Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-636/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı “payın müəyyən ediməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə JN-255F kod 40604018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və mərhum X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,58 hektar ölçüsündə həyətyanı torpaq sahəsindən paylarının 1/5 (0,58 hektar ölçüsündə sahədən 0,116 hektar) hissədə müəyyən edilməsi barədə müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2022-ci il tarixli, 2(025)-749/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı “payın müəyyən ediməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2022-ci il tarixli, 2(025)-749/2023 saylı qərardadından İddiaçı1 şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2022-ci il tarixli, 2(025)-749/2023 saylı qərardadının ləğv edilməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadı ilə razı deyil. Belə ki, iddia ərizəsinin geri qaytarılma səbəbi kimi göstərilmişdir ki, “iddia ərizəsində iddiaçı kimi İddiaçı1 göstərilsə də, JN-255F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə digər payçılarla birlikdə X3 adı qeyd edilmiş həmin adın İddiaçı1 ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilməmişdir. Lakin, təəssüflər olsun ki, məhkəmə tərəfindən iş materialları kifayət qədər araşdırılmayaraq səhv nəticəyə gəlinmişdir. Birinci, iddia ərizəsində Cavabdeh2 keçmiş həyat yoldaşı olduğu və onu nikahının rəsmi qaydada pozulduğunu qeyd etmişdir. Həmçinin Cavabdeh2 ilə nikahlarının pozulmasını təsdiq edən Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 04 avqust 2001-ci il tarixdə verilmiş “Boşanma haqqında” şəhadətnamənin surətini əlavə etmişdir. Həmin “Boşanma haqqında” şəhadətnamədən də görünür ki, nikah pozulmamışdan əvvəl soyadı “Musayeva” olmuş, nikah pozulduqdan sonra isə qız soyadı olan “İdrisova” soyadını qəbul etmişdir. Göstərilən bu hal kifayət qədər sübut edir ki, torpaq islahatı aparılan zaman, yəni onlara torpaq şəhadətnamə verilən 19 yanvar 1998-ci il tarixdə Cavabdeh2 ilə evli olmuş və bu səbəbdən soyadı “Musayeva” kimi göstərilmişdir. İkincisi, hal-hazırda soyadı “İsmayılova”dır. Bununla bağlı sübutu da iddia ərizəsinə əlavə etmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Qəbələ rayon Hacallı kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01 aprel 2008-ci il tarixdə verilmiş “Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 01 aprel 2008-ci il tarixdə X5 ilə nikaha daxil olaraq “İsmayılova” soyadını qəbul etmişdir. Üçüncü, digər iddiaçı olan İddiaçı2 onun Cavabdeh2 ilə birgə nikahından olan oğludur. Bu halda kifayət qədər sübut edir ki, torpaq islahatı aparılan zaman Cavabdeh2 ilə birgə nikah olduğundan soyadı həmin vaxt düzgün olaraq “Musayeva” kimi göstərilmişdir. Dördüncüsü, ilk növbədə payların müəyyən olunması üçün ilk növbədə Azərbaycan Respublikas İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edən zaman oradan “Boşanma haqqında” şəhadatnamə və “nikah haqqında” şəhadətnamə təqdim etməklə Çıxarışın verilməsinin mümkün olduğu göstərilmişdir. Göründüyü kimi Çıxarış verən orqan belə “soyadında” olan dəyişikliyi problem yaratmamışdır. Beləliklə, yuxarıda sadaladığı hallar kifayət qədər sübut edir ki, JN-255F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X6 ilə İddiaçı1 eyni şəxslərdir və bu faktın ayrı qaydada məhkəmə qaydası sübuta yetirilməsinə ehtiyac yoxdur. Məhkəmə isə iddia ərizəsinə əlavə etdiyi sübutları kifayət qədər araşdırmadan bu nəticəyə gəlmişdir. Qərardad sadəcə Mülki Prosessual Məcəlləsinin tələbləri köçürülməklə formal əsaslandırmadan ibarət məzmuna malikdir. Bu isə vətəndaşların məhkəməyə çatmasına maneə yaradan haldır. O, orta təhsilli olmaqla hüquqlarını müdafiə etmək iqtidarında olmayan şəxsdir. Uzun illlərdir pozulan mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı məhkəmələrə müraciət etmişdir. Lakin hələ də məqsədinə nail ola bilməmişdir. Yuxarıda sadaladığı hallar baxımından məhkəmənin mövqeyini əsassız hesab etmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-749/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(025)-749/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadından İddiaçı1 verdiyi şikayətə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı1 göstərilsə də, JN-255F müəyyən nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə digər payçılarla birlikdə X3 adı qeyd edilmiş və həmin adın İddiaçı1 ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilməmişdir. İddiaçı1 sözügedən torpaq sahəsi üzrə payın müəyyən edilməsi üçün ilk növbədə JN- 255F müəyyən nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona məxsus olmasını sübuta yetirməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı JN-255F müəyyən nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin həmçinin ona - İddiaçı1 məxsus olmasının müəyyən olunmasına dair hər hansı sənəd əlavə etməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi yuxarıda qeyd edilən nörmalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilər. Ona görə də kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(025)-749/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-636/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-636/2023
18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver