Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-624/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Balakən Rayon Məhkəməsinin e-2 (019)-26/2024 saylı mülki iş üzrə qəbul etdiyi 12 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra- iddiaçı) cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 hissəsinin naturada ayrılması” hissəsi üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi vardır. Həmin Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X1rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 saylı qətnaməsinin qəbul edildiyi mülki işin tərəfləri ilə eynidir, həmin iddiaların predmetləri və əsasları da eynilik təşkil edir. Belə ki, əvvəlki iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və X1rşı anasından miras qalmış 0,14 ha torpaq sahəsinin iddiaçıya düşən 1/3 hissə payının naturada müəyyən edilməsi tələbi İddiaçı cavabdehər Cavabdeh1 (X2 vərəsəsi) və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0,14 ha torpaq sahəsindən müəyyən olunmuş 1/3 hissə payınının naturada ayrılması məzmun və mənasına, predmet və əsaslarına görə eynidir. Faktiki olaraq 0,14 ha torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissə payın naturada müəyyən edilməsi ilə həmin payın naturada ayrılması məzmun və mənasına görə eyni tələbdir və həmin torpaq payının naturada sərhədlərinin müəyyən edilməsini və həmin payın digər paylardan fiziki ayrılmasını özündə ehtiva edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(019)-12/2020 nömrəli məhkəmə qətnaməsində tələbin və (və ya) etirazın predmetinə aid olan faktlar əks olunmuş, araşdırılmış və qiymətləndirilmişdir. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı isə qərardaddan verdiyi şikayətdə bildirir ki, Balakən Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(019)- 26/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, hazırda tərəflər arasında yaranmış mübahisə torpaq sahəsinin naturada bölünməsi barədədir. Halbuki birinci instansiya məhkəməsinin istinad etdiyi Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi ilə baxılmış iddia tələbi mübahisəli torpaq sahələrində olan payının naturada ayrılması ilə bağlı olmuşdur. Həmin işdə torpaq sahəsinin naturada bölünməsinin torpağın təyinatına uyğun istifadəsinin mümkün olmaması və təsərrüfat sahəsinin yararsız hala düşməsi əsası ilə ekspert rəyi əsasında iddia rədd edilmişdir. Hazırki işdə isə torpaq sahəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olması və bölgü sxemi əlavə edilmişdir. Göründüyü kimi, hər iki iddianın əsasları tamamilə fərqlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin əhatə dairəsinə daxil olmur. O da qeyd edilməlidr ki, birinci instansiya məhkəməsi hazırki qərardadında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin maddə preyudisiallıq barədə olmaqla, iddiaya mahiyyəti üzrə baxılan zaman mübahisələndirilməyən və sübut olunmalı olmayan məsələləri müəyyən edir. Preyudisiallıq işin hallarından asılı olaraq iddianın təmin və ya rədd edilməsi üçün birbaşa əsas ola bilsə də, icraata xitam verilməsi üçün əsas deyildir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0-cı maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir(maddə 261.0.2). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi, yəni paylı mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 payın naturada ayrılması(müəyyən edilməsi) ilə bağlı Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi var. Həmin qətnamə ilə iddiaçının tələbi ona görə rədd edilmişdir ki, iddiaçıya düşən payın naturada ayrılması mümkün deyil. Belə ki, payın naturada ayrılacağı təqdirdə torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcək. İddiaçı şikayətində bildirir ki, əvvəlki məhkəmə icraatında ekspert rəyi ilə torpaq sahəsinin payına uyğun naturada ayrıla bilməməsi müəyyən edilsə də, hazırki icraatda ekspert rəyi ilə həmin torpaq sahəsinin payına uyğun naturada ayrıla bilməsi müəyyən olunmuşdur. Bu da onu deməyə əsas verir ki, iddianın tərəfləri və predmeti eyni olsa da, əsasları dəyişmişdir. Məhkəmə iddiaçının dəlilinə münasibətdə bildirir ki, iddianın əsasını hüquq normasının dispozisiyası müəyyən edir. İddianın əsasını mübahisəli maddi hüquqi münasibətin subyektlərinin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitam verilməsini müəyyən edən hüquqi fakt və hüquq təşkil edir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, əvvəlki məhkəmə icraatında işə baxan zaman mübahisəli torpaq sahəsinin mövcud vəziyyəti (ölçüsü, yerləşməsi, təyinatı, pay bölgüsü) ilə hazırki mövcud vəziyyəti arasında hər hansı dəyişiklik olmamışdır. Belə bir halın mövcudluğu iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Torpaqdan payların ayrıla bilməsi barədə fərqli ekspert rəyinin mövcud olmağı isə iddianın əsasının dəyişilməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-624/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-624/2024
23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver