Məhkəmə qərarları › İş №2(107)-684/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-684/2020

26.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-684/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiacı İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin alçaldılmasına görə kompensasiya tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiacı İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 150000 (bir yüz əlli min) manat və vurulmuş maddi ziyanın kompensasiyası kimi 50000 (əlli min) manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsum məbləği onun özünə aid edilsin edilmişdir. İşin halları İddiacı İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə vurulmuş zərərin kompensasiyası kimi 150000 (bir yüz əlli min) manatın və vurulmuş maddi ziyanın kompensasiyası kimi 50000 (əlli min) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxx 2014-cü il tarixdə oğlu Musayev Vazehə el adəti ilə toy edib, Şəki rayon Baltalı kənd sakini X2 evinə gəlin gətirmişdir. Gəlin gəldiyi gündən X5 onlarla münasibətdə əxlaq norma və qaydalarını kobud surətdə pozmuşdur. Gəldiyi gündən bir həftə keçməmiş qab-qacağına dırnaq boyası ilə işarə qoymuşdur. Bakıda yaşadıqları müddətdə də X5 bəhanə edib, söz-söhbət yaradaraq, guya qaynanasının onu vurduğunu deyərək, Binəqədi rayon 40-cı Polis Bölməsinə şikayət etmişdir. Sonra anası Sədaqətin göstərişi ilə X1 şəhərinə qayıdaraq, Bideyiz kəndindəki evilərində oğlu ilə ikisi yaşamışlar. Həmin dövrlərdə də Vazeh onu vurub bəhanəsi ilə dəfələrlə polisə şikayət etmişdir. Bütün etdiyi əməllərinə güzəştə gedərək, öyüd-nəsihət verib yenə də X2 evlərində saxlamışlar. Düşünmüşlər ki, yəqin ki, başa düşər, daha bir də səhv etməz. Tünzalə toyda ona alınan qızıl-zinət əşyalarını özü ilə aparsa da, sonradan "qızıllarını vermirlər" deyərək onlara qarşı iddia qaldırmışdır. Həmin iş Konstitusiya Məhkəməsinə qədər getsə də, ancaq heç bir xeyri olmamışdır. 1700 manat dəyərində olan qızıl-zinət əşyası onların üzərində qalmışdır. Cavabdehlər oğluna 128-ci maddə ilə cinayət işi açdırmışlar. X3rı 128-ci maddə ilə polisə çağırtdiraraq 6 ay izahat yazdırmışdır. Onlar izahatlarında müstəntiqə Tünzalənin və onun anasının dediyi sözlərin hamısının şərböhtan olmasını bildirmişlər. Çünki, onlar həmin vaxt Şəkidə yas mərasimində olmuşlar. Həmin vaxt o, məhkəmənin çıxaracağı qərarlara güvənərək müstəntiqə buraya gəlibgetməkdən yorulduqlarını bildirmiş və işin məhkəməyə verilməsini xahiş etmişdir. Müstəntiq də işdə olan maddəni dəyişib, CM-nin 133.2.3-cü maddə ilə işi məhkəməyə göndərmişdir. Həmin maddə ilə oğluna və həyat yoldaşına hərəsinə 2 il müddətinə cəza təyin edilmişdir. Həyat yoldaşına 1 il sınaq müddəti verilmişdir. X5 2016- cı ilin aprel ayında iddia qaldıraraq xx xxxxxxxx 2016-cı il tarixdə oğlundan boşanmışdır. Oğluna uşağa görə 100 manat aliment kəsilmişdir. xx xxxx 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə gəlini cehizi ilə birlikdə evindən çıxarmışdır. Sonra cavabdehlər şərəf və ləyaqətin alçaldılmasına görə onlardan 20 000 (iyirmi min) manat təzminat istəmişlər. O da qarşılıqlı iddiasında cavabdehin onlarla yaşadıqları müddətdə tərbiyəsiz sözlərini və hərəkətlərini qeyd edib, məhkəməyə vermiş və cavabdehlərdən 24000 (iyirmi dörd min) manat təzminat istəmişdir. Cavabdehlərin bu iddiaları sübuta yetirilməmiş və iddianı geri götürmüşlər. O, da öz qarşılıqlı iddiasını geri götürmüşdür. Fikirləşmişdir ki, yəqin daha bu iş tamamilə yekunlaşdı. Sonradan cavabdehlər yenidən şərəf və ləyaqətin alçaldılmasına dair, onun məhkəmədə qaldırdığı qarşılıqlı iddianı əsas götürərək 21000 (iyirmi bir min) manat təzminat istəmişər. Məhkəmə həmin iddianı 1000 manat həcmində təmin etmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə və Konstitusiya Məhkəməsinə şikayətlər etsə də, xeyri olmamışdır. Nəticədə 1000 manat pul onların pensilarından tutulmuşdur. Cavabdeh evindən cehizlərini könüllü aparmamışdır. xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh3 icra məmurlarının iştirakı ilə cehizlərini aparmışdır. Lakin Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlcədən apardığı cehiz əşyalarını yenidən üzərinə əlavələr yazaraq onlardan tələb etmişdir. Həmçinin apardığı cehiz əşyalarını və qızıl-zinət əşyalarını yenidən onlardan tələb etmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə və Konstitusiya Məhkəməsinə şikayətlər etsə də, xeyri olmamış və 1700 manatlıq qızıl-zinət əşyaları onların üzərində qalmışdır. Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixdə oğlu hələ türmədə olarkən, 2(075)- 1083/2018 saylı iş üzrə alimentin artırılaraq 154 manat olmasına dair iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin hakimi Kamran Süleymanov alimenti artıraraq 115 manat müəyyən etmişdir. Həmin qətnamədən də Şəki Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə və Konstitusiya Məhkəməsinə şikayətlər etsə də, xeyri olmamışdır. Oğlu türmədən qayıtdıqdan sonra Şəki Kommunal Təsərrüfatında işə düzəlmişdir. Oğlunun əmək haqqısı 166 manatdır. Həmin pulun 70 faizini alimentə ödəyir. Oğlunun türmədə olduğu müddətdə yığılmış 3500 manat aliment borcunun silinməsi üçün məhkəmədə iddia qaldırsa da, Şəki Rayon Məhkəməsi həmin yığılmış alimenti silməmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət etsə də, xeyri olmamışdır. Hal-hazırda həmin iş Ali Məhkəmədədir. Oğluna və həyat yoldaşına qarşı 128ci maddədən 132.2.3-cü maddəyə dəyişdirilmiş ittiham aktı üzrə Şəki Rayon Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti vermişlər. İclas zamanı hakimin Tünzaləyə ''Sən Vazehi sevib ona ərə getmisən?" sualına Tünzalə "Xeyir sevmədən evlənmişəm"cavabını vermişdir. Onlar həmin vaxt başa düşmüşlər ki, Tünzaləni ata-anası qurduqları plan əsasında oğluna ərə veriblər. Kifayət qədər xərc çəkib Tünzaləni evinə gəlin gətirmiş, axırı da belə olmuşdur. Axırda da bir uşağa görə 115 manat məbləğində aliment, 3500 manat yığılmış aliment borcu, 2000 manat şərəf və ləyaqətin alçaldılmasına, 1700 manat gedəndə özü ilə apardığı, ancaq yenidən onlardantələb etdiyi qızıl-zinət əşyalarına pul ödəməli olmuşlar. Müştərək qaydada onlara qarşı qaldırdıqları əsassız iddialara görə məhkəmədə müdafiələri üçün vəkil təyin edilməsini xahiş etmək üçün televiziya verilişlərinə çıxmışdır. Qeyd etdiyi işlərlə bağlı "Space" TV-də Amil Xəlilin "Gəl dərdini danış" proqramma çıxmışdır. Həmçinin işlərin həlli bir vəkilin üzərinə düşməsin deyə başqa kanallarda da iştirak etmişdir. Bu verlişlərdə guya o, cavabdehləri təhqir etdiyinə görə cavabdehlər Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında onun həbs olunması barədə şikayət ərizəsi təqdim etmişlər. 1(004)-146/2019 saylı iş üzrə məhkəmə onun əməlində cinayət tərkibi olmadığına görə iş geri qaytarmışdır. Həmin qərardan cavabdehlər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarmışdır. Həmçinin, cavabdehlər ona qarşı şərəf və ləyaqətin alçaldılmasına dair Şəki Rayon Məhkəməsinə əsassız iddia ərizəsi vermişlər və 10000 (on min) manat təzminat istəmişlər. Məhkəmə xx.xx.2019-cu il tarixli, 2(075)-1647/2019 saylı qətnamə ilə həmin təzminatı 1000 manat həddində təmin etmişdir. Hal-hazırda həmin iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Bu minvalla cavabdehlər ona və ailəsinə küllü miqdarda ziyan vurmuşlar. Sevməyib gələn gəlin bunlarada nail olmuşdur. "Space" TV-də yayımlanan "Gəl dərdini danış" proqramında iştirak etdiyi zaman Cavabdeh1 2018-ci ilin dekabr ayında canlı yayımda onun ailəsi haqqında həqiqəti əks etdirməyən yalan, böhtan, şər xarakterli ifadələr işlətmişdir. O, bütün bu ifadələri ilə televiziya vasitəsilə, canlı yayımda, auditoriya qarşısında ailələrinin şərəf və ləyaqətini alçaltmışdır. Cavabdeh1 efirdə yalandan demişdir ki, guya onun qızı 2014-cü ildə onlarda olarkən onlar Tünzaləyə pis mənada demişlər ki, "qızımın yolu ilə gedərsən, sonra bu çəngəlin ucunda olan pendiri yeyərsən". Onun qızlarından 6 nəvəsi vardır, ailələri ilə mehriban yaşayırlar. O, isə hesab edir ki, Nüsrətin işlətdiyi bu cümlə onun üç qızına və ailəsinə aid olan bir ifadədir. Cavabdehlərin 2014-cü ildən bu günə qədər davam edən əsassız iddiaları, həm aliment, həm ata-anasının soyğunçuluq etmək məqsədi daşıyan iddiaları, ittiham aktında əmisi Süleymanın və anası Sədaqətin istintaq zamanı bir-birini təsdiqləməyən ifadələri, Tünzalənin oğlu Vazehi toya qədər sevmədiyini bildirməsi, atası Nüsrət Fikrət oğlunun "Space" TV-də üzünü gizlədərək onun qızının və ailəsinin əxlaqına qarşı işlətdiyi, guya onlarda olduğu müddətdə onun qızına qarşı pis mənada "qızının yolu ilə gedərsən, sonra bu çəngəlin ucunda olan pendiri yeyərsən", sözlərini işlətməsionun və ailəsinin şərəf və ləyaqətini alçaltmışdır. Bu günə qədər dinc həyatları pozulmuş, səhhətləri korlanmış, oğlu 2 il türmədə vaxtını itirmiş, onu iflic vurmuş, həyat yoldaşı təzyiq xəstəsi olmuş və 4 il ərzində arzu etdikləri işlərindən yayınmışlar. Bununla da Cavabdeh1, Cavabdeh2, X5 müştərək qaydada onun ailəsinə 150000 (bir yüz əlli min) manat mənəvi ziyan, 50000 (əlli min) manat maddi ziyan vurmuşlar. Odur ki, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 150000 (bir yüz əlli min) manatın və vurulmuş maddi ziyanın kompensasiyası kimi 50000 (əlli min) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izatında göstərmişdir ki, İddiaçı onun qızının qaynatası olmuşdur. Münasibəti uyğun gəlmədiyindən qızı iddiaçının oğlundan ayrılmışdır. Aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Bundan sonra aralarında məhkəmə mübahisələri başlamışdır. Hətta, İddiaçı onların şərəf və ləyaqətlərini alçaltdığına görə də məhkəmədə ona qarşı iddia qaldırmışlar və çıxarılmış məhkəmə qətnamələri ilə iddiaları qismən təmin edilərək, hər dəfə şərəf və ləyaqətin alçaldılmasına görə 1000 manatın İddiaçı alınaraq onlara verilməsi qərara alınmışdır. İddiaçı oğlu Vazeh Musayev və arvadı Sədaqət Musayeva isə onun qızını döydüklərinə görə qızının şikayəti əsasında çıxarılmış məhkəmə hökmü ilə məhkum edilmişlər. Bundan başqa İddiaçı və onun ailə üzvləri onun qızının nişan- cehiz əşyalarını vermədiklərinə görə qızı məhkəmədə iddia qaldırmış və qızının iddiası qismən təmin edilmişdir. Həmçinin, qızının iddiası əsasında onun himayəsində olan uşağının saxlanılması üçün aliment təyin edilmiş və sonradan artırılmışdır. Göründüyü kimi bütün bu iddialar əsaslı olmuşdur. Əslində, İddiaçı hüququndan sui-istifadə edərək dəfələrlə onlara qarşı əsassız iddialar qaldırmışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddiası əsassızdır. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmidir. Cavabdehlər X5 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan iddiаçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiаçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərdikləri və birinci instansiya məhkəməsinin iclasında bildirdiyi dəlillərlə əsaslandıraraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsinin dəyişdirilməsini, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 150 000 manat və vurulmuş maddi ziyanın kompensasiyası kimi 50 000 manat pulun tutularaq ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X5 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2210/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (075)-619/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı məcburi icranı yerinə yetirmədiklərinə görə 500 (beş yüz) manat cərimənin dövət büdcəsinə, iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu ilə birlikdə maddi ziyana görə 2500 (iki min beş yüz) manat, mənəvi ziyana görə 12500 (on iki min beş yüz) manat məbləğində təzminatın cavabdehlər Musayeva (Cəlilova) Tünzalə Nüsrət qızından, Cavabdeh2 və Cavabdeh1 alınaraq banka ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2 (107)-996/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçılar İddiaçı və X7 cavabdehlər X6 və Cavabdeh2 qarşı İddiaçı X4 toyda verdiyi iddia ərizəsində qeyd etdiyi 1260 manat dəyərində, 30 qram qızılzinət (583) əşyalarının, X7 30 manat dövlət rüsumu cavabdehin hesabına olmaqla Tünzalənin ata-anası tərəfindən ona nişanda verdikləri 300 manat dəyərində, 10 qram çəkidə qızıl üzüyün qaytarılması tələbinə dair iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-610/2017 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı və X7 verdikləri apellyasiya şikayətləri təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-610/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (107)- 594/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdeh Musayeva (Cəlilova) Tünzalə Nüsrət qızını apardığı cehiz əşyalarını yenidən məhkəməyə iddia tələbi ilə onlardan istədiyinə görə CM-nin dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək tam yuxarı həddə cəzalandırılmasına dair hökm, ailələrinin şərəf və ləyaqətinin alçaldılmasına, bu və ya digər iddiaları, şər-böhtanları ilə səhhətlərinin korlanmasına, arzu olunan işlərindən yayındığına görə, ailələrinə vurduğu maddi ziyana görə 20000 manat və mənəvi ziyana görə 10000 manat kompensasiyanın cavabdeh Musayeva (Cəlilova) Tünzalə Nüsrət qızından alınaraq ona verilməsi tələbinə dair iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (075)- 6430/2017 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (075)- 6430/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1ci bəndinə və 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.4 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 və 6-cı maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvriciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008- ci il tarixli, 7 saylı qərarın 4 və 8-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında uzun müddətdir ki, mübahisə vardır. Buna görə də iş üzrə tərəflər müxtəlif vaxtlarda aralarında olan mübahisəyə hüquqi aydınlıq gətirilməsi üçün, yəni, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişlər. Eyni zamanda onlar həmin işlər üzrə birinci instansiya məhkəmələrinin verdikləri qərarlarla razılaşmadıqlarından yenə də, öz hüquqlarından istifadə etməklə apellyasiya və kassasiya instansiya məhkəmələrinə müraciət etmişlər. Cavabdehlərin İddiaçı qarşı məhkəmədə iddia qaldırmaları onların qeyri-hüquqi, qanunsuz hərəkətləri deyildir. Bu onlara qanunvericiliklə verilmiş bir hüquqdur. İş üzrə cavabdehlərin öz hüquqlarından istifadə edərək iddiaçıya qarşı müxtəlif tələblərlə məhkəmələrdə iddia qaldırmaları, əgər bu iddialarda iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığı pozan məlumatlar olmamışdırsa bu özüözlüyündə iddiaçının cavabdehlərə qarşı maddi və mənəvi ziyan tələbi ilə məhkəmədə iddia qaldırması üçün əsas deyildir. İddiaçı da hazırkı iddiasını ona qarşı qaldırılmış iddiaların məzmunu ilə deyil, iddiaların təmin edilmiş hissələrinin icraya yönəldilməsi nəticəsində qarşılaşdığı məhrumiyyətlərlə əlaqələndirmişdir. Bu isə onu deməyə əsas verir ki, iş üzrə cavabdehlər iddiaçıya qarşı məhkəmələrdə iddia qaldırarkən hüquqa zidd, yəni qeyri-qanuni davranış nümayiş etdirməmişlər. İddiaçıya hər hansı məbləğdə ziyan dəymişdirsə belə həmin zərərlə cavabdehlərin davranışları arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Yəni məhkəmə qərarı əsasında təmin edilmiş tələb üzrə yaranmış məhrumiyyətə məruz qalmaqla qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməsi borclunun vəzifəsidir. Məhz bu məhrumiyyətdən dolayı yaranmış sarsıntı ilə bağlı borclunun tələbkardan maddi və mənəvi zərər tələb etməsi əsassızdır. Bundan başqa iddiaçı cavabdehlərdən maddi və mənəvi ziyanın tələb edilməsinə əsas verən hallardan birinin də cavabdeh Nüsrət Fikrət oğlunun "Space" TV-də onun qızının və ailəsinin əxlaqına qarşı işlətdiyi, guya onlarda olduğu müddətdə onun qızına qarşı pis mənada "qızının yolu ilə gedərsən, sonra bu çəngəlin ucunda olan pendiri yeyərsən", sözlərini işlətdiyini göstərmişdir. Lakin o, iddiasında cavabdeh Nüsrət Fikrət oğlunun onun qızının əxlaqı barəsində hər hansı bir mənfi fikir ifadə etməsini qeyd etməmişdir. Qızının yolu ilə gedərsən, sonra bu çəngəlin ucunda olan pendiri yeyərsən fikirlərinin isə şəxsin şərəf, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qəbul edilməsi mümkünsüzdür. İş materiallarından da göründüyü kimi iddiaçının hazırki tələbində göstərdiyi xüsusatlar əsaslı hallar deyildir. İddiaçı iddiasında cavabdehlərin 2014-cü ildən bu günə qədər davam edən əsassız iddiaları, həm aliment, həm əmlak, həmdə maddi və mənəvi ziyan tələblərinə dair iddiaları, ittiham aktında əmisi Süleymanın və anası Sədaqətin istintaq zamanı bir-birini təsdiqləməyən ifadələri, Tünzalənin oğlu Vazehi toya qədər sevmədiyini bildirməsi, cavabdeh Nüsrət Fikrət oğlunun "Space" TV-də onun qızının və ailəsinin əxlaqına qarşı işlətdiyi, guya onlarda olduğu müddətdə onun qızına qarşı pis mənada "qızının yolu ilə gedərsən, sonra bu çəngəlin ucunda olan pendiri yeyərsən" sözlərini işlədərək onun və ailəsinin şərəf və ləyaqətini alçaltdıqlarını, bütün bunların nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini göstərsə də, iddiaçı bununla bağlı öz tələbini yalnız formal fikirlərlə əsaslandırmağa çalışmış, həmin tələbinin əsaslı olduğunu təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Yəni, cavabdehlərin hazırki iş üzrə iddiaçıya qarşı hüquqa zidd, qeyri-qanuni davranış nümayiş etdirmələri öz təsdiqini tapmamışdır. İddiaçıya hər hansı məbləğdə ziyan dəydiyi və həmin zərərlə cavabdehlərin davranışları arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edlməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiacı İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 150000 (bir yüz əlli min) manat və vurulmuş maddi ziyanın kompensasiyası kimi 50000 (əlli min) manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da haqlı olduğunu təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, cavabdeh isə öz etirazlarının əsaslı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən iddiaçının göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəldiyindən, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2210/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar