 2 ədəd, gül qabi - 2 ədəd, meyvə qabi - 4 ədəd, ayna dörə - 2 ədəd, ət çəkən - 1 ədəd, dörə - 2 ədəd, çini qazança - 1 ədəd, çini boşqab - 3 ədəd, su stəkani - 6 ədəd, böyük qənddan - 4 ədəd, su qabi ( şüşə) - 1 ədəd, razetka - 6 ədəd, kül qabi - 1 ədəd, şam rumka - 2 ədəd, ləpə qabi - 2 ədəd, konfet qabi - 2 ədəd, böyük meyvə vazi - 1ədəd, balaca vaz - 1 ədəd, qənddan - 5 ədəd, göyərçin və qu quşu formasinda suvener - 2 ədəd, manej, kolyaska, uşaq qoyan səbət, badyə (çöygə), 3 litrlik balon - 20 ədəd, uşaq vannasi – 1 ədəd, uşaq vedrəsi - 1 ədəd, su qabi - 1 ədəd, tavasar - 1 ədəd, zibil vedrəsi - 1 ədəd, ev silən vedrə, kabab şişi - 6 ədəd, balon sixan -1 ədəd, qənddan - 4 ədəd, paltar yiğan vannan ~ 1 ədəd, satil - 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, taxt çarpayi - 1 ədəd, süyürməli tumpa - 2 ədəd, paltar şkafi - 1 ədəd, palto - 1 ədəd; kurtka -4 ədəd; kostyum - 1 ədəd; şalvar - 1 ədəd, kurtka - 1 ədəd, don - 4 ədəd, uşaq yorğani - 2 ədəd, adyal - 2 ədəd, yastiq - 3 ədəd, döşşək - 3 ədəd, böyük döşşək - 3 ədəd, yorğan - 6 ədəd, baduşka - 4 ədəd, tülü pərdə və karniz - 1 ədəd, zontik - 1 ədəd, prastina - 3 ədəd və çuxol - 3 ədəd, baduşka üzü - 5 ədəd, dəsmal - 6 ədəd, bufet - 1 ədəd, trilyaj - 1ədəd, uşaq çarpayisi - 2 ədəd, uşaq döşşəyi - 2 ədəd, uşaq balinci - 2 ədəd, sandiq (içi dolu) - 1 ədəd, divan - 1 ədəd, divan üzü - 3 ədəd kreslo - 2 ədəd, xalça - 3 ədəd + kiçik ayaqalti - 2 ədəd, televizor və altliği - 1 ədəd, paltaryuyan, gecə işiği - 1 ədəd, lüstur - 2 ədəd, tozsoran - 1 ədəd, fen - 1 ədəd, saç düzəldən - 1 ədəd, səbət, oyuncaq ayi - 4 ədəd, lampa - 1 ədəd və 1 ədəd oyuncaq atdan ibarət cehiz əşyalarının çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə iddiaçının oğlu, X10 iş üzrə Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdeh iddiaçının evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus gehiz əşyalarını da həmin evə gətirmişdir. Münasibətləri pisləşdiyindən Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə cavabdehlə iddiaçının oğlunun nikahları pozulmuşdur. Lakin cavabdehə məxsus cehiz əşyaları iddiaçının evində qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin əşyaları iddiaçının evindən götürməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus yaşayış evindən sahiblik və istifadə hüququna istinad etməklə, ona məxsus əmlakdan maneəsiz istifadəni həyata keçirmək hüququna malikdir. İddiaçı əmlakdan istifadə hüququ əsasında ona məxsus olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edə bilər.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1.2, 158.4-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında deyil hakimin öz mülahizələri əsasında çıxarılmışdır. Qətnamə əvvəldən axıra kimi hakim əsaslandırma etmədən və işi tam araşdırmadan fikir yayındırmaq məqsədi ilə əsas məqamlardan uzaqlaşmışdır. Belə ki, işin əsas özəyi olan hallar demək olar araşdırılmamış və məhkəmə əsas məqamların üzərindən keçmişdir. Halbuki məhkəmə iclaslarında dəfələrlə sözügedən evin keçmiş əri İbrahim Mehtiyev tərəfindən onun vəsaiti hesabına inşa olunması göstərilmişdir. Əlavə olaraq sözügedən evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdə İbrahim Mehdiyevə məxsus olmuş və orada yerləşən ikinci evə münasibətdə onun mülkiyyət hüququ olacaq. Bununla bağlı iddia qaldırmaq niyyətindədir.

16. Hakimə məhkəmə iclasında dəfələrlə 0,07 ha torpaq sahəsində əvvəllər yəni 1975-ci ildə inşa edilmiş (texniki pasportun 4-cü səhifəsi) köhnə ev olsa da sonradan yəni Cavabdeh həmin evə gəlin köçdüyü zaman tamamlanmış və iddiaçının orda gəlin olduğu vaxt yəni 2018-ci ildə mülkiyyət sənədi (çıxarış) alınmış ev ümumi birgə mülkiyyətdə olan torpaqda onun əri İbrahim Mühdiyev tərəfindən tikilmiş, lakin İddiaçı adına sənədləşmişdir. Bundan sonra İbrahim Mehdiyev tərəfindən köhnə (1975-ci ildə inşa olunmuş) ev sökülmüş və yeni ev inşa olunmuşdur. Onun yeni tikilmiş və hələdə mülkiyyət sənədləri alınmamış fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları var. Gözlənilən mülkiyyət hüquqları olması göz qabağındadır və məhkəmə bunu araşdırmaq istəmir. Halbuki məhkəmə işə tam və obyektiv baxmalı, işdə olan sübutları müqayisəli təhlil etməlidir.

17. Onun və azyaşlı uşaqlarının başqa yaşayış yerləri yoxdur. İddiaçı hazırda ona məxsus bəzi əşyalarının evdən çıxarılmasını tələb edir. Lakin məhkəmədə də bildirdiyi kimi bu əşyalar onun cehizinin bir hissəsidir. İddiaçılar yerdə qalan əşyaları verməkdən yayınmaq istəməsi göz qabağındadır. Yuxarıda göstərilən mülkiyyət hüquqları ilə bağlı məsələləri kənara qoysaq iddiaçı ən azından bütün əmlakların çıxarılmasını tələb etməli idi. Özünə sərf edən bəzi dəyərli əşyaları deyil özünə lazım olmayan əşyaların çıxarılmasını tələb edir. Bu haqısızlıqdır və qanunla deyil insafla ölçülür.

18. Yuxarıda qeyd etdiyi və məhkəmə üçün əsas sayılan bu arayışın mötəbər sübut kimi qəbul edilib bunun əsasında qətnamə çıxarmaq onun konstitusion hüquqlarının bilərəkdən və qərəzli qaydada pozulmasından başqa bir şey deyil.

19. Məhkəmə MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etmişdir.

20. Həmin qanunvericilikdən də göründüyü kimi istifadə və mülkiyyət hüquqları dövlət tərəfindən qorunur. Onun bəzi əşyaları qeyd edilsə də, əksər əşyalarının taleyi qeyrimüəyyəndir. Ona görə də məhkəmə işi tam araşdırmalıdır.

21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iclasında reallıqda qətnamədə göstərilməyən sübutlar araşdırılmış, lakin əsas sübutlar isə araşdırılmadan üzərindən keçilmişdir.

22. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən Mülki Məcəlləyə istinad etmiş və bu istinadının nə ilə əsaslandırdığını bildirməmişdir. İş üzrə iş yarımçıq araşdırılmış.

23. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-20/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı apellyasiya şikayətinə etirazında Esmira Sabir qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-20/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X10 Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-20/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Qərarlar:

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

31. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Bu baxımdan məhkəmə kollegiyası şikayətin nəticə hissəsində göstərilmiş iddianın təmin edilməsinə dair fikrin şikayətin məzmunu ilə uyğunsuzluq təşkil etməsini və apellyasiya şikayətinin iddianın rədd edilməsinə yönəldiyini nəzərə alır.

35. Kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının oğlu, X10 iş üzrə Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdeh iddiaçının evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus gehiz əşyalarını da həmin evə gətirmişdir. Münasibətləri pisləşdiyindən Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə cavabdehlə iddiaçının oğlunun nikahları pozulmuşdur. Lakin cavabdehə məxsus cehiz əşyaları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində 0.07 hektar torpaq sahəsində yerləşən sahəsi 241.3 kvadratmetr olan fərdi yaşayış evində qalmışdır. Cavabdeh həmin əşyaları iddiaçının evindən götürməmişdir.

39. Məhkəmə kollegiyası şikayətin məhkəmə iclasında sözügedən evin keçmiş əri İbrahim Mehtiyev tərəfindən onun vəsaiti hesabına inşa olunmasını göstərməsi, orada yerləşən ikinci evə münasibətdə onun mülkiyyət hüququnun olacağı, məhkəmənin gözlənilən mülkiyyət hüquqlarının olmasının araşdırmaq istəməməsi, onun və azyaşlı uşaqlarının başqa yaşayış yerlərinin olmamasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir.

40. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(102)-6346/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X3 və X6 qarşı onun, 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinin rədd edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(107)- 1027/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində 0.07 hektar torpaq sahəsində yerləşən 241.3 kvadratmetr olan fərdi yaşayış evinə istifadə hüququ tanınmamış, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir istifadə hüququ və ya əşya hüququ qeydə alınmamışdır.

42. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Hazırki halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.

44. Daha sonra apellyasiya şikayətinin həmin əşyaların onun cehizinin bir hissəsi olması, iddiaçıların yerdə qalan əşyaları verməkdən yayınmaq istəməsi, iddiaçının bütün əmlakların çıxarılmasını tələb etməli olması, özünə sərf edən bəzi dəyərli əşyaları deyil özünə lazım olmayan əşyaların çıxarılmasını tələb etməsinə dair dəlillərini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, əşyaların qalan hissəsi hazırkı iddianın predmetini təşkil etmir. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı iddia tələbinə qarşı cavabdehin qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş, lakin bu hüquqdan istifadə etməmişdir. Bununla belə kollegiya qeyd edir ki, cavabdeh digər əşyaları iddiaçıdan tələb etmək hüququnu özündə saxlayır. O, bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanması, tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etməsi, məhkəmənin araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarması, əsas sübutların araşdırılmadan üzərindən keçilməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

47. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

48. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd etdikləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edələrkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Qeyd edilənlərə görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar