Məhkəmə qərarları › İş №2(107)-646/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-646/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-646/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahələri üzərində payların müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və onun nümaynədəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı ilə ünvan 1ində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, X10 və X5 ayrılmışdır. Bu barədə 04 mart 2006-cı il tarixli JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Mübahisə həmin torpaq sahələr üzərində payların müəyyən edilməsi ilə bağlı yaranıb.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan 91,13,0 kv.m kənd təsərüffatı təyinatlı torpaq sahəsində, İddiaçı1 və İddiaçı2 isə 0,21 ha həyətyanı torpaq sahəsində İddiaçı2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının və Cavabdeh1 ümumi-birgə mülkiyyətində olan 9113 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, 0,1931 ha həyətyanı torpaq sahəsindən isə iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

5. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər.

7. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızı və Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına Zaqatala rayonu X15 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,21 ha həyətyanı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 9113.0 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri ayrılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş №2(033)101/2019 saylı qətnaməsi ilə iddiaçı Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızına Zaqatala Rayon AİK-nin 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRXnın reyestrindən çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, ünvan 1ində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsindən payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir. Lakin, Cavabdeh1, X6 və X8 ümumi-birgə mülkiyyətinə verilmiş ünvan 1i ünvanında yerləşən 9113,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A №16 4436 saylı, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən hüquqlarını müdafiə etdiyi şəxslərə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payları müəyyən olunmamışdır. Belə ki, cavabdehlər həmin torpaq sahəsindən nümayəndəsi olduğu iddiaçılara istifadə etməyə qoymur. Bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, iddiaçı Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızının, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə dair A №164436 saylı, sənədinə əsasən Zaqatala rayonu X15 xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 9113 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən X9 1/3 hissə, Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına 1/3 hissə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən, 0,1931 ha həyətyanı torpaq sahəsindən isə Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına 1/4 hissədə payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsinə dair Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı əsasında verilmiş 04 mart 2006-cı il tarixli JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, X3 və X4 adları qeyd olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi şəhadətnamədə adları qeyd edilən şəxslərin ümumbirgə mülkiyyətinə verilmişdir. X22 Məhkəməsində 24 aprel 2019-cu il tarixli 2-1(84)-38/2019 nömrəli qərarına əsasən JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə X4 adının qanunsuz daxil edilməsi müəyyən edilmiş və həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 hüquqları qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 24 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayonu, Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı X6 payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi ilə iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı 0,1931 ha həyətyanı torpaq sahəsindən 1/4 hissədə payının müəyyən olunmasını xahiş edir.

9. Eyni zamanda müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İddiaçılar 9113 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə payının müəyyən olunmasını xahiş edirlər.

10. Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi (hakim Tural Həsənov) ilə iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X11, X12 və X2 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədən ibarət olmaqla payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213, 214, 215, 220 və 223-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir.

13. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş X22 Məhkəməsində 24 aprel 2019-cu il tarixli 2-1(84)-38/2019 nömrəli qərarına əsasən iddia qismən təmin edilərək, JN- 482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə üçüncü şəxs X4 adının qanunsuz daxil edilməsi müəyyən edilməsi, həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması, iddiaçılar X3 və Cavabdeh1 iddiası üçüncü şəxs İddiaçı1 aid hissədə təmin edilməməsi qərara alınmışdır.

14. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətindədir.

15. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 nömrəli, 24 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Zaqatala rayonu, AİK-nın 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı X6 payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

16. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2739/2019 nömrəli 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(033)- 101/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Hazırki iş üzrə qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1188/2022 nömrəli qərarı ilə qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2021 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən – Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.

Əvvəlki apellyasiya baxışında, həmçinin, aşağıdakı sənədlərə istinad olunmuşdur:

20. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(84)-38/2019 nömrəli qərarına əsasən JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə X4 adının qanunsuz daxil edilməsi müəyyən edilmiş və həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 hüquqları qeydiyyata alınmışdır.

21. Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 24 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayonu, Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı X6 payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri

22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə işə baxarkən nəzərə almamışdır ki, 0,1931 ha həyətyanı torpaq sahəsində tərəflərin payları Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-101/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə əsasında mübahisəli torpaq sahəsi üzərində yeni çıxarış alınmalı, yəni, həmin qətnamə icra olunmalı, tərəflərin paylarının müəyyən edilməsinə dair qeydiyyat DƏDRX-də qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna məxsus şəxsin payı müəyyən olunmadığı halda yenidən həmin məhkəmədə işə baxıla bilər. Hazırkı vəziyyətdə isə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi icra olunub-olunmaması aydınlaşdırılmadan eyni torpaq sahəsi və eyni çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində payların müəyyən edilməsinə dair məhkəmədə işə baxılmışdır. Bu da məhkəmədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə təkrar baxılmasını göstərir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və onun nümaynədəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1188/2022 nömrəli qərarı ilə iş qismən – Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində yeni apelyasiya baxışına qaytarıldığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1188/2022 nömrəli qərarında göstərilmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədə payı müəyyən edilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsi 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqısatqı müqaviləsi ilə satıcılar Cavabdeh1, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı tərəfindən alıcı Maraqlı şəxs satılmışdır. Məhkəmələr Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsinin 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs satılmasına baxmayaraq, qeyd edilən torpaq sahəsi üzərində satıcıların paylarını müəyyən etmiş, torpağı 13 iyul 2017-də almış Maraqlı şəxs işə cəlb etməmiş, nəticədə sonuncunun hüquqlarını pozan qətnamələr qəbul etmişlər.

32. Hazırki apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarındakı göstərişlərinə əsasən Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, maraqlı şəxs X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Maraqlı şəxs və X16 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla cavabdeh Maraqlı şəxs arasında bağlanmış AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Maraqlı şəxs və X16 qarşı AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddialarının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(107)-167/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, Maraqlı şəxs və X16 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasının təmin edilməsi, AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı İddiaçı1, 500 manatı isə üçüncü şəxs Cavabdeh1 alınaraq Maraqlı şəxs ödənilməsi, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsinin Maraqlı şəxs alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 və üçüncü şəxs Cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(102)- 3616/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Göründüyü kimi, AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən və həmin qərar qanuni qüvvəsini aldığından hazırki halda Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)- 141/2020 nömrəli qətnaməsi ilə qət edilənlər X1 maraqlarına toxunmur və həmin qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyаsı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1188/2022 nömrəli qərarındakı göstərişlərini icra etməklə, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsi Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar