Məhkəmə qərarları › İş №2(107)-655/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-655/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-655/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı və onun vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı “cavabdehin qanuna zidd hərəkətlərinin qarşısının alınması, hasar tikilməsi zamanı cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-717/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanuna zidd hərəkətlərinin qarşısının alınması, mülkiyyətində olan Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin kənarlarına hasar çəkilən zaman cavabdehə onun tərəfindən maneənin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-717/2019 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı cavabdehin qanuna zidd hərəkətlərinin qarşısının alınması, hasar tikilməsi zamanı cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba, 89,98 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-717/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonunun Yeni-Şərif kəndində yaşayır. Balakən rayonu X2 qərarı ilə ona Balakən rayonu Yeni-Şərif kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 18 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 nömrəli Zaqatala Ərazi İdarəsindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********86-10301 olan çıxarış almışdır. 0,15 ha həyətyanı torpaq sahəsində 2004-cü ildə 1 mərtəbəli iki otaqlı, ümumi sahəsi 81.60 kv.m olan fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır. Torpaq sahəsinin onunla qonşu olan hissəsinə hasar çəkdirmək istəyir, lakin Cavabdeh torpaq sahəsinin onunla qonşu olan hissəsinin hasar çəkməsinə mane olur, orada dava-dalaş salır. Hasar çəkməyinə imkan vermir. Onun bu hərəkətləri barədə müxtəlif vaxtlarda Balakən rayon Polis şöbəsinə şifahi və yazılı məlumatlar vermiş, lakin tələbin mülki xarakterli olması səbəbindən ona məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)- 717/2019 nömrəli əsassız və qanunsuz qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, hasar çəkmək istədiyi mübahisəli ərazi onun mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı mütəxəssislər tərəfindən dəfələrlə həmin əraziyə baxış keçirilmiş, lakin düzgün rəy verilməmişdir. Apellyasiya məhkəməsinin araşdırması zamanı təyin edilmiş ekspertiza rəylərindən göründüyü kimi mübahisəli ərazinin cavabdehə heç bir aidiyyəti yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmə tərəfindən obyektiv və ətraflı araşdırma aparılmamışdır. Sonuncu ekspert rəylərindən göründüyü kimi mübahisəsi gedən ərazi iddiaçıya məxsusdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Məhəmməd qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüququ qiymət verməmişdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı 1439048 nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən 81.60 kv/m fərdi yaşayış evivə 0.15 ha torpaq sahəsi İddiaçı Murtuz oğlunun mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən İddiaçı Murtuz oğluna ünvanlanmış 11 iyul 2019-cu il tarixdə verilmiş 392 nömrəli məktubundan görünür ki, Balakən rayonu Yeni-Şərif kəndi “Əzizbəyov» adına kolxozun 1982-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 39-cu sırada İddiaçı Murtuz oğlunun torpağının cəmi 0.15 ha həyətyanı torpaqların ümumi sahəsindən əkinlər 010 ha, bağlar və digər çoxillik giləmeyvə əkinlərinin sahəsi 003 ha, tikililər, kolluqlar, meşəliklər və yarğanlar altında olan sahələr 002 ha olması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli **********56 nömrəli mütəxəssis rəyindən görünür ki, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış AN168052 torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Muşdiyev Mahamahacı Murtuz oğluna verilmiş 876.22 kv/m torpaq sahəsi və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Muşdiyev Ramazan Murtuz oğlunun mülkiyyətində olan Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahələri üst-üstə düşmür. İddiaçı Muşdiyev Ramazan Murtuz oğlunun hasar çəkmək istədiyi ərazi RX seriyalı 1439048 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu Yeni-Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi RX seriyalı 1439048 nömrəli çıxarışa əsasən Cavabdeh Məhəmməd qızının naturada mövcud sərhədləri daxilində yerləşən torpaq sahəsinin 0.0272 hahissəsinə düşür. Aparılmış tədqiqatın dəyəri 89.98 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2019-cuiltarixli 21571 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, keçmiş Azərbaycan Resublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış AN168052 torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Muşdiyev Mahamahacı Murtuz oğluna verilmiş 876.22 kv.m torpaq sahəsi və RX seriyalı 1439048 nömrəli Hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Muşdiyev Ramazan Murtuz oğlunun mülkiyyətində olan Balakən rayonu Yeni-Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahələri üst-üstə düşmür. İddiaçı Muşdiyev Ramazan Murtuz oğlunun hasar çəkmək istədliyi ərazi RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı Murtuz oğlunun mülkiyyətində olan Balakən rayonu Yeni-Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh Məhəmməd qızının naturada mövcud sərhədləri daxilində yerləşən torpaq sahəsinin 0.0272 hahissəsinə düşür. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Apellyasiya icraatı zamanı əldə edilmiş “X7 və Hüquq Şirkəti” MMC-nin xx xxx 2020ci il tarixli, 43 nömrəli rəyindən görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən, X1 verilmiş AN 168052 "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 876.22 kv.m torpaq sahəsi ilə, İddiaçı mülkiyyətində olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.15 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Belə ki, X1 verilmiş AN 168052 “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatlara əsasən 876.22 kv.m torpaq sahəsi, faktiki istifadə olunan torpaq sahəsindən 630 metr aralıda (cənub istiqamətdə) yerləşir. İddiaçı hasar çəkmək istədiyi ərazi RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə aid torpaq sahəsindədir. İddiaçı hasar çəkmək istədiyi mübahisəli torpaq sahəsi 0.0289 ha təşkil edir və hal-hazırda qonşu Cavabdehn faktiki istifadə etdiyi ərazi daxilində yerləşir (mübahisəli torpaq sahəsi Autocad proqramında işlənilmiş plan sxemdə izahlı şəkildə göstərilmişdir). Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 211 nömrəli rəyindən görünür ki, Balakən rayonu, Yeni Şərif kəndində yerləşən, X1 verilmiş AN 168052 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 876.22 kv.m torpaq sahəsi ilə, İddiaçı mülkiyyətində olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən 0.15 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Belə ki, X1 verilmiş AN 168052 “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən 876.22 kv.m torpaq sahəsi, faktiki istifadə olunan torpaq sahəsindən 630 metr aralıda (cənub istiqamətdə) yerləşir. İddiaçı hasar çəkmək istədiyi ərazi RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə aid torpaq sahəsindədir. Qeyd: İddiaçı hasar çəkmək istədiyi mübahisəli torpaq sahəsi 0.0289 ha təşkil edir və hal-hazırda qonşu Cavabdeh faktiki istifadə etdiyi ərazi daxilində yerləşir (mübahisəli torpaq sahəsi Autocad proqramında işlənilmiş plan sxemdə izahlı şəkildə göstərilmişdir). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Məcəllənin 152, 238, 239.2, 170.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə kollegiyası nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, maneənin aradan qaldırılması tələb edilən əmlak iddiaçı tərəfin mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin düzgün həlli edilməsi və qanuni qərar qəbul edilməsi üçün təkrar ekspert rəylərindəki müəyyən edilmiş hallara daha üstün qiymət verilməlidir. Belə ki, məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş sonuncu ekspert rəyləri ilə bağlı qeyd edir ki,ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Lakin, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi birinci dəfə verilmiş ekspert rəyini əsas sübut kimi qəbul etsə də, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəylə razılaşmasını qətnaməsində əsaslandırmamış, iddiaçı tərəfin rəyə dair etirazını nəzərə almamış, eyni zamanda qanunvericiliyin verdiyi bütün imkanlardan stifadə edərək təkrar (və ya əlavə) ekspertiza təyin etməmişdir. Apellyasiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş hər iki ekspertiza tədqiqatının yekunu olaraq bildirilmişdir ki, Balakən rayonu, Yeni Şərif kəndində yerləşən, X1 verilmiş AN 168052 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 876.22 kv.m torpaq sahəsi ilə, İddiaçı mülkiyyətində olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən 0.15 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Belə ki, X1 verilmiş AN 168052 “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən 876.22 kv.m torpaq sahəsi, faktiki istifadə olunan torpaq sahəsindən 630 metr aralıda (cənub istiqamətdə) yerləşir. İddiaçı hasar çəkmək istədiyi ərazi RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə aid torpaq sahəsindədir. Qeyd: İddiaçı hasar çəkmək istədiyi mübahisəli torpaq sahəsi 0.0289 ha təşkil edir və hal-hazırda qonşu Cavabdeh faktiki istifadə etdiyi ərazi daxilində yerləşir (mübahisəli torpaq sahəsi Autocad proqramında işlənilmiş plan sxemdə izahlı şəkildə göstərilmişdir). Beləliklə kollegiya yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı hasar çəkmək istədiyi mübahisəli torpaq sahəsi 0.0289 ha təşkil edir və həmin ərazi RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən özünün mülkiyyətində olan Balakən rayonu, Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə aid torpaq sahəsində yerləşir və cavabdehin hər hansı hüququna toxunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Mülki Prоsessuаl Məcəllənin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, ekspertizanın keçirilməsi təşəbbüsü iddiaçı tərəfindən olduğundan və iddia tələbi təmin olunduğundan ekspert xərci hər iki tərəfə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-717/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən mülkiyyətində olan Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin kənarlarına hasar çəkilən zaman Cavabdeh Məhəmməd qızı tərəfindən yaradılan qanunazidd hərəkətlərin qarşısı alınsın və maneənin yaradılması qadağan edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat və torpaq sahəsinin inventarlaşdırılması xərci 89,98 manat bərabər şəkildə İddiaçı və Cavabdeh Məhəmməd qızındаn alınaraq müvafiq olaraq Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba və Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilsin. Təkrar ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı və Cavabdeh Məhəmməd qızındаn bərabər şəkildə alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar