Məhkəmə qərarları › İş №2(107)-685/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-685/2020

21.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-685/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1040/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, X13, İddiaçı5, İddiaçı6 Məmmədrəhim qızı, İddiaçı1 və İddiaçı7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Böyük Dəhnə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş mal fermasının özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi sənədlərin ləğv edilərək, həmin qeyri-yaşayış obyekti üzərində onların mülkiyyət hüquqlarının tanınması və yaxud bu mümkün olmadıqda onun dəyərinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, X13, İddiaçı5, İddiaçı6 Məmmədrəhim qızı, İddiaçı1 və İddiaçı7 xx xxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizələrində Şəki rayonu, Böyük Dəhnə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşən mal fermasının alınması üçün 2001-ci ildə satılmış, İddiaçı2 əri mərhum X3 məxsus olan 180 baş qoyunun hazırki dəyəri olan 36000 manat pulun və həmin vaxt verdikləri ******* manat pulun indeksasiya ilə Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, X13, İddiaçı5, İddiaçı6 Məmmədrəhim qızı, İddiaçı1 və İddiaçı7 xx xxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1040/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 180 baş qoyunun hazırki dəyəri olan 36000 manat pul və ******* manat pulun indeksasiya dəyəri olan 4664,96 manat və 30 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı5 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə-АЗ.MEM. VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41, NABZ********************, SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki halları lazımi qaydada araşdırılmadan, müvafıq maddi və prossesual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmışdır. Belə ki, həqiqətən də onun mərhum X5 ilə aralarında səmimi münasibətləri olmuşdur. Təsərrüfat fəaliyyəti ilə məşğul olduğundan o, özü 2000-ci ildə bir çox Böyük Dəhnə kənd sakinlərindən pullarını ödəməklə mal fermasını almışdır. O, həmçinin Böyük Dəhnə Bələdiyyəsindən 100 hektar torpaq sahəsini icarəyə götürmüşdür. O, fermanı aldıqdan sonra Mustafa ona müraciət edərək özünə məxsus qoyunların da ona məxsus fermada saxlanılmasını təklif etmişdir. Aralarında dostluq münasibətləri olduğundan o, Mustafanın təklifinə etiraz etməmişdir. Həmin vaxt onun özünün də 50 baş qoyunu olmuşdur. Mustafanın qoyunlarının sayı çox olmuş və Mustafa öz heyvanları ilə yanaşı ona məxsus heyvanlara da baxdığından fermada qoyun saxlaması müqabilində o, Mustafadan heç bir haqq almamışdır. Mustafa təxminən 2007-2008-ci illərədək həmin fermada qoyunlara baxmışdır. O, həmin fermanı özü almış və bununla bağlı Mustafa ona heç bir pul məbləğini verməmişdir. Bundan başqa iddiaçılar ona fermanın alınması üçün 2001-ci ildə pul məbləğinin verildiyini göstərmələrinə baxmayaraq o, həmin fermanı Şəki rayonu Böyük Dəhnə kəndinin ayrıayrı sakinlərindən 2000-ci ildə pullarını ödəməklə satın almışdır. İddiaçıların onun bacanağı Qabil adlı şəxslə aralarında ziddiyyətləri vardır. Ola bilsin ki, onlar Qabillə aralarında olan ziddiyətə görə ona qarşı məhkəməyə hazırkı iddia ərizəsini təqdim etmişlər. Bundan başqa iddiaçılar mübahisələndirdikləri məsələdən uzun bir müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşlər. Ona görə də qeyd edilən xüsusatlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1040/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Yusibov Mövluddin Mustafa oğlu üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1040/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılşamır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən ediliş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçıların atası ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə kollegiyası aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyaiya şikayəti əsaslıdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mötəbər dəlillər olmadan yalnız şahid ifadələrinə istinad edərək iddianı qismən təmin etmişdir ki, bu da qanunsuz və əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Mülki Prossesual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə iddianın təmin edilməsi üçün isə şahid ifadələrindən başqa hər hansı bir mötəbər sübut növü yoxdur. Bundan əlavə işdə olan 23 saylı, xx xxxx 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Cavabdeh adına Şəki rayonunun Böyük Dəhnə kəndində mal ferması qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2007-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən qeyri yaşayış binasını (mal tövləsini) X7 bağışlamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, X6 adına Şəki rayonu Böyük Dəhnə kəndində qeyri yaşayış binası (ferma) qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 mülkiyyətində olan Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən qeyri yaşayış binasını X1. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, X2 adına Şəki rayonu Böyük Dəhnə kəndində qeyri yaşayış binası qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140 maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa apelyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Dövlət Aqrar islahat Komissiyasının 1998-ci il 17 yanvar tarixli qərarı ilə vətəndaşlara əmlakdan pay haqları verilmiş, həmin vətəndaşlar isə öz paylarını Cavabdeh satmışlar. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehin apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)- 1040/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1040/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3, X13, İddiaçı5, İddiaçı6 Məmmədrəhim qızı, İddiaçı1 və İddiaçı7 Şəki rayonu, Böyük Dəhnə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşən mal fermasının alınması üçün 2001-ci ildə satılmış, İddiaçı2 əri mərhum X3 məxsus olan 180 baş qoyunun hazırki dəyəri olan 36000 manat pulun və həmin vaxt verdikləri ******* manat pulun indeksasiya ilə Cavabdeh alınaraq onlara verilməsi barədə iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat iddiaçılar İddiaçı2, İddiaçı3, X13, İddiaçı5, İddiaçı6 Məmmədrəhim qızı, İddiaçı1 və İddiaçı7 alınaraq dövlət büdcəsinə-АЗ.MEM. VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41, NABZ********************, SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar