Məhkəmə qərarları › İş №2(107)-632/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-632/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-632/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)-201/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İsmayıllı rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşı polis serjantı Cavabdeh İddiaçı idarə etdiyi VAZ 2106 markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Axundov küçəsində hərəkətdə olarkən saxlamış, Məmmədov inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edərək, protokolda avtomaşında əlavə konstruksiya işləri görüldüyünü qeyd etmişdir. Avtomaşın 25 may 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək polis cərimə meydançasındaa saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 350 manat maddi zərər və 2000 manat mənəvi zərər olmaqla, cəmi 2350 manat məbləğinin, habelə iddianın verilməsi üçün ödədiyi 44 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşı polis serjantı Cavabdeh onu idarə etdiyi VAZ 2106 markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Axundov küçəsində hərəkətdə olarkən saxlamış və ona təhlükəsizlik kəməri taxmadığı əsası ilə inzibati protokol tərtib olunacağını bildirmiş, eyni zamanda avtomobildə əlavə konstruksiya edildiyini bildirərək avtomobili cərimə meydançasına aparılacağını bildirmiş, avtomobilin yenicə təmir etdirdiyini, heç bir əlavə konstruksiya olmadığını bildirərək etiraz etsə də, ona əhəmiyyət verməyərək onu məcbur edərək avtomobili polis şöbəsinin həyətinə gətirdmişdir. O, protokol tərtib edilmədən avtomobili dayanacağa aparmayacağını bildirdikdən sonra, Cavabdeh inzibati xəta haqqında protokol tərtib edərək, protokolda avtomaşında əlavə konstruksiya işləri görüldüyünü qeyd etmişdir. Bundan sonra o məcburiyyət qarşısında qalaraq avtomobili sürüb polis şöbəsinin həyətindəki dayanacağa gətirmişdir. Belə ki, avtomobilin ban hissəsi tam salamat olmuş, heç bir əzik, cızıq olmadan polisin cərimə meydançasına qoymuşdur. Avtomaşın qanunsuz olaraq 25 may 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək dayanacaqda saxlanılmışdır. Bu müddət ərzində o polisin qanunsuz hərəkətlərindən DİN-nin 102 və 902 xidmətlərinə zənglər vuraraq şikayətlər etmiş, avtomobilin polisin cərimə meydançasında qaldığı müddətdə qabaq buferi zədə nəticəsində əzilmişdir. Bu barədə yol patrul xidməti rəhbərliyindən kameralara baxış keçirilərək avtomobilin hansı səbəbdən əzilməsinin müəyyən edilməsini tələb etsə də heç bir hərəkət edilməmişdir. O, qanunsuz cərimə, saxlama və avtomobilin buferinin əzilməsi barədə 102 xidmətinə həm də online qaydada şikayətlər etmiş, lakin şikayəti barədə fikir bildirilməmişdir. Belə ki, avtomobilə heç bir baxış keçirilməmiş, keçirilmişdirsə də onun iştirakı təmin olunmamış, heç bir video çəkiliş aparılmamışdır. Avtomobili cərimə meydançasından çıxardıqdan sonra şəxsi vəsaiti hesabına 50 manat ödəyərək usta gətirmiş, usta digər polis əməkdaşı Bəhramlı Bəhramın iştirakı ilə avtomobilin qabaq sağ tərəfi sökülərək heç bir konstruksiya dəyişikliyi edilmədiyi bildirilmiş, bundan sonra digər sol tərəfin sökülməsinə ehtiyac olmadığı bildirilərək əlavə konstruksiya dəyişikliyi aparılmadığı bildirilmiş və avtomobilin cərimə meydançasından çıxarılmasına icazə verilmişdir. Həmin gün ona inzibati xəta haqqında qərarın sürəti təqdim edilmişdir. Hüquqlarını bilmədiyi və qərardan şikayət etmə qaydası ona izah edilmədiyi üçün ilk əvvəl 102 xidmətinə, daha sonra isə Ombudsman aparatına şikayət etmiş, oradan 19 oktyabrda cavab gələrək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin həmin qərardan şikayət müddəti ötürüldüyü üçün həm birici instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi tərəfindən şikayət verilmə müddəti bərpa edilməmişdir. Belə olan halda polisin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərəri məhkəmə qaydasında tələb etmə hüququ vardır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində VAZ 2106 markalı,10 MZ126 dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin əzilməsi nəticəsində yenisinin alınması və quraşdırılması xərci ilə birlikdə 180 manat, öz hesabına usta dəvət edərək avtomobilin hərəkət hissəsində əlavə konstruksiya edilibedilmədiyinin yoxlanılması üçün ustaya zəhmət haqqı və ustanın aparılıb-gətirilməsi üçün ödədiyi 50 manat, habelə avtomobilin polisin cərimə meydançasında qanunsuz olaraq 15 gün müddətində saxlandığı səbəbindən işə gedib-gəlmək üçün taksiyə hər gün 6 manat olmaqla ödədiyi 90 manat olmaqla, ümumilikdə 350 manat pulun, eyni zamanda cavabdehin qanunsuz əməlləri nəticəsində keçirdiyi mənəvi izdiraba görə 2000 manat mənəvi zərərin əvəzi cavabdehdən tutulmalıdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı 25 may 2022-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İddiaçı məxsus “VAZ 2106” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayon polis Şöbəsinin duracağına təhvil verilmişdir. Qeyd edilən avtomaşın duracağa təhvil verilərkən və duracaqdan təhvil götürülərkən avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt tərtib edilmiş, qeyd edilən akt İddiaçı tərəfindən imza edilmişdir. İddiaçı məxsus avtomaşın duracağa təhvil verilərkən və duracaqdan götürülərkən avtomaşında heç bir əzik və zədə olmamışdır. O, məzuniyyətdə olduğundan avtomaşını duracaqdan digər ekpaj üzvü X7 Turala təhvil vermişdir. İddiaçı avtomaşını təhvil götürərkən akta avtomaşında əzik olmadığını qeyd etməklə qəbul etmişdir. Eyni zamanda avtomaşın duracaqdan çıxarılarkən qapı postunda foto şəkilləri çəkilmişdir. Qeyd edilən foto şəkillərdə İddiaçı məxsus avtomaşının qabaq hissəsində əzik olmadığı aydın görünür. O, İddiaçı məxsus avtomaşına maddi zərər vurmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı bacanağı, cavabdehi isə rayon polisi kimi tanıyır. İddiaçıya məxsus avtomaşın cavabdeh tərəfindən duracağa təmin olunmuşdur. İddiaçı ilə birlikdə maşını duracaqdan götürərkən maşının qabaq buferinin əzildiyini görmüşdür. Polis əməkdaşları içəri telefona daxil olmağa imkan vermədiklərindən maşının qabaq buferinin əzik olmasının foto şəkilini çəkə bilməmişlər.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı yeznəsidir, cavabdehi isə tanımır. İddiaçı ilə birlikdə maşını duracaqdan götürərkən maşının qabaq buferində əzik olduğunu görmüş və bu barədə iddiaçıya məlumat vermişdir. İddiaçı maşının qabaq buferinin əzik olduğunu gördükdən sonra polis əməkdaşlarına öz narazılığını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin DYPB-də inspektor vəzifəsində işləyir. İddiaçını rayon sakini kimi tanıyır, cavabdeh isə iş yoldaşıdır. Cavabdeh məzuniyyətdə olduğundan duracaqda olan avtomaşın iddiaçıya onun tərəfindən təhvil verilmişdir. İddiaçı avtomaşını təhvil götürərkən akta imza etmişdir. İddiaçıya məxsus avtomaşında əzik olmasını eşitsə də, ümumiyyətlə avtomaşının əzilməsi və ya onun kim tərəfindən əzilməsini bilmir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , iddiaçı tərəfindən avtomobilin zədə görməsi və eyni zamanda zədənin məhz hazırki tələb üzrə cavabdeh tərəfindən yetirilməsi barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından və təqdim etdiyi fotoşəkillərdən başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən avtomobilin ümumiyyətlə idarə olunmadığı, iddiaçının özü tərəfindən idarə olunaraq dayanacağa gətirildiyi, avtomobil dayanacağa yerləşdirilən zaman barədə akt tərtib edildiyi, avtomobil dayanacaqdan çıxarkən də foto şəkli çəkildiyi bildirilmiş, həmin vaxt avtomobildə hər hansı zədə aşkar edilmədiyi cavabdeh tərəfindən qeyd edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

9. Məhkəmə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçı bu barədə yazılı razılıq təqdim etməyərək, avtomobili məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində zədələnməsini qeyd edərək,hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab etmiş və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah etmişdir.

10. İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)-201/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əlizadə X5 Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri təqsirli bilinərək barəsində İsmayıllı rayon Yol patrul xidməti inspektoru polis serjantı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

12. İşdə olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Əlizadə X5 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir.

13. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 3(037)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirili bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır.

14. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, İddiaçı məxsus “VAZ 2106” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imza edilməklə saxlanca qəbul edilmiş, aktda saxlanca qəbul edilərkən avtomaşında əzilmiş hissələr olmadığı qeyd edilmiş, 08 iyun 2022-ci il tarixdə avtomaşın saxlancdan çıxarılarkən aktda avtomaşının ön bamperinin duracaqda əzildiyi qeyd edilmişdir.

15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsindən göründüyü kimi Cavabdeh rəsmi tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktla ona məxsus “VAZ 2106” markalı minik avtomobilini saxlanca götürmüşdür. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin DYPB-də inspektor vəzifəsində işləyən Bəhramlı Bəhram ifadəsində qeyd etmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh məzuniyyətdə olduğundan iddiaçıya məxsus minik avtomobilini saxlanc yerindən iddiaçıya o təhvil vermişdir. Həmin vaxt iddiaçı avtomobilində əzik olmasını bildirmişdir, lakin o avtomobilin əzilməsini və kim tərəfindən əzilməsini bilmir. Bununla da şahid polis əməkdaşı dolayısı ilə avtomaşının əzildiyini təsdiq edir. Eyni zamanda iş üzrə dindirilmiş şahidlər Məhərrəmli Ülvi və Mirzəyev Əkbər iddiaçı tərəfindən avtomobilin saxlanc yerindən çıxarıldığı zaman avtomobilin buferinin əzik olduğunun məlum olmasını bildirmişlər. Bununla da iddiaçıya məxsus avtomobilin buferinin polisin saxlanc yerində əzilməsi faktı həm onun öz izahatı, həm də şahidlərin ifadələri ilə təsdiq olunur. Məhkəmə isə bu sübutları lazımınca düzgün qiymətləndirməmişdir. Yəni, cavabdehin avtomobili aktla saxlanc yerinə qəbul etməsi təsdiq olunursa onun həmin avtomobilin qəbul olunduğu anda olduğu vəziyyətdə sahibinə qaytarılmasında da cavabdehdir. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərər çəkmişdir. Mənəvi zərər ondan ibarətdir ki, cavabdeh ona qarşı qərəzli münasibət bəsləyərək avtomobildə heç bir əlavə konstruksiya olmadan ona cərimə yazmış, barəsində olmayan bir inzibati pozuntuya görə protokol tərtib etmiş, ona məxsus avtomobili polisin saxlanc yerinə gətirərək avtomobili də vurub əzmişdir. Cavabdehin bu hərəkəti də ona mənəvi iztirablar vermişdir. Məhkəmə bu hallara da hüquqi qiymət verməmişdir.

17. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)- 201/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023cü il tarixli 2(037)-201/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsində isə təsbit olunmuşdur ki, şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)- 201/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, müəyyən edilməlidir ki, kim kimdən nəyi hansı əsasla tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı qərarlarında göstərildiyi kimi, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin DYPB-nin inspektoru X4 ifadəsində avtomobilin cərimə meydançasından götürülərkən əzilmiş olmasını təsdiq etməmişdir, o, “iddiaçıya məxsus avtomaşında əzik olmasını eşitsə də, ümumiyyətlə avtomaşının əzilməsi və ya onun kim tərəfindən əzilməsini bilmədiyini” qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş digər iki şahid X3 və X2 iddiaçının öz qohumları olduğundan və sonuncuların dedikləri işin digər halları və digər sübut və dəlillərlə təsdiq edilmədiyindən, mötəbər sübut kimi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından və təqdim etdiyi fotoşəkillərdən başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən avtomobilin ümumiyyətlə idarə olunmadığı, iddiaçının özü tərəfindən idarə olunaraq dayanacağa gətirildiyi, avtomobil dayanacağa yerləşdirilən zaman barədə akt tərtib edildiyi, avtomobil dayanacaqdan çıxarkən də foto şəkli çəkildiyi bildirilmiş, həmin vaxt avtomobildə hər hansı zədə aşkar edilmədiyi cavabdeh tərəfindən qeyd edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)-201/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(037)-201/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar