Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-634/2020 18.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və “Cavabdeh1-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs X5 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dаir mülki iş üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə və “Cavabdeh1-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonu Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim F.Abbasov)xx xxxx 2017-ci il tаrixli 2(025)- 33/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin xx.xx.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və Ekspert rəyinin dəyəri olan 300 manat Cavabdeh1 MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına, eləcə də ekspert rəyinin dəyəri olan 200 manat İddiaçı alınaraq xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X7 аpelyаsiyа şikаyəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2222/2018 nömrəli (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov, E.Hüseynov) qətnaməsinə əsasən üçünçü şəxs X7 tərəfindən verilmiş аpelyаsiyа şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli, 2(025)-33/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2222/2018 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı və vəkili X1 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-7649/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2222/2018 nömrəli qətnaməsi ləğv edilib və mülki yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə qəsəbə sakini X3 borcunun müqabilində ona və ailəsinə məxsus Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi ilə icra hərəkətləri həyata keçirilmiş və evi onun xəbəri olmadan satılmışdır. Qeyd olunan qətnamə icra olunması üçün Cavabdeh2nə göndərilmiş, Cavabdeh2 tərəfindən icraata başlanılmış və evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün xx.xx.2011-ci il tarixdə, 116/11 saylı əmlakın qiymətləndirilməsinə görə mütəxəssis dəvət edilməsinə görə sifariş verilmişdir. Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 17000 manat müəyyən olunmuşdur. Hesab edir ki, “Cavabdeh1-N” MMC tərəfindən evinin ilkin satış qiymətinin 17000 manat müəyyən edilməsi reallığı əks etdirmir. Bu səbəbdən ipoteka predmeti yenidən qiymətləndirilməlidir. Belə ki, qiymətləndirmə həyata keçirilərkən evinə baxış keçirilməmişdir. Ekspert tərəfindən evinə baxış keçirilsəydi görünərdi ki, evin özülü rəydə qeyd edildiyi kimi betondan deyil. Həmçinin baxış keçirilsəydi həyətində olan fındıq topaları barədə də məlumat verilərdi. Çünki, həmin torpaq sahəsinin xeyli qiyməti var, rəydən göründüyü kimi həmin torpaq sahəsi ona məxsusdur. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X7 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi bu günədək rəsmi qaydada ona təqdim edilməmişdir. 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2( 102)-1413/2018 saylı qərarını əldə etdikdən sonra Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-33/2017 nömrəli qətnaməsi haqqında məlumat əldə etmişdir. (Ali Məhkəmənin sözügedən qərarının 4-cü səhifəsinin 9-cu abzasında bu barədə qeyd edilmiş və apellyasiya instansiya məhkəməsi üçün məcburi göstərişlər müəyyən edilmişdir).Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz və əsassızdır.Belə ki, mülki iş üzrə məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Buna görə də o məhkəmə müdafiəsi hüququnu həyata keçirə bilməmişdir.2(025)-33/2017 nömrəli qətnamə ilə “Cavabdeh1-N” MMC-nin xx.xx.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi birbaşa onun maraqlarına toxunmasına baxmayaraq ona nə məhkəmə iclaslarının vaxtı və yeri barəsində bildiriş, nə də ki, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı göndərilməmişdir.İştirakı olmadan və iddiaya münasibəti öyrənilmədən, məhkəmə müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmadan işə mahiyyəti üzə baxıb yekun qətnamə qəbul etməklə məhkəmə mülki prosessual qanunvericiliyin işə baxılmasının şifahiliyi və çəkişmə prinsipinin tələblərinipozmuşdur.Belə ki, MPM-nin 9.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.Həmin Məcəllənin 9.3-cü maddəsində isə göstərilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Həmin Məcəllənin 175.3-cümaddəsində qeyd edilmişdir ki, işə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır.Ona görə də hesab edir ki, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır.Belə ki, MPM-nin 387.2.2-ci maddəsində qeyd edilmişdir ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-33/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, ona və ailəsinə məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi ilə icra hərəkətləri həyata keçirilmiş və evi onun xəbəri olmadan satılmışdır. Həmin vaxt evə real qiymət qoyulmamış, ev dəyərindən çox aşağı qiymətə satılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq iddiaçı cavabdehlər Qəbələ rayon İcra və Probasiya Şöbəsi, “Cavabdeh1-N” MMC-in nümayəndələri və 3-cü şəxs X7 məhkəmə kollgiyasının iclaslarına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məluat verməmişlər. 3-cü şəxs X7 həmçinin 055 3292030, 051 374 33 33 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə, eləcə də iclas katibi tərəfindən zəng edilməklə də (bu barədə telefonoqram tərtib olunmuşdur) xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası AR MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-7649/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)- 2222/2018 nömrəli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərildiyindən, yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilən puldan X3 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pulun iddiaçı X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Cavabdeh2 icraatına daxil olaraq müvafiq icra prosedurlarına başlanılmış və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nə sifariş verilmişdir. Cavabdeh1 MMC-nin iş materiallarında olan xx.xx.2011-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”a əsasən, sözügedən fərdi yaşayış evi 17000 (on yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, həmin qurumun verdiyi xx.xx.2016-cı il tarixli, 479 saylı rəydə isə İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 45 000 (qırx beş min) manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin 2011-ci ilin avqust ayına olan bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, həmin qurumun verdiyi xx.xx.2017-ci il tarixli, 214 saylı rəyə əsasən İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə 2011-ci ilin avqust ayına olan bazar qiymətinin 42 000 (qırx iki min) manat olduğu göstərilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilən puldan X3 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pulun iddiaçı X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq icra vərəqəsi verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Cavabdeh2 icraatına daxil olaraq müvafiq icra prosedurlarına başlanılmış və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nə sifariş verilmişdir. Cavabdeh1 MMC-nin iş materiallarında olan xx.xx.2011-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” dan görünür ki, sözügedən fərdi yaşayış evi 17000 (on yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-7649/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2222/2018 nömrəli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiya məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, ipoteka predmetinə dair hərracın Cavabdeh1 MMCnin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” xx xxxxxx 2011-ci il tarixli hesabında göstərilən qiymətə əsasən aparılmasına, həmin hesabatda fərdi yaşayış evinin yerləşdiyi 0,46 ha torpaq sahəsinə ümumiyyətlə qiymət qoyulmamasına, fərdi yaşayış evinə qoyulmuş 17.000 manat ilkin satış qiymətinin isə açıq-aşkar ipoteka predmetinin real bazar qiymətinə tərs mütənasib olmasına, rəydə evin yerləşdiyi torpaq sahəsinin qiymətləndirilməsi barədə hər hansı məlumat olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi də iddiaçının mülkiyyəti kimi ipotekaya qoyulmuş və o evinin və onun yerləşdiyi torpaq sahəsinin qiymətinin həyətində olan fındıq torpaqları da nəzərə alınmaqla xeyli olmasını mübahisələndirir. Məhkəmə kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək daha sonra hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi Qəbələ rayon məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin ümumiyyətlə göstərilməməsinə, sonradan ipoteka predmetinə müstəqil qiymətləndiricilərin, yəni Cavabdeh1 MMC-nin xx xxxxxx 2011-ci il tarixli rəyi ilə 17.000 manat, “xxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli rəyi ilə 45.000 manat, həmin Cəmiyyətin xx xxxx 2017-ci il tarixli rəyi ilə 42.000 manat qiymət qoyulmasına əhəmiyyət vermədən, həmin rəyləri məhkəmədə tədqiq edilən digər sübutlarla yanaşı qiymətləndirmədən iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməməsinə dair səhv hüquqi nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apelyasiya instansiya məhkəməsi ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, həmin qurumun verdiyi xx.xx.2016-cı il tarixli, 479 saylı rəydə isə İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 45 000 (qırx beş min) manat olduğu göstərilmişdir. Məhkəmə tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin 2011-ci ilin avqust ayına olan bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, həmin qurumun verdiyi xx.xx.2017-ci il tarixli, 214 saylı rəyə əsasən İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə 2011-ci ilin avqust ayına olan bazar qiymətinin 42 000 (qırx iki min) manat olduğu göstərilmişdir. Cavabdeh1 MMC tərəfindən “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” xx xxxxxx 2011-ci il tarixli hesabat tərtib olunarkən qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmamış, mübahisəli obyektin qiyməti həmin tələblərə müvafiq əsaslandırılma aparılmadan təyin edilmişdir. Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Bu da son nəticədə mövcud mübahisənin yaranmasına gətirib çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qiymətləndirmə qaydalarına müvafiq aparılmış və mübahisəli əmlakın 2011-ci ilin avqust ayına olan bazar qiymətinin 42 000 (qırx iki min) manat məbləğində olduğu müəyyən edilmişdir. Ona görə də, Cavabdeh1 MMC-nin mübahisəli əmlaka dair müəyyən etdiyi 17.000 manat məbləğində qiymətin, həmin əmlakın bazar dəyərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Eyni ilə də, 2011-2017-ci illər ərzində daşınmaz əmlak bazarında qiymət sıçrayışının olmadığı, əksinə qiymət azalması hamıya bəlli olan haldır. Mübahisəli hesabatla məhkəmə baxışı zamanı keçirilmiş təkrar qiymətləndirmə rəyi arasında iki dəfədən artıq qiymət fərqi yaranmışdır. Məhz bu səbəblə birinci instansiya məhkəməsi, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin 2011-ci ilin avqust ayına olan bazar qiymətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş qiymətini daha mötəbər hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakı hüquq normalarına istinad etməklə dəyərləndirməyi zəruri hesab etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun -41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlak məcburi qaydada qiymətləndirilir. Həmin Qanunun 15-ci maddəsinə görə qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonu Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həm də mübahisəli əmlakın qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə hesab edir ki, apelyasiya şikayəti qətnamənin tamamilə ləğvi və iddianın rədd olunması üçün əsaslı olmasa da, qismən ləğv və qətnamənin ikinci hissəsinin qətnamədən xaric olunması üçün əsasdır. Belə ki, qətnamənin ikinci hissəsi-yəni əmlakın yenidən qiymətləndirilməsi və icra hərəkətlərinin həmin qiymət əsas götürülməklə davam etdirilməsi iddia tələbi arasında yer almadığından, bu iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, Qəbələ rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi “Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)- 20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi” hissəsində ləğv edilməli və həmin hissə qətnamədən xaric edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402- 406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə t e t d i : X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsi qismən, yəni “Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi” hissəsində ləğv edilsin və həmin hissə qətnamədən xaric edilsin. Qətnamə qalan hissələrdə-yəni Cavabdeh1 MMC-nin xx.xx.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspert rəyinin dəyəri olan 300 manat Cavabdeh1 MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına, eləcə də ekspert rəyinin dəyəri olan 200 manat İddiaçı alınaraq xxxx” MMC-nin hesabına köçürülməsi hissələrində” dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-634/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-634/2020
18.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver