Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-670/2024 02.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X16 ibarət tərkibdə, X20 qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən(KOD 90102068 JN-203F) müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,06 hektar torpaq sahəsi X6, X18, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair şəhadətnamədən(KOD 90102068, JN-208) müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. X1 rayonu Xanabad kəndində yerləşən həyatyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və üç tonluq metal su çənini 11 dekabr 2007-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş vəsiyyətnamə əsasında nəvəsi-hazırki iş üzrə cavabdeh Məmmədova(Demirbay) Leyla Umud qızına vəsiyyət etmişdir. X9 07 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 43,8 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 ümumi birgə mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mərhum X4 doğma qızı olması faktının müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 Adgözəl qızının vərəsəlik hüququnun tanınması, X4 mirasının qəbul edilmiş hesab edilməsi, X7 məxsus olmuş Yevlax rayonu, Xanabad kəndində yerləşən JN-203F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyətdə olan 0,06 ha və JN-208 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,28 ha torpaq sahəsi, fərdi yaşayış evi, mal tövləsindən ibarət miras əmlakına yalnız onların miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, X9 İddiaçı2 anası, digər cavabdeh İddiaçı1 nənəsidir. Cavabdehlər Cavabdeh1 Cəmilə Allahverdiyevanın mərhum oğlu Maarif Məmmədovun arvadı, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 övladlarıdır. Cavabdeh5 isə Cəmilə Allahverdiyevanın qızıdır. Cəmilə Allahverdiyeva 07 iyun 2018-ci ildə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl İddiaçı1 ailə qurub Türkiyə Respublikasına köçdüyündən Cəmilə Allahverdiyevanın ölümündən həmin vaxt xəbərdar olmamışdır. 2021-ci ilin mart ayında qonaq gələrkən bundan xəbərdar olmuş və bilmişdir ki, X9 11 dekabr 2007-ci ildə Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki üç tonluq metal su çənini ona vəsiyyət etmişdir. 05 aprel 2021-ci il tarixdə isə Yevlax rayonu, Xanabad kənd icra nümayəndəliyindən vəsiyyətnamənin surətini götürmüşdür. X12 Məmmədovadan başqa Maarif Məmmədov və Cavabdeh5 adlı uşaqları olmuşdur. X23 Allahverdiyevadan əvvəl vəfat etmişdir. X11 rayonu, Xanabad kəndində yerləşən JN-203F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyətdə olan 0,06 ha və JN-208 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan 0,28 ha torpaq sahəsi, fərdi yaşayış evi, mal tövləsi miras qalmışdır. Vəsiyyətnamədən xəbərdar olan kimi İddiaçı1 13 aprel 2021-ci ildə mirasın qəbulu ilə əlaqədar Yevlax rayon Notariat Kontoruna rəsmi müraciət etmişdir. X10 məxsus əmlaklara qanunsuz sahiblənmək istəyən şəxslərə qarşı 07 iyun 2021-ci ildə iddia qaldırmışdır. İddiaçı2 isə anası vəfat etdikdən sonra ondan miras qalan JN-208 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evini idarəçiliyə qəbul edib sahiblik etməyə başlamışdır. Hər iki torpaq sahəsini hazırkı müddətə qədər əkib becərmişdir. Dövlət aktı da ondadır. İddiaçı1 vəsiyyətnamədən xəbərdar olan kimi Cəmilə Allahverdiyevanın miras əmlakına dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması ilə bağlı DƏDRX-nin Yevlax Ərazi İdarəsinə müraciət etmişdir ki, miras əmlakın adına sənədləşdirməsini həyata keçirsin. Bu zaman məlum olmuşdur ki, Yevlax rayonu, Xanabad kəndində 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə JN-203F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 ümumibirgə mülkiyyət hüququ 07 yanvar 2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, həmin fərdi yaşayış evi 1950-ci ildə tikilməklə X4 şəriksiz mülkiyyətində olmuşdur. 1950-ci ildə Cəmilə Allahverdiyevanın inşa etdirdiyi fərdi yaşayış evini 2004-cü ildə hazırlanmış, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin vaxt evə aidiyyəti olmayan şəxslərin adına qeydə alınaraq çıxarış verməsini qanunsuz hesab etdiyindən cavabdeh İddiaçı1 Şəki İnzibati Məhkəməsində X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına Yevlax rayonu, Xanabad kəndində yerləşən 64 kv.m fərdi yaşayış evinin ümumibirgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq verilmiş çıxarışı fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi barədə iddia qaldırmış və iddia məhkəmənin icraatındadır. Fəridə və Cavabdeh2lar isə İddiaçı2 qarşı həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Halbuki, onlar Cəmilə Allahverdiyevanın mirasını qəbul etmiş vərəsələridir. Miras payları olmadığı halda Cəmilə Allahverdiyevanın mirasına sahiblənmək istəyirlər. Məlum olmayan səbəbdən anası Cəmilə Allahverdiyevanın soyadı İddiaçı2 məxsus doğum haqqında şəhadətnamədə anasının soyadı Məmmədova kimi qeyd olunmuşdur. Ancaq onun Cəmilə Allahverdiyevanın qızı olmağı şəksizdir. Qeydiyyat şöbəsinə müraciət etsə də, bu anlaşılmazlığın səbəbini müəyyən edə bilməmişdir. Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 ərizəsi əsasında iddia ərizəsi “onun X4 doğma qızı olması faktının müəyyən edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 ərizəsi əsasında hazırki iş üzrə onun iddiası digər hissələrdə də baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 14/2024 nömrəli iş üzrə qəbul etdiyi 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Əli) İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 07 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,06 torpaq sahəsində, həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 43,8 m2 olan fərdi yaşayış evində X7 aid hissəyə, habelə üç tonluq su çəninə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mülki qanunvericiliyin normaları baxımından mərhum Cəmilə Allahverdiyeva əmlaklarını, özünə məxsus olan pay hissəsində İddiaçı1 vəsiyyət etməkdə haqlı olmuşdur. İddia tələbi həcmində İddiaçı1 Cəmilə Allahverdiyevaya aid hissədə miras əmlaklara dair payı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, 0,06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ölən günə Cəmilə Allahverdiyevanın rəsmi olaraq mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə inşa edilmiş yaşayış evinə isə Cəmilə Allahverdiyevanın gözlənilən mülkiyyət hüququ olmuş, 2019-cu ildə isə bu hüquq rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Vəsiyyətnamədə qeyd edilmiş daşınar əmlak hesab edilən üç tonluq metal su çəninin Cəmilə Allahverdiyevaya məxsus olmadığını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Vəsiyyətnamədə qeyd edilən mal tövləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin tikili Cəmilə Allahverdiyevanın mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə bu sahəsinin tərkib hissəsi olduğundan həmin tikiliyə ayrıca payın müəyyən edilməsinə zərurət yoxdur. İş üzrə cavabdehlər həmin vəsiyyətnaməni mübahisələndirmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onların iddiaları təmin edilməmişdir. Həmçinin iddiaçı, Yevlax rayonu, Xanabad kəndində, həmin həyətyanı 0,06 torpaq sahəsi və bu torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindəki qeydini cavabdehlərin adına qeyd edilən hissədə mübahisələndirsə də, onun iddiası da qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təmin edilməmişdir. Bu səbəbdən həmin hissələrin yenidən sübut edilməsinə ehtiyac yoxdur. İddiaçı1 payı müəyyən edilərkən məcburi pay tələb etmək hüququ olan qanun üzrə vərəsələrin maraqları nəzərə alınmalıdır. Belə ki, doğum haqqında şəhadətnamələrdə müəyyən çatışmamazlıqlar olsa da, İddiaçı2 özünün etirafı ilə təsdiq olunur ki, Cavabdeh5 onun doğma bacısıdır, Maarif Məmmədov isə doğma qardaşı olmuşdur. Cəmilə Allahverdiyevanın hər hansı digər qanun üzrə birinci növbə vərəsə olacaq ailə üzvünün olması müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Cəmilə Allahverdiyeva ölən günə oğlu Maarif Məmmədov artıq öldüyündən o, məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məcburi payı tələb etmək hüququ Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında əks edilmiş hüquqi mövqeyə görə mirasın açıldığı an əmələ gəlir. Yalnız İddiaçı2 və Cavabdeh5 Cəmilə Allahverdiyevaya məxsus miras əmlakdan hər birinin 1/4 hissədə məcburi pay tələb etmək hüququ ehtimal olunur və belə olduğu təqdirdə İddiaçı1 payı həmin şəxslərin paylarına aydınlıq gətirilənədək 1/2 hissədə müəyyən olunmalıdır. İddia ərizəsində qeyd edilsə də, İddiaçı1 JN-208 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən 0,28 ha torpaq sahəsinə vərəsəlik üzrə hər hansı pay hüququnun olduğun müəyyən olunmur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 1145, 1166, 1193, 1194, 1196-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə müəyyən olunmuş yeni hallar əsasında mövcud vərəsələrin əhatə dairəsinə münasibətdə payın müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamə ilə mirasda paylar düzgün müəyyən edilməmiş, vərəsələrin əhatə dairəsinə müvafiq olaraq mirasda məcburi pay hüququ olanlar nəzərə alınmamışdır. Göstərilən ünvanda cavabdehlər yaşamışlar. Evin çıxarışı var. Həmin çıxarışda iddiaçıların və digər Cavabdeh5 adı yoxdur. 14 il bundan əvvəl yazılmış vəssiyyətnaməni obyektiv araşdırmadılar. Miras qoyan Cəmilə Allahverdiyeva iddiaçılardan birinin anası, digərinin nənəsidir. Cavabdehlər də X5 Məmmədovun övladlarıdır. Maarif Məmmədov anasından əvvəl ölmüşdür. Amma nənələri öləndən sonra həmin mirası Cavabdeh2 və ailə üzvləri idarə etmişdir. İşin hallarındanda görünür ki, X4 üç övladı olmuşdur. Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,06 hatorpaq sahəsi Cəmilə Allahverdiyevanın olması ilə bərabər cavabdehlərin mülkiyyətinə verilmişdir. Cəmilə Allahverdiyevanın ölümündən sonra ona aid mirasın bütövlükdə həm torpaq sahəsinə, həm də torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə Cəmilə Allahverdiyevaya məxsus hissədə 1/2 payın müəyyən edilməsi ədalətli deyildir. Bundan başqa daşınar əmlak hesab edilən 3 tonluq metal su çənininin Cəmilə Allahverdiyevaya məxsus olmasını təsdiq edən hər hansı bir sübut belə mövcud deyildir. Məhkəmə Cavabdeh2 münasibətdə də digər vərəsələrin hüquqlarını pozmuşdur. Ən əvvəl 3 tonluq çənin Cəmilə Allahverdiyevaya məxsusluğunu müəyyən etməmiş, digər tərəfdən isə bölünmüş paya münasibətdə cavabdehləri nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı Dəmirbay Leyla qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə iddiaçının apellyasiya şikayəti verməməsini nəzərə alaraq, qətnaməni Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən məlum olur ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,06 torpaq sahəsi Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə JN-203F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi ilə, bu torpaq sahəsində yerləşən, 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 43,8 m2 olan, iki otaqlı fərdi yaşayış evi isə xx.xx.2019-cu il tarixdə X2, habelə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. X9 11 dekabr 2007-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki üç tonluq metal su çənini nəvəsi, hazırki iş üzrə iddiaçı Məmmədova (Demirbay) Leyla Umud qızına vəsiyyət etmişdir. X8 07 iyun 2018-ci il tarixdə ölmüşdür. Məhkəmə, mərhum X4 qoyduğu vəsiyyətnamədə göstərilən əmlaklarla bağlı onu qeyd edir ki, 0,06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ölən günə mərhumun mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə inşa edilmiş yaşayış evinə isə mərhumun gözlənilən mülkiyyət hüququ olmuş, 2019-cu ildə isə bu hüquq rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Vəsiyyətnamədə qeyd edilmiş daşınar əmlak hesab edilən üç tonluq metal su çəninin mərhuma məxsus olmamasını təsdiq edən hər hansı sübut iş materialarında yoxdur. Vəsiyyətnamədə qeyd edilən daşınmaz əmlak olan “mal tövləsi” daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin tikili mərhuma məxsus torpaq sahəsində inşa edilməklə bu sahəsinin tərkib hissəsi olmuşdur. Məhkəmə onu da qeyd edir ki, X2 ölümündən sonra onun qoyduğu 11 dekabr 2007ci il tarixli vəsiyyətnamənin etibarlılığı hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, həmin iddia əsasında işə baxmış Yevlax Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(039)-387/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə İddiaçı1 da öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə İddiaçı1 həmin iddiası təmin edilməmişdir. X24 Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, lakin qətnamə yuxarı instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mərhum X4 özünə məxsus əmlakların İddiaçı1 vəsiyyət etməsi barədə vəsiyyətnamə və miras kütlənin tərkib hissəsi olan Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin ümumi birgə mülkiyyət hüququ ilə bağlı dəlillərin yenidən araşdırılmasına və sübut edilməsinə zərurət yoxdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 miras əmlakdakı payı müəyyən edilərkən məcburi pay tələb etmək hüququ olan qanun üzrə vərəsələrin maraqları da nəzərə alınmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdə vərəsələrin adlarında müəyyən “çatışmazlıqlar”ın olduğu müəyyən edilsə də, işə əlavə edilmiş sənədlərə və tərəflərin verdikləri izahatlara əsasən müəyyən edilir ki, mərhum X4 3 övladı - İddiaçı2, Cavabdeh5 və X17 olmuşdur. X17 anasından əvvəl, yəni 02 oktyabr 1993-cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 (arvadı), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (övladları) onun birinci növbəli vərəsələridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin tələbinə görə, X9 ölən günə övladı X17 öldüyündən o, məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil. Çünki qanunvericiliyin mənasına və Konstitusiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu baxımdan Məhkəmə hesab edir ki, mərhum X3 miras qalan əmlakdan yalnız mərhumun sağ qalan birinci növbəli vərəsələri İddiaçı2 və Cavabdeh5 hər birinin 1/4 hissədə məcburi pay tələb etmək hüququ ehtimal olunur. Belə olduğu halda İddiaçı1 payı həmin şəxslərin paylarına aydınlıq gətirilənədək 1/2 hissədə müəyyən olunmalıdır. Beləliklə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh2 mübahisələndirdiyi hissədə işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də Məhkəmə bеlə qənaətə gəlir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi həmin hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, həmçinin apеllyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən, apеllyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli qətnamə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-670/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-670/2024
02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver