Məhkəmə qərarları › İş №2(107)-682/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-682/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-682/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 76/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 cavabdehlər Demirçi (Əziz) Qafar Aydın oğlu, Xəlı̇ lov Xəlı̇ l Məmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, «xxxx» MMC və Cavabdeh8 qarşı Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının 87978xx.xx-4520597.83, 8797***- *******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X26 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı Torpağa mülkiyyət haqqına X30 sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi tələbinə dair iddialarının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı4, İddiaçı3 (Hüseynova) və İddiaçı2) cavabdehlər Demirçi (Əziz) Qafar Aydın oğlu, Xəlı̇ lov Xəlı̇ l Məmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, «xxxx» MMC və Cavabdeh8 (bundan sonra cavabdeh və ya Qafar (Əziz) Demirçi, Xəlı̇ l Xəlı̇ lov, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, «xxxx» MMC və Cavabdeh8) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh8 ilə Qafar Demirçi (Əziz) arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqısatqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx- 4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı Qafar Əziz ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı Torpağa mülkiyyət haqqına X30 sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinin «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Şəki Rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Cavabdeh8 ilə onların birgə mülkiyyətinə 13.76 ha pay torpaq sahəsi verilmiş və adlarına JN:333 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı1 ilə Cavabdeh8 arasında olan nikah 1999-cu ildə pozulmuş, birgə nikahdan doğulmuş üç azyaşlı uşaq (hazırkı iddiaçılar) İddiaçı1 yanında qalmışlar. JN:333 nömrəli Dövlət Aktı 1999-cu il tarixdə ailə başçısı Cavabdeh8 verilmişdir. Bu barədə Dövlət Aktının birinci səhifəsində qeydiyyat aparılmışdır. İki il əvvəl onlara məlum olmuşdur ki, Cavabdeh8 xx xxxx 2005-ci ildə digər cavabdeh Qafar Demirçi (Əziz) ilə Şəki rayon 2 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 5 nəfərin, o cümlədən onların birgə mülkiyyətlərində olan torpaq sahəsini satmışdır. Sonradan məlum olmuşdur ki, bu qanunsuz alqı-satqı müqaviləsi Demirçi (Əziz) Qafar Aydın oğlu ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısı Cavabdeh2 olmuş, torpağa görə pulu Qafar Demirçi (Əziz) deyil, Cavabdeh2 ödəmişdir. Alqı-satqı müqaviləsində alıcı kimi adı yazılmış Qafar Demirçi (Əziz)in adının qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8 sözlərinə görə, o, Demirçi (Əziz) Qafar Aydın oğlunu tanımamış, torpaq sahəsini satarkən Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli, xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq etmişdir. Cavabdeh2 dövlət aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da təsdiqləmişdir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası pozulmuşdur. Bu qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də hesab edirlər ki, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz. Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli dövlət aktı verildikdən iki il sonra, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da daxil olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. Belə ki, alıcılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satıcı Demirçi (Əziz) Qafar Aydın oğlundan JN:0459 saylı dövlət aktında göstərilən torpaq sahələrini almışlar. Müqaviləyə diqqət yetirdikdə oradakı imzanın Cavabdeh8la bağlanmış müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Demirçi (Əziz) Qafar Aydın oğlunun iştirakı olmadan müqaviləni təsdiqləmişdir. Daha sonra Cavabdeh2 həmin torpağa dair xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Onlar daha əvvəl, yəni 2017-ci ildən başlayaraq, X28 Hüseynovun arasında olan müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışlar. Araşdırmalar bu vaxtadək davam etmiş, bu yaxınlarda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Əziz Qafarla bağladığı müqavilə və xx xxxxxx 2018-ci il tarixdə əldə etdiyi çıxarış üzə çıxmışdır. Odur ki, əvvəlki icraatı dayandıraraq hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, qeyd olunanlardan görünür ki, iddiaçıların torpaq sahələri barədə həm Cavabdeh8la Qafar Əzizin arasında bağlanmış, həm də Qafar Əziz ilə Xəlilin, Maarifin və Elşadın aralarında bağlanmış müqavilələr, habelə Qafar Əzizin adına verilmiş JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı, Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış, həm də «xxxx» MMC-nin adına verilmiş qeydiyyat sənədləri qanunsuz və əsassızdır, ona görə də onların hər biri etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 (Hüseynova) etibarnamə üzrə nümayəndələri olan İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, onların həmin alqı-satqı müqaviləsindən 2005-ci ildə deyil, iki il bundan əvvəl, yəni 2017-ci il tarixdə ailəyə sosial müavinət almaq üçün sənədləri toplayarkən xəbərləri olmuşdur. Həmin torpaq sahəsi üçün dövlət tərəfindən subsidiya almasalar da, torpağın mülkiyyətlərində olduğunu təxmin etdiklərindən onlar bununla ciddi maraqlanmamışlar. Hesab etmişlər ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərində olduğundan alına, satıla və bağışlana bilməz. Bütün bunları nəzərə alaraq MM-nin 384.0.4-cü maddəsinə müvafiq iddia müddətini tətbiq etmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndələri İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 Hüseynovun verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Şəki rayonu AİK-ın xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, İddiaçı4, X12 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx xxxx 2005-ci il tarixdə X1. X26 torpaq sahəsinin 12.96 ha hissəsini Xəlı̇ lov Xəlı̇ l Məmməd oğluna satmışdır. Hazırda həmin torpaq sahəsinin 0.80 ha hissəsi heç kəsin adına dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də hazırkı iş üzrə iddia edilən həmin torpaq sahəsinə münasibətdə «xxxx» MMC cavabdehlik daşımır. Məhkəmədən yekun qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh8 izahatında göstərmişdir ki, həqiqətən də ailələrinin birgə mülkiyyətinə Şəki rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarı ilə 13.76 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin tərəfindən əkilib-becərilmişdir. İddiaçı1 ilə nikahları pozulduqdan sonra sonuncu himayəsində olan uşaqlarla birlikdə Mingəçevir şəhərinə gedərək orada yaşamağa başlamışdır. O isə təkbaşına əkin-biçin işləri ilə məşğul olmağın çətinliyini nəzərə alaraq torpaq sahəsini xx xxxx 2005-ci il tarixdə X3. Belə ki, iddiaçı ilə nikahları pozulan 6 il müddətində sonuncunun ondan heç bir əmlak və ya digər tələbi olmamışdır. Odur ki, torpaq sahəsini iddiaçıların xəbərləri olmadan satmışdır. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Xəlı̇ l Xəlı̇ lov xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçıların ona və digər cavabdehlərə qarşı iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçılar istər aktın etibarsızlığı ilə bağlı bir illik, istərsə də ümumi iddia müddəti olan 10 il müddəti ötürmüşlər. İddiaçılar iddia ərizəsində qeyd etdikləri kimi 2006-cı il tarixdə sənədlərin səhv olduğunu biləndə Demirçi (Əziz) Qafar Aydın oğluna qarşı müqavilənin etibarlılığını mübahisələndirə bilərdilər. Belə ki, o, həmin toprağı əldə edənədək iddiaçıların 2 il müddətləri olmuş, torpağa görə 12 il subsidiya almamış və bu məsələyə ciddi yanaşmamışlar. Bütün bunları nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)- 923/2020 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)- 923/2020 nömrəli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4865/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)-923/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, qətnamə ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, onların həmin alqı-satqı müqaviləsindən 2005-ci ildə deyil, iki il bundan əvvəl, yəni 2016-cı il tarixdə ailəyə sosial müavinət almaq üçün sənədləri toplayarkən xəbərləri olmuşdur və həmin müddətdən də məhkəmədə iddia qaldırmışlar. Həmin torpaq sahəsi üçün dövlət tərəfindən subsidiya almasalar da, torpağın mülkiyyətlərində olduğunu təxmin etdiklərindən onlar bununla ciddi maraqlanmamışlar. Hesab etmişlər ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərində olduğundan alına, satıla və bağışlana bilməz. Onlar subsidiya barəsində deyil, sosial müavinət barəsində müraciət etdikdə adlarına torpağın olmasından xəbərləri olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 və vəkili X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı2 əlavə olaraq izahatında bildirmişdir ki, satılmış torpaq sahəsinin mövcudluğundan nə anasının, nə də ki, onların xəbəri olmuşdur. Atası Cavabdeh8 həmin torpaq sahəsini onların xəbərləri olmadan satmışdır. Həmin vaxt o, yetkinlik yaşına çatmamışdır. Yalnız 2016-ci il tarixində sosial müavinət hazırlayarkən xəbəri olmuşdur ki, mülkiyyətlərində torpaq sahəsi olub və onların məlumatı olmadan satılıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Vəkili X10 əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 2005-ci ildə rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı tərəf bundan xeyli illər sonra xəbərdar olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Belə ki, Şəki Rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Cavabdeh8 və ailə üzvlərinin (iddiaçıların) birgə mülkiyyətinə 13.76 ha pay torpaq sahəsi verilmiş və adlarına JN:333 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı1 ilə Cavabdeh8 arasında olan nikah 1999-cu ildə pozulmuş, birgə nikahdan doğulmuş üç azyaşlı uşaq (hazırkı iddiaçılar) İddiaçı1 himayəsində qalmışlar. JN:333 nömrəli Dövlət Aktı 1999-cu il tarixdə ailə başçısı Cavabdeh8 verilmişdir. Bu barədə Dövlət Aktının birinci səhifəsində qeydiyyat aparılmışdır. 2016-cı ildə onlara məlum olmuşdur ki, Cavabdeh8 xx xxxx 2005-ci ildə digər cavabdeh Demirçi (Əziz) Qafar Aydın oğlu ilə Şəki rayon 2 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 5 nəfərin, o cümlədən onların birgə mülkiyyətlərində olan torpaq sahəsini satmışdır. Sonradan məlum olmuşdur ki, bu qanunsuz alqı-satqı müqaviləsi Demirçi (Əziz) Qafar Aydın oğlu ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısı Cavabdeh2 olmuş, torpağa görə pulu Qafar Demirçi (Əziz) deyil, Cavabdeh2 ödəmişdir. Alqı-satqı müqavilasindəki alıcı kimi adı yazılmış Qafar Demirçi (Əziz)in qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8 Demirçi (Əziz) Qafar Aydın oğlunu tanımamış, torpaq sahəsini satarkən Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq etmişdir. Cavabdeh2 dövlət aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da təsdiqləmişdir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası pozulmuşdur. Bu qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də hesab edirlər ki, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz. Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli Dövlət Aktı verildikdən iki il sonra, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da daxil olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. Belə ki, alıcılar Xəlı̇ l Xəlı̇ lov, Cavabdeh3 və Cavabdeh4 satıcı Demirçi (Əziz) Qafar Aydın oğlundan JN:0459 saylı dövlət aktında göstərilən torpaq sahələrini almışlar. Müqaviləyə diqqət yetirdikdə oradakı imzanın Cavabdeh8la 2005-ci ildə bağlanmış müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Demirçi (Əziz) Qafar Aydın oğlunun iştirakı olmadan müqaviləni təsdiqləmişdir. Daha sonra Cavabdeh2 həmin torpağa dair xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Xəlı̇ l Xəlı̇ lov apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satıcılar - Şəki rayonu M.Əsədov adına qəsəbənin sakinləri Cavabdeh8 və ailə üzvləri onlara məxsus olan 13.76 ha torpaq sahəsini alıcı X4. Sözügedən xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasında o, iştirak etməmişdir. JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktından görünür ki, Bakı şəhər sakini Demirçi (Əziz) Qafar Aydın oğlunun adına kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 354.58 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli müqaviləyə əsasən satıcı X26 özünə məxsus olan 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2 31200 manata, 190.58 hektarını Cavabdeh4 76800 manata və 86 hektarını isə Cavabdeh3 33832 manata satmışdır. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar iddia ərizəsində qeyd etdikləri kimi 2006-cı il tarixdə sənədlərin səhv olduğunu biləndə Demirçi (Əziz) Qafar Aydın oğluna qarşı müqavilənin etibarsızlığını mübahisələndirə bilərdilər. Belə ki, o, həmin torpağı əldə edənədək iddiaçıların 2 il müddətləri olmuş, onlar həmin torpağa görə dövlət tərəfindən verilən subsidiyanı 12 il müddətdə almamışlar və bu məsələyə ciddi yanaşmamışlar. Mübahisəli torpaq sahəsindən o, həmin torpağı 2008-ci ildə almamışdan əvvəl istifadə edə bilməzdi, çünki həmin vaxt torpaq başqa adamın mülkiyyətində olub, əvvəlki mülkiyyətçi ilə də heç bir əlaqəsi olmayıb. 2002-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir, həmin vaxt şöbədə hazırlanan sənədlərə, o cümlədən Demirçi (Əziz) Qafar Aydın oğlunun adına tərtib edilmiş JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına imza atmaq onun vəzifə borcu olub. Həmid Mikayılov ikinci alqı-satqı müqaviləsində satıcı Demirçi (Əziz) Qafar Aydın oğlunun nümayəndəsi qismində iştirak edibdir. Həmid Mikayılov satıcı Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə ilə nümayəndəsi olduğundan həmin torpaqları əvvəlcədən ayrı-ayrı şəxslərdən toplayıb Demirçi (Əziz) Qafar Aydın oğlunun adına alıbdır. O, 2008-ci il tarixində bilmişdir ki, Demirçi (Əziz) Qafar Aydın oğlu torpaq satır, o da almışdır. Belə ki, 2008-ci il tarixində ailə üzvləri bildirib ki, torpaq satılır, o da 78 ha torpaq sahəsini almaq qərarına gəlimişdir. O, hazırkı torpaq sahəsini Demirçi (Əziz) Qafar Aydın oğlunun nümayəndəsi Həmid Mikayılovdan almışdır. 2008-ci il tarixindən həmin torpaq onun tərəfindən əkilir və verilən subsidiya pulunu daim özü almışdır. O, bilməmişdir ki, 12.96 ha torpaq sahəsi əvvəllər Cavabdeh8 olub. 2017-ci il tarixində Cavabdeh8 və yaxud onun ailəsinin adında torpaq sahəsi görünə bilməzdi, torpaq sahəsi həmin vaxt başqalarının mülkiyyətində olub, iddiaçılar bunu müddətlərlə bağlı bildirirlər ki, müddəti ötürməyiblər. O, əvvəllər Demirçi (Əziz) Qafar Aydın oğlunu torpaq alana kimi tanımamış və onunla heç bir əlaqələri də olmayıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh8 izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi. Verilən suallara cavabında göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 13.76 ha pay torpaq sahəsini 2005-ci ildə o, icarəyə vermişdir. Belə ki, torpaq sahəsi onların pay torpağı olub, özü istifadə edə bilməmişdir. Həmin vaxt kasıbçılıq olub, pula ehtiyacı olduğundan torpağı icarəyə vermişdir. Həmin müqaviləni sənədləşdirərkən notarius onun yanına gəlmiş, sənədə o imza atmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı sənədində olan imza ona məxsusdur. Torpağa dair müqavilə bağlanan zaman onun yanına Həmid və Seymur adında şəxslər gəlmişdi. Hər ikisini tanıyır, adını Həmid kimi tanıdığı səxs Torpaq Şöbəsinin müdiri vəzifəsində işləyirdi. O, torpaq sahəsini 10 il müddətinə icarəyə vermiş, müqavlədə göstərilən pulu tam şəkildə almış, həmin pul ona iki dəfəyə verilmişdir. Torpaqla bağlı aldığı puldan uşaqlarına da vermişdir. İcarə müqaviləsinin surəti onda olmayıb. Demirçi (Əziz) Qafar Aydın oğlu adlı şəxsi tanımır. Seymur adlı şəxs isə artıq vəfat etmişdir. Hazırda Oğuz rayonu Calut kəndində yaşayır. Torpaq sahəsini icarəyə verəndən sonra həmin torpaq sahəsini geri tələb etməmişdir, bununla bağlı heç bir orqana müraciəti və heç bir iddiası olmamışdır. Onların mülkiyyətində pay torpaqlarının olmasını arvadı İddiaçı1 ər-arvad kimi birlikdə yaşadıqları müddətdə bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X9 izahatında qanuni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 oğlu ifadəsində bildirdi ki, tərəfləri tanıyır, aralarında heç bir qohumluq və düşmənçilik yoxdur. O, Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi olmuşdur. İş üzrə xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasına iştirak etmişdir. Belə ki, etibarnamə əsasında həmin alqı-satqı müqaviləsi ilə Demirçi (Əziz) Qafar Aydın oğlunun mülkiyyətində olan 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2 31200 manata, 190.58 hektarını Cavabdeh4 76800 manata və 86 hektarını isə Cavabdeh3 33832 manata satmışdır. Alqı-satqı aparılarkən o, notariat orqanında Demirçi (Əziz) Qafar Aydın oğlunu təmsil etmiş, alqı-satqı işi Şəki şəhəri 2 saylı notariat orqanında notarius İsrail Məmmədov tərəfindən aparılmışdır. Torpağın alqı-satqısına dair Demirçi (Əziz) Qafar Aydın oğluna çatası pulu alıcılar, o cümlədən Cavabdeh2 ona təqdim etmiş, pulu o götürmüşdür. Demirçi (Əziz) Qafar Aydın oğlunun adından torpağı o satmış, xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imza onun imzasıdır. 2005-ci ildə Cavabdeh8la Demirçi (Əziz) Qafar Aydın oğlunun arasında 13.76 ha torpaq sahəsinin alqı-satqısında da iştirak etmiş, amma xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsini alıcı kimi Demirçi (Əziz) Qafar Aydın oğlu şəxsən özü imzalamışdır. Həmin alqı-satqıda onun iştirakı belə olmuşdur ki, torpaqları o tapmış, Demirçi (Əziz) Qafar Aydın oğlu isə almışdır. Cavabdeh8 torpaq alarkən notarius ilə birlikdə Cavabdeh8 yaşadığı fermaya getmişlər, həmin yerdə Cavabdeh8 alqı-satqı sənədlərini imzalayıb və torpağa görə Demirçi (Əziz) Qafar Aydın oğlunun verdiyi pulu Cavabdeh8 o vermişdir. Demirçi (Əziz) Qafar Aydın oğlu torpağın pulunu əvvəlcədən ona verib, o da Cavabdeh8 vermişdir. Cavabdeh8 ilə alqı-satqı sənədlərini imzalatmağa gedərkən Cavabdeh8 fermada olan evində azyaşlı uşaqlar və iki -üç qadın olmuşdur. 2005-ci il tarixdə Demirçi (Əziz) Qafar Aydın oğlunun mülkiyyətində olan torpaqlar başqabaşqa adamlara icarəyə verilmişdir, lakin həmin torpaqlar Cavabdeh2 icarəyə verilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 (Hüseynova), cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Qafar Demirçi (Əziz) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh5 və “xxxx” MMC nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 4865/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)-923/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, mübahisə predmeti olan - Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə iddiaçılara və Cavabdeh8 ayrılmış 13.76 hektar torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh8, həmin torpaq sahəsinə həm öz, həm də iddiaçılar adından sərəncam verərək, xx xxxx 2005-ci il tarixdə sahənin satılmasına dair müqavilə rəsmiləşdirmişdir. Hazırda iddiaçılar müqavilənin bağlanmasına razılıqlarının alınmamasını bildirərək həmin əqdin və onun sonrakı nəticələrinin etibarsız sayılmasını tələb edirlər. İddia tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (§18). İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ümumi mülkiyyətçi İddiaçı1 torpaq sahəsinin satılmasına dair razılığı olmamışdır. Eyni zamanda satış anında yetkinlik yaşına çatmamış digər ümumi mülkiyyətçilər - X7, X12 və İddiaçı2 (Cavabdeh8 və İddiaçı1 övladları) əmlakına sərəncam verilməsi üçün uşaqların yanında saxlanıldıqları valideyninin, habelə Qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır (§14). Bu hallar ümumi birgə mülkiyyətə sərəncam verilməsi ilə bağlı Mülki Məcəllənin 222.2-ci maddəsinin birinci cümləsinin, habelə 36.2-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir. Kollegiya onu da nəzərə alır ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Belə ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin də razılığının ehtimal edilməsinə dair qayda mövcuddur (§18-19). Bu qayda əşyanı vicdanlı əldə edən üçüncü şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bununla belə, əşyanı əldə edən üçüncü şəxsin əşyaya sərəncam verənin lazımi səlahiyyətə malik olmamasını bildiyi və ya bilməli olduğu hallarda əldə edənin vicdanlılığı qorunmur. Belə vəziyyətdə əşyaya sərəncam verilməsinə dair bağlanmış əqdin hüququ pozulan ümumi mülkiyyətçilərin tələbi ilə etibarsız sayılması imkanı qanunda açıqca göstərilmişdir (§19). Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, əşyanı əldə edən üçüncü şəxsin vicdanlı olmamasını sübuta yetirmək vəzifəsi onu iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§24). Hazırkı işdə mübahisəli torpaq sahəsinin razılıqları olmadan satılmasını iddiaçılar bildirdikləri üçün alqı-satqı müqavilələri üzrə əşyanı əldə edən şəxslərin vicdanlı olmadıqlarını sübut etmək yükü iddiaçılara aiddir. İddiaçılar həmin xüsusatlarla bağlı bildirmişlər ki, sözügedən sahənin ilk qanunsuz alqı-satqı müqaviləsi X26 ilə bağlansa da, ilk gündən torpağın faktiki istifadəçisi və alıcısı, sahə satılan zaman X16 Komitəsinin Şəki rayon şöbəsinin müdiri işləyən və hazırkı iş üzrə Cavabdeh2 olmuş, Cavabdeh8 torpağa görə pulu Əziz Qafar deyil, Cavabdeh2 vermişdir. Alqı-satqı müqaviləsindəki alıcı kimi adı yazılmış Əziz Qafarın qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8, Əziz Qafarı tanımamış, torpaq sahəsinə dair Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Bu işdə maraqlı olan Cavabdeh2, qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair X20 adına mülkiyyətə X30 hazırlayıb özünün imzası ilə təsdiq etmişdir... Cavabdeh2 aktı tərtib edərkən onun əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da, bu işi təşkil etmiş və təsdiqləmişdir. Mübahisəli sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində Əziz Qafarın adına aparılmış qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz. ...Cavabdeh2 əmlakın ilkin özgəninkiləşdirilməsi prosesində iştirak etmiş, prosesin təşkilatçısı özü olmuş, qeyri-dəqiq məlumatların dövlət reyestrində qeydə alınmasını özü təşkil etmiş, əvvəldən əmlakın istifadəçisi olmuşdur. ...Cavabdeh2 DTXK-nin Şəki rayon şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtda, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 daxil olmaqla, bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. ...Müqaviləyə diqqət yetirdikdə oradakı satıcı Əziz Qafarın imzasının, X25 Yaşarla bağladığı müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Baxmayaraq ki, hər iki müqavilə eyni notariusun iştirakı ilə bağlanmışdır. Bu o deməkdir ki, müqavilələrdən biri Əziz Qafar tərəfindən bağlanmamışdır. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Qafarın iştirakı olmadan, onun əvəzinə müqaviləni başqa şəxs imza etmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş faktiki halları (mübahisəli torpaq sahəsini əldə edən cavabdehlərdən birinin bu sahəyə aid dövlət orqanının vəzifəli şəxsi olması da) nəzərə alındıqda, iddiaçının istinad etdiyi dəlillər və onların lazımi qaydada araşdırılması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin xüsusatların ətraflı araşdırılmasına, zəruri olduqda həqiqiliyi mübahisələndirilən imzaların ekspertiza yolu ilə yoxlanılmasına, ümumilikdə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 23, 25-26). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Odur ki, həmin xüsusatlar mümkün sübutetmə vasitələri ilə ətraflı araşdırılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəli sahəni əldə edən cavabdeh(lər)in vicdanlı, mübahisələndirilən əqdlərin isə etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Əqdlər etibarsız olduqda bu faktın hüquqi nəticəsinə görə tələblər həll edilməli (§ 15-16, 17, 20-22), əks təqdirdə isə mülkiyyət hüquqlarının pozulması nəticəsində düşdükləri zərərin əvəzinin ödənilməsini aidiyyəti şəxsdən tələb etmək hüquqları iddiaçılara izah olunmalıdır. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik müddətin tətbiq etməsi ilə bağlı qeyd edir ki, həmin müddət iradənin zədələnməsi (zorakılıq, hədə və s.) nəticəsində bağlanmış və mübahisələndirilə bilən əqdlərə aiddir. Hazırkı iş üzrə iddia isə ümumi birgə mülkiyyətə sərəncam verənin buna səlahiyyətinin olmamasına görə bağlanmış əqdin etibarsız sayılması ilə bağlıdır (§ 19, 22). Belə olan halda, MM-in 354-cü maddəsinin tətbiqinin şərtləri (əqdin etibarsızlığının istinad olunan şərti, etibarsızlığın növü və bu növün yaratdığı hüquqi rejimə görə normanın tətbiqinin mümkünlüyü, əgər mümkündürsə məhz hansı müddətin tətbiq edilməli olduğu) əsaslandırılmamışdır. Bundan əlavə, iddianın rədd edilməsinə səbəb olan, qanunla müəyyən edilmiş hansısa müddət tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin müddətin axımı etibarsızlığı irəli sürülən əqdin tarixindən deyil, əqdi mübahisələndirilən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən hesablanır. Hazırkı işdə iddiaçılar bildirirlər ki, etibarsızlığı tələb edilən müqavilənin mövcudluğu ilk dəfə 2017-ci ildə, inzibati məhkəməyə dövlət aktının ləğv edilməsi barədə müraciət etdikdən sonra, məhkəmə qaydasında müvafiq sorğular verilərkən üzə çıxmış, daha sonra digər müqavilələri aşkar etmiş və onlar dərhal (vaxt itirmədən) həmin sənədləri mübahisələndirmişlər. Beləliklə, iş üzrə mübahisənin düzgün həlli üçün iddianın əsasında duran və yoxlanılması yuxarıda zəruri sayılan hallar araşdırılmalı, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlərin tətbqinin mümkünlüyünə (o cümlədən müddətin başlandığı məqama) bu araşdırmanın nəticəsindən asılı olaraq qanunvericliyə uyğun qaydada qiymət verilməlidir. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-333 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktından görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X7, X12 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. Şəki rayon 2 saylı X21nda təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X7, X12 və İddiaçı2 onlara məxsus 13.76 ha torpaq sahəsini alıcı X22 həmin dövrün noiminalı üzrə 14000000 (on dörd milyon) manata satmışlar. Həmin müqaviləni alıcı qismində X26 imzalamışdir. xx xxx 2006-cı il tarixdə tərtib edilmiş JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 354.58 ha torpaq sahəsi ünvan 1 ünvanında yaşayan X20 mülkiyyəti kimi dövlət aktı qeydiyyat kitabında 030 nömrə ilə qeydiyyata alınmışdır. Şəki rayon 2 saylı X21nda təsdiq edilmiş xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X20 etibarnaməsi əsasında Şəki rayonu Orta Zəyzid kəndində yaşayan X8 xx xxx 2006-cı il tarixdə tərtib edilmiş JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X20 mülkiyyətində olan və Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 354.58 ha torpaq sahəsindən 78 hektarını alıcı Cavabdeh2 31200 manata, 190.58 hektarını alıcı Cavabdeh4 76800 manata və 86 hektarını alıcı Cavabdeh3 33832 manata satmışdır. Həmin müqaviləni satıcı qismində Həmid Mikayılov imzalamışdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********31 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli Nikahın pozulmasına dair akt qeydindən görünür ki, Cavabdeh8 və İddiaçı1 aralarında olan nikah xx xxxxxx 1997-ci il tarixli məhkəmə qərarı ilə pozulmuşdur. Mülki işin 1-ci cildinin 179-cu vərəqində olan xx xxxxxx 2008-ci il tarixli etibarnamədən görünür ki, X26 JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən özünə məxsus olan və Şəki rayonu ərazisində yerləşən 354.58 ha torpaq sahəsinə dair hərəkətlər etməyi, o cümlədən satmağı Şəki rayonu Orta Zəyzid kəndində yaşayan X6 bir il müddətinə etibar etmişdir. Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 52 nömrəli arayışdan görünür ki, həqiqətən Şəki rayonu Turan qəsəbə sakini Cavabdeh8 özünə və ailəsinə məxsus pay torpaq sahələrini 2006-cı il tarixdə ünvan 1-də qeydiyyatda olan X3. 2006-cı ildən xx xxxxxx 2020-ci il tarixə qədər Cavabdeh8 özü və ya ailəsi tərəfindən əkilmiş torpağa görə subsidiyanın alınması üçün heç bir müraciətləri olmamışdır. xx xxxxxx 2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1-də qeydiyyatda olan X26 özünə məxsus (Torpağa Mülkiyyət Hüququna X30 JN:0459, kod 40401027, xx xxx 2006-cı il) 354.58 ha torpaq sahəsindən 78 ha hissəsini Şəki rayonu Qaratorpaq kəndində qeydiyyatda olan Cavabdeh2 satmışdır. 2008-ci il tarixdən 2019-cu il tarixə qədər həmin sözügedən torpaq sahəsi (Cavabdeh8 özünə və ailəsinə məxsus torpaq sahəsi) Cavabdeh2 istifadəsində olmuş, dövlət tərəfindən verilən torpağa görə subsidiya torpağı əkib becərmiş Cavabdeh2 ödənilmişdir. Demirçi (Əziz) Qafar Aydın oğlunun məhkəmə kollegiyasına ünvanladığı, Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx xxxx 2021-ci il tarixli ərizəsində göstərilmişdir ki, onunla Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X7, X12 və İddiaçı2 arasında torpaq sahəsinin alqı-satqısına dair Şəki rayon 2 saylı X21nda təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsində özü şəxsən iştirak etmişdir, alqı-satqı müqaviləsinə həmin tarixdə notariat orqanında o imza etmişdir. xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsində olan imzanın onun tərəfindən şəxsən icra edilməsini təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. İşin gerçək hallarından görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8, İddiaçı1, İddiaçı4, Aynur Hüseynova və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-333 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh8 sözügedən 13.76 ha torpaq sahəsini Şəki rayon 2 saylı X21nda xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X3. xx xxx 2006-cı il tarixdə X20 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN- 459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. xx xxxxxx 2008-ci il tarixdə X26 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2, 190.58 hektarını Cavabdeh4 və 86 hektarını Cavabdeh3 satmışdır. Cavabdeh8 tərəfindən satılmış sözügedən 13.76 ha torpaq sahəsinin tərkib hissəsi olan və Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx xxxxxx 2018-ci il tarixdə, **********31 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx- 4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X26 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı Torpağa mülkiyyət hüququna X30nda göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Təbii ki, qeyd edilən müqavilələr əsasında cavabdehlər çıxarış almışlar. İddia rədd edildiyindən alqı-satqı müqavilələri əsasında verilmiş çıxarış etibarlı hesab olunur və həmin çıxarış ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 4865/2020 nömrəli qərarında hazırda baxılan mülki mübahisə üzrə əvvəllər işə baxmış məhkəmələrin mübahisəyə bir illik kəsici müddəti tətbiq etmələri barədə mövqeləri ilə razılaşılmamışdır. Qərarda həmin məqamla bağlı qeyd edilir ki, “kollegiya, apellyasiya instansiyası məhkəməsinin iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik müddətin tətbiq etməsi ilə bağlı qeyd edir ki, həmin müddət iradənin zədələnməsi (zorakılıq, hədə və s.) nəticəsində bağlanmış və mübahisələndirilə bilən əqdlərə aiddir. Hazırkı iş üzrə iddia isə ümumi birgə mülkiyyətə sərəncam verənin buna səlahiyyətinin olmamasına görə bağlanmış əqdin etibarsız sayılması ilə bağlıdır (§ 19, 22). Belə olan halda, MM-in 354-cü maddəsinin tətbiqinin şərtləri (əqdin etibarsızlığının istinad olunan şərti, etibarsızlığın növü və bu növün yaratdığı hüquqi rejimə görə normanın tətbiqinin mümkünlüyü, əgər mümkündürsə məhz hansı müddətin tətbiq edilməli olduğu) əsaslandırılmamışdır. Bundan əlavə, iddianın rədd edilməsinə səbəb olan, qanunla müəyyən edilmiş hansısa müddət tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin müddətin axımı etibarsızlığı irəli sürülən əqdin tarixindən deyil, əqdi mübahisələndirən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən hesablanır. Hazırkı işdə iddiaçılar bildirirlər ki, etibarsızlığı tələb edilən müqavilənin mövcudluğu ilk dəfə 2017-ci ildə, inzibati məhkəməyə dövlət aktının ləğv edilməsi barədə müraciət etdikdən sonra, məhkəmə qaydasında müvafiq sorğular verilərkən üzə çıxmış, daha sonra digər müqavilələri aşkar etmiş və onlar dərhal (vaxt itirmədən) həmin sənədləri mübahisələndirmişlər. Beləliklə, iş üzrə mübahisənin düzgün həlli üçün iddianın əsasında duran və yoxlanılması yuxarıda zəruri sayılan hallar araşdırılmalı, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlərin tətbqinin mümkünlüyünə (o cümlədən müddətin başlandığı məqama) bu araşdırmanın nəticəsindən asılı olaraq qanunvericliyə uyğun qaydada qiymət verilməlidir.” Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında müddətlərlə bağlı müəyyən edilmiş mövqeyi nəzərə alaraq və işin araşdırılması nəticəsində yaranan daxili inamına əsaslanaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçılardan İddiaçı4, İddiaçı3 (Hüseynova) və İddiaçı2 torpaq sahəsi 1998ci ildə onların birgə mülkiyyətlərinə verilən və 2005-ci ildə özgəninkiləşdirilən zaman azyaşlı olduqlarından onların həmin torpaq sahəsinin mövcudluğundan, o cümlədən özgəninkiləşdirilməsindən məlumatlı olmamaları inandırıcıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, onların ata-anasının nikahı xx xxxxxx 1997-ci il tarixli məhkəmə qərarı ilə pozulduqdan sonra azyaşlı uşaqlar analarının himayəsində yaşamışlar. Torpaq sahəsi isə həmin dövrlərdə ata - Cavabdeh8 istifadəsində olmuşdur. Düzdür, Cavabdeh8 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında keçmiş arvadı İddiaçı1 həmin torpaq sahəsinin birgə mülkiyyətlərində olmasından məlumatlı olduğunu, habelə 2005-ci ildə torpağı satdıqdan sonra əldə etdiyi puldan uşaqlarına da verdiyini bildirdi. Lakin işin hallarından görünür ki, tərəflərin arasında olan nikah 1997-ci ildə pozulduqdan sonra İddiaçı1 əvvəl Mingəçevir şəhərində, sonralar isə müxtəlif ünvanlarda azyaşlı uşaqları ilə birlikdə yaşamış, onun həmin torpaqdan istifadə etməyə imkanı olmamışdır. Ona görə də sözügedən torpaq sahəsinin sabiq əri tərəfindən 2005-ci ildə satılmasından onun məlumatı olmaya bilərdi. Cavabdeh8 2005-ci ildə torpağı satdıqdan sonra əldə etdiyi puldan uşaqlarına da verməsi və ya göndərməsi isə iddiaçıların torpağın satılması barədə məlumatlı olmaları anlamına gəlmir. Belə ki, özündən ayrı yaşayan azyaşlı övladlarına maddi yardım göstərmək Cavabdeh8 vəzifəsi olmuşdur və o göndərdiyi pulun (maddi yardımın) mənbəyini açıqlamaya da bilərdi. Bunun əksini təsdiq edən sübut isə mövcud deyildir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçılar Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlunun arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Həmin tələblərinin əsası kimi onlar bildirirlər ki, sözügedən alqı-satqı müqaviləsi Demirçi (Əziz) Qafar Aydın oğlu ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısı Cavabdeh2 olmuş, torpağa görə pulu Qafar Demirçi (Əziz) deyil, Cavabdeh2 ödəmişdir. Alqı-satqı müqaviləsində alıcı kimi adı yazılmış Qafar Demirçi (Əziz)in adının qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8 sözlərinə görə, o, Demirçi (Əziz) Qafar Aydın oğlunu tanımamış, torpaq sahəsini satarkən Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq etmişdir. Cavabdeh2 dövlət aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da təsdiqləmişdir. Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli dövlət aktı verildikdən iki il sonra, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da daxil olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. Belə ki, alıcılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satıcı Demirçi (Əziz) Qafar Aydın oğlundan JN:0459 saylı dövlət aktında göstərilən torpaq sahələrini almışlar. Müqaviləyə diqqət yetirdikdə oradakı imzanın Cavabdeh8la bağlanmış müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Demirçi (Əziz) Qafar Aydın oğlunun iştirakı olmadan müqaviləni təsdiqləmişdir. Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişlərə uyğun olaraq iddia tələbində qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən geniş araşdırılmışdır. Demirçi (Əziz) Qafar Aydın oğlunun xx xxxx 2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizəsində Demirçi (Əziz) Qafar Aydın oğlu göstərilmişdir ki, onunla Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X7, X12 və İddiaçı2 arasında torpaq sahəsinin alqı-satqısına dair Şəki rayon 2 saylı X21nda təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsində özü şəxsən iştirak etmişdir, alqı-satqı müqaviləsinə həmin tarixdə notariat orqanında o imza etmişdir. xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsində olan imzanın onun tərəfindən şəxsən icra edilməsini təsdiq edir. Göründüyü kimi, müqavilə tərəflərindən biri olan alıcı həmin müqavilənin bağlanmasında şəxsən iştirak etdiyini və müqavilədə olan imzanın onun tərəfindən şəxsən icra edilməsini təsdiq edir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eyni məzmunlu izahat verərək göstərdi ki, Cavabdeh8 və ailə üzvləri ilə X20 aralarında bağlanmış xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasında o, iştirak etməmişdir. O, Demirçi (Əziz) Qafar Aydın oğlundan 2008-ci ildə torpaq alana kimi onu tanımamış və onunla heç bir əlaqələri də olmayıbdır. 2002-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir, həmin vaxt şöbədə hazırlanan sənədlərə, o cümlədən Demirçi (Əziz) Qafar Aydın oğlunun adına tərtib edilmiş JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına imza atmaq onun vəzifə borcu olub. JN:0459 nömrəli xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktından görünür ki, Bakı şəhər sakini Demirçi (Əziz) Qafar Aydın oğlunun adına kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 354.58 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli müqaviləyə əsasən satıcı X26 özünə məxsus olan 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2 31200 manata, 190.58 hektarını Cavabdeh4 76800 manata və 86 hektarını isə Cavabdeh3 33832 manata satmışdır. Mübahisəli torpaq sahəsindən o, həmin torpağı 2008-ci ildə almamışdan əvvəl istifadə edə bilməzdi, çünki həmin vaxt torpaq başqa adamın mülkiyyətində olub, əvvəlki mülkiyyətçi ilə də (yəni X26) heç bir əlaqəsi olmayıb. O, bilməmişdir ki, 12.96 ha torpaq sahəsi əvvəllər Cavabdeh8 olub. O, 2008-ci il tarixində bilmişdir ki, Demirçi (Əziz) Qafar Aydın oğlu torpaq satır, o da almışdır. O, hazırkı torpaq sahəsini Demirçi (Əziz) Qafar Aydın oğlunun nümayəndəsi Həmid Mikayılovdan almışdır. Həmid Mikayılov ikinci alqısatqı müqaviləsində satıcı Demirçi (Əziz) Qafar Aydın oğlunun nümayəndəsi qismində iştirak edibdir. Həmid Mikayılov satıcı Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə ilə nümayəndəsi olduğundan həmin torpaqları əvvəlcədən ayrı-ayrı şəxslərdən toplayıb Demirçi (Əziz) Qafar Aydın oğlunun adına alıbdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Həmid Mikayılov göstərdi ki, o, Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi olmuşdur. İş üzrə xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasında iştirak etmişdir. Belə ki, etibarnamə əsasında həmin alqısatqı müqaviləsi ilə Demirçi (Əziz) Qafar Aydın oğlunun mülkiyyətində olan 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2 31200 manata, 190.58 hektarını Cavabdeh4 76800 manata və 86 hektarını isə Cavabdeh3 33832 manata satmışdır. Alqı-satqı aparılarkən o, notariat orqanında Demirçi (Əziz) Qafar Aydın oğlunu təmsil etmiş, alqısatqı işi Şəki şəhəri 2 saylı notariat orqanında notarius İsrail Məmmədov tərəfindən aparılmışdır. Torpağın alqı-satqısına dair Demirçi (Əziz) Qafar Aydın oğluna çatası pulu alıcılar, o cümlədən Cavabdeh2 ona təqdim etmiş, pulu o götürmüşdür. Demirçi (Əziz) Qafar Aydın oğlunun adından torpağı o satmış, xx xxxxxx 2008-ci il tarixli 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imza onun imzasıdır. 2005-ci ildə Cavabdeh8la Demirçi (Əziz) Qafar Aydın oğlunun arasında 13.76 ha torpaq sahəsinin alqı-satqısında da iştirak etmiş, amma xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsini alıcı kimi Demirçi (Əziz) Qafar Aydın oğlu şəxsən özü imzalamışdır. Həmin alqı-satqıda onun iştirakı belə olmuşdur ki, torpaqları o tapmış, Demirçi (Əziz) Qafar Aydın oğlu isə almışdır. Cavabdeh8 torpaq alarkən notarius ilə birlikdə Cavabdeh8 yaşadığı fermaya getmişlər, həmin yerdə Cavabdeh8 alqı-satqı sənədlərini imzalayıb və torpağa görə Demirçi (Əziz) Qafar Aydın oğlunun əvvəlcədən ona verdiyi pulu Cavabdeh8 o vermişdir. Cavabdeh8 ilə alqı-satqı sənədlərini imzalatmağa gedərkən Cavabdeh8 fermada olan evində azyaşlı uşaqlar və iki -üç qadın olmuşdur. 2005-ci il tarixdə Demirçi (Əziz) Qafar Aydın oğlunun mülkiyyətində olan torpaqlar (o cümlədən mübahisə predmeti olan torpaq sahəsi) başqa-başqa adamlara icarəyə verilmişdir, lakin həmin torpaqlar Cavabdeh2 icarəyə verilməmişdir. Qeyd edilənlərlə, o cümlədən Demirçi (Əziz) Qafar Aydın oğlunun xx xxxx 2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsində və şahid Həmid Mikayılovun ifadəsində göstərilənlər ilə iddia tələbinin və apellyasiya şikayətinin əsas dəlillərindən olan xx xxxx 2005-ci il tarixli və xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqavilələrində X20 adının qarşısında icra edilmiş imzaların fərqli olması, bununla da həmin müqavilələrin etibarsız olmasının sübut edilməsi məsələsinə aydınlıq gəlmiş olur. Belə ki, müəyyən edildi ki, xx xxxx 2005-ci il tarixli müqavilədə X20 imzası onun özü tərəfindən şəxsən icra edilmişdir. Həmin müqavilənin bağlanılmasında Həmid Mikayılovun iştirakı Əziz Qafarın alması üçün torpaqların tapılmasından və 13.76 ha torpaq sahəsinin alışına görə Əziz Qafarın əvvəlcədən ona verdiyi pulu sonuncunun adından satıcı Cavabdeh8 ödəməsindən ibarət olmuşdur. xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsində isə Əziz Qafar şəxsən iştirak etməmiş, onun adından etibarnamə üzrə nümayəndəsi Həmid Mikayılov iştirak etmişdir. Mülki işin 1-ci cildinin 180-ci vərəqində olan həmin müqavilədən görünür ki, müqaviləni satıcı qismində X20 etibarnamə üzrə nümayəndəsi Həmid Mikayılov imzalamışdır. Belə olan halda, xx xxxx 2005-ci il tarixli və xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqavilələrinin X26 tərəfindən bağlanılmasında qanun pozuntusu müəyyən edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh8 izahatında göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 13.76 ha pay torpaq sahəsini 2005-ci ildə satmamış, icarəyə vermişdir. Həmin müqaviləni sənədləşdirərkən notarius onun yanına gəlmiş, sənədə o imza atmış, alqı-satqı sənədində olan imza ona məxsusdur. Torpağa dair müqavilə bağlanan zaman onun yanına Həmid və Seymur adında şəxslər gəlmiş, hər ikisini tanıyır, adını Həmid kimi tanıdığı səxs Torpaq Şöbəsinin müdiri vəzifəsində işləyirdi. O, torpaq sahəsini 10 il müddətinə icarəyə vermiş, müqavlədə göstərilən pulu tam şəkildə almış, həmin pul ona iki dəfəyə verilmişdir. Torpaqla bağlı aldığı puldan uşaqlarına da vermişdir. İcarə müqaviləsinin surəti onda olmayıb. Demirçi (Əziz) Qafar Aydın oğlu adlı şəxsi tanımır. Seymur adlı şəxs isə artıq vəfat etmişdir. Hazırda Oğuz rayonu Calut kəndində yaşayır. Torpaq sahəsini icarəyə verəndən sonra həmin torpaq sahəsini geri tələb etməmişdir, bununla bağlı heç bir orqana müraciəti və heç bir iddiası olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında isə o, izahatında bildirmişdir ki, İddiaçı1 ilə nikahları pozulduqdan sonra sonuncu himayəsində olan uşaqlarla birlikdə Mingəçevir şəhərinə gedərək orada yaşamağa başlamış, o isə təkbaşına əkin-biçin işləri ilə məşğul olmağın çətinliyini nəzərə alaraq sözügedən torpaq sahəsini iddiaçıların xəbərləri olmadan xx xxxx 2005-ci il tarixdə X3. Məhkəmə kollegiyasının iclasında ona ünvanlanan birinci instansiya məhkəməsinin iclasında torpağı satdığı barədə ifadə verdiyi, hazırda isə icarəyə verdiyini bildirməsi, izahatlarının arasında olan ziddiyyətləri nə ilə izah edə biləcəyi haqqında suala Cavabdeh8 aydınlıq gətirə bilmədi. Cavabdeh8 ziddiyyətli izahatları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mövcud sübutlar, o cümlədən xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsinin məzmunu, Demirçi (Əziz) Qafar Aydın oğlunun xx xxxx 2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsinin məzmunu, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi ilə müəyyən edilir ki, xx xxxx 2005-ci il tarixli müqavilə ilə Cavabdeh8 torpaq sahəsini icarəyə verməmiş, satmışdır. Onun niyyəti də məhz torpağın satılmasından ibarət olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin iclasında o, səmimi izahat verərək torpağı satdığını etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında isə əvvəlcədən düşünülmüş şəkildə izahatını dəyişərək torpağı icarəyə verdiyini bildirmişdir. Bu zaman onun qarışıq fikirlər söyləməsi, o cümlədən X18 şöbəsinin müdiri vəzifəsində işləməsi barədə doğru olmayan ifadəsi, habelə artıq çoxdan öldüyü bildirilən Seymur adlı şəxsində orada iştirak etdiyini bildirməsi də onun səmimi olmadığını göstərir. Odur ki, kollegiya Cavabdeh8 məhkəmə kollegiyasının iclasında verdiyi izahatını əvvəlcədən düşünülərək kollegiyanı çaşdırmaq məqsədi daşıyan izahat hesab edir və həmin izahatı mötəbər sübut kimi qəbul etmir. Kollegiya Cavabdeh8 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirilənləri işin hallarına daha uyğun hesab edir və həmin izahatı mötəbər sübut kimi qəbul edir. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən biri də həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 (kod ********) nömrəli, xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq etməsidir. Həmin hal ilə bağlı kollegiya qeyd edir ki, işin hallarından, o cümlədən Cavabdeh2 izahatından görünür ki, o, 2002-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq hazırlanmış sənədləri, o cümlədən X20 adına tərtib edilən JN:0459 (kod ********) nömrəli, xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktını səlahiyyəti çərçivəsində imzası ilə təsdiq etməklə Cavabdeh2 vəzifə borcunu yerinə yetirmişdir. Habelə iddia tələbində və apellyasiya şikayətində qeyd edilən xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinin Demirçi (Əziz) Qafar Aydın oğlu ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısının Cavabdeh2 olması, torpağa görə pulu Qafar Demirçi (Əziz) deyil, Cavabdeh2 ödəməsi, alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin torpaq sahəsinin Cavabdeh2 icarəsində olması haqqında dəlillərin həqiqiliyi də yuxarıda şərh edilən işin halları ilə sübut olunmadı. İddiaçılar qeyd olunanlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmədilər. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbinin və apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinin doğruluğu sübut edilmir. Bu, həm də aşağıda istinad edilən qanunvericilik normalarından irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin XXİX fəsli (Alqı-satqı) ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmununun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mübahisə edilməyən haldır ki, Şəki Rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Cavabdeh8, İddiaçı1, İddiaçı4, İddiaçı3 (Hüseynova) və İddiaçı2 birgə mülkiyyətinə 13.76 ha pay torpaq sahəsi verilmiş və adlarına JN:333 (Kod ********) nömrəli Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh8 xx xxxx 2005-ci il tarixli 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini digər mülkiyyətçilərin razılığı olmadan satmış, bu zaman azyaşlı İddiaçı4, Aygün Hüseynova və İddiaçı2 payları özgəninkiləşdirilərkən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 36.2-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 222.1-ci maddəsinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Kollegiyanın fikrincə nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 əri, eləcə də yetikinlik yaşına çatmayan İddiaçı4, İddiaçı3 (Hüseynova) və İddiaçı2 qanuni nümayəndəsi kimi ataları Cavabdeh8 mübahisəli torpaq sahəsini 14.000.000 manata (AZM) cavabdeh X2 və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, alqı-satqı müqaviləsinin Cavabdeh8 münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi ona aid hissədə etibarsız sayıla bilməz. Kollegiya alqı-satqı müqaviləsinin bağlanması zamanı İddiaçı1 iştirakının olmaması, habelə İddiaçı4, Aygün Hüseynova və İddiaçı2 payına münasibətdə alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmaması ilə bağlı qeyd edir ki, iş üzrə Cavabdeh2 və qeyriləri mübahisəli 13.76 ha torpaq sahəsini xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında vicdanlı əldə etdiyindən, xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanuni əsas olmadığından iddianın bu hissədə təmin edilməsi qanunvericiliyə uyğun deyildir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya belə qənaətə gəlir ki, iddiaçıların torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən Cavabdeh2 və digər cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Bu halda iddiaçı tərəf onların payını razılıqları olmadan özgəninkiləşdirmiş Cavabdeh8 qarşı birinci instansiya məhkəməsində yeni iddia qaldırmaqla onlara dəymiş ziyanı həmin şəxsdən tələb edə bilərlər. Qeyd olunmalıdır ki, xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X26 ilə alıcılar Xəlı̇ l Xəlı̇ lov, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2008ci il tarixli müqavilənin etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilmədiyindən, digər iddia tələbləri həmin tələblərdən törədiyindən iddia qalan hissədə də təmin edilməyəcəkdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmamış, iddia tələbini yalnız iddia müddəti tətbiq edərək təmin etməmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni hesab etmək olmaz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-4865/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 cavabdehlər Demirçi (Əziz) Qafar Aydın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, «xxxx» MMC və Cavabdeh8 qarşı “Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlunun arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx- 4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X26 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı Torpağa mülkiyyət haqqına X30 sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar