Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-620/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nın Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nın Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə ödənilmiş 402 manat və “Mersedes Benz E220” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 757 manat olmaqla, cəmi 1.159 manat pulun və ödənilmiş 31.99 manat dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kamaz 651 15-018-13” markalı, “**-BD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə və “Mercedes Benz E220” markalı, “**-EV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə 402 manat və “Mercedes Benz E220” markalı “**-EV-***” dövlət qeydiyyat nişanlı avtomobilə görə 757 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddianın təmin edilməsi, Cavabdeh Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə ödənilmiş 402 manat və “Mersedes Benz E220” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 757 manat olmaqla, cəmi 1.159 manat pulun və ödənilmiş 31.99 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kamaz 651 15-018-13” markalı, “**-BD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə və “Mercedes Benz E220” markalı, “**-EV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə 402 manat və “Mercedes Benz E220” markalı “**-EV-***” dövlət qeydiyyat nişanlı avtomobilə görə 757 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kamaz 651 15-018-13” markalı, “**-BD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə və “Mercedes Benz E220” markalı, “**-EV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə 402 manat və “Mercedes Benz E220” markalı “**-EV-***” dövlət qeydiyyat nişanlı avtomobilə görə 757 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə ödənilmiş 402 manat və “Mersedes Benz E220” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə isə ödənilmiş 757 manat olmaqla cəmi 1.159 manat pulun və ödənilmiş 31,99 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mülki hüquq pozuntusu (delikt) tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə vurulmuş ziyan ondan tutulmalıdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir, aralarında sığorta müqaviləsi bağlanarkən onun sürüçülük hüququ olmamışdır, bu barədə Sığorta Şirkətini məlumatı olmuşdur. Belə ki, o yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmə hökmü ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Həmin hadisəni törədən vaxtı da Sığorta Şirkəti ilə müqaviləsi var idi. Həmin yol-nəqliyyat hadisəsini də şəxsi mülkiyyətində olan və idarə etdiyi “Kamaz 651 15 018-13” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətmişdir. Məhkəmənin hökmü məhkəmə tərəfindən Şirkətə təqdim olunmuşdur. Lakin Sığorta Şirkəti onunla müqavilə bağlamış və ondan hadisə baş verənədək sığorta ödənişlərini qəbul etmişdir. Digər tərəfdən hazırda tərəfindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə “Mersedes Benz E220” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Ağsu Rayon İcra və Probasiya Bölməsinin icraatında olan tələbkar X2 xeyrinə 4.850 manat məbləğində pul tutulması barədə icra vərəqinə görə pul ödəyir. İddia ərizəsindən belə çıxır ki, tələbkar X2 xeyrinə Sığorta Şirkəti tərəfindən 4.850 manat məbləğində pul köçürmə yolu ilə ödənilmişdir, o da əlavə olaraq həmin məbləğdə pul ödəməlidir. Habelə iddia ərizəsində və qətnamədə tələbkar X3 əlavə olaraq 757 manat məbləğində pulun hansı əsasla ödənilməsi barədə hər hansı qeyd yoxdur. Odur ki, Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(016)-219/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu; “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 14 mart 2023cü il tarixli 2(016)-219/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kamaz 651 15-018-13” markalı, “**-BD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə və “Mercedes Benz E220” markalı, “**-EV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil X1 məxsus təhlükəsizlik səddinə dəymiş zərərə görə 402 manat və “Mercedes Benz E220” markalı “**-EV-***” dövlət qeydiyyat nişanlı avtomobilə görə 757 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir, aralarında sığorta müqaviləsi bağlanarkən onun sürüçülük hüququ olmamışdır, bu barədə Sığorta Şirkətinin məlumatı olmuşdur. Belə ki, o yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmə hökmü ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Həmin hadisəni törədən vaxtı da Sığorta Şirkəti ilə müqaviləsi var idi. Həmin yol-nəqliyyat hadisəsini də şəxsi mülkiyyətində olan və idarə etdiyi “Kamaz 651 15 018-13” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətmişdir. Məhkəmənin hökmü məhkəmə tərəfindən Şirkətə təqdim olunmuşdur. Lakin Sığorta Şirkəti onunla müqavilə bağlamış və ondan hadisə baş verənədək sığorta ödənişlərini qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. İşdə olan 060682 nömrəli sığorta aktından görünür ki, X3 ödənilmiş sığorta ödənişinin məbləği 757 manat təşkil edir. İşdə olan 068082 nömrəli sığorta aktından görünür ki, Azərbaycan Avtomobil X1 ödənilmiş sığorta ödənişinin məbləği 402 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi iddiaçı tərəf sığorta ödənişi olaraq sığortalıya ödədiyi məmləğləri subroqsaiya qaydasında tələb etməkdə haqlıdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə “Mersedes Benz E220” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Ağsu Rayon İcra və Probasiya Bölməsinin icraatında olan tələbkar X2 xeyrinə 4.850 manat məbləğində pul tutulması barədə icra vərəqinə görə pul ödəyir. İddia ərizəsindən belə çıxır ki, tələbkar X2 xeyrinə Sığorta Şirkəti tərəfindən 4.850 manat məbləğində pul köçürmə yolu ilə ödənilmişdir, o da əlavə olaraq həmin məbləğdə pul ödəməlidir. Habelə iddia ərizəsində və qətnamədə tələbkar X3 əlavə olaraq 757 manat məbləğində pulun hansı əsasla ödənilməsi barədə hər hansı qeyd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ sığorta aktı əsasında X3 və Azərbaycan Avtomobil X1 ödənilmiş sığorta ödənişini təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(016)-219/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-620/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-620/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver