Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-634/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X10 ibarət tərkibdə, X16 qızının katibliyi, iddiaçı X3 və Cavabdeh iştirakı ilə, iddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh arasında 01 iyun 2006-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmuş və birgə nikahdan doğulmuş uşaqlarının analarının (iddiaçının) yanında saxlanılması qət olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Zaqatala şəhəri, Heydər Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan qeydiyyat cavabdehlə Abdullayeva Svetla na Hacıyevna arasında xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Zaqatala şəhəri, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan qeydiyyat cavabdehlə X12 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla müəyyən olunur ki, Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan qeydiyyat cavabdehlə X11 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmış Zaqatala şəhəri, H. Əliyev prospekti 68 ünvanda yerləşən 0,0247 ha torpaq sahəsi X4 məxsus Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanda yerləşən fərdi yaşayış evi ilə birləşərək alğı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində Cavabdeh adına, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin və son olaraq xx.xx.2023-cü il tarixində tam mülkiyyət üzrə X6 adına qeydiyyata alınmışdır. Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanda yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd olunan 0,0149 ha və 0,00850 ha torpaq sahələri Cavabdeh məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi ilə birləşərək 11.11 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixində paylı mülkiyyət üzrə Cavabdeh və İddiaçı Mühübbəli qızının adlarına və son olaraq Cavabdeh ********** qeydiyyat nömrəli ərizəsi əsasında 1/2 mülkiyyət üzrə xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestri xidmətində **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsinin, **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin aralarında bölünməsi, daşınmaz əmlakların 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı "nikahın pozulmasına dair" iddia tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-65/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestri xidmətində **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi, **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ ilə əldə etmişlər. Həmin torpaq sahələrindən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi üçün 2017-ci ilin may ayında 16.800 manat pul vermişlər. Zaqatala şəhəri H.Əliyev prospektində yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi üçün 2020-ci ilin fevral ayında 15.000 manat pul vermişlər. Satıcı qohumu olduğu üçün müqavilədə məbləği az yazdırıblar. Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsi üçün isə 8000 manat pul vermişlər. Həmin torpaq sahələrinin məhkəmə qərarı ilə aralarında bölünmüş fərdi yaşayış evlərinə (obyektlərə) bitişik olduğunu nəzərə alaraq tərəfindən ilkin iddiaya daxil edilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, fərdi yaşayış evinin torpağı ayrıcadır və öz çıxarışında öz əksini tapıb. Ona görə də, torpaq sahələrinə görə ayrıca iddia qaldırmağa zərurət yarandı. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 77/2024 nömrəli iş üzrə qəbul etdiyi 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ev 66 anvanında yerləşən reyestr nömrəsi **********77-10301 olan 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X3 həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış ünvan 8 anvanında yerləşən reyestr nömrəsi **********38 olan 0,0160 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X3 həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı X7 ilə Cavabdeh 01 iyun 2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2017-ci il tarixdə 4Ə-658 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satıcı X1 mülkiyyətində olmuş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 23,2 kv.m olan fərdi yaşayış evi, xx.xx.2017-ci il tarixdə ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə 4Ə-326 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi Cavabdeh tərəfindən alınmışdır. ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsinin 0,00850 ha hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanda yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd olunan 0,0149 ha və 0,00850 ha torpaq sahələri, cəmi 0,0234 ha torpaq sahəsi Cavabdeh məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi ilə birləşərək xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmış 0,0160 ha torpaq sahəsi X5 məxsus Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanda yerləşən fərdi yaşayış evi ilə birləşərək alğı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Zaqatala şəhəri H.Əliyev prospekti 66 və 68 ünvanında olan torpaq sahələri üzərində yerləşən tikililərdə iddiaçı X3 1/2 hissədə payı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-90/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı X7 hazırki iddia ərizəsi ilə müraciət edərək **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsinin və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bölünməsi və daşınmaz əmlakın 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin bölünməsi və iddiaçının həmin torpaq sahələrinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin torpaq sahələri vahid əmlak olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin ümumi həcmi 0,0234 ha olaraq qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının üzərində payının müəyyən edilməsini tələb etdiyi 2 torpaq sahəsi vahid əmlak kimi qeydiyyata alındığından və hər iki torpaq sahələri (**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsi) mülki iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə alındığından (xx.xx.2020-ci il və xx.xx.2017-ci il) iddiaçı X3 ayrı-ayrılıqda **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahələri üzərində deyil, vahid əmlak qismində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək tərəflərin hər birinin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. İş materiallarından görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə və həmin ünvanda yerləşən iddia tələbində göstərilən 0,00850 ha torpaq sahəsi ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin predmeti olan 0,016 ha torpaq sahəsinin tərkib hissəsi olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri ilkin olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və daha sonra torpaq sahələri xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə vahid əmlak kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla həmin qeydiyyat çıxarışla rəsmləşdirilmişdir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahələri tərəflər birgə nikahda olduqları müddətdə alınmışdır. Mübahisələndirilən torpaq sahələri alğı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə cavabdehin mülkiyyətinə verilmişdir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə əlavə olaraq qeyd etmişdir ki, hazırki iddianın predmeti olan Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin 1/2 hissəsinə münasibətdə iddiaçı X3 mülkiyyət hüququ Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-90/2022 nömrəli qətnaməsi ilə tanınmış və həmin qətnamə əsasında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə) qeydiyyat aparılmışdır. Qeydiyyat aparılarkən yanlışlığa yol verilərək Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən mənzillə yanaşı həmin mənzilin yerləşdiyi torpaq sahəsi üzərində də cavabdehin 1/2 payı müəyyən edilərək müvafiq qeyd aparılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh müraciəti əsasında dövlət reyestrində aparılmış qeydiyyat dəyişdirilmiş və cavabdeh torpaq sahəsi üzərində iddiaçının payının müəyyən edilməsinə etirazı olmadığından yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı daha əvvəl Daşınmaz əmlakın Dövlət reyestrinə müraciət etmədiyini bildirmişdir. Ona görə də, iddiaçının bu tələbi qismən təmin edilməlidir ona görə ki, iddiaçının ayrılıqda mübahisələndirdiyi iki torpaq sahəsi artıq birləşdirilərək bir çıxarışla rəsmiləşdirilmiş, iddiaçının birgə əmlak kimi mülkiyyətinə verilməsini istədiyi torpaq sahələrinə aid ayrıca çıxarışlar ləğv edilmişdir. Ona görə də, onun iddiası sonuncu çıxarışa münasibətdə təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********77-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alındığından, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində də tərəflərin 1/2 payı müəyyən edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı işdə də, ilk iddia üzrə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mübahisəli əmlakların (Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarda yerləşən mənzillərin) tərəflərin birgə nikahı dövründə əldə edildiyi tərəflərin izahatları və işdəki mövcud sübutlarla öz təsdiqini tapmışdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmələr hesab etmişdir ki, tərəflərin ümumi əmlakı hesab edilən Zaqatala şəhəri, H.Əliyev prospekti 68 və Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanlarda yerləşən mənzillərin 1/2 hissəsinə hazırki iş üzrə iddiaçının mülkiyyət hüququ müəyyən edilməlidir. İddia tələbinin “**********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsinə münasibətdə məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi də mülki iş üzrə tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2017-ci il tarixdə əvəzi ödənməklə alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən əldə edilmişdir. Qanunvericilik nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayır və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin dəyişməsi ilə bağlı razılaşma olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı X7 da cavabdeh X9 ilə yanaşı Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. Məhkəmə üçüncü şəxs qismində cəlb edilmiş X6 etirazına münasibətdə qeyd etmişdir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, həmin əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka müqaviləsi əsasında yüklü edilməsinə baxmayaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə 1/2 hissəsi üzərində iddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının mülkiyyət hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iddianın predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə üzərində iddiaçının 1/2 hissədə mülkiyyət hüququ tanınan mənzilin "xxxx" ASC-nin, daha sonra isə üçüncü şəxs X6 mülkiyyətinə keçməsinə baxmayaraq iddiaçı X3 həmin əmlaka mülkiyyət hüququ (sərəncam hüququ istisna olmaqla) Cavabdeh tərəfindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əmlakı əldə etdiyi andan, yəni xx.xx.2017-ci il tarixdən yaranmış və onun mülkiyyət hüququna qanuni əsaslarla xitam verilməmişdir. İşdə olan sənədlərdən də görünür ki, həmin mübahisələndirilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri alğı-satqı zamanı və tərəflər nikahda olduqları müddətdə 0,0160 ha olmuş, daha sonra həmin torpaq sahəsinin ölçüləri dəyişdirilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********21- 10301 olan ünvan 8 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********21-10301 olan ünvan 8 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı isə hazırki tələbində Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi üzərində 1/2 payının müəyyən edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki hüququn əsas postulatlarından (aksiomlarından) olan “Nemo plus iuris transferre potest (ad alium) quam ipse habet” prinsipinə görə heç bir şəxs özünə məxsus hüquqlardan daha artığını ötürə bilməz. Qeyd edilən prinsipə əsaslanaraq məhkəmə hesab edir ki, üçüncü şəxs X6 iddianın predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu hansı üsulla əldə etməsindən asılı olmayaraq həmin əmlak xx.xx.2017-ci il tarixdən ümumi birgə mülkiyyətdə olmuş və əmlakın rejimi əmlak üzərində sərəncam vermək hüququ olan mülkiyyətçiləri tərəfindən dəyişdirilməmişdir. Cavabdeh ümumi birgə mülkiyyətdə olan həmin əmlak barəsində təkbaşına sərəncam verməsi özünə məxsus hüquqlardan daha artığının ötürülməsi kimi qiymətləndirilə bilər və bu mülki hüququn yuxarıda qeyd edilən prinsipinə ziddir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.3, 34.1, 34.2, 36.3, 36.9, 37.1, 38.1, 38.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh məhkəmənin hazırlıq iclasında izahat verərkən məhkəmənin diqqətinə çatdırmışdır ki, Zaqatala şəhəri, H.Əliyev prospekti 66 və 68 ünvanında yerləşən torpaq sahələrini nikaha daxil olmazdan əvvəl mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 32.1 kv.m olan mənzilini 03 mart 2016-cı il tarixdə 37.500 manat qiymətinə sataraq satışdan əldə olunmuş vəsait hesabına almışdır. Həmçinin məhkəmə iclasında izahat verərkən bu faktı təsdiq edən, 03 mart 2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş müqaviləni, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı, həmin mənzilin mülkiyyətində olmasını təsdiq edən qeydiyyat vəsiqəsinin surətini məhkəməyə təqdim etmişdir. Halbuki, məhkəmə sübutları işə əlavə etməkdən imtina edərək, işə mahiyyəti üzrə baxılmasının başa çatdığını bildirmişdir. Beləliklə, məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmadan, işi məhkəmə baxışına vermiş və bununla da birinci instansiya məhkəməsinin çıxardığı hazırki qətnamə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, nikaha daxil olanadək ər-arvadın hər birinə məxsus olan əmlak onların ayrıca mülkiyyətindədir, yəni ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmur. Beləliklə, cavabdeh Zaqatala şəhəri, H.Əliyev prospekti 66 və 68 ünvanında yerləşən torpaq sahələrini nikahdan əvvəl özünə məxsus olan daşınmaz əmlakımı satmaqla əldə olunmuş pul hesabına alındığına görə, həmin torpaq sahələri iddiaçı ilə cavabdehin nikah dövründə əldə olunmuş ümumi birgə mülkiyyət kimi qiymətləndirilə bilməzdi. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddələrinin Azərbaycan RespublikasıKonstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli qərarında həmin məsələ ilə bağlı qeyd edilir ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Halbuki məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh nikaha daxil olmazdan əvvəl mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 32,1 kv.m olan mənzilini 03 mart 2016-cı il tarixdə 37.500 manat qiymətinə satmışdır. Bundan təxminən 1 il 2 ay sonra, yəni 16 may 2017-ci il tarixdə notarial qaydada alğı-satqı müqavilələri bağlamaqla Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 23,2 kv.m olan fərdi yaşayış evini satıcı X2 8.000 manata, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsini satıcı X8 16.800 manata almışdır. Həmin torpaqların nikahdan öncə cavabdehin mülkiyyətində olan daşınmaz əmlakını satdıqdan 1 il 2 ay müddət keçdikdən sonra almağına səbəb isə Zaqatala şəhərinin mərkəzindən, uyğun qiymətə satışda olan torpaq sahələrinin axtarılmasına müəyyən vaxt sərf olunması ilə əlaqədar olmuşdur. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh tərəfindən şikayətində qətnamənin tam ləğvi xahiş edildiyindən Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Rspublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: ----- 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 01 iyun 2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2017-ci il tarixdə 4Ə-658 reyestr nömrəli, ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satıcı X1 mülkiyyətində olmuş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 23,2 kv.m olan fərdi yaşayış evi, xx.xx.2017-ci il tarixdə 4Ə-659 reyestr nömrəli, ******* nömrəli Daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə 4Ə-326 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi Cavabdeh tərəfindən alınmışdır. 0627082 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsinin 0,00850 ha hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanda yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd olunan 0,0149 ha və 0,00850 ha torpaq sahələri, cəmi 0,0234 ha torpaq sahəsi Cavabdeh məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi ilə birləşərək 11.11 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmış 0,0160 ha torpaq sahəsi X5 məxsus Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanda yerləşən fərdi yaşayış evi ilə birləşərək alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Zaqatala şəhəri H.Əliyev prospekti 66 və 68 ünvanında olan torpaq sahələri üzərində yerləşən tikililərdə iddiaçı X3 1/2 hissədə payı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-90/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı X7 hazırki iddia ərizəsi ilə müraciət edərək **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin, **********62 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsinin və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bölünməsi və daşınmaz əmlakın 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin bölünməsi və iddiaçının həmin torpaq sahələrinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd edir ki, həmin torpaq sahələri vahid əmlak olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin ümumi həcmi 0,0234 ha olaraq qeyd edilmişdir. Qeyd olunanları nəzərə alan Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının üzərində payının müəyyən edilməsini tələb etdiyi 2 torpaq sahəsi vahid əmlak kimi qeydiyyata alındığından və hər iki torpaq sahələri (**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsi) mülki iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə alındığından (xx.xx.2020-ci il və xx.xx.2017-ci il) iddiaçı X3 ayrı-ayrılıqda **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahələri üzərində deyil, vahid əmlak qismində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək tərəflərin hər birinin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Rayon Məhkəməsi iddia tələbinin “**********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi də mülki iş üzrə tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2017-ci il tarixdə əvəzi ödənməklə alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən əldə edilmişdir. Qanunvericilik nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayır və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin dəyişməsi ilə bağlı razılaşma olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı X7 da cavabdeh X9 ilə yanaşı Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh isə qətnamədən verdiyi apellyasiya şikayətində mübahisəli torpaq sahələri üzərində onunla iddiaçının paylarının müəyyən edilməsi ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırır ki, həmin torpaq sahələri nikah dövründə əldə edilsə də, nikahdan əvvəl cavabdehə məxsus olmuş ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 32.1 kv.m olan mənzilinin 03 mart 2016-cı il tarixdə satışından əldə etdiyi 37.500 manat hesabına almışdır. Göstərilənlərə əsasən, cavabdeh Mülki Məcəllənin 225.2-ci maddəsinə istinad edərək mübahisəli mənzilin onunla iddiaçının ümumi birgə mülkiyyəti olmadığını, yalnız özünə məxsus olduğunu bildirir. Cavabdeh həmçinin qeyd edir ki, dəlillərini təsdiq edən sübutları Rayon Məhkəməsi sübutların məhkəmə baxışı zamanı təqdim olunmasının yolverilməzliyinə istinad edərək, onları qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin maddi hüquq normasının məzmunundan görünür ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak onun mülkiyyətidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli torpaq sahələrinin yalnız ona mənsubluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 03 mart 2006-cı il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, cavabdeh, özünə məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 32.1 kv.m olan mənzili 37.500 manata satmışdır. Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən alğı-satqı müqaviləsi sadəcə cavabdehin mübahisəli torpaq sahələri alınmazdan əvvəl 25 nömrəli mənzili 37.500 manata satdığını təsdiq edir. Lakin cavabdeh qeyd edilən vəsaitin məhz mübahisəli torpaq sahələrinin alınmasına yönəldilməsini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Sübuta yetməyən etiraz isə əsaslı hesab edilə və nəzərə alına bilməz. Digər tərəfdən Məhkəmə bildirir ki, cavabdehin 03 mart 2006-cı il tarixli, alğı-satqı müqaviləsini sübut kimi Rayon Məhkəməsinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi qanun sübutların təqdim olunması ilə bağlı konkret müddət (mərhələ) müəyyən etmişdir ki, cavabdeh də qanunun bu tələbinə əməl etməmiş, sübutun təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-634/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-634/2024
14.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver