Məhkəmə qərarları › İş №2(107)-661/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-661/2021

11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-661/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Cavabdeh3na qarşı ”sənədlərin təqdim edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Cavabdeh3na qarşı “sənədlərin təqdim edilməsi” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon peşə liseyi məktəbinə və Təhsil Nazirliyinə sorğu göndərilərək arayışın təqdim edilməsi, İsmayılova (Cəbrayılova) Zəbanə Ağanur qızının 2015-2016-cı illərdə təhsil alıb-almamasının müəyyən edilməsi, Cavabdeh3 məhkəməyə dəvət edilməsi, nəyə əsaslanaraq azyaşlı övladları X2 “epilepsiya” diaqnozunun qoyulmasına cavab verilməsi, cavabdehin dediyinə əsasən X1 xəstə olması, 1900 (bir min doqquz yüz) çarpayı günü etməsi, hansı klinikada müalicəyə məruz qalıbsa həmin klinikadan çıxarışın təqdim edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2021-ci il tаrixli 2(075)- 360/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadından İddiaçı şikayət verərək iddialarının məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı şikayətinin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon peşə liseyi məktəbinə və Təhsil Nazirliyinə sorğu göndərilərək arayışın təqdim edilməsi, İsmayılova (Cəbrayılova) Zəbanə Ağanur qızının 2015-2016-cı illərdə təhsil alıbalmamasının müəyyən edilməsi, Cavabdeh3 məhkəməyə dəvət edilməsi, nəyə əsaslanaraq azyaşlı övladları X2 “epilepsiya” diaqnozunun qoyulmasına cavab verilməsi, cavabdehin dediyinə əsasən X1 xəstə olması, 1900 (bir min doqquz yüz) çarpayı günü etməsi, hansı klinikada müalicəyə məruz qalıbsa həmin klinikadan çıxarışın təqdim edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tələbində qeyd etdiyi müvafiq sənədləri müvafiq orqanlara (Qəbələ rayon peşə liseyi məktəbi, Təhsil Nazirliyi, Cavabdeh3) müraciət edərək ala bilər. Ona görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Göründüyü kimi, İddiaçı iddia tələbində qeyd etdiyi müvafiq sənədləri müvafiq orqanlara özü müraciət edərək ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli 2(075)-360/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar