Məhkəmə qərarları › İş №2(107)-627/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-627/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-627/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1403/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1403/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı “97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın Şəki ŞRPŞ-nin DYPB-dən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin YPX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Şəki ŞRPŞ-nin YPX əsl cavabdeh olan Şəki ŞRPŞ-nin DYPB ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Yol Patrul Xidməti tərəfindən qanunsuz olaraq ******* saylı qərar əsasında qanunsuz olaraq minik avtomobili həbs edilmişdir. Həmin gün respublikanın konstitusion dövlət bayramı olan Ramazan bayramı gününü təsadüf etmişdir. Onun məqsədi bazarlıq etdikdən sonra ailəsi ilə birlikdə kəndə gedərək valideynlər, qohum-əqrəba və dost-tanışlarla bayramlaşmaq və vəfat etmiş şəxsləri ziyarət edərək dini ayini keçirmək olmuşdur. Ancaq evi Şəki şəhərrayon Polis Şöbəsinin DYP-nin yaxınlığında olduğundan evinə yaxınlaşarkən polis şöbəsinin əməkdaşları tərəfindən avtomobili saxlanılaraq əsas gətirilmədən cərimə dayanacağına salınmışdır. Dini ayinləri icra etməli olduğunu bildirsə də sonuncular heç bir məhəl qoyulmamışdır. Bununla bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 3(075)-319/2019 saylı qərarı ilə xx xxxx 2019- cu il tarixdə əsassız tərtib edilmiş ******* saylı qərarı ləğv etmişdir. Qarşı tərəf bu qərardan narazı qalaraq Şəki Apelyasiya Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Buradan məlum olmuşdur ki, həqiqətən də Şəki şəhər-rayon Polis Şöbəsinin DYP-nin əməkdaşları tərəfindən avtomobili saxlanılaraq əsas gətirilmədən cərimə dayanacağına qanunsuz şəkildə müsadirə olunmuşdur. Bu hallar içərisində bəzi rüşvət faktları, polis şöbəsinin əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin saxta sənəd hazırlama və məhkəməyə saxta sənəd təqdim etmə maddəri ilə müəyyən olunan hallar da aşkar olunaraq DYP-nin əməkdaşlarının qanun pozuntusu ifşa olunmuşdur. Bundan sonra hazırkı vaxtadək dünyada baş alıb gedən COVİD-19 virusu yayılmış, bir çox karantin qaydaları tətbiq edilmiş, Şəki rayonu karantin zonasına alınmış, məhkəmələr bağlanmış, hətta iş yerində də bir sıra karantin qaydaları tətbiq edilmişdir. Ona görə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə indi müraciət edə bilmişdir. Belə ki, avtomobili qanunsuz həbs edildiyindən 6-7 gün taksilərə müraciət etmiş, bəzi hallarda isə isti havada, qızmar günəş altında piyada yerimək məcburiyyətində qalmışdır. Avtomobilin həbsi sərxoşluq və s. bu kimi bəyənilməyən hallarda həyata keçirildiyindən onun avtomobilinin qanunsuz həbs edilməsi, onun bu kimi xəta törətməyisi el içində nümayiş etmiş olunmuş, bütün qohum-qonşular arasında gülüş mənbəyi olmuş, şərəfləyaqəti alçaldılmışdır. Xidmət yerində yüzlərlə əməkdaş yanında avtomobilinin qanunsuz həbs edilməsi, onu “xətalı imiş” kimi qınaq altına almış və zabit şərəfi alçaldılmışdır. Bu hala görə ailədə söz-söhbətlər yaranmış, ailə münaqişələri baş vermişdir. Bundan başqa psixoloji sarsıntılar, əsəb və həyəcan keçirmişdir. Onun 10 ildir ki, uşağı olmur. Həkimlər bunun bir növ həyəcan və stresslə qiymətləndirirlər ki, bələ xəstələr, evli cütlüklər həyəcan və stressdən uzaq olmalıdırlar. Lakin onlar bu həyəcan və stresi Şəki ŞRPŞ-nin DYP-nin əməkdaşlarının xətaları ucbatından hələ də üzərlərindən ata bilmirlər. Maşını həbs olunaraq Azərbaycan Respublikasının dövlət bayramı olan Ramazan bayramının dini ayinlərini keçirməsinə bilərəkdən mane olunmuş, həmin vaxt vəfat etmiş şəxsləri və qohumlarını ziyarət edə bilməmişdir. Yuxarıda göstərdiyi hallar əsas gətirilərək onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat dəyərində ziyan dəymişdir. Övladları olmadığından uşaq müalicəsi üçün külli miqdarda vəsait tələb olunur. İndiyə qədərki psixoloji gərginlik və stresslərin dolayısı ilə ona ağır nəticələrinin olmasını da nəzərə alaraq, onların bu dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə çox böyük ehiyacları vardır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat zərər dəymişdir. Belə ki, onun qohumlarından və tanışlarından polis və digər dövlət orqanlarında işləyən şəxslər var. Onlar onun avtomobilinin cərimə meydançasında saxlanması barədə bilmiş, "inzibati xəta törətməsi" el içində nümayiş olunaraq qınaq obyektinə çevrilmişdir. Bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat zərər dəymişdir. Belə ki, onun uzun müddətdir övladı olmur. Barəsində bu cür qanunsuz qərar qəbul edilməsini həyat yoldaşı da bilmiş və əsəbsarsıntı keçirmişdir. Bu isə onların övladının olmasına maneəçilik yaratmışdır. Həmçinin, maddi olaraq əziyyət və xərclərinə görə 2000 manat xərc çəkmişdir. Belə ki, avtomobili olmadığından taksilərə müraciət etməli olmuş, həmçinin digər gündəlik zəruri tələbatlarını da ödəməkdə çətinliklərlə üzləşmişdir. Zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat dəyərində ziyan dəymişdir. Belə ki, avtomobilinin qanunsuz həbs olunması iş yerində yüzlərlə əməkdaş yanında onu “xətalı imiş” kimi qınaq altına almış və zabit şərəfi alçaldılmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin vəkili X1 iddianı qəbul etməyərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı bu hüququndan istifadə etmiş, Şəki Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 3(075)-319/2019 saylı qərarı ilə Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı barəsində qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edilməsi ona hər hansı maddi və mənəvi ziyan vurulmasına dəlalət etmir. Bundan başqa hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulduğunu sübut etməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsi hazırki mülki işə baxaraq qərəzli qərar qəbul edərək maddi və mənəviyyatına dəymiş ziyanın ödənilməsinə mane olacaq qərar qəbul edilmişdir. Hakim xx xxxxxxx 2020-ci il tarixli 2(075)1403/2020 nömrəli qətnaməsində onun sübutlarını əslində qəbul etmiş, həqiqətəndə Şəki ŞRPŞ-nin YPX-nin bütün cinayət əməllərini və qanun pozuntularını görmüş, qəbul etmişdir. Bu qərar iri məmurlara jest deyilsə, bəs nə üçün indiyə qədər adını çəkdiyi cinayət və qayda pozuntuları haqqında bir hakim olaraq heç bir yuxarı orqanlara məlumat verilmədiyi, hər şeyin yəqin ki, ortaya qoymaqdadır. Ona görə də, cavabdeh Şəki ŞRPŞ-nin YPX-nə qarşı “ maddi və mənəvi zərərin ödənilməsi tələbinə” dair İddiaçı iddia ərizəsi üzrə Şəki rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)1403/2020 saylı qətnaməsi olan mülki işə baxılaraq iddia tələbinin təmin edilməməsi qərarınən ləğv edilməsini, yuxarıda göstərdiyi hallar əsas gətirilərək onun şəxsi şərəf və ləyaqətinin alçalması ilə mənəviyatına 30000 manat, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına görə bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq isə zabit şərəfinə 33000 manat olan, toplam cəmi 97000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə qərar verilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1403/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(075)-319/2019 nömrəli qərarından görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(107)- 203/2019 nömrəli qərarından görünür ki, apelyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(075)-319/2019 nömrəli qərarı isə dəyişdiirlmədən saxlanılmışdır. İşdə olan Şəki ŞRPŞ-nin xx xxxx 2019-cu il tarixli, 189-13734-1219 saylı məktubundan və Şəki Penitensiar Xidmətin xx xxxx 2019-cu il tarixli, 96 ş/h nömrəli əmrindən görünür ki, “İddiaçı yol verdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissi çəkməsi, qanunvericiliyin tələblərinə ciddi əməl etməsi əvəzinə əsaslı bir səbəb göstərmədən polis şöbəsinə gəlib izahat verməkdən, məlumatda göstərilənlərə aydınlıq gətirməkdən yayınması, qulluq mövqeyinə yaraşmayan tərzdə hədyanlar söyləməklə düşünülməmiş təsadüfi sözlər işlətməsi, həmçinin, telefon danışığı zamanı lüzumsuz mübahisə yaratmağa cəhd göstərib hörmətsizlik nümayiş etdirməsi” məzmununda onun xidmət etdiyi Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə məlumat xarakterli məktub göndərilmiş və Müəssisənin xx xxxx 2019-cu il tarixli, 96 ş/h nömrəli əmri ilə İddiaçı “töhmət” intizam tənbehi elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, 68-ci maddəsinin 1ci bəndinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1, 1100 və 1101.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndinə, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3 və 4-cü bəndinlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə. özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-dən onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat olmaqla, cəmi 97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın alınaraq ona ödənilməsi məhkəmədən xahiş edərək, bu ziyanın cavabdehin əməkdaşlarının qeyriqanuni hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də qeyd edilən ziyan məbləğinin cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin vəkili isə məhkəmə iclasında iddianı qəbul etməmişdir. Göründüyü kimi Şəki ŞRPŞ-nin DYPB-nin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulmaması sübut olunmamaqla yanaşı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər vurulduğu halda belə təqsirdən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı cavabdeh Şəki ŞRPŞnin DYPB-nə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1403/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1403/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar