Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-170/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh və İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-170/2020 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 24609 (iyirmi dörd min altı yüz doqquz) manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə nisbəti olan 12 (on iki) manat olmaqla cəmi 24621 (iyirmi dörd min altı yüz iyirmi bir) manat pulun alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissəsi əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc kimi 32.374 manat məbləğində və əldən çıxmış fayda kimi 35.611 manat məbləğində pulun cəmi 67.985 məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2014-cü ilin əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. 2014-cü ilin noyabr ayında iddiaçı köhnədən tanışı olan Cavabdeh müraciət etmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, 2-3 ay müddətinə həmin torpaq sahəsində ev tikib ona təhvil verəcək. Bir neçə gündən sonra Cavabdeh iddiaçıya tikəcəyi evin layihəsini göstərmiş və bildirmişdir ki, evi tikmək üçün 65.000 manat pul lazım olacaqdır. İddiaçı Cavabdeh ilə razılaşmış və Sənani fəhlələr gətirərək tikintiyə başlamışdır. Bir müddət sonra Sənani iddiaçıya bildirmişdir ki, tikinti materiallarını əvvəldən almaq lazımdır və iddiaçıdan ayrı-ayrı vaxtlarda 65.000 manat pul almış və bir gün iddiaçı gəlib görmüşdür ki, tikinti yarımçıq qalıb heç bir tikinti getmir. İddiaçı Cavabdeh tikintinin getməməsini və tikinti materiallarını harada olduğunu soruşmuş, Sənani tikinti materiallarının etibarlı yerdə olduğunu bildirərək gətirilməsi üçün bir gün vaxt istəmişdir. Bir gündən sonra iddiaçı Sənanini tapa bilməmişdir. Bununla əlaqədar iddiaçı Səbail Rayon Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh barəsində cinayət işi qaldırıldı və dindirilmə zamanı iddiaçıdan aldığı pulları etiraf etmişdir. Məhkəmə Ekspertizası mərkəzi tərəfindən aparılmış 26409 saylı ekspert rəyinə əsasən evin tikintisinə ümumilikdə Cavabdeh tərəfindən 35.891 manat məbləğində pul vəsaiti xərclənmişdir. Sonradan xx xxxxxx 2018-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Ona görə də iddiaçının cavabdeh Cavabdeh 32.374 manat məbləğində pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İddiaçı dəfələrlə Cavabdeh pullarını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bundan əlavə Cavabdeh 2015-cı il avqust ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. 32.374 manat məbləğində əsas borcundan əlavə olaraq iddiaçı cavabdehdən qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2015-ci il avqust ayından başlayaraq 55 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb edir. İddiaçı hesab edir ki, 32.374 manat məbləğində pulu Cavabdeh faydalandığına görə həmin pulun məbləğındən iddiaçıya hər ay üçün 2 % hesabı ilə 55 ay üçün (32.374: 100 х 2% х 55 ay) cəmi 35.611 manat məbləğində faizə görə pul ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2014-cü ilin yay aylarında iddiaçı ilə tanış olmuşdur. Bu zaman iddiaçı ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində torpaq sahəsinin olduğunu və orada ev tikmək istədiyini bildirmişdir. xx.xx.2014-cü ildə o, tikiləcək evin layihəsini iddiaçıya göstərmiş və layihə bəyənildikdən sonra iddiaçı tikinti işlərinin aparılmasını ona tapşırmışdır. Bununla bağlı o, iddiaçıdan 65000 manat deyil, 60500 manat pul almışdır. Həmin puldan 51500 manat evin tikinti işlərinin aparılmasına, 7500 tikinti üçün icazə alınmasına, qalan 1500 manat ona zəhmət haqqı kimi nəzərdə tutulmuşdur. Evin inşasına və evin həyətində abadlıq işlərinin aparılmasına 33556 manat, bu işlərə cəlb olunmuş fəhlələrə əmək haqqı olaraq 20576 manat sərf olunmuşdur. Hətta o, özündən 2632 manat pul xərcləmişdir. O, ona tapşırılan işləri tam görmüş və ona görə də iddia tələbi əsassızdır. Ona görə də o, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və İddiaçı nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyətləri vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-170/2020 nömrəli qətnaməsindən narazıdır. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Mülki işə baxan məhkəmə iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni əsaslandırarkən, İddiaçı tərəfindən Cavabdeh 60500 manat verilməsinə baxmayaraq, tikinti işlərinə 35891 manat sərf edilməsinə, sübut kimi isə üzləşmə protokoluna və ekspert rəyinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarında üzləşmə protokolu yoxdur. Tikinti işlərinə 35891 manat sərf edilməsi ekspert rəyindən başqa heç bir sübutla öz təsdiqini tapmır, ekspert rəyi isə əsaslandırılmamış, ekspert qarşısında əlavə suallar yaranmasına baxmayaraq, məhkəmə əlavə ekspertiza təyin etməmiş, tikintidə işləyən ustaların və fəhlələrin şahid qismində ifadələrinin alınması zərurəti yaranmış, lakin məhkəmə şahidlərin iştirakının təmin edilməsi istiqamətində heç bir prosessual addım atmamış, hərəkətsizlik etmişdir. Göründüyü kimi İddiaçı tərəfindən tikinti işlərinin aparılması, tikinti materiallarının alınması və həmin tikintidə ustaların, fəhlələrin işləməyinin təmin edilməsi Cavabdeh tapşırılması, İddiaçı Cavabdeh 60500 manat verməsi və həmin puldan tikinti işlərinin aparılmasına, tikinti materiallarının alınmasına və həmin tikintidə ustaların, fəhlələrin işləməyinin təmin edilməsinə sərf ediləməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, tikinti işlərinin başa çatmasına baxmayaraq, İddiaçı iddia ərizəsində tikintinin yarımçıq qalmasını və Cavabdeh 60500 manat pulun tam olaraq tikintiyə sərf edilməməsini iddia edir, lakin bu barədə məhkəməyə heç bir sübut İqdim etməmiş, nədəki, məhkəmə iclasında belə hal müəyyən edilməmişdir. İş üzrə ekspertiza təyin edilmiş, müvafiq rəy alınmışdır. Lakin, ekspertizanın rəyi düzgün olmamaqla, həmin rəy əsaslandırılmamışdır. Ekspertiza tədqiqatı aparılarkən tikintidə işləyən ustalara və fəhlələrə zəhmət haqqı kimi verilmiş pullar zərə alınmamış, Cavabdeh tərəfindən alınıb tikintiyə sərf olunan tikinti materiallarının məbləği düzgün qeyd edilməmişdir. Bu səbəbdən hesab edir ki, ekspert rəyi əsaslandırılmadığından, ekspert qarşısında əlavə suallar yarandığından əlavə ekspertiza təyin edilərək, işin obyektiv və hərtərəfli araşdırılmasnın təmin edilməsi məqsədi ilə ekspertiza mərkəzindən əsaslandırılmış rəy alınmalıdır. Qeyd edir ki, tikintidə işləyən ustalara və fəhlələrə zəhmət haqqı kimi verilmiş pulların məbləği (razılaşma yolu ilə oiduğundan) ekspert rəyi ilə deyil, ustaların və fəhlələrin məhkəmə iclasında tədqiq edilmiş ifadələri ilə sübut oluna bilərdi. Buna baxmayaraq, məhkəmə tərəfindən tikintidə işləyən ustaların və fəhlələrin şahid qismində ifadələrinin alınması üçün onlar məhkəmə iclasına dəvət edilməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)- 170/2020 nömrəli qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020 tarixli, 2(046)- 170/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Təmin edilməyən hissədə qətnamə əsassızdır. Beləki vurulmuş ziyan tələbi 65000 olduğu halda və cavabdeh məhkəmə iclasında özü də 65000 manat pulun 4000 manatını xidmət haqqı olaraq özünə götürdüyünü bildirdiyi halda məhkəmə bu faktı nəzərə almadan cavabdehin istintaqda bildirirdiyi ifadəsini əsas götürmüşdür. İşin faktiki hallarından da göründüyü kimi bu günədək pul vəsaitini özündə saxlayan və qaytarmaqdan boyun qaçıran cavabdeh fazilər ödəməli olduğu halda məhkəmə tərəfindən tələb bu hissədə təmin edilməmişdir. Məhkəmə isə tələb olunan faizə əsasız olaraq əldən çıxmış fayda kimi hüquqi qiymət verməklə həmin hissədə iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2020 tarixli, 2(046)l70/2020 saylı qətnaməsini qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək iddia tələbinin tam təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 2019-cu ildə İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi veriləndə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuşdur. Lakin həmin ekspertiza onların iştirakı olmadan keçirildiyindən ekspertizanın rəyinə etiraz edərək, yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Əgər həmin ev satılıbsa və o yenidən məhkəməyə bununla bağlı müraciət edirsə o buna öz etirazını bildirir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən ekspertizada o iştirak etmiş, lakin İddiaçı gəlmədiyindən, evin qapısı bağlı olduğundan, onlar içəri daxil ola bilməmişlər. Lakin, həmin evə küçədən baxdığı zaman bu evdə heç bir dəyişiklik görməmişdir, hər hansı əlavə təmir işləri aparılmamışdır. Ona görə də iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə оlаn Cinayət işinin materiallarından görünür ki, qeyd olunan faktlar mülki-hüquqi xarakterli olduğundan Cavabdeh barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında tələb edilərək əldə edilmiş ********* saylı cinayət işində olan Səbail RPİ-nin istintaq şöbəsində Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci ildə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, iddiaçı cavabdehə ümumilikdə 62000 manat pul verdiyini, cavabdeh isə iddiaçıdan 60500 manat pul almasını bildirmişlər. Cavabdeh üzləşdirmə zamanı 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi evin tikilməsi üçün 52000 manat, evin tikilməsinə başlanmasına razılıq üçün isə 8500 manat pul almasını söyləmişdir 150020259 saylı cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, 2014-cü ilin dekabr və 2015-ci ilin may ayları ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən evin inşa olunması üçün (sərf olunan tikinti materiallarının və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 32626 manat, tədqiq olunan evin birinci mərtəbəsində sütünların pilləkən qəfəsinin və evin xarici hissəsində su çəninin üzərinə, eləcə də evin qarşısına quraşdırılmış pilləkən qəfəsinə sərf olunan vəsaitin məbləği 3265 manat müəyyən edilmişdir. İşdə оlаn ********* saylı cinayət işində olan X4 və X1 xx.xx.2016-cı il tarixli dindirmə protokollarından görünür ki, onlar 2015-ci ilin uyun ayında Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən evinə gələrkən 2-ci və 3-cü mərtəbəyə daxil olan zaman pilləkənlərin ensiz olduğunu, 2-ci mərtəbənin divarlarında çat əmələ gəldiyini və çöküntü olduğunu, həyətdəki hovuzun isə yalnız hörüldüyünü görmüşlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki,2014-cü ilin may ayları ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü massivdə inşa olunması üçün (sərf olunan tikinti materiallarının və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 32626.0 (otuz iki min altı yüz iyirmi altı) manat,tətqiq olunan evin 1-ci mərtəbədə sütunların pilləkən qəfəsinin və evin xarici hissəsində su çəninin üzərinə, eləcədə evin qarşısına quraşdırılmış pilləkən qəfəsinə sərf olunan vəsaitin 3265,0 manat olduğu müəyyən edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)- 1285/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınanadək dayandırılmışdır. Daha sonra ekspertizanın keçiriləcəyi vaxt və yer barədə tərəflər məlumatlandırılmış, lakin iddiaçı bildirmişdir sözügedən yaşayış evi artıq onlar tərəfindən başqa şəxsə satılmış və bu evin mülkiyyətçisi tamamilə başqa şəxsdir. Həmçinin, işdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, məhkəmə tərəfindən tədqiq olunan yaşayış evinə baxış keçirilməsi vaxtı xx xxxxxxxx 2020-ci il tarixə təyin olunmuş, lakin iş üzrə cavabdeh həmin tarixdə yaşayış evinin yerləşdiyi ünvana gəlmədiyindən və yaşayış evinin qapısı bağlı olduğundan, tətbiq olunan evə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hazırkı apellyasiya şikayətlərinə işdə olan sübutlar əsasında baxılmasını mümkün saymışdır. Mülki işin müəyyən edilmiş gerçək vəziyyətindən aydın olur ki, iddiaçı 2014-cü ilin əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. 2014-cü ilin noyabr ayında iddiaçı köhnədən tanışı olan Cavabdeh müraciət etmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, 2-3 ay müddətinə həmin torpaq sahəsində ev tikib ona təhvil verəcək. Bir neçə gündən sonra Cavabdeh iddiaçıya tikəcəyi evin layihəsini göstərmiş və bildirmişdir ki, evi tikmək üçün 65.000 manat pul lazım olacaqdır. İddiaçı Cavabdeh ilə razılaşmış və Sənani fəhlələr gətirərək tikintiyə başlamışdır. Bir müddət sonra Sənani iddiaçıya bildirmişdir ki, tikinti materiallarını əvvəldən almaq lazımdır və iddiaçıdan ayrı-ayrı vaxtlarda 60.500 manat pul almışdır. Cavabdehə 60500 manat pulun ödənilməsinə baxmayaraq, sonuncu tərəfindən həmin işlər vaxtında başa çatdırılmamış və təhvil verilməmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2014-cü ilin may ayları ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə inşa olunması üçün (sərf olunan tikinti materiallarının və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 32626.0 (otuz iki min altı yüz iyirmi altı) manat, tətqiq olunan evin 1-ci mərtəbədə sütunların pilləkən qəfəsinin və evin xarici hissəsində su çəninin üzərinə, eləcədə evin qarşısına quraşdırılmış pilləkən qəfəsinə sərf olunan vəsaitin 3265,0 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Öyərnilən işdən görünür ki, həmin qətnamədən həm cavabdeh, həm də iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Çünki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında üzləşmə protokolu yoxdur. Tikinti işlərinə 35891 manat sərf edilməsi ekspert rəyindən başqa heç bir sübutla öz təsdiqini tapmır, ekspert rəyi isə əsaslandırılmamış, ekspert qarşısında əlavə suallar yaranmasına baxmayaraq, məhkəmə əlavə ekspertiza təyin etməmiş, tikintidə işləyən ustaların və fəhlələrin şahid qismində ifadələrinin alınması zərurəti yaranmış, lakin məhkəmə şahidlərin iştirakının təmin edilməsi istiqamətində heç bir prosessual addım atmamış, hərəkətsizlik etmişdir. Lakin, tədqiq olumnuş iş materiallarında cavabdehin fikirlərinin əksinə olaraq tərəflər arasınada üzləşdirmə protokolunun mövcudluğu, eləcədə ekspert rəyinin kifayət qədər əsaslandırıldığı təsdiq olunur. Apellyasiya şikayətinin tikintidə işləyən ustaların və fəhlələrin şahid qismində ifadələrinin alınması məsələsinə gəldikdə isə kollegiya şikayətin bu dəlilini də əsaslı bilmir. Çünki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Lakin, tədqiq edilən işdən göründüyü kimi cavabdeh zəruri sübutların əldə etmək imkanının olmaması və həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Mübahisəli hallarla bağlı təkrar ekspertizanın keçirilməsi isə yuxarıda qeyd edildiyi kimi həmin yaşayış evinin mülkiyyətçisinin dəyişməsi səbəbindən mümkün olmamışdır. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli yaşayış evinin tikintisinə sərf olunmuş vəsaitin miqdarının müəyən edilməsi barədə xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə də münasibət bildirərək, bu sübutu deyil, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2016-cı il tarixli rəyini daha mötəbər sübut kimi qəbul edir. Həmçinin, işdən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020 tarixli, 2(046)- 170/2020 saylı qətnaməsində cavabdehlə yanaşı iddiaçı da apellyasiya şikayəti verərərək, iddianın təmin edilməyən hissəsində qətnaməni əsassız hesab etmiş və göstərmişdir ki, “vurulmuş ziyan tələbi 65000 olduğu halda və cavabdeh məhkəmə iclasında özü də 65000 manat pulun 4000 manatını xidmət haqqı olaraq özünə götürdüyünü bildirdiyi halda məhkəmə bu faktı nəzərə almadan cavabdehin istintaqda bildirirdiyi ifadəsini əsas götürmüşdür”. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavadeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi, mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşsədə, faktiki olaraq iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilmiş (60500 manat pulun qəbul edilməsi hissəsində), bununla da iddiaçı həmin hissədə sübutetmə yükündən azad edilmiş, lakin sonradan cavabdeh məhkəmə baxışında tikinti işlərini tam gördüyünü,ona bu məqsədlə verilmiş pul vəsaitini həmin işlərə xərclədiyini bildirsədə öz növbəsində etirazında haqlı olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Oxşar münasibətləri nizama salan MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bunadn başqa, MPM-in 380.1-ci maddəsinin tələbinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Eyni hüquqi mövqeyi paylaşan MPM-in 380.2-ci maddəsinin tələbinə görə tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Hazırda öyrənilən işdən görünür ki, Cavabdeh şahidlərin məhkəmə iclasına dəvət olunaraq dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. Eyni ilə iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə yetərli sübutlar təqdim edə bilməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan hüquq normalarının tələblərini, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin həddə təmin etmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-46/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh və İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-170/2020 saylı qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-62/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-62/2021
28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver