Məhkəmə qərarları › İş №2(107)-637/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-637/2023

21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-637/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pul və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiasına dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, cehiz əşyaları) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pul və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-261/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 03 avqust 2019-cu ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş, 16 avqust 2021-ci ilə kimi sonuncuya məxsus olan, Balakən rayonu Katex kəndində yerləşən evdə yaşamışlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 2500 manat pulun alınaraq ona verilməsi, onun evində qalmış cehiz əşyalarından yorğan-döşək üçün çexollar və astar-qiyməti 130 manat, asılqanlar- qiyməti 3 manat, balaca stul 1 ədəd- qiyməti 2 manat, bankalar -3 ədəd 3 kiloluq, 1 ədəd 1 kiloluq-qiyməti 10 manat, idman daşı-16 kiloqramlıq qiyməti 60 manat, 15 metr rezin boru- qiyməti 45 manat, dəmir çəkic 2 ədəd-1ədədin qiyməti 15 manat, 2 ədədin qiyməti 30 manat, qaz üçün açarlar - qiyməti 20 manat, köhnə çexollar maşın üçün- qiyməti 10 manat, balaca qazan-qiyməti 8 manat, yumru metrə, “uroven”- qiyməti 5 manat, “urove”n 1 metrəlik- qiyməti 15 manat, 2 ədəd plasmas boçka-1 ədədinin qiyməti 40 manat, 2ədədi 80 manat, 7 kq sarımsaq-qiyməti 35 manat, 3 kisə kartof-150 kq, qiyməti 75 manat, peç üzərinə qoyulan dəmir- qiyməti 10 manat, uzun oturacaq- qiyməti 50 manat, yarım kilo kərə yağı-qiyməti 8 manat, balaca banka tomat-qiyməti 5 manat, 40 ədəd yumurta- qiyməti 8 manat, yarım kq pendir-qiyməti 8 manat, ütü çəkən stol üçün çexol-qiyməti 5 manat, “rokovin”- əl üz yumaq üçün- qiyməti 50 manat, yastıq, çexol, prastina -qiyməti 50 manat, 2 ədəd qızıl boyunbağı -1 ədəd 5 qramlıq- 364 manat, 1 ədəd 15 qramlıq-500 manat-cəmi 1586 manat dəyərində əşyaların həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1586 manat pulun və Cavabdeh ona borclu olduğu 2500 manatın, cəmi 4086 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, qeyrirəsmi nikahla 03 avqust 2019-cu ildə Balakən rayonu Katex kənd sakini Cavabdeh ərə getmişdir. Evlənmələri ilə bağlı verilən ziyafətdə Cavabdeh onun boynuna 15 qram çəkidə qızıl boyunbağı taxmış, lakin həmin gün də geri götürərək daha yaxşısını alacağını bildirmişdir. O, da etiraz etməmişdir. Bundan bir müddət sonra Cavabdeh Zaqatala şəhərindən 350 manat dəyərində qızıl boyunbağı alıb gətirmiş, boyunbağını nisyə aldığını bildirərək pulunu ondan istəmişdir. O, isə boyunbağının pulunu verməkdən imtina etmiş, bu səbəbdən bir neçə gündən sonra Qalib boyunbağını aparıb geri mağazaya vermişdir. Evləndikləri ilk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulmuş və 16 avqust 2021-ci ildə ayrılmışlar. Birgə yaşadıqları dövrdə cavabdeh onu qonşuların, tanışların üstünə onlardan borc pul götürüb ona verməsi üçün göndərmiş, o isə həmin pulları hara xərclədiyini bilməmişdir. O, pulu istəmək üçün getmək istəmədikdə onun üstünə bıçaq çıxarmış, onu döymüşdür. Bir dəfə də bacısı Fəridənin təkidi ilə onu döyüb qolunu qap-qara etmişdi. O, heç yerə şikayət etməmişdir. Cəmi tanışlardan götürdüyü 2500 manat pulu o, öz maaşından ödəmişdir. Cəmi 2500 (iki min beş yüz) manat pul tərəfindən ona borc götürüb verdiyi pulun hesabı olmuşdur. 2021-ci ilin avqust ayında Cavabdeh ayrılmaq istədiyini bildirmiş, o da sonuncudan borclarını ödəməsini tələb etmişdir. 16 avqust 2021-ci il tarixdə Cavabdeh ona 1300 (min üç yüz) manat borclu olması barədə qəbz yazıb vermişdir. O, həmin qəbzdə borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Cavabdeh evində olan mebellərini və digər əşyaların bir hissəsini bir neçə dəfəyə yığıb aparmışdır. Mətbəx mebelini apararkən Qalib evdə olmuş, sonrakı dəfədə isə Qalib olmamış, onun yeznəsi və xalası oğlu iştirak etmişlər. Lakin ona məxsus 130 manat dəyərində yorğan-döşək üçün çexollar və astar, 3 manat dəyərində asılqanlar, 2 manat dəyərində 1 ədəd balaca stul, 10 manat dəyərində 3 ədəd 3 kiloluq və 1 ədəd 1 kiloluq bankalar, 60 manat dəyərində 16 kiloluq idman daşı, 45 manat dəyərində 15 metr rezin boru,30 manat dəyərində 2 ədəd dəmir çəkic, 20 manat dəyərində qaz üçün açarlar, 10 manat dəyərində maşın üçün köhnə çexollar, 8 manat dəyərində balaca qazan, 5 manat dəyərində yumru metrə, 15 manat dəyərində 1 metrəlik ölçü aləti, 80 manat dəyərində 2 ədəd plasmas boçka, 35 manat dəyərində 7 kq sarımsaq, 75 manat dəyərində 3 kisə kartof, 10 manat dəyərində soba üzərinə qoyulan dəmir, 50 manat dəyərində uzun oturacaq, 8 manat dəyərində yarım kilo kərə yağı, 5 manat dəyərində balaca banka tomat, 8 manat dəyərində 40 ədəd yumurta, 8 manat dəyərində yarım kq pendir, 5 manat dəyərində ütü stolunun çexolu, 50 manat dəyərində əl –üz yuyan (rokovin) Qalibin evində qalmışdır. O, tələb etsə də, Qalib həmin əşyaları ona verməmişdir, Həmçinin Qalib qəbz yazıb verdiyi 1300 manat borcundan 200 manat vermiş, qalan 1100 manatı ödəməmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı Məhəmməd qızının ona qarşı borc pul və cehiz əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “cəmi 2500 (iki min beş yüz) manat pul tərəfindən borc götürülüb ona verilmişdir. Lakin o, həmin pulun 1300 (min üç yüz) manatını etiraf edir”. Bu deyilənlərə münasibət olaraq bildirmək istəyir ki, iddiaçının dedikləri hamısı yalan və absurd fikirlərdir. İddiaçı ona 2500 manat pul verməyib, əgər veribsə hər hansı sübutu məhkəməyə təqdim etsin. 1300 (min üç yüz) manat məbləğində pula gəldikdə isə, məhz ondan əl çəkib getsin deyə qarşı tərəfin israrlı təsirləri ilə kağıza iltizam yazaraq 1300 manat verəcəyini bildirmiş və həmin puldan da 200 manatını artıq ödəmişdir. Ödənilmiş 200 manat məbləğində pulu isə məhkəmənin hazırlıq iclasında tərəf özü etiraf etmişdir. İddia ərizəsində qeyd edilmiş 24 adda əşyalardan heç biri onda yoxdur. İddiaçı olmayan hallara istinad edərək əsassız şəkildə, ucuz şəkildə varlanmaq istəyir. İddiaçının onun evində hər hansı əşyalarının olması ilə bağlı heç bir sübutu, dəlili yoxdur. Onlara görə müəyyən elədiyi dəyər isə tamamilə absurddur. Olmayan əşyalardan 1586 manatı ancaq İddiaçı çıxara bilər. İddiaçının qızıl əşyaları barədə dedikləri də yalandır. Bununla bağlı hər hansı sübutu da yoxdur. O, qarşı tərəfə yalnız ümumi dəyəri 350 manat dəyərində olan qızıl boyunbağı almışdır. Onu isə nisyə şəkildə 150 manatını ödəyərək götürmüşdür (qalan hissəsini isə sonra ödəyəcəkdi). İddiaçıya həmin boyunbağını hədiyyə etmək istəyəndə isə onu bəyənmədiyini bildirmişdir. Onlar birlikdə həmin qızıl boyunbağını aldıqları mağazaya qaytarmışlar. Sözügedən iddiada qeyd edilən ikinci boyunbağı isə ümumiyyətlə olmamışdır. Əgər ikinci boyunbağı ilə bağlı nəsə sübutu varsa məhkəməyə təqdim etsin. Hesab edir ki, iddiaçının verdiyi iddia ərizəsi əsassız, qanunsuzdur. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 03 avqust 2019-cu ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş, 16 avqust 2021-ci ilə kimi sonuncuya məxsus olan, Balakən rayonu Katex kəndində yerləşən evdə yaşamışlar. 16 avqust 2021-ci il tarixdə Cavabdeh İddiaçı 1300 (bir min üç yüz) manat borclu olması barədə qəbz yazıb vermiş və borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. Bundan sonra, İddiaçı Cavabdeh evində olan mebellərini bir neçə dəfəyə yığıb aparmışdır. Mətbəx mebelini apararkən Cavabdeh evdə olmuş, sonrakı dəfədə isə əşyalar Cavabdeh iştirakı olmadan aparılmışdır. 26 dekabr 2022-ci ildə isə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1300 manat borcu olmasını etiraf etmiş, bu barədə 16 avqust 2021-ci il tarixdə qəbz yazıb vermiş, borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. O, həmin məbləğdən 200 manat ödəmiş, qalan 1100 manat məbləği hal-hazıra kimi ödəməmişdir.

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ayrıldıqları dövrdə Cavabdeh evdə olmamış, İddiaçı bu əşyalar olduğu halda, onları heç bir maneə olmadan aparmaq imkanı olmuşdur.

9. Qızıl-zinət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

10. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1100(bir min bir yüz) manat borc pul Cavabdeh alınıb İddiaçı ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

11. İddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 61 manat dövlət rüsumu xərcinin 16,47 manatı Cavabdeh alınıb İddiaçı ödənməli, 44,53 manatı isə iddiaçının özünə aid edilməlidir.

12. Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(019)-261/2023 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Cavabdeh 1100 (bir min bir yüz) manat borc pulun alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ödədiyi 61 manat dövlət rüsumu xərcinin 16,47 manatının Cavabdeh alınıb İddiaçı ödənilməsi, 44,53 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389, 427, 442, 666, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2022-ci il tarixli 61 nömrəli rəyində göstərilmişdir ki; 1.Yorğan döşək üçün çexollar və astar - qiyməti 130 manat; 2.Asılqanlar- qiyməti 3 manat; 3.Balaca stul, 1 ədəd - qiyməti 2 manat;

4. Bankalar 3 ədəd 3 kiloluq, 1 ədəd 1 kiloluq - qiyməti 10 manat; 5.İdman daşı ,16 kq - qiyməti 60 manat;

6. 15 metr rezin boru - qiyməti 45 manat; 7.Dəmir çəkic 2 ədəd - 1 ədədin qiyməti 15 manat, 2 ədədin qiyməti 30 manat; 8.Qaz üçün açarlar - qiyməti 20 manat;

9. köhnə çexollar maşın üçün - qiyməti 10 manat; 10.balaca qazan - qiyməti 8 manat;

11. yumru metrə (uroven) - qiyməti 5 manat ; 12.uroven 1 metrlik - qiyməti 15 manat ; 13.2 ədəd plasmas boçka - 1 ədəd qiyməti 40 manat, 2 ədədi 80 manat; 14.7 kq sarımsaq - qiyməti 35 manat; 15.3 kisə kartof-150 kq - qiyməti 75 manat; 16.peç üzərinə qoyulan dəmir - qiyməti 10 manat; 17.uzun oturacaq - qiyməti 50 manat ; 18.yarım kilo kərə yağı - qiyməti 8 manat ; 19.balaca banka tomat - qiyməti 5 manat; 20.40 ədəd yumurta - qiyməti 8 manat; 21.yarım kq pendir - qiyməti 8 manat; 22.ütü çəkən çexol stol üçün-qiyməti 5 manat; 23.rokovin əl-üz yuyan -qiyməti 50 manat; 24.yastıq, çexol prastina qiyməti 50 manat ; 25.1 ədəd 5 qramlıq boyunbağı-364 manat; 26.1 ədəd 15 qramlıq - 500 manat ; Cəmi:məbləğ 1586 (min beş yüz səksən altı) manat Yuxarıda göstərilən cehiz əşyalarının qiyməti indiki bazar qiymətinə uyğundur.

15. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 avqust 2022-ci il tarixli 109-19961-1222 nömrəli məktubda göstərilmişdir ki, “Sizin xx.xx.2022-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzinə zəng vurub verdiyiniz məlumatınız tərəfimizdən araşdırılmışdır. Müraciətinizdə göstərdiyiniz xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur.

16. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh X1 1300 (min üç yüz manat 00 qəpik) borcluyam.xx.xx.2022-ci ilə qədər ödəyəcəyəm”.

17. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məkəmənin mövqeyi paradoks yaradır. Belə ki, məhkəmə bir tərəfdən qeyd edir ki, iddiaçı iddia etdiyi əmlakların mövcudluna və cavabdehlə yaşadığı evdə qalmasına dair sübut təqdim edə bilməmişdir. Digər tərəfdən isə qeyd edir ki, ayrıldıqları dövrdə cavabdeh Qalıb Nəbiyev evdə olmamış, İddiaçı bu əşyalar olduğu halda, onları heç bir maneə olmadan aparmaq imkanı olmuşdur. Məhkəmə bu iki ziddiyyətli mövqeyinə dair səbəbli əlaqə barədə mövqe bildirməmişdir.

19. İkincisi, məhkəmə qeyd edir ki, İddiaçı ona 15 qram çəkidə və 5 qram çəkidə qızıl boyunbağıların da bağışlanması ilə bağlı məhkəməyə heç bır subut təqdim edə bilmədi. Əksinə, məhkəmə iclasında özü göstərdi ki, ailə qurmaları ilə bağlı keçirilmiş ziyafətdə Cavabdeh onun boynuna 15 qram çəkidə qızıl boyunbağı taxmış, lakin həmin gun də geri götürərək daha yaxşısını alacağını bildirmişdir Bundan bır müddət sonra X4 şəhərindən 350 manat dəyərində qızıl boyunbağı alıb gətirmiş, boyunbağını nisyə aldığını bildirərək pulunu ondan istəmiş, o isə boyunbağının pulunu verməkdən imtina etmiş, bu səbəbdən də Qalıb boyunbağını aparıb geri mağazaya vermişdir. Buradanda aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya qızıl boyunbağılar hədiyyə edilməmişdir. Bununla bağlı qeyd edir ki, ailə qurmaları ilə bağlı keçirilmiş ziyafətdə gəlinin boynuna taxılan əlinə verilən qızıl-zinyət əşyaları gəlinə verilən hədiyyə hesab edilir. Bundan başqa ər və ya arvadın şəxsi istifadəsində olan qızıl-zinyət əşyaları onların əmlakı hesab edilir.

20. Borc pulun və cehiz əşyalarının qaytarılması ilə bağlı iddiaçının hüquqlarına dair yalnış qiymətləndirmə aparmışdır.

21. Ona görə də, Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)- 261/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

24. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. İddiaçı Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-261/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmamış 500 manat dəyərində 1 ədəd 15 qramlıq qızıl boyunbağıya aid hissədə gəldiyi nəticə ilə razılaşmır.

30. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 19-cu bəndində göstərilmiş dəlilləri ilə qismən razılaşır. Belə ki, işin hallarından görünür ki, iddiaçı və cavabdehin evlənmələri ilə bağlı verilən ziyafətdə Cavabdeh iddiaçının boynuna 15 qram çəkidə qızıl boyunbağı taxmış, lakin həmin gün də geri götürərək daha yaxşısını alacağını bildirmişdir. Həmin boyunbağı gəlinə verilən hədiyyə hesab edilməlidir. Cavabdeh iddiaya etirazında iddiaçıya 350 manat dəyərində qızıl boyunbağı aldığını, onun dəyərinin 150 manatını ödəyərək götürdüyünü bildirmişdir. Cavabdeh həmin 150 manatın 350 manat pulun daxilində olduğunu iddia etsə də, iddiaçı və cavabdehin izahatlarının qarşılıqlı əlaqəsindən həmin 150 manatın 350 manata daxil olmadığı və həmin qızılın elə 500 manatlıq qızıl olduğu və iddiaçıya hədiyyə olunduğu müəyyən edilir. Göstərilənlərin əksini cavabdeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə tərəflərdən birinə hədiyyə kimi verilən əmlak onun mülkiyyətidir.

31. İşin hallarından 500 manat dəyərində 1 ədəd 15 qramlıq qızıl boyunbağının halhazırda naturada mövcud olmadığı aydın olduğundan onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

32. İddianın təmin edilməmiş qalan hissələrində bu qətnamənin “birinci instansiya məhkəməsində icraat” hissəsində göstərilən əsaslarla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə göstərilənləri təkrarlamağa zərurət görmür.

33. Hazırki qətnaməyə ilə təmin olunan 500 manatla birlikdə iddia tələbi cəmi 1600 manat həcmində təmin olunduğundan və həmin məbləğ iddianın ümumi həcmi olan 4086 manatın 39%-ni təşkil etdiyindən və 61 manat ödənilmiş dövlət rüsumunun 39%-i 23.79 manat etdiyindən həmin pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 61 manatın qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin olunmamış 500 manat dəyərində 1 ədəd 15 qramlıq qızıl boyunbağıya aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-261/2023 nömrəli qətnaməsi iddianın təmin olunmamış 500 manat dəyərində 1 ədəd 15 qramlıq qızıl boyunbağıya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı borc pul və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiası həmin hissədə təmin edilməli, 1 ədəd 15 qramlıq qızıl boyunbağının dəyəri olan 500 manat pul Cavabdeh alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-261/2023 nömrəli qətnaməsi iddianın təmin olunmamış 500 manat dəyərində 1 ədəd 15 qramlıq qızıl boyunbağıya aid hissədə, həmçinin dövlət rüsumuna aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc pul və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiası həmin hissədə təmin edilsin. 1 ədəd 15 qramlıq qızıl boyunbağının dəyəri olan 500 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı ödədiyi 61 manat dövlət rüsumu xərcinin 23,79 manatı Cavabdeh alınıb İddiaçı ödənilsin, 37,21 manatı iddiaçının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar