Məhkəmə qərarları › İş №2(107)-626/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-626/2022

06.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-626/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin hakimi X1 öz-özünə etdiyi etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin icraatına iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və 2(051)-745/2021 saylı mülki iş açılmışdır. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin hakimi X2 öz-özünə etiraz edərək mülki iş üzrə İddiaçı1 2009-cu ildən Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işlədiyini, ona görə də hazırki mülki işə baxılmasının zahirən işə obyektiv baxılmasını şübhə altına ala biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, mülki iş üzrə İddiaçı1 hal-hazırda Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işləyir. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin hakimi X2 hazırki mülki işə onun tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə kollegiyası X1 öz- özünə etdiyi etirazla razılaşaraq hesab edir ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün etirazla razılaşaraq belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi tələbi”nə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin hakimi X1 öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi tələbi”nə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar