Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-616/2025 26.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 151 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi ziyana görə 3000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və 53 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddia tələbinin 5000 manat maddi ziyan, 12000 manat mənəvi ziyan, 98 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X3 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin uyğunluğuna baxılması üçün mülki işin Oğuz Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılması barədə apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-616/2025 nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 13 may 2025-ci il tarixli 2(107)-616/2025 nömrəli qərardadı ləğv edilsin. İş Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Oğuz Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Oğuz Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-616/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-616/2025
26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver