Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-677/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul,1 ədəd şkaf,1 ədəd güzgü, 1 ədəd taxt (kravat), 1ədəd tirilyaj, 2 dolabca (tumbucka), 1 ədəd sandıqça, 1 ədəd şifanerin, l ədəd kravatın (sandıqlı), 1 ədəd soyuducu, 1 ədəd kuxna mebel, 1 ədəd qoşa döşək, 1 ədəd tək döşək, 1 ədəd tək yorğan, 1 ədəd paduşka, 1 ədəd uşaq paduşkası, 1 ədəd xalça, 1 ədəd tül pərdə,1 ədəd mətbəx mebeli, 1 ədəd pərdə, 2 ədəd çıl-çıraq, 4 ədəd kuklalar, 1 ədəd güldanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 83 adda cehiz əmlaklarının özünün və ya onların dəyəri olan 14860 (on dörd min səkkiz yüz altmış) manat məbləğdə pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş və 1 ədəd Divan, 2 ədəd kreslo, 1 ədəd Stol, 6 ədəd Stul,1 ədəd Şkaf,1 ədəd güzgü, 1 ədəd Taxt (kravat), 1ədəd Tirilyaj, 2 dolabca (tumbucka), 1 ədəd Sandıqça, 1 ədəd Şifanerin, l ədəd Kravatın (sandıqlı), 1 ədəd soyuducu, 1 ədəd Kuxna mebel, 1 ədəd Qoşa döşək, 1 ədəd Tək döşək, 1 ədəd Tək yorğan, 1 ədəd Paduşka, 1 ədəd Uşaq paduşkası, 1 ədəd Xalça, 1 ədəd tül pərdə,1 ədəd mətbəx mebeli, 1 ədəd Pərdə, 2 ədəd çıl-çıraq, 4 ədəd ayı oyuncağı, 1 ədəd güldanın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılması qərara alınmışdır. Qarşılıqlı iddia qismən təmin edilmiş və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada mebel yataq dəsti - hal-hazırda qiyməti 1000 (bir min) manat. Mətbəx mebeli - hal-hazırda qiyməti 400 (dörd yüz) manat. 1 ədəd stol və 6 ədəd stul - hal-hazırda qiyməti 250 (iki yüz əlli) manat, Divan-kreslo -hal- hazırda qiyməti 300 (üç yüz) manat, Midiya soyuducu - hal-hazırda qiyməti 500 (beş yüz) manat, Mikser - 30 (otuz) manat, Şifoner-ayaqqabı yığılan - hazırda qiyməti 200 (iki yüz) manat, Nikel çanaq - 70 (yetmiş) manat, 2 ədəd çil-çıraq - 100 (bir yüz) manat, Su qızdırıcısı pitiminutka - 100 (bir yüz) manat, “Fraş” qazan dəsti 350 (üç yüz əlli) manat, 12 ədəd xrustal stəkan - 35 (otuz beş) manat, Fincan dəsti - 30 (otuz) manat, 2 ədəd Bagema meyvə qabı - 100 (bir yüz) manat, 2 ədəd xrustal qənd qabı - 50 manat (əlli) manat, 12 ədəd sok stəkanı - 20 (iyirmi) manat, 1 ədəd xalça - 140 (bir yüz qırx) manat, 3 ədəd pokrval dəsti - 400 (dörd yüz) manat, 24 ədəd boşqab dəsti - 100 (bir yüz) manat. 24 ədəd stəkan, 24 ədəd nəlbəki - 40 (qırx) manat, 12 ədəd qaşıq, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq - 60 (altmış) manat, 4 ədəd çay dəsmalı - 20 (iyirmi) manat, 4 ədəd əl-üz dəsmalı - 80 (səksən) manat, 2 ədəd hamam dəsmalı - 60 (altmış) manat, Divar saatı - 10 (on) manat, Yataq otağı üçün pərdə - 500 (beş yüz) manat, Mətbəx üçün pərdə - 25 (iyirmi beş) manat, 2 ədəd 1 nəfərlik taxta çarpayı - 140 (yüz qırx) manat, 4 dəst tək nəfərlik yun yorğan -320 (üç yüz iyirmi) manat, 6 ədəd tük yastıq - 60 (altmış) manat, 4 ədəd tək nəfərlik yun döşək - 480 (dörd yüz səksən) manat, 1 ədəd 2 nəfərlik yun döşək - 240 (iki yüz qırx) manat, Drujba - odun doğrayan - 200 (iki yüz) manat, 2 ədəd çaydan-çaynik servis dəsti - 170 (bir yüz yetmiş) manat, Plastmas ləyən - 5 (beş) manat, Uzun sandıqlı divan - 70 (yetmiş) manat, Krem rəngli sandıq - 50 (əlli) manat, Çuğun tava - 25 (iyirmi beş) manat, Divan örtüyü - 80 (səksən) manat, 4 ədəd Mişka - 80 (səksən) manat, Yun odeyal - 30 (otuz) manat, 1 ədəd cüt yorğan - 120 (bir yüz iyirmi) manat, Sintifon yastıq - 15 (on beş) manat, 1 ədəd güldan - 60 (altmış) manat, Çörək qabı - 10 (on) manat, 6 ədəd limon qabı - 20 (iyirmi) manat dəyərində olan cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə onların dəyəri olan 7145 manat pul alınıb qarışlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verilməsi qərara alınmış və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(051)- 46/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı ilə məhkəmə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Məhkəmənin 04 fevral 2025-ci il tarixli 2(051)- 46/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində qəbzə imza etməklə almışdır. 19 aprel 2025-ci il tarixdə asan imza alaraq Elektron Məhkəmə İnformasıya Sistemində elektron kabinet yaratmışdır. Belə ki, 30 oktyabr 2018-ci il təvəllüdlü Abbasəli adlı oğlunu 15 nömrəli məktəbdən 14 nömrəli məktəbə keçirtmək istəyirdi. Məktəbdən ona bildirdilər ki, bunun üçün “Sima” proqramı yaradılmalıdır. O da, oğlunun məktəb məsələsi ilə bağlı “Sima”dan qeydiyyatdan keçmiş və oğlunu 15 nömrəli məktəbdən 14 nömrəli məktəbə keçirtmişdir. Ola bilsin ki, “Sima” proqramından qeydiyyatdan keçdiyi üçün avtomatik olaraq elektron kabinet yaranmışdır. Lakin, bundan onun xəbəri olmamışdır. Hesab edir ki, qeyd etdiklərinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(051)-46/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh1 qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(051)-46/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. İş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2018-ci il təvəllüdlü Abbasəli adlı oğlunu 15 nömrəli məktəbdən 14 nömrəli məktəbə keçirtmək istəyirdi. Məktəbdən ona bildirdilər ki, bunun üçün “Sima” proqramı yaradılmalıdır. O da, oğlunun məktəb məsələsi ilə bağlı “Sima”dan qeydiyyatdan keçmiş və oğlunu 15 nömrəli məktəbdən 14 nömrəli məktəbə keçirtmişdir. Ola bilsin ki, “Sima” proqramından qeydiyyatdan keçdiyi üçün avtomatik olaraq elektron kabinet yaranmışdır. Lakin, bundan onun xəbəri olmamışdır. Əgər Elelektron sistemə diqqət yetirilsə, müəyyən olunacaqdır ki, əvvəllər onun elektron kabineti olmamış, məhkəmə iclasları barədə ona poçt vasitəsilə və sms bildiriş vasitəsilə bildirişlər göndərilmişdir. Ümumiyyətlə onun elektron kabinetin nə olduğundan məlumatı olmamışdır. Yalnız Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini məhkəmədən aldıqdan sonra, həmin qətnamədən apellyasiya şikayətinin yalnız elektron kabinet vasitəsiylə verilməsindən məlumatı olmuşdur. Elə buna görə də o, 19 aprel 2025ci il tarixdə asan imza alaraq Elektron Məhkəmə İnformasıya Sistemində elektron kabinet yaratmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-46/2025 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(051)-46/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, qərardaddan şikayət verilməsi üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(051)-46/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh1 isə həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bununla da iddiaçı qətnamədən apelyasiya şikayəti vermə müddətini 17 gün ötürmüşdür. Tərəf qətnaməni xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə aldığını bildirməklə müddəti ötürməsinin səbəbinin üzrlü olduğunu bildirməyə çalışsa da, məhkəmə bildirir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsi zamanı məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Kollegiya İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətində göstərdiyi oğlunu 15 nömrəli məktəbdən 14 nömrəli məktəbə keçirtməsi ilə əlaqədar “Sima” proqramından qeydiyyatdan keçdiyi üçün avtomatik olaraq elektron kabinet yaranması, lakin, elektron kabinetinin mövcudluğundan xəbərinin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılmasına dair tələbləri 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlərinin bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsidir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Normaların tələblərindən də göründüyü kimi məhkəmə sənədinin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildikdə sənəd məhkəmə tərəfindən rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin mülki işin 199 vərəqəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 elektron ünvanı (Elektron ünvan ) mövcud olmuş və məhkəmə tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-46/2025 saylı qətnaməsi cavabdehin elektron kabinetinə yerləşdirildiyində sistem tərəfindən Cavabdeh1 “Elektron ünvan ” elektron ünvanına (e-mail) məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(051)-46/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-677/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-677/2025
12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver